Yeqzar Cəfərli
84
faydalı bir əsər olduğunu hətta pedaqogikanın tələb etdiyi
təlim və tədris üsuluna metodik qanunlara artıqlaması ilə
cavab verdiyini görə bilməmişlər”.
Azərbaycan müəllimi qəzetinin 14 oktyabr 1970-ci il
nömrəsində dərc etdirdiyi məqaləsində Əli Fəhmi bu
dərsliyin üstünlüklərini sadalamaqla yanaşı onun yuxarı-
da sadaladığımız nöqsanlarını da qeyd etmiş və bu dərs-
liyin yeni nəşrinin zəruriliyindən danışmışdır.
Onun bu məqaləsindən sonra Azərbaycan SSR EA
Respublika Əlyazmaları Fondu Əlyazmalar şöbəsinin
müdiri F. Seyidov və Əlyazmalar şöbəsinin baş elmi işçisi
C.Əfəndiyevin imzası ilə o zamankı Maarif Nazirliyinə
rəsmi məktub göndərilmiş və alimin söhbət gedən dərslik-
lə bağlı fikri təqdir olunmuşdur. Məktubda qeyd edilir:
“Əgər Azərbaycan Maarif naziri M.Mehdizadə bu kitabça-
nı hərəkəli şəkildə və müəllifin bəzi dəyişilikləri ilə birlik-
də nəşr etdirsə bizim kimi ərəb dili ilə maraqlanan və
yüzlərlə bu dili öyrənməyə can atan ziyalılarln arzusunu
təmin etmiş olar. Biz öz məqaləsi ilə belə bir zəruri məsə-
ləyə toxunan Əli Fəhmi müəllimin fikrinə şərik olmaqla
həmin qiymətli əsərin ikinci nəşrini gözləyirik”.
Əli Fəhmi Universitet və pedoqoji institutların tələbə-
ləri üçün 1963-cü ildə yazılmış “Ədəbiyyatşünaslığın əsas-
ları” dərsliyinin müəlliflərindən biridir. Dərslikdə alimin
Əruz vəzni haqqında yazdığı oçerk bu sahədə yazılmış
əsərlərin ən dəyərlisi kimi çox yüksək qiymətləndirilir.
Professor Əkrəm Cəfər yazırdı:” Bu əsərdə onun əruzun
mənşəyinə aid yazdığı qeydlər bütün əruzçuların əsərlə-
rindən irəli gedir”.
ƏLİ FƏHMİ DÜNYASI
85
Əli Fəhmi Azərbaycan ədəbiyyatında yaradıcılığı ən
mürəkkəb şairlərin yaradıcılığını tədqiq etmişdir. Onun
aşağıdakı monoqrafiya və məqalələri ədəbiyyatşünaslığın
inkişafında əvəzsiz töhfədir. Amma çox təəssüf ki, tələbə
və aspirantlar üçün gözəl mənbə ola biləcək bu əsərlər çap
olunmamışdır.
1. Klassiklərimiz və musiqi. (Akademik Fuad Qasımza-
də ilə birlikdə).
2. Nəsimi yaradıcılığında din ehkamlarının tənqidi.
3. Nəsiminin klassik poeziyaya münasibəti.
4. Füzuli yaradıcılığının bəzi poetik xüsusiyyətləri.
5. Füzuli yaradıcılığında məcazlar.
6. Füzuli və klassik muğamlar.
7. Füzuli və xalq musiqisi.
8. Füzuli yaradıcılığında eşq məhəbbət motivləri.
9. S.Ə.Şirvani musiqi haqqında.
10. S.Ə.Şirvani incəsənət haqqında.
11. S.Ə.Şirvani ədəbiyyat haqqında.
12. S.Ə.Şirvaninin lirikası.
13. S.Ə.Şirvaninin sənətə və şer mədəniyyətinə baxışı.
14. S.Ə.Şirvani irsinin öyrənilməsi tarixindən.
15. S.Ə.Şirvaninin estetik görüşləri.
16. S.Ə.Şirvani əsərlərinin nəşri tarixindən.
17. S.Ə.Şirvaninin lirikasında sənətkarlıq məsələləri.
Bu əsərlərdən başqa Əli Fəhminin Radio və televiziy-
ada Nəsiminin, Füzulinin və Seyid Əzimin musiqi ilə
bağlı fikirləri haqqında bir neçə qiymətli məqalənin
müəllifidir.
Yeqzar Cəfərli
86
Bu monoqrafiya və məqalələr ayrıca bir araşdırma
mövzusudur və Əli Fəhmi irsini axıra qədər araşdırmağı
öz qarşısına məqsəd qoyan bu sətirlərin müəllifi tərəfin-
dən işlənib geniş oxucu kütlələrinə çatdırılacaq. Hələlik
buna elmi səviyyəm yol vermir. Əli Fəhminin ensiklope-
dik biliyindən böyük pay düşən oğlu İlham Ələkbərovun
yaxından köməyi ilə mən bu əsərləri qismən təhlil edə bil-
dim. Bu işdə məqsədim yalnız oxuculara məlumat vermək
və gələcəkdə Əli Fəhmişünasların yetişməsi yolunda ilk
addım atmaqdır. Onu da qeyd etmək istəyirəm ki, Əli
Fəhminin əsərləri tək bunlarla bitmir. Qeyd etdik ki, o,
əlyazmalarının əsas hissəsini Kamo küçəsindəki mənzilinə
köçürmüşdür.
ƏLİ FƏHMİ DÜNYASI
87
Klassiklərimiz və musiqi
“Musiqi əsil ümumbəşəri dildir”
K.M.Veber
Musiqi mədəniyyətimizin qızıl dövrünü yaşayırıq.
XX əsrdə xalqımız dünya mədəniyyəti xəzinəsinə
Ü.Hacıbəyov, Q.Qarayev, A.Məlikov, F,Əmirov, Niyazi
kimi qiymətli incilər bəxş etdi. Texnologiya əsri adlandır-
dığımız XXI əsrdə musiqimizi dünyaya tanıdacaq dahilər
yetişəcəkmi?
Həyatda əzizlənməyə sığal çəkilməyə daima ehtiyyac
duyan varlıqlar mövcuddur. Elə varlıqlar da var ki, çox
zərif olduqlarından onlara heç əllə də toxunmaq olmur.
Voznosenski demişdir: ”Musiqiyə əlinizlə toxunmayın“.
Musiqinin gözəlliyi, zərifliyi, həmin xalqın zənginliyin-
dən, qədimliyindən xəbər verir. Xalqımızın ölməz şairi Ə.
vahid yazırdı:
Vahid, o millət ki onun musiqisi yox,
Batsın da yerli dibli, elə millət olmasın.
Musiqi gözəldir, gözəl olduğu qədər də təsirlidir.
Mərhum xanəndə Hacıbaba Hüseynovun lent yazılarını
dinləyəndə muğamlarımıza, xalq musiqimizə məhəbbəti-
miz birə-min artır. Bu görkəmli sənətkarı dinləyərkən in-
san təpədən-dırnağa qədər, oyanır, təsirlənir. Bu ecazkar
muğamlar insanı milli özünüdərkə aparır, adamda yaşa-
maq həvəsi, həyat eşqi oyadır. Dahilərdən Bax necə də gö-
zəl demişdir ki, “Musiqinin məqsədi qəlbləri riqqətə gətir-
Yeqzar Cəfərli
88
məkdir”. Azərbaycan musiqinin təsiri altında dünyanin
ən böyk dastanını yaratmaq olar.
Bizim Qərbin nə mədəniyyətinə, nə də musiqisinə
ehtiyacımız yoxdur. C.Cabbarlı hələ XX əsrin əvvəllərində
Qərbi bu cür xarakterizə etmişdi: “Ağ çöhrəli, qara
vicdanlı Qərb. İdraksız bir kütlə, cismani bir duyğu”. Çox
zaman gəncləri zövqsüzlükdə xarici musiqiyə daha çox
üstünlük verdiklərinə görə tənqid edirlər. Fikrimcə, biz
yaşa dola-dola bizdə xalq musiqisinə də, muğama da mə-
həbbətimiz artacaq. Çünki, hamının öz kökünə qayıtması
təbii bir haldır. Muğam isə bizim kökümüzdür. Deyirlər
ki, tənburda çox gözəl ifa edən Babək öz ordusu üçün
marşı Heratı muğamını seçmişdi. Azərbaycanlılar bu
muğamın sədaları altında işğalçı ərəb ordularına qarşı
əzmlə vuruşurdular. Necə müdrik bir xalq olasan ki, belə
musiqilər bəstələyə biləsən. Xalqıma bəxş etdiyi bu iste-
dada görə Uca Allahın dərgahına hədsiz şükürlər olsun.
Hələ XIX əsrdə M.Ş.Vazehin mahnıları müxtəlif Av-
ropa dillərində 170-dəfə nəşr olunaraq dünyanı dolaş-
mışdı. Bu günün özündə də özgə millətlər musiqimizi
özününkü etmək üçün dəridən qabıqdan çıxırlar. Bəs biz
necə, mahnılarımızı qoruyub saxlaya bilirikmi? Cavabı
çox sadədir. Xeyr. Biz yalnız danışırıq, tənqid edirik. Nəyi
isə yaratmaq, yaymaq barəsində az düşünürük. Gəncləri
xalq musiqisinə, muğamlara məhəbbət ruhunda tərbiyə-
ləndirmək üçün bu sahədə yeni yeni əsərlər yazıb çap et-
dirmək lazımdır. Bu baxımdan Əli Fəhminin akademik
Fuad Qasımzadə ilə birlikdə yazdığı “Klassiklərimiz və
musiqi” kitabı olduqca təqdirəlayiqdir. 1967-ci ildə yazıl-
Dostları ilə paylaş: |