Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə22/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   18   19   20   21   22   23   24   25   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
89 
Əgər bunu Molla Nəsrəddinin məşhur “Molla və  oğru” lətifəsi ilə 
müqayisə etsək, onların çox oxşar olduğunu görərik. 
İndi isə Molla Nəsrəddinin “Ya eşşək ölər, ya da Teymur” adlı 
daha bir məşhur lətifəsəni götürək. Lətifənin məzmununa görə Molla 
böyük  əməkhaqqı alaraq, beş il müddətində  eşşəyə danışmaq öyrət-
məyə söz verir. Arvadının: Bu mümkündürmü?- sualına o belə cavab 
verir: “Bu beş il müddətində ya eşşək ölər, ya da Teymur!” Pulu-
Puqidən: “Pulu-Puqi Məlik-Şahnazarın eşşəyinə savad öyrədir” ləti-
fəsinin süjeti Molla Nəsrəddinin lətifəsinin orijinalının tam təkrarıdır. 
“Fərq” yalnız orasındadır ki, orijinaldan fərqli olaraq, “Pulu-Puqi bu 
illər  ərzində üçündən birinin öləcəyini deyir: ya eşşək, ya Məlik-
Şahnazar, ya da onun özü”. Təxminən belə bir mənimsəmə nümu-
nəsini Pulu-Puqidə “Axmaqların və dəlilərin siyahısı” lətifəsinin sü-
jetində görmək olar, mahiyyətcə o, Molla Nəsrəddinin “Axmaqların 
siyahısı” lətifəsini təkrar edir. 
Nəticədə aydın olur ki, Pulu-Puqi “Erməni folkloru” toplusunun 
müəlliflərinin təqdim etdikləri kimi məşhurluğuna görə yox, daha 
çox kompilyasiya edilmiş süjetlərin oxşarlığına görə Molla Nəsrəd-
dinə yaxındır. 
Baxın, həqiqətən də,  şair V.Solouxin dediyi kimi, “lətifə danış-
maq”- yumoru kirayəyə götürməkdir”. Oxuculara xatırladaq ki, Azər-
baycan  ədəbiyyatına onlarla məzəli və  dərinmənalı  lətifələr verən 
Qarabağ kəndlərinin və şəhərlərinin bütöv bir siyahısını tərtib etmək 
olar. Misal üçün, Abdal Qasım,  şuşalı Abbasqulu və bir çoxları 
“Qarabağın Nəsrəddinləri” olmuşlar. 
Məhz Azərbaycan xalq lətifələri ermənilər arasında geniş yayıl-
mışdı. Burada Molla Nəsrəddin lətifələri ilə yanaşı, Bəhlul Danən-
dənin lətifələrini də görmək olardı. Bunların hamısı erməni arxivlə-
rində saxlanılır. Əlbəttə, daha tez-tez arxiv materiallarında, çap nəşr-
lərində  və  nəhayət, erməni klassiklərinin  əsərlərində  də Molla Nəs-
rəddinin adına rast gəlinir. Molla Nəsrəddin lətifələrini erməni folklo-
runun toplayıcılarında da tapmaq olar. Misal üçün, Sənəkərim Şalc-
yanın dəftərini göstərmək olar. 
K A M R A N  İ M A N O V 
 
90 
Əfsanəvi, hazırcavab, iti ağıllı, dəqiq və gözlənilməz Molla Nəs-
rəddin həmişə ermənilərin dilindən düşməmiş  və Azərbaycan dilini 
yaxşı bilən ermənilər həmişə bu xalq müdrikliyi nümunələrini oriji-
nalda istifadə etmişlər. 
X.Abovyan bu və buna bənzər lətifələri toplayıb öz “Gülməli və 
qısa hekayələr” kitabında göstərirdi ki, yumor və məzhəkə qədimdən, 
antik dövrlərdən çox böyük əhəmiyyət kəsb etmişdir (X.Abovyan, 
seç. əsər. külliyyatı, c.
 
4). Ermənilər XIX əsrin üçüncü rübündən baş-
layaraq, ciddi-cəhdlə  lətifələri və oxşar hekayələri erməni dilində 
nəşr edir və yayırdılar. Misal üçün, İ.Qaqdanın erməni dilinə  tərcü-
məsi əsasında 1858-ci ildə İzmirdə Dedeyan nəşriyyatı tərəfindən çap 
olunmuş “Molla Nəsrəddin lətifələri”ni göstərmək olar. XIX əsrin 
sonlarına doğru nəşrlərin sayı o qədər çox (1876, 1877, 1883-cü illə-
rin nəşrləri) olmuşdur ki, tərcümələr lətifələrin “erməniləşdirilmsi”nə 
yönəldilmiş  dəyişikliklər və  işlənmələrlə müşayiət olunurdu. Hətta 
xüsusi olaraq, üçcildlik “Lətifələr” kitabı nəşr olunmuşdu. Onun so-
nuncu cildində dərc olunmuş material milli və xarici lətifələrə bölün-
müşdü. Xarici lətifələr adı altında Molla Nəsrəddin lətifələri başa 
düşülürdü. Lətifələrin məşhurluq səviyyəsi elə dərəcədə idi ki, ermə-
ni tədqiqatçıları, hətta o cümlədən yüksək ruhani rütbəsi olanlar bu 
işlə əsaslı surətdə məşğul olurdular. Misal üçün, arxiyepiskop Qabri-
yel Ayvazyan Polisdə nəşr etdirdiyi kitabın müqəddiməsində yazırdı 
ki, bizim [ermənilərin] xalqın arasında gülməli və yumoristik hekayə 
bilənlər çoxdur. Bununla yanaşı, türk dilini yaxşı bilən və türklərlə 
bir  ərazidə yaşayan ermənilər tərəfindən tərcümə olunmuş nümunə-
lər geniş yayılmışdır (kursiv bizimdir). Daha vacibi isə o idi ki, Molla 
Nəsrəddin lətifələri Azərbaycan orijinalında erməni yazılı ədəbiyya-
tına da daxil olmuşdu. Xüsusi qeyd edirik: söhbət erməni lətifələrin-
dən yox, məhz Azərbaycan lətifələrindən gedir. Bu lətifələrdən hamı-
dan çox erməni  ədəbiyyatının klassiki X.Abovyan istifadə etmişdir. 
Onun həm “İstirahət vaxtı əyləncə” toplusunda, həm də “Naxaşaviç” 
əlifbasında Molla Nəsrəddin lətifələrinin  əksər kolleksiyası toplan-
mışdır.  


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
91 
Abovyan “Molla Nəsrəddinin qazanı”, “Molla Nəsrəddinin na-
harı”, “Molla Nəsrəddinin eşşəyinin itməsi” və s. nəzm formasına 
salmışdır və onlar bu günə  qədər də xalq arasında çox məşhurdur 
(X.Abovyan, Əsərlərinin tam külliyyatı, 1948, c. 1, 1950, c. 5). Əl-
bəttə, buraya lətifələr “Molla Nəsrəddindən deyil”, “kimdənsə” və s. 
formada daxil edilmişdir. Belə lətifələrdən xarakterik bir misal: “Bir 
nəfər savadlı adam qohumu gilə  gəlir. O, qapını döyəndə, onun qo-
humu xidmətçiyə deyir: “Ona de ki, ev sahibi evdə yoxdur.” Qonaq 
vəziyyəti başa düşür, heç nə demədən çıxıb gedir. Bir neçə gün ke-
çəndən sonra indi də qohumu onlara gəlir və ev sahibinin özü qapının 
dalından cavab verir ki, o, evdə yoxdur. Gələn adama elə  gəlir ki
onunla zarafat edirlər və o, yenidən qapını döyür. Yenə həmin cavabı 
eşidəndə, o, təəccüblə soruşur: “Qulaq as, axı sənin özün deyirsən ki, 
ev sahibi evdə yoxdur”. Onda ev sahibi ona cavab verir: “Mən sənin 
xidmətçinə inandım, sən isə  mənə inanmırsan”. Bu lətifəni Molla 
Nəsrəddinin “Eşşəyə inanırsan, mənə isə yox” lətifəsi ilə müqayisə 
etməyə ehtiyac yoxdur,” ona görə ki, mənimsəmə göz qabağındadır 
və hələ Abovyanın özü də buna belə cavab verir: “ ... Molla Nəsrəd-
dinin müvafiq lətifəsi ilə tanış olanlar bunu bilərlər.” 
Q.Ağayan da Molla Nəsrəddinin lətifələrini nəzmə çevirmişdir. 
Onun Xoca Nəsrəddin haqqında verdiyi lətifələrin birində Xoca Nəs-
rəddin ətrafdakıları aldatmaq məqsədi ilə yalandan xəzinənin harada 
olduğunu deyir. Sonra isə öz yalanına özü də inanaraq onu axtarmağa 
başlayır (Q.Ağayan, əsər., c. 1).  
Məşhur erməni nasiri P.Proşyan da lətifələrdən tez-tez kiçik 
məsəllər kimi istifadə etmişdir. Təsvir olunan mövzunun daha dərin-
dən qavranılması üçün o, "Molla Nəsrəddin lətifələrinin əsas tezislə-
rindən istifadə etməklə yumoristik formada verər, yaxud danışılan 
fikir haqqında nəticəni Molla Nəsrəddin lətifəsindən məsəl  şəklində 
təqdim edərdi. Məsələn, “Bəli, kədərinizi bölüşürəm. Bədbəxtlik bizə 
də, sənə də məlumdur. Qəlbindən daşı at. Elə olmasın, əgər bundan 
Molla Nəsrəddindəki kimi küpədən yağ  əvəzinə  şor çıxmasın...” 
(P.Proşyan, “Seç. əsər., c.2). Molla Nəsrəddin lətifəsindən götürül-
müş lətifənin, daha doğrusu, ifadənin mətndə istifadə edilməsi danışı-
K A M R A N  İ M A N O V 
 
92 
lan hadisə haqqında tam təsəvvür yaratmağa imkan verir, ona görə ki, 
oxuculardan elə birini də tapmaq olmaz ki, o, bu lətifə ilə və ondan 
çıxan “Səhv yağ küpəsindədir” məsəli ilə tanış olmasın. 
Hörmətli oxucular! “Gəldim, gördüm...mənimsədim” tematik 
sərlövhəsinin bir neçə paraqrafı boyunca Azərbaycan xalqına məxsus 
əqli mülkiyyətin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi 
barədə danışmışıq. Bu həm dastanlarımızın, rəvayətlərimizin və digər 
epik  əsərlərimizin intellektual oğurluğuna, həm bayatılarımızın, ata-
lar sözləri və məsəllərimizin ələ keçirilməsi cəhdlərinə, həm də nağıl-
larımızın, lətifələrimizin və folklor janrımızıın digər nümunələrinin 
“erməniləşdirilməsi”nə aiddir 
Bununla yanaşı, bəllidir ki, folklor ədəbiyyatı qidalandırır, milli 
ədəbiyyat və yazılı yaradıcılığa aid edilənlərin hamısı  nə  qədər çox 
şifahi xalq yaradıcılığına əsaslansa, o qədər zəngin olur. 
Bir sözlə, milli folklor bütün dövrlərdə bədii ədəbiyyatın nəzm və 
nəsr formalarının motivləri, süjetləri və obrazları üçün tükənməz 
mənbəsi, dil təsviri vasitələri və kompozisiya üsullarının zəngin xə-
zinəsi olmuşdur. Oxucuların da diqqət yetirdikləri kimi, erməni ədə-
biyyatı klassikləri erməni folklor yaradıcılığından daha çox Azər-
baycan folklor yaradıcılığına müraciət etmişlər. Onlar həm də yalnız 
tək öz şəxsi yaradıcılıqlarını  zənginləşdirməmişlər. X.Abovyan, Q. 
Ağayan, P.Proşyan, Sundukyan Azərbaycan folklor orijinallarından 
istifadə edərək, həm də öz xalqının yeni “erməniləşdirilmiş” folklor 
nümunələrini yaratmışlar. Elə folklor daşıyıcıları, nağılçılar-erməni 
aşıqları da bu cür hərəkət edirdilər. Azərbaycan dilində şeir qoşan və 
onları Azərbaycan dilində oxuyan aşıqların ümumi sayı 400-dən artıq 
idi.  Əsərlərinin böyük hissəsini Azərbaycan dilində yaratmış Sayat 
Novanın yaradıcılığından müəyyən hissəni çıxarsaq, onda erməni 
xalq mahnılarının böyük əksəriyyətinin Azərbaycan mahnılarından 
götürüldüyü üzə çıxar. 
Bu da Azərbaycan (türk) dilinin XIX əsrdə Zaqafqaziyanın 
ümumfolklor dilinə çevrilməsini təsdiq etməyə kifayətdir. Bunlar dil 
əlaqələri və qarşılıqlı təsir tarixində nadir fakt idi. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə