Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   37   38   39   40   41   42   43   44   45

Yeqzar Cəfərli  
 
 
168 
Böyük alim və təbib dostum  
Əli Fəhminin vəfatı münasibətilə  
 
Sındırdı vəsl canımı, hicranı fəhminin, 
Yandırdı cismü canımı, suzanı Əli Fəhminin. 
 
Oldu rəqib Cövrü kimi dərdi bidəva, 
Olmadı elmi-tibbidə dərmanı fəhminin. 
 
Matəm tutubdu əhli-bəsirət bu firqətə, 
Ellər olubdu gözləri giryani Fəhminin. 
 
Elmi ədəbdə çərx yetirməz o firqəti, 
Gəməz şeirdə bir dəxi mizanı Fəhminin. 
 
Fəhmiydi nəəzmü nəsrdə dəryayi-bihudud, 
Hədsizdi elmü-dərsdə imkanı Fəhminin. 
 
Məna xəzinəsində o natiq xəzinədar, 
Söz gülşəni küzərgəhi-cövlanı fəhminin. 
 
Ondaydı fəzlü-hikmətə layiq lisanü-söz, 
Bakir söz idi cananı Fəhminin. 
 
Hüsnü-kəlami, bəzmizəkilər təfaxürü, 
Atəşfəşandı şəhrdə tüğyanı Fəhminin. 
 
Ondaydı bilki bülbülü şeyda edən hünər
Tutiydi, bülbül idi süxəndanı Fəhminin. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
169
 
Zövqü zəkayi- firqəti dərya qədər dərin, 
Göhər saçardı sinədən ümmanı Fəhminin. 
 
Ömri- bəhası, zəhməti-tədris ilən dolu, 
Bihudə keçməmiş idi bir anı Fəhminin. 
 
Məclislərdə saçardı ziya nuri-firqəti, 
Sərrafi-söz idi hər dəfə mehmanı Fəhminin. 
 
Hal əhli dərk edər o necə əhli-hal idi, 
Heyran edərdi söhbəti insani Fəhminin. 
 
Dərya qədər təbiəti, vicdanı, ruhi pak, 
İncitməmişdi kimsəni vicdanı Fəhminin. 
 
İkram edər görən onun öz dəsti xəttini
Bisətir olmamış hələ fərmanı Fəhminin. 
 
Dost ilə dustanə idi mehrü-ülfəti, 
Şimşəkdi yağı üstünə peykanı Fəhminin. 
 
Hal əhli hər vüsalinə qurban deyərdilər, 
Qurbandı əhlü-halə öz canı Fəhminin. 
 
Nami-xudanı zikr eləyib, etdi tərcümə, 
Əzmi dühası, sureyi-Quranı Fəhminin. 
 
 


Yeqzar Cəfərli  
 
 
170 
İnamla yumdu göz bu cahanın ziaysına, 
Kamildi xeyrü şerdə imanı Fəhminin. 
 
Dəfn eyləyədə ərşi-fələklər də ağladı, 
Nuhunku tək şədid idi tufanı Fəhminin. 
 
Ey vah əzəlcə kaş mən öləydim, o heyf idi, 
Oldu deyəydilər: -Qəni qurbanı Fəhminin. 
 
Həkim Qəni 
 
Onu da qeyd etmək istəyirəm ki, Həkim Qəninin Əli 
Fəhmiyə  həsr etdiyi daha bir neçə  şeri vardır. Lakin Hə-
kim Qəninin həyat yoldaşı müxtəlif bəhanələrlə bu şerləri 
bizə verməkdən imtina etdi. 
 
USTAD ALİM ƏLI FƏHMININ  
XATIRƏSINƏ 
 
Ey elmdə, sənətdə qoyan ad, Əli Fəhmi, 
Ey mərifət ahusuna səyyad Əli Fəhmi. 
 
Arifləri xoş sözlə edən şad, Əli Fəhmi, 
Aşiqlərin ağzında qalan dad, Əli Fəhmi. 
 
Mənalı sürüb ömrünü dövranda ad aldın, 
Ömr eyləmədin, boş yerə, hər yanda ad aldın. 
 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
171
Can qoydun əgər, məktəbi- urfanda ad aldın, 
Ey xalqına layiqli övlad, Əli Fəhmi. 
 
Öz nurun ilə elm səmasında qəmərsən, 
Sən söz sədəfində yetişən dürrü gühərsən. 
 
Gülzari-ədəbdə boy atan bir- tərsən, 
Ey gülşəni-əşaridə şümşad, Əli Fəhmi. 
 
Gəh oldu sözün xəttinə, gəh xalına məftun, 
Gəh oldu şeir dilbərinin hüsnünə məftun. 
 
Eşq içrə olubdur gəhi Sənan, gəhi Məcnun, 
Şirin sözə min səy ilə Fərhad, Əli Fəhmi. 
 
Hər şəhrdə ki, olmuş əgər bir gecə mehman, 
Hər yerdə ki şövq ilə açıb nitqi- dürəfşan. 
 
Söz anlayanı eylədi göftarına heyran, 
Dövründəki alimlərə ustad, Əli Fəhmi. 
 
Görməz daha Fəhmi kimisin çeşmi- zəmanə, 
Bir danə gəlib, getdi bu əfsanə cahanə. 
 
Nə mənxəbə, nə rütbəyə, nə şövkəti şanə, 
Heç qüvvəyə baş əymədi Fulad, Əli Fəhmi. 
 
 
 


Yeqzar Cəfərli  
 
 
172 
Hər piri- süxənvər ola bilməz sənə bənzər, 
Mahir eləyib dildə sənin adını əzbər. 
 
Dünyada Nizamiyə, Fizuliyə bərabər, 
Xalqın səni daim edəcək yad, Əli Fəhmi. 
 
15. 10. 1996- Hacı Ələmdar Mahir 
 
 
SƏNSIZ 
 
Qəm dolub könlümüzə, yoxdu dəvani sənsiz, 
Bu könül xəsəsinin, yoxdu qərarı sənsiz. 
 
Gün keçir, ay dolanır, vaxt da ötür sürətlə, 
Yox həyatın ləzzəti, ey gözəl insan insan sənsiz. 
 
Aldı aquşə səni bir ana tək xaki zəmin, 
Çox darıxmışdı məgər torpağı viran sənsiz? 
 
Sən vəfat eyləyəni gülmədi əsla üzümüz 
Necə xoşnud oluruq ey Əli Fəhmi sənsiz? 
 
Səndən ötrü darıxır dustaqların ey ustad! 
Təng keçir çün olarun leylü-nəhari sənsiz. 
 
Hər məclisdə sənin ali məqalın görünür. 
Yox təkammül eyləyən bir nəfər insan sənsiz. 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
173
 
Düşsə bir məsələ gər məclisimizdə çətinə 
Necə həll etmək olar bu işi asan, sənsiz? 
 
İstədin şərh edərsən türk dilinə Quranı. 
Natamam qaldı nədən tərcüməsi fürqan sənsiz. 
 
Sağlığı yadə düşəndə yanırıq qəm oduna, 
Ağlarıq şamü səhər, olduq əzəlxan, sənsiz. 
 
Xaliqi- ləmi yəzəldən sənə rəhmət diləriz
Oxuruq ruhun üçün sureyi- quran sənsiz. 
 
Hər kəs  öz vaxtində bu qəmxanədən getməlidir. 
Əbədi qalmayacaq bir nəfər insan sənsiz. 
 
Bisavad diz sökür məzari-pakində sənin, 
Axıdır göz yaşının hali-pərişan sənsiz 
 
Bisavad  
 
QƏZƏL 
 
Ey könül, ibrət götür, ibrət Əli Fəhmidədir, 
Məclisi-ürfan ara hikmət Əli Fəhmidədir. 
 
Qətreyi-əladu, yox manəndi bəhri-şerdə, 
Qətrəni ümman edən qüdrət Əli Fəhmidədir. 
 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə