Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

Yeqzar Cəfərli  
 
 
84 
faydalı bir əsər olduğunu hətta pedaqogikanın tələb etdiyi 
təlim və tədris üsuluna metodik qanunlara artıqlaması ilə 
cavab verdiyini görə bilməmişlər”. 
 Azərbaycan müəllimi qəzetinin 14 oktyabr 1970-ci il 
nömrəsində  dərc etdirdiyi məqaləsində  Əli Fəhmi bu 
dərsliyin üstünlüklərini sadalamaqla yanaşı onun yuxarı-
da sadaladığımız nöqsanlarını  da  qeyd  etmiş  və bu dərs-
liyin yeni nəşrinin zəruriliyindən danışmışdır.  
 Onun  bu  məqaləsindən sonra Azərbaycan SSR EA 
Respublika  Əlyazmaları Fondu Əlyazmalar  şöbəsinin 
müdiri F. Seyidov və Əlyazmalar şöbəsinin baş elmi işçisi 
C.Əfəndiyevin imzası ilə o zamankı Maarif Nazirliyinə 
rəsmi məktub göndərilmiş və alimin söhbət gedən dərslik-
lə bağlı fikri təqdir olunmuşdur. Məktubda qeyd edilir: 
“Əgər Azərbaycan Maarif naziri M.Mehdizadə bu kitabça-
nı hərəkəli şəkildə və müəllifin bəzi dəyişilikləri ilə birlik-
də  nəşr etdirsə bizim kimi ərəb dili ilə maraqlanan və 
yüzlərlə bu dili öyrənməyə can atan ziyalılarln arzusunu 
təmin etmiş olar. Biz öz məqaləsi ilə belə bir zəruri məsə-
ləyə toxunan Əli Fəhmi müəllimin fikrinə  şərik olmaqla 
həmin qiymətli əsərin ikinci nəşrini gözləyirik”. 
Əli Fəhmi Universitet və pedoqoji institutların tələbə-
ləri üçün 1963-cü ildə yazılmış “Ədəbiyyatşünaslığın əsas-
ları” dərsliyinin müəlliflərindən biridir. Dərslikdə alimin 
Əruz vəzni haqqında yazdığı oçerk bu sahədə yazılmış 
əsərlərin  ən dəyərlisi kimi çox yüksək  qiymətləndirilir. 
Professor  Əkrəm Cəfər yazırdı:” Bu əsərdə onun əruzun 
mənşəyinə aid yazdığı qeydlər bütün əruzçuların  əsərlə-
rindən irəli gedir”. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
85
Əli Fəhmi Azərbaycan  ədəbiyyatında yaradıcılığı  ən 
mürəkkəb  şairlərin yaradıcılığını  tədqiq etmişdir. Onun 
aşağıdakı monoqrafiya və  məqalələri  ədəbiyyatşünaslığın 
inkişafında  əvəzsiz töhfədir. Amma çox təəssüf ki, tələbə 
və aspirantlar üçün gözəl mənbə ola biləcək bu əsərlər çap 
olunmamışdır. 
1. Klassiklərimiz və musiqi. (Akademik Fuad Qasımza-
də ilə birlikdə). 
2. Nəsimi yaradıcılığında din ehkamlarının tənqidi. 
3. Nəsiminin klassik poeziyaya münasibəti. 
4. Füzuli yaradıcılığının bəzi poetik xüsusiyyətləri. 
5. Füzuli yaradıcılığında məcazlar. 
6. Füzuli və klassik muğamlar. 
7. Füzuli və xalq musiqisi. 
8. Füzuli yaradıcılığında eşq məhəbbət motivləri. 
9. S.Ə.Şirvani musiqi haqqında. 
10. S.Ə.Şirvani incəsənət haqqında. 
11. S.Ə.Şirvani ədəbiyyat haqqında. 
12. S.Ə.Şirvaninin lirikası. 
13. S.Ə.Şirvaninin sənətə və şer mədəniyyətinə baxışı. 
14. S.Ə.Şirvani irsinin öyrənilməsi tarixindən. 
15. S.Ə.Şirvaninin estetik görüşləri. 
16. S.Ə.Şirvani əsərlərinin nəşri tarixindən. 
17. S.Ə.Şirvaninin lirikasında sənətkarlıq məsələləri. 
Bu əsərlərdən başqa Əli Fəhminin Radio və televiziy-
ada  Nəsiminin, Füzulinin və Seyid Əzimin musiqi ilə 
bağlı fikirləri haqqında bir neçə    qiymətli  məqalənin 
müəllifidir. 


Yeqzar Cəfərli  
 
 
86 
Bu monoqrafiya və  məqalələr ayrıca bir araşdırma 
mövzusudur və  Əli Fəhmi irsini axıra qədər araşdırmağı 
öz qarşısına məqsəd qoyan bu sətirlərin müəllifi tərəfin-
dən işlənib geniş oxucu kütlələrinə çatdırılacaq. Hələlik 
buna elmi səviyyəm yol vermir. Əli Fəhminin ensiklope-
dik biliyindən böyük pay düşən oğlu İlham Ələkbərovun 
yaxından köməyi ilə mən bu əsərləri qismən təhlil edə bil-
dim. Bu işdə məqsədim yalnız oxuculara məlumat vermək 
və  gələcəkdə  Əli Fəhmişünasların yetişməsi yolunda ilk 
addım atmaqdır. Onu da qeyd etmək istəyirəm ki, Əli 
Fəhminin  əsərləri tək bunlarla bitmir. Qeyd etdik ki, o, 
əlyazmalarının əsas hissəsini Kamo küçəsindəki mənzilinə 
köçürmüşdür. 
 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
87
Klassiklərimiz və musiqi 
 
“Musiqi əsil ümumbəşəri dildir” 
K.M.Veber 
 
Musiqi mədəniyyətimizin qızıl dövrünü yaşayırıq. 
XX  əsrdə xalqımız dünya mədəniyyəti xəzinəsinə 
Ü.Hacıbəyov, Q.Qarayev, A.Məlikov, F,Əmirov, Niyazi 
kimi qiymətli incilər bəxş etdi. Texnologiya əsri adlandır-
dığımız XXI  əsrdə  musiqimizi dünyaya tanıdacaq dahilər 
yetişəcəkmi?  
Həyatda əzizlənməyə sığal çəkilməyə daima ehtiyyac 
duyan varlıqlar mövcuddur. Elə varlıqlar da var ki, çox 
zərif olduqlarından onlara heç əllə  də toxunmaq olmur. 
Voznosenski demişdir: ”Musiqiyə  əlinizlə  toxunmayın“. 
Musiqinin gözəlliyi, zərifliyi, həmin xalqın zənginliyin-
dən, qədimliyindən xəbər verir. Xalqımızın ölməz şairi Ə. 
vahid yazırdı: 
Vahid, o millət ki  onun musiqisi yox, 
Batsın da yerli dibli, elə millət olmasın. 
Musiqi gözəldir, gözəl olduğu qədər də  təsirlidir. 
Mərhum xanəndə Hacıbaba Hüseynovun lent yazılarını 
dinləyəndə muğamlarımıza, xalq musiqimizə  məhəbbəti-
miz birə-min artır. Bu görkəmli sənətkarı dinləyərkən in-
san təpədən-dırnağa qədər, oyanır, təsirlənir. Bu ecazkar 
muğamlar insanı milli özünüdərkə aparır, adamda yaşa-
maq həvəsi, həyat eşqi oyadır. Dahilərdən Bax necə də gö-
zəl demişdir ki, “Musiqinin məqsədi qəlbləri riqqətə gətir-


Yeqzar Cəfərli  
 
 
88 
məkdir”. Azərbaycan  musiqinin təsiri altında dünyanin 
ən böyk dastanını yaratmaq olar. 
Bizim Qərbin nə  mədəniyyətinə,  nə  də musiqisinə 
ehtiyacımız yoxdur. C.Cabbarlı hələ XX əsrin əvvəllərində 
Qərbi bu cür xarakterizə etmişdi: “Ağ çöhrəli, qara 
vicdanlı Qərb. İdraksız bir kütlə, cismani bir duyğu”. Çox 
zaman gəncləri zövqsüzlükdə xarici musiqiyə daha çox 
üstünlük verdiklərinə görə  tənqid edirlər. Fikrimcə, biz 
yaşa dola-dola bizdə xalq musiqisinə də, muğama da mə-
həbbətimiz artacaq. Çünki, hamının öz kökünə qayıtması 
təbii bir haldır. Muğam isə bizim kökümüzdür. Deyirlər 
ki, tənburda çox gözəl ifa edən Babək öz ordusu üçün 
marşı Heratı muğamını seçmişdi. Azərbaycanlılar bu 
muğamın sədaları altında işğalçı  ərəb ordularına qarşı 
əzmlə vuruşurdular. Necə müdrik bir xalq olasan ki,  belə 
musiqilər bəstələyə biləsən. Xalqıma bəxş etdiyi  bu iste-
dada görə Uca Allahın dərgahına hədsiz şükürlər olsun. 
Hələ XIX əsrdə M.Ş.Vazehin mahnıları müxtəlif Av-
ropa dillərində  170-dəfə  nəşr olunaraq  dünyanı dolaş-
mışdı.  Bu günün özündə  də özgə millətlər musiqimizi 
özününkü etmək üçün  dəridən qabıqdan çıxırlar. Bəs biz 
necə, mahnılarımızı qoruyub saxlaya bilirikmi? Cavabı 
çox sadədir. Xeyr. Biz yalnız danışırıq, tənqid edirik. Nəyi 
isə yaratmaq, yaymaq barəsində az düşünürük. Gəncləri 
xalq musiqisinə, muğamlara məhəbbət ruhunda tərbiyə-
ləndirmək üçün bu sahədə yeni yeni əsərlər yazıb çap et-
dirmək lazımdır. Bu baxımdan  Əli Fəhminin akademik 
Fuad Qasımzadə ilə birlikdə yazdığı “Klassiklərimiz və 
musiqi” kitabı olduqca təqdirəlayiqdir. 1967-ci ildə yazıl-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə