Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
157
unudulmağa qoymayacaq. Nə var-dövlət, nə  şöhrət da-
lınca qaçmadın.  Əksinə, ata-babalarından sənə qalan sər-
vətini də ehtiyacı olanlara, tələbələrinə payladın. Əli Fəh-
mi çox gözəl bilirdi. ”Elmi oğru apara bilməz,  əcəl də öl-
dürə bilməz. Elm zamanın gərdişindən nəx arab olandır, 
nə də seldə suda batıb qərq olan.”  
Deyirlər ki, insan doğulanda adını valideynləri qoy-
ur, qismətini Allah yazır, qiymətini isə xalq verir. Bir də 
deyirlər ki, dalınca xeyir danışılan adamın adı ölməz.  İn-
sana xalqın qiymətindən qiymətli, xalqın sevgisindən şirin 
bir sevgi ola bilməz. Heç bir Allah bəndəsi arasnda fərq 
qoymazdı  Əli Fəhmi. Heç vaxt  İnsanları yaşadıqları  əra-
ziyə görə ayırmazdı. 
 Həzrəti Əli  “Divani Əmir” əsərində yazırdı:  “İnsan-
lar timsal cəhətincə biri birinin eynidirlər, çünki, onların 
hamısının atası Adəm, anası isə Həvva olmuşdur. İnsanlar 
bir biribdən yalnız bir yolla, Allaha daha çox ibadət et-
məklə və ona daha çox yaxın olmaqla fərqlənirlər”. Yetim-
ləri rayonlardan Bakıya gətirər, oxutdurar, maraqlanıb so-
ruşanlara “oğlumdur”-deyərdi. Sədi Şirazinin  yazdığı ki-
mi: “Vəziyyətinə görə deyil, ləyaqətinə görə” insanlarla 
rəftar edirdi. Tez-tez övladlarına deyərdi ki, “Kiminki bir 
dünyası var, onun iki sifəti var, kiminki iki dünyası var, 
onun bir sifəti var”. Əli Fəhmi əsil elm fədaisi idi. Özünü 
elm yolunda şəhid etdi. Övladları xatırlayır ki “O, 4-5 sa-
atdan artıq yata bilməzdi. Şəhiddən də bir məqam uca idi. 
Çünki,  əsil alim idi. Sevimli Peyğəmbərimiz buyurub: 
“Qiyamət günü alimin mürəkkəbi  şəhidin qanından qiy-


Yeqzar Cəfərli  
 
 
158 
mətlidir”, və yaxud “Bir saat elmlə  məşğul olmaq, 60 ru-
kət namaz qılmaqdan üstündür”. 
Əli Fəhmi kimi insanlar bizdən yalnız cismani ayrılır-
lar. Bu gün onun ruhu və bir də ki, ədəbiyyatşünaslıq elmi 
üçün yetişdirdiyi yüzlərlə  tələbəsi bizim aramızdadır. 
Deyirlər ki, tələbələri onu öz valideynlərindən çox istəyir-
dilər. Onun vəfatından sonra ADU-da yerinə Zöhtabə xa-
nım adlı bir müəllimə  təyin olunur. Müəllimlərinin yox-
luğundan təsirlənən tələbələr bir müddət auditoriyaya 
girmirlər. O, tələbələri  böyük çətinliklə dərsə cəlb edə bil-
mişdi.  
Həyatı az-çox dərk etdiyim andan həmişə bu sualın 
axtarışındayam. Niyə insanların zərrə-zərrə qazandıqla-
rından onların özlərindən daha çox ətrafındakılar bəhrələ-
nirlər. Çiçək öz ətrini özünə deyil, insanlara bəxş etdiyi ki-
mi, insanlar da oxuyur, öyrənir, amma, başqalarına öyrə-
dir. Onların elmindən başqaları faydalanır. 
Azərbaycan  ədəbiyyatında klassik poeziyanı,  əruzu 
ayrı-ayrılıqda bilən alimlərimiz çoxdur, amma onların heç 
biri bütün bunları birlikdə Əli Fəhmi kimi bilmirdi. Onun 
ən böyük üstünlüyü də bunda idi. Axı ”minlərlə ulduz bir 
ay qədər işıq saça bilməz”- deyirlər. Bütün şüurlu 
ömrünün gecəsini, gündüzünü, xalqın xidmətinə sərf etdi
onu maarifləndirdi,  şirin söhbətləri ilə feyziyab etdi, ona 
görə  də onun dəfnində  iştirak edənlər “Millətin atası 
öldü”- deyirdilər. Çox heyif ki, əcəl səni xalqımızın  əlin-
dən vaxtsız aldı, apardı. Neyləyəsən? Karvansara adlanan 
bu dünyamıza: 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
159
Hər gələn qonar, əylənməz 
Aşıq Abbas Tufarqanlı 
 
Məzarının sinə daşında Füzulinin adı yazılmış kitab 
həkk etdirməklə şairə olan məhəbbətini də özünlə məzara 
apardın. Bu iki il müddətində səni öyrənə-öyrənə Nəsimi-
nin, Füzulinin və Seyid Əzimin mənəvi dünyasından az 
da olsa bəhrələnə bildim. Əli Fəhminin son mənzili üzə-
rində düşünə-düşünə  mən də ilhamımın son mənzilə ye-
tişdiyini hiss edib, iki ildən bəri gərgin əməyimin məhsulu 
olan bu nadir, əvəzsiz şəxsiyyət haqqında yazdığım sətir-
lərə son nöqtə qoydum. 
Allah səni rəhmət etsin, Əli Fəhmi, axirət məqamın 
uca, yerin cənnət olsun. 
 
Hər kəlam bir əsrin mənası imiş, 
Hər məna bir ömrün ziyası imiş, 
Bu dünya söhbətlər dünyası imiş, 
Məndən də bu söhbət dünyada qaldı. 
 
N. Həsənzadə. 
 
 
 
 
 
 
 
 


Yeqzar Cəfərli  
 
 
160 
Əli Fəhminin şeirləri 
 
 
NƏ BƏXTƏVƏRSƏN 
 
Həyatın bağçadır, hər yanın bahar, 
Hər yanın qırmızı, sanki laləzar. 
Səndə təbiətin gözəlliyi var. 
Bilmirəm ləlsən, yoxsa gövhərsən, 
Qırmızı geyinmiş nə bəxtəvərsən. 
 
Bütün vücuduna yetirdim nəzər, 
Süni bir bəzəkdən görmədim əsər. 
Bilmirəm mələksən, yoxsa bəşərsən, 
Qırmızı geyinmiş nə bəxtəvərsən. 
 
Səni coşdurmasın bəxtəvərliyin, 
Həyatın olmasın nisgilli, qəmgin, 
Sən oxu, qoy artsın elmin, biliyin, 
Həyat səni sevər, sən də sevərsən , 
Qırmızı geyinmiş nə bəxtəvərsən. 
 
Bədahətən deyilmiş bu şeri  Əli Fəhmi M.Müşfiqin 
tapşırığı ilə Dövlət Filarmoniyasında Qərbi Azərbaycan-
dan olan müğənni Qəmər xanıma həsr etmişdir. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
161
1941-ci il İyun ayında N.Nərimanov adına Azər-
baycan Tibb İnistutununu bitirmiş  həkimlərin təntənəli 
yubileyi münasibətilə 1961 il, 25 iyun tarixdə yazılmışdır. 
 
İllər quş qanadlı ötüşdü bir-bir, 
Şəvə saçımıza dən düşdü dostlar! 
Bu ömür karvanı durmadan gedir, 
Bizdən gəncliyimiz gen düşdü dostlar! 
 
İyirmi ildirki, ayrılmışıq biz, 
Xeyli həsrət qaldıq bir-birimizə, 
Lakin ayrılmamış könüllərimiz; 
Bu gün bax! Yenə də gəldik üz-üzə. 
 
Sənət cəbhəsinin dostlarıyıq biz, 
Dünyada dostluğun əvəzi varmı? 
Bizi illər belə ayırsa izsiz, 
Səadət, məhəbbət unudularmı? 
 
Biz bu illər boyu səninlə dostum, 
Həyatda çox yollar keçib, aşmışıq, 
Bəzən Moskvada, qızıl meydanda, 
Bəzən cəbhələrdə qucaqlaşmışıq. 
 
Vətən dağlarında şimşək çaxanda, 
Düşmən mərmiləri vurub, yıxanda, 
Vətən mülkündəki kaşanələri, 
Özünü əsgər tək verdi irəli. 
 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə