Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

Yeqzar Cəfərli  
 
 
72 
di”. Təəccüb etdim. Sonralar eşitdim ki, Əli müəllim həm 
də  həkimdir. O özü də  şəkər xəstəsi olduğundan yeməyi 
evdən gətirirdi və məni də yeməyə məcbur edirdi. Sözün 
həqiqi mənasında ideal insan idi. Filmin məsuliyyətini də-
rindən dərk edirdi. İşə vicdanlı münasibət, ədalət prinsipi 
onun həyatının əsas meyarı idi. Mənim sənətkar kimi for-
malaşmağımda  Əli Fəhminin rolu danılmazdır. ”Mədəni 
maarif işi” jurnalının 1-4, 1974-cü il nömrəsində dərc etdir-
diyi məqaləsində Rasim Balayev yazırdı: ”Filmin çəkilişi 
zamanı film üzrə məsləhətçi Əli Fəhmi müəllim şairin qə-
zəllərinin doğru və ahəngdar səslənməsində biz aktyorla-
ra yaxından kömək edirdi”. 
“Nəsimi” filmi Azərbaycan kinosu tarixində bəlkə də 
yeganə filmdir ki, heç bir dekorasiyadan istifadə olun-
mayıb, ancaq tarixi abidələrdə çəkilmişdir. Filmin əvvəlin-
də və sonunda qeybdən gələn ilahi səs kimi Əli Fəhminin 
səsinin verilməsi filmin daha gözəl səslənməsinə səbəb ol-
muşdur. 
“Nəsimi” filminin primyera tamaşasından sonra res-
publika mətbuatında qızğın müzakirələr başlandı. Bu 
müzakirələrin yekunu olaraq film Respublika kinosevərlə-
ri tərəfindən  hərarətlə bəyənildi. 1974-cü ildə keçirilən VII 
Ümumittifaq kino festifalında “Nəsimi” filmi ən yaxşı 
film, Rasim Balayev isə ən yaxşı kişi rolunun ifaçısı adına 
layiq görüldü. Filmin müvəffəqiyyət qazanılmasında heç 
şübhəsiz Əli Fəhminin də rolu böyük idi. Şükufə Tağızadə 
Bakı  qəzetinin 13 iyun 1973-cü il nömrəsində  dərc etdir-
diyi məqaləsində yazırdı: “Filmin elmi məsləhətçisi  Əli 
Fəhmi filmin yaxşı  çıxması üçün böyük səy göstərdi. Bu 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
73
isə 600 illiyini qeyd etməyə hazırlaşdığımız məşhur filosof 
humanist və şair olan Nəsimiyə, xalqımızın tarixinə onun 
böyük məhəbbəti ilə bağlı idi”. 
 
Əli Fəhmi Bakı məclislərində 
 
Əli Fəhminin klassik irsimizlə bağlı zəngin biliyindən 
hamı faydalanmaq istəyirdi. Alimin yaxın dostu və tələbə 
yoldaşı qəzəlxan Həkim Qəni onu məclislərdə daim müşa-
iyət edərdi, səsini lentə alardı, yadigar saxlardı. Şair xatır-
layırdı ki, “Bir məclisdə Axundun xütbə oxuması onun xo-
şuna gəlmədi. Evə qayıdandan sonra “Xütbə bax belə 
olar”-deyə onu mənimçün oxudu. Həmişə olduğu kimi bu 
dəfə  də onun səsini özünə sezdirmədən lentə aldım. 
Xütbəni onunçün səsləndirəndə  təəccübləndi. “Bunu nə 
vaxt yazdın-” dedi və lenti pozmağı xahiş etdi. “Onsuz da 
rəhbərlik məni günahlandırmaq üçün bəhanə axtarır”. 
Lenti heç kəsə göstərməyəcəyimi vəd edib, onu sakitləş-
dirdim”.  Əli Fəhminin məclislərdə oxuduğu yüzlərlə 
xütbəsini Həkim Qəni lentə almışdır. Və bu lentlər  şairin 
fonotekasında saxlanılır. Lakin mən bu sətirləri qələmə 
alarkən Həkim Qəni artıq həyatda yox idi. Bu xatirə lentlə-
rini onun yoldaşından alıb dinləməyə  dəfələrlə  cəhd et-
səm də, o, müxtəlif bəhanələrlə onları verməkdən imtina 
etdi.  
Əli Fəhmi Bakı  məclislərinin yaraşığı idi. Bakılıların 
xatirində O, ən çox Füzulidən,  əruzdan, muğamdan, Qu-
rani-Kərimdən və  hədislərdən etdiyi söhbətlərlə qalmış-


Yeqzar Cəfərli  
 
 
74 
dır. Onunla eyni məclislərdə ən yüksək dini təhsil görmüş 
insanlar belə mübühisə etməkdən çəkinərdilər, danışıqla-
rında səhv buraxacaqlarıdan və buna görə  də  məzəmmət 
olunacaqlarından ehti yat edərdilər. 
Bir gün məclislərin birində  əslən Lənkərandan olan 
bir molla beytülmaldan danışırmış. Onu diqqətlə dinləyən 
Əli Fəhmi mollanın səhv buraxdığını görüb əsəbləşir və 
ona “Hədisatdan” misal gətirməklə  məsələni izah edir. 
”Beytülmal xalq    arasında bərabər bölünməlidir. Bir gün 
Həzrət  Əli  Şam işığında müharibə zamanı  əldə olunmuş 
qənimətin siyahısını tuturmuş. Sərkərdələrdən biri içəri 
daxil olub “Ya Əli səninlə söhbətim var”-deyir. Əmirəlmö-
minin soruşur:” Şəxsi məsələdir, ya ümumi məsələ”? Sər-
kərdə cavab verir: ”Şəxsidir”. Onda İmam şamı söndürür. 
Təəccüb içində baxan sərkərdəyə  “Şam Beytülmalındır 
şəxsi məsələlər üçün işlənə bilməz”-deyir. Əli Fəhmi mol-
laya başa salır ki, Beytülmal sonradan xalqın imkansız tə-
bəqəsinə, müharibələrdə  ərlərini itirmiş dul qadınlara və 
yetimlərə sərf olunardı. Əli Fəhminin yaxın dostu həmişə 
onunla məclclərdə birgə  iştirak edən Ağacavad müəllim 
mollaya bildirəndə ki, bu şəxs Əli Fəhmidir, molla dərhal 
özünü düzəldir. Əli Fəhmidən üzr istəyir və kiçik olduğu-
nu etiraf edir. Əli Fəhmi isə ona “sən kiçik olmağına kiçik-
sən, amma iddian çox böyükdür”. Qeyd edək ki, çox məş-
hur olan  bu sözlər indiyə qədər Bakı kəndlərində işlənir. 
Əli Fəhminin Bakı  məclisləri ilə bağlı xatirələr çox-
dur. Danışırlar ki, O, yarımçıq mollalara şəriəti bildikləri 
kimi, təhrif etməyə imkan verməz, onlara acıqlanar, ”Ya-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
75
rımçıq həkim can düşmənidir, yarımçıq molla din düşmə-
nidir”-deyərdi. 
 Əli Fəhminin Füzulinin aşağıdakı misraları ilə bağlı 
təfsiri dillər əzbəridir. 
Bir günah etsəm əgər min bir gün ah etmək gərək. 
Min gün ah etsəm əgər heç bir günahım yox mənim. 
Ən qəliz qəzəllərin belə izahı onun üçün adi bir iş idi. 
Təkrardan qorxmayaraq bir daha qeyd edirik ki,  Əli 
Fəhminin hamı üçün tərbiyəvi əhəmiyyət kəsb edəcək, Ba-
kının yas və toy məclislərində etdiyi söhbətlərin hamısı 
Həkim Qəni tərəfindən lentə alınmışdır. Çox təəssüflər ol-
sun ki, bu lentləri onun həyat yoldaşından alıb dinləmək 
bizim üçün əməlli-başlı müşgülə çevrildi. 
Oxucular yaxşı bilirlər ki, Bakı kəndlərində, xüsusilə 
də Nardaran və Maştağa kəndlərində muğamdan, Füzuli-
dən, Qurani-Kərimin təfsirindən söhbət etmək olduqca çə-
tin və  məsuliyyətlidir.  Əsil  əruz və muğam akademiyası 
olan bu kəndlərdə heç bir musiqi təhsili görməyən insan-
lar belə muğamdan və  əruzdan yaxşı baş  çıxarırlar. Bu 
kəndlərdə bu günün özündə  də  Əli Fəhmi iftixarla yad 
olunur, ruhuna rəhmət oxunur. Tələbələri xatırlayır ki, 
Buzovnada “Məclisi  üns”-ün məclislərində  Ağasəlim Fə-
da, İsmayıl Səmədzadə, Ələkbər Şahid, Seyidağa ilə birlik-
də  Əli Fəhmi də yaxından iştirak edirdi. Bu məclislərdə 
klassik  şərq poeziyasından,  əruzdan muğamdan maraqlı 
söhbətlər edərdilər. Bir gün məclisdə alimlər  Əli Fəhmi-
dən soruşdular ki, “sən hələ baş müəllimsən, niyə müdafiə 
etmirsən”?. Cavab verir ki, “mən bir şahı (pul) qoydum, 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə