E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
245
Azərbaycan aşıqları ozanların (uzanların) yaradıcılıq
xəttini da-
vam etdirirlər, bu hamı tərəfindən ümum qəbul edilmişdir. “Ozan –
uzan” və ”qusan” terminlərinin kifayət qədər oxşarlığı nə ilə bağlıdır,
yoxsa bu, təsadüf nəticəsində əmələ gəlmişdir?
Yenə erməni mənbələrinə müraciət edək və onların “qusan” ter-
minini necə şərh etmələrini araşdıraq. Akademik Açaryanın “Erməni
etimoloji lüğəti”nə əsasən, “qusan” sözü bir neçə mənalarda işlənir.
Birinci, “mimos”, yəni satirik, ikinci, “ifaçı” (çalğıçı, müğənni, mü-
şayiətçi)
və üçüncü, “tmbuq”-qadın ifaçı kimi verilmişdir.
Bununla yanaşı, belə güman edilir ki, “qusan” sözü “qosan” pəh-
ləvi sözünə yaxındır. M.Ağayan isə erməni xalq ifaçılarını “qusan”
adlandırır: “Bizim ermənilərin qədim musiqi alətlərindən biri “qos”
adlanırmış, ancaq bizim dilçilər ona “mes tmbuq” (böyük tmbuq) adı
vermişlər. Baxmayaraq ki, eyni ad altında müxtəlif musiqi alətlərini
görürük. Deməli, “qus” sözü çoxmənalı ola bilər və onlardan biri də
musiqi alətinin adıdır” (M. Aqayan, “Armyanskie qusanı i qusano –
aşuqskoye iskusstvo”, Er. 1959). Xahiş edirik, onun daha geniş, həm
də inandırıcı olmayan şərhinə diqqət yetirəsiniz.
Təsadüfi deyil ki,
məşhur erməni alimi – musiqişünası S. Malxasyans özünün “Erməni
dilinin izahlı lüğəti”ndə birmənalı şəkildə izah edir ki, qusan sözünü
yalnız pəhləvi “qosan” sözü ilə əlaqələndirmək olar (St. Malxasyans,
“Tolkovıy slovar armyanskoqo
yazıka” Erevan, 1944). Bax beləcə,
deməli, erməni mənşəli deyilsə, bu zaman pəhləvi mənşəlidir, ancaq
heç cür türk mənşəli deyil!
“Qusan” sözünə “yerli” erməni mənşəsi
tapmaq cəhdlərinə ən
erkən erməni mənbələrindən başlanmışdır. Misal üçün, M. Emin
“Qədim erməni eposu” (“Epos drevney Armenii”, M., 1850) əsərində
erməni qusanları və yunan rapsodları arasında bir paralellik – bənzər-
lik aparmışdır. A.Zaminyan “Erməni ədəbiyyatı tarixi”ndə (A.Za-
minyan, “İstoriya armyanskoy literaturı”, 1914) yazırdı ki, qusanlarla
yanaşı, hələ vipasonlar da olmuşdur. O. Jamkoçyan və başqaları isə
“Erməni xalqının tarixi”ndə (O.Jamkoçyan, “İstoriya armyanskoqo
naroda”, Erevan, 1963) qusanları və vipasonları daha uzaqlara – b.e.ə.
K A M R A N İ M A N O V
246
IV – I əsrlərə, Haykazyan sülaləsi dövrünə aparırlar. Sadalananlar
bununla bitmir, çünki Levonyan qusan yaradıcılığına
ellin mədəniy-
yətində də “yer tapır.”
Sən demə qədim yunan dövründə “mimos” adı erməni dilinə səhv
tərcümə edilmiş və “qusan” şəklində səhv təqdim olunmuşdur (Levon-
yan, “Teatr v drevney Armenii”, Er.,1941). “Qusan” sözünə yerli mən-
şə tapmaq cəhdləri, onun kökünün qədimləşdirilməsi və nəhayət, onu
necə olursa- olsun, “ozan” (“uzan”) sözlərinin Azərbaycan tələffüzu
rakursunda izah edilməsindən qorumaq cəhdləri göz qabağındadır və
bunun heç bir şərhə ehtiyacı yoxdur. Yalnız onu qeyd etmək lazımdır
ki, Azərbaycan terminləri “ozan” və “qopuz” bir kökdən, yəni “uz”-
dan törəmişdir. “Uzlaşdıran”, “düzən”, qoşan da məhz uzanlar ol-
muşlar, yəni sözləri sətirlərə, sətirləri
bəndlərə düzən məhz onlar ol-
muşlar. Bu gün həmin tərənnümçü-şairlərin varisləri aşıqlardır. Məş-
hur tarixçilərin – M.Artamonovun, Deginanın və başqalarının fikrinə
görə, “qos”, “qus”, “us” – bütün bunlar Avropa mənbələrində türk-
dilli tayfaların adlarıdır. “Oğuzlar” da bu kökdən əmələ gəlmişdir. A.
Komninin “Aş-quz” İncil çarlığı,
yunan “skuzes”, Assuriya “aşquzay”,
babil “işquzay”,
yəni skiflər haqqında informasiyalar da buradandır.
Ozan sənətini və irsini həm Azərbaycan aşıqları, həm qazax küy-
çiləri və cırçıları, həm də türkmən baxşıları və qırğız akınçıları da-
vam etdirirlər.
Sonda biz “uzan” sözünə gedib çatan “ozan” sözünün türk mən-
şəli olmasını çox aydın şəkildə göstərən məşhur alim, akademik B.
A. Qordlevskinin sözlərini veririk:
“...zəngin paltarlı ozanlar və kob-
zarlar tambur (dombre), qopuz çalır, şəhərlərin alınmasına, bahadır-
ların igidliyinə aid şeirlər qoşur, köhnə oğuz qəhrəmanlarını xatırla-
yırdılar” (kursiv bizimdir) (B.A.Qordlevskiy, İzb. Soç., v 2-x tomax,
M., 1960, a takje B.A.Qordlevskiy “Proisxojdenie
osmanskoqo slova
“Uzan”, M., 1930).
Beləliklə, hörmətli oxucular, absurd elə buna görə absurddur...
Hörmətli oxucular, ozan – aşıq yaradıcılığı hansı xalqa məxsusdur,
onu kim kimdən götürmüşdür, “sələflərinin gedib ellin
mədəniyyə-
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
247
tinə çatmasına” baxmayaraq, erməni aşıqları nəyə görə Azərbaycan
dilində yazıb– yaratmışlar
və bu dildə oxumuşlar, “ozan – uzan” və
“qusan” terminlərinin oxşarlığı nədən yaranmışdır və bu və ya buna
bənzər digər sualların cavabını özünüz çətinlik
çəkmədən tapa bilər-
siniz.
K A M R A N İ M A N O V
248
§10.
Qəbiristanlıq absurdu
Hörmətli oxucular, biz sizi həqiqətə uyğun
olmayan erməni id-
diaları ilə tanış edir, erməni uydurmaları əks olunan
“Absurdo ...”
“.... Ad absurdum” tematik silsiləsini davam etdiririk. Ənənəyə sa-
diq olaraq, xatırladırıq ki, “absurd” sadəcə mənasız söz yığını deyil,
açıq-açığa tam müəyyən bir məna güdən yalan iddiadır. Absurdun
təyinatı əvvəlcədən ermənilərin məqsədi ilə - Azərbaycan torpaqla-
rına ərazi iddiaları ilə bağlı olan bizim mədəni-tarixi və əqli irsi-
mizin mənimsənilməsi və “erməniləşdirilməsi” ilə müəyyənləşdirilir.
Təcrübəsiz insanlarda əslində olduğun kimi görünməmək təsəv-
vürü yaratmaq- ermənilərin uzun əsrlərdən bəri davam edən mif yara-
dıcılığı və yalançı tarix quraşdırmaları buna xidmət edir və bunlar
ermənilərin başqalarının ərazilərinə olan tamahına və onların özgələ-
rin intellektual nailiyyətlərini mənimsəmək iştahasına “bəraət qazan-
dırmalı”dır. Hər bir absurd erməni simbiozu ideyalarının daxılına
növbəti “paydır”, burada gələcək məqsədlər mozaikasında
keçmişin
“əzəməti”nin yalançı dəlilləri və xüsusi hüquqa iddia bir-birinə sarın-
mışdır. Özü də üstünlüklərdən imtina etmək, hüququn pozulması
kimi qiymətləndirilməlidir.
Absurdlar uydurmanın kvitessensiyası olaraq hər bir uydurma
kimi həqiqətə oxşamağa çalışır. Məlum olduğu kimi uydurma qar to-
pasına bənzəyir, nə qədər uzağa diyirlənirsə, bir o qədər böyüyür.
“Yalanı düşünən həqiqəti söyləməz”,- Henrix Mann belə demişdir.
“İftiraçıları qınamayanlar-onları şirnikləndirirlər”, Svetoninin həmin
kəlama qədimdən hazır “cavabı” belədir.
Hörmətli oxucular! “...Absurddan...” “...absurda”
bölməsi bu nə-
sihətə əməl edir və bir Şərq kəlamına uyğun olaraq, “Qəzəbə həlim-
liklə, pisliyə yaxşılıqla, yalançıya həqiqətlə qələbə çalacağıq”.