Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
101
Nərgisin görmüş gözün məxmur sanmış xabı var. 
Təbiətin bu qədər gözəl və canlı təsviri oxucunu hey-
ran etməyə bilməz. 
 
Mübaliğələr 
Mübaliğəni  Əli Fəhmi yazıçı fantaziyasının  ən ləziz 
meyvəsi hesab edir. Klassik ədəbiyyatımızda daha çox 
“Şairanə və ədibanə yalan” adlandırılan mübaliğələr əslin-
də  şerin  ən qüvvətlisi, güclüsü hesab olunur. Böyük alim 
olan Əli Fəhmi məqələnin  bu fəslində təkcə Füzuli qəzəl-
lərindəki mübaliğələr deyil, mübaliğənin çox gözəl 
nümüunələrini yaradan Nizaminin də bir neçə  qəzəlinə 
müraciət etmişdir. Məqsəd əlbəttə ki oxucularda mübaliğə 
haqqınqda daha yaxşı  təsəvvür yaratmaqdır. Azərbayca-
nın böyük şairi Nizami oğluna nəsihətdə şerdə mübaliğə-
ni belə qiymətləndirmişdi. 
Dər şer məpiço, dər fəne o, 
Çon əkzəbe ost, əhsəne o. 
Mənası: ( Ey oğul,  şerə çox sarılma, çünki, şerin  ən 
yalançısı, onun ən gözəlidir. Ə. F.) 
 Lakin onu da qeyd etmək istəyirəm ki, Əli Fəhmi 
mübaliğənin tamamilə yalan hesab etməyin əleyhinə idi. 
O yazırdı ki, əsl mübaliğə zorakılığla qarışdırılaraq 
yaradılmayan,  əksinə yazıçının xəyal zənginliyindən axıb 
gələn səmimi və inandırıcı ifadələrdir. “Mübaliğə  nə  qə-
dər inandırıcı olursa onun təsviri də bir o qədər artıq 
olur”. 
Nizami qəzəllərindəki, mübaliğələri Füzuli qəzəllə-
rindəki mübaliğə ilə müqaisə edən  Əli Fəhmi bu sahədə 


Yeqzar Cəfərli  
 
 
102 
üstünlüyü Füzuliyə verir: “Əgər Fərhad  Şirinin eşqi 
uğrunda bir Bisütunu yarırsa, Füzulinin məhəbbəti o qə-
dər kəskindir ki, qəlbinin dərinliyindən qopan bir ahla 
min Bisütünu əridir”: 
Bu təmənnada ki, əl şəm ilə həmsöhbət olam, 
Dudi-ah etdi dünüm tək günümü ta mənim. 
Qeyd etdik ki, mübaliğədən ədəbiyyatımızda çox şa-
irlər istifadə etmişlər. Lakin mübaliğəni də  şair elə  işlət-
məlidir ki, oxucuları inandıra bilsin. Nizamiyə nisbətən 
Füzulidə mübaliğənin daha güclü olmasını  Əli Fəhmi 
Füzulinin söz ehtiyyatının zənginliyi ilə bağlayırdı. Şairin 
həssaslığı insan qəlbinin dərinliklərini duyması, onun 
mübaliğələrində özünü bariz şəkildə göstərmişdir.  
 
Təlmihlər 
Digər bədii təsvir vasitələrinə nisbətən təlmihlərdən 
istifadə şairin klassik poeziyaya, elmin müxtəlif vasitələri-
nə necə bələd olmasından asılıdır. Əsərdən anlaşılır ki, Əli 
Fəhmi  təkcə Füzulinin deyil, o dövrün bütün alim və şair-
lərinin  əsərlərinə  dərindən yiyələnmiş  və aydınlaşdırmış-
dır ki, təhmihlərin ən gözəl nümunələrini Füzuli yaratmış-
dır. O, Füzulini dövrünün məşhur elmlərinin, içərisində 
yaşadığı mühitin və xalqının bütün adət ənənələrinə bələd 
olmasını  nəzərə alıb, onun ədəbiyyatımızdakı  təlmihlər-
dən  ən gözəl istifadə edən bir şair kimi xarakterizə edir. 
Alim bunu da qeyd edir ki, böyük şair təlmihlərdən ən çox 
dini və əfsənəvi mövzularda yazdığı şerlərində istifadə et-
mişdir. Qeyd edək ki, Əli Fəhmi şairin təlmihlərdən istifa-
də etdiyi bütün qəzəlləri nəzərdən keçirmiş, göstərmişdir 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
103
ki, Füzuli heç də dini ve əfsanəvi  şəxsiyyətləri,  ənənələri 
tərifləməmişdir: “Əksinə öz qəhrəmanını  məcaz, ifadələr 
yolu ilə həmişə bunlardan çox-çox yüksəklərə qaldırmağa 
çalışır. Deməli, şairin bunlra işarə etməkdə məqsədi yalnız 
lirik hisslərini daha bədii və qabarıq sürətdə təsvir etmək 
üçündür”. 
Təlmihlərin içərisində Füzuli atalar sözləri və məsəl-
lərdən də geniş istifadə etmişdir. Əli Fəhminin Füzulidən 
iqtibas gətirdiyi onlarla beytin birini və bu beytin təhlilini 
nümunə kimi veririk. 
Gəh gözdə, gəh könüldə xədənkin məkan tutar, 
Hər qanda olsa, qanlını əlbəttə qan tutar. 
Burada şair “qanlını qan tutar” məsələsinə işarə edə-
rək bədii lövhə yaratmışdır: Bunlar hamısı Füzulinin xalq 
məişəti və mədəniyyətinə dərin bələd olması ilə izah olu-
nur. 
Təzadlar- Kontranslar 
Əli Fəhmi təzadları  həyatın  əsası hesab edir. Buna 
görə də Füzuli yaradıcılığının məhz bu cəhətini daha diq-
qətli yanaşmışdır. Fikrimizi sübut etməkçün Füzulidən 
misal gətirilən bir beytin təhlilinə fikir verək: 
Həbibim könlümü cəm eyləməz rüxsrarı dövründə, 
Məgər zülfi kimi halim pərişan olduğun bilməz. 
Bu beytdə lirik qəhrəmanın halı məşuqənin saçı kimi 
pərişandır. Çünki onun ürəyi parça-parça olub məşuqənin 
saçlarından asılmışdır. Saçları dağıldıqca ürək parçaları 
bir-birindən ayrılır.  Şair saç ilə ürəyi məcazi olaraq bir 
hüquqa malikdir. Sonra isə bir-birinə zidd mənalı cəm və 
“pərişan” sözlərindən istifadə edərək gözəl təzadlar yara-


Yeqzar Cəfərli  
 
 
104 
dır. Göründüyü kimi Füzulinin hər hansı bir qəzəlini  Əli 
Fəhminin təfsiri ilə oxuyanda oxucu yaxşı başa düşə bilir. 
Dəfələrlə  təkrar etdiyimiz kimi Füzulini öyrənməyin  ən 
asan yolu Əli Fəhmidən keçir.  
Əkslər 
Əkslər bir növ təzadlarla eynidir. Təzada oxşadığı 
üçün bunları bir-birindən ayırmaq müəyyən mənada çə-
tinlik törədir.  Əlbəttə, mən  ədəbiyyatşünaslığa yenicə  qə-
dəm qoyanları nəzərdə tuturam. Əkslər haqqında xüsusilə 
də Füzuli qəzəllərində ustalıqla istifadə edilən əsklər haq-
qında  ən dolğun məlunatı oxucular Əli Fəhminin söhbət 
gedən əsərindən ətraflı öyrənə bilər. Görün böyük alim bir 
neçə sözlə  əksi bizim üçün necə aydınlaşdırır. “Əkslər tə-
zadlara oxşasa da lakin bu söz birləşməsindəki sıra ilə önə 
və arxaya yerini dəyişməklə əldə edilən yeni söz birləşmə-
si isə əvvəlkinin həm şəkilcə, həm də mənaca əksi olur. Bu 
cür  əks qaydası ilə yaranmış hikmətamiz cümlələr xalqı-
mız arasında da işlənir: Məsələn: hər yoxuşun bir enişi, 
hər enişin də bir yoxuşu vardır”. Əsərin bu bölməsində O, 
Füzuli qəzəllərindən çoxlu beytlər daxil etməklə  şairin 
necə qüvvətli əkslər yaratmasını göstərir. Onun Füzulidən 
gətirdiyi və oxuculara yaxşı bələd olan: 
Canı kim cananı üçün sevərsə canaın sevər, 
Canı üçün kim ki, cananın sevər canın sevər. 
Beytdə Əli Fəhminin təhlilinə görə söhbət aşiqin qəl-
bində olan iki sevgidən gedir. Bunlardan biri can sevgisi
digəri isə canan sevgisidir. Lakin bir ürəkdə iki sevgi sax-
lamaq həqiqi aşiq üçün böyük nöqsandır. Ona görə  də 
aşiq bunlardan birini digərinin xatiri üçün sevməlidir. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə