Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə64/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   60   61   62   63   64   65   66   67   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
257 
az imiş ki ardınca müəllif iddia edir ki, “tatarlar” (azərbaycanlılar) 
ona (karvansaraya) Səlim adı vermiş və “ərəb-irandilli yazı” əlavə et-
mişlər. V.Arutunyan məsələyə daha sadə  şəkildə yanaşaraq,  ərəb-
iran-dilli və erməni yazılarının uyğun olduğunu və karvansarayın 
Ç.Orbeli tərəfindən tikildiyini bəyan edir. 
Beləliklə, Azərbaycan memarlıq abidəsi azərbaycanlıların adın-
dan götürülür və erməni memarlıq abidəsi kimi təqdim olunur. 
Erməni saxtakarlarına təəccüblənmirsən.  Əvəzində ona təəccüb-
lənirsən ki, Orbeli tanınmış alban nəslidir, onun ermənilərə heç bir 
aidiyyəti yoxdur, bütün bunları törədənlərə isə  məlum deyildir ki, 
“Səlim karvansarayı” adlı Azərbaycan əfsanəsi oğurlanmış və “ermə-
niləşdirilmişdir”. Həqiqətən də: “Yalan danışan nə dediyini həmişə 
xatırlamalıdır”. Bu haşiyədən sonra yenə mövzuya qayıdaq. 
Ermənilər işlənmiş məntiqə əməl edərək, bu yerlərdə alban izini 
tam inkar edir və deyirlər ki, Urudda olan qəbirlər ermənilərindir, 
Teymurun işğalından sonra onları islam dinini qəbul etməyə məcbur 
etmişlər (Panazyan). Bir halda ki, bu məsələdə  əsassız iddialardan 
başqa heç nə yoxdur, ermənilər həmin yeri texnika ilə  əkmiş  və bu 
məşhur nekropolu yerlə-yeksan edərək məhv etmişlər. 
Başqa bir misal. Hələ sovet dövründə Naxçıvanın Ordubad ra-
yonunun Der kəndindəki Orta əsr Azərbaycan qəbiristanlığı  qədim 
dövrlərə aid olması səbəbindən erməni qəbiristanlığına çevrilmişdir. 
Bu məqsədlə  qəbirlərin üzərindəki yazılar və başdaşları  məhv edil-
mişdir. 
Beləliklə, Naxçıvan və ona yaxın olan Zəngəzurda xaçkarlı  qə-
dim erməni qəbiristanlığı ola bilməzdi, amma alban xaçdaşlı çoxlu 
sayda qəbirlər və nekropolları mövcud olmuşdur. Ancaq son dövrlərə 
aid erməni qəbirlərinin olması da inkar edilmir, çünki qeyd edildiyi 
kimi, 1828-ci ildən sonra ermənilər bu ərazilərə kütləvi şəkildə yer-
ləşdirilmişdir. 
Ermənilər öz məntiqlərinə uyğun qaydada, ərəb-iran, türkdilli 
epiqrafikalı qəbir daşlarını da öz “irsləri” də” əlavə etməyə “müvəf-
K A M R A N  İ M A N O V 
 
258 
fəq olmuşlar”. Hələ 1987-ci ildə A.Xaçatryan “Ermənistanın ərəb ya-
zıları korpusu” (A.Xaçaturyan, “Korpus arabskix nadpisey Armenii”, 
1978) kitabını  nəşr etdirir. Buraya müasir Türkiyənin  ərazisində 
(Axlat, Ani, Ərzincan, Ərzurum) və eləcə də Azərbaycanın müasir və 
tarixi  ərazilərində (Zəngəzur, Çuxur-Saad, Göyçə, Naxçıvan diyarı) 
Şəddadilər dövrünə aid olan 290 ərəb-iran-türkdilli yazılı abidələri 
daxil edilmişdir. Hörmətli oxucular, bir şeyə diqqət yetirin ki, Ermə-
nistan ərazisindən 30 yazı, o cümlədən, 22 qəbir yazısı Azərbaycanın 
keçmiş  Zəngəzur bölgəsindən olmuşdur. Bu yazıları oxumaq üçün 
müəllifin yol verdiyi təhriflər və saxtakarlıqlar üzərində dayanmaya-
raq deyə bilərik ki, bu mifik “Böyük Ermənistan” həsrəti ilə bağlı 
xəstəliyin növbəti nümunəsi idi. Müəllif nə az, nə çox “sübut edirdi” 
ki, ərəb yazılı qəbirlərin olduğu Naxçıvan və Zəngəzur əraziləri, hətta 
bütün Azərbaycan, Qars, “Anadolu”- bütün bunlar “Böyük Ermə-
nistan”dır. Yaxud başqa bir misal gətirək. Erməni mütəxəssisi Papaz-
yan kitablarının birində göstərir ki, Zəngəzur Naxçıvanın, Naxçıvan 
isə Azərbaycanın tərkibinə daxildir. Adama elə  gəlir ki, burada 
xüsusi bir şey yoxdur, həqiqətən belədir. Ancaq bu deyilənlər Urudda 
və  Zəngəzurdakı  ərəb epitafiyalı  qəbirlərin ermənilərə aid olmasını 
“sübüt etməyə” maneçilik törədə bilmir. Elə bu qaydada L.Xaçikyan 
Matenadarandakı erməni əlyazmaları əsasında belə nəticəyə gəlir ki, 
XV  əsrdən başlayaraq Çuxur-Saad vilayətinin  əmirləri Saadlu tay-
fasının nümayəndələri olmuşlar. 
Erməni qəbiristanlıq vandalizminin daha biabırçı nümunələri hələ 
1929-cu ildə Naxçıvan dağlarında arxeoloq V.Sısoyev tərəfindən 
aşkar və təsvir edilmiş “Daş qoç” və “Daş at” qəbirüstü daş heykəl-
lərin məhv edilməsi və  mənimsənilməsi ilə bağlıdır. Azərbaycanda 
belə fiqurların mövcud olmasını  hələ 1834-cü ildə fransız səyyahı 
Dübya de Monpere də qeyd etmişdir. O, Azərbaycan ərazisində çoxlu 
sayda heyvan fiqurlarına diqqət yetirərək, yerli əhalinin bu heykəllərə 
hörmətlə yanaşmasından yazmışdır. Söhbət həmçinin məşhur “vişa-
pax”lardan - fantastik balıqların, ilanların,  əjdahaların daş heykəllə-
rindən gedir. Yeri gəlmişkən, 1985-ci ildə Mədəniyyət Nazirliyi tərə-
findən Naxçıvan  ərazisində qeydə alınan xalq daş heykəltəraşlığı 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
259 
abidələrinin siyahısında 97 ədəd “daş qoç” və “daş at” olmuşdur. La-
kin onların sayı daha çoxdur. Naxçıvan  şəhərindəki açıq muzeydə-
parkda yüzə yaxın, Ordubad rayonunda isə 50-dən çox belə abidə 
qorunur. Möminə-xatun
 
türbəsində belə abidələrin böyük bir qrupu 
toplanmışdır. Buna bənzər daş fiqurlar tədqiq edilmiş Urud nekropo-
lunda da tapılmıışdır. Xüsusən Şahbuz, Ordubad, Culfa və Zəngəzur 
rayonlarında belə daş heykəllər çoxdur. Onların xeyli hissəsinin üzə-
rində  ərəb yazıları vardır. Hesab edilir ki, onlar çox gec, orta əsrlər 
dövrünə aiddir. “Daş qoç” və “daş at” xalqımızın “oğuz qəbirləri” ad-
landırdığı abidələrin üstündə qoyulmuş və onlar qədim türk oğuzları-
nın dəfn adətləri ilə bağlı olmuşdur. Qədim  əcdadlarımız qoyunları 
əhliləşdirmiş  və onları özlərinə xidmət etməyə öyrətmişlər. Qədim 
qəbirlərin üzərində qurulan “daş qoç”a bu dərəcədə xoş münasibət də 
oradan gəlir. Türkün əvəzedilməz yol yolçusuna-ata olan xüsusi hör-
mət də yenə buradan qaynaqlanır. Qeyd etdiyimiz kimi daş fiqurlar 
üzərində dünyasını  dəyişmiş insana həsr edilmiş  ərəb yazıları ilə 
yanaşı, ova aid relyef təsvirləri də olurdu. Məsələn, Naxçıvandan 
gətirilib Azərbaycan Tarix muzeyində saxlanılan “daş qoç” buna 
sübutdur. Heyvanların qəbirlər üzərində qurulmuş daş heykəllərinin 
qədim, mümkündür ki, totem köklərinin təsdiqini mifologiyada da 
tapmaq olar. Belə ki, “Məlik-Məhəmməd” adlı Azərbaycan nağılında 
qəhrəmanı ağ və yaxud qara dünyaya aparmaq üçün ağ və qara yunlu 
iki qoç gəlir. 
Yaxın keçmişdə erməniçiliyin nəinki ərazilərimizə olan tələbləri 
və maddi və qeyri-maddi mədəni irs nümunələrimizə qarşı irəli 
sürdüyü iddiaları arasındakı  əlaqəni  əyani  şəkildə  əks etdirən tarixi 
bir faktı, eləcə  də buna nail olmağın riyakarlıq metodlarını xatırlat-
maq yerinə düşərdi. Hələ 70-ci illərdə Naxçıvanın Batabat ərazisində 
tarix elmləri doktoru Əli Vəliyev tərfindən b.e .ə. I minilliyə aid olan 
yuxarıda haqqında danışdığımız unikal “vişap” arxeoloji abidəsi və 
ya “Daş balıq” heykəli tapılmışdır. Bu, bizim əcdadlarımızın suva-
rılan torpaqlarda malik olduqları  əkinçilik mədəniyyətinin parlaq 
sübutudur, ona görə ki, belə abidələr bolluq rəmzi sayılır. Bütün ya-
lan vasitələrlə erməni nümunələri elan edilən qeyri-maddi irs obyekt-
lərimizdən fərqli olaraq, ermənilər bu abidəni mənimsəmək üçün hər 
K A M R A N  İ M A N O V 
 
260 
vasitəyə  əl atmışlar, bu dəfə sözün həqiqi mənasında heykəli oğur-
lamaq lazım gəlmişdir. Beləliklə, “Daş balıq” həqiqətən, itir və yalnız 
onu kəşf edən alimin uzun sürən axtarışından sonra bu abidənin 
Yerevanda buraxılmış albomda “erməni mədəniyyətinin dəlili” kimi 
təqdim edilmiş fotoşəklini aşkar edir. 
Bu oğurluğun həyata keçirilmə ssenarisi qəbirlər uzərində qo-
yulmuş “Daş at” və “Daş qoç” kimi qədim abidələrin haqqında danış-
dığımız oğurluğundan heç nə ilə fərqlənmir. B.M. Sısoyevin açıqla-
masına görə “...ermənilər bu heykəlləri ələ keçirir, öz qəbirlərinin üs-
tünə qoyur və onların üzərinə erməni hərfləri ilə başqa yazılar əlavə 
edirlər...” Bununla yanaşı, xalqımıza məxsus analoji tarixi abidələr 
qiymətli yük qismində gecələr gizli şəkildə Azərbaycandan Ermənis-
tana daşınmışdır. Onların oğurlayıb apara bilmədikləri abidələri isə 
daha dəhşətli təxribat gözləyirdi: ermənilər tərəfindən belə bir şayiə 
buraxılır ki, heykəllərin boğazlığında qızıl zinət əşyaları olur. Bu isə 
ulu babalarımızın qədim qəbirlərinin - oğuz qəbirlərinin amansız şə-
kildə dağıdılmasına səbəb oldu. Oğurluqların məntiqi nəticəsi Ermi-
tajın direktoru Orbeli olduğu dövrdə Y. Pçelina tərəfindən 1940-cı 
ildə “Azərbaycandakı erməni abidələri” nəşrinin buraxılması olur. 
Naxçıvan ərazisindəki əqli oğurluqların və bu torpaqlara erməni ərazi 
iddiaları ilə sıx bağlı olan qədim qəbirlərin dağıdılmasının tarixi bax 
belədir. 
Elə beləcə də ermənilər tərfindən işğal olunmuş ərazilərdə bu gün 
Şuşanın və Kəlbəcərin bir çox dağ memarlıq kompleksləri, həmçinin 
alban mənşəli abidələr məhv edilmişdir. Daha son dövrlərə aid 
abidələr-Aşıq Ələsgər, Aşıq Sarı, Aşıq Qurbanın məzarları, Koroğlu, 
Qaçaq Nəbi və s. xatirə kompleksləri barbarcasına dağıdılmışdır. 
Qərbi Azərbaycanda Azərbaycan qəbiristanlıqları şumlanmış və Qa-
rabağın işğal olunmuş ərazilərində və digər rayonlarda çoxlu qəbiris-
tanlıqlar dağıdılmışdır. 
Xüsusi olaraq, qeyd edək ki, qədim erməni xaçkarlı  qəbirlərin 
qəsdən məhv edilməsi barədə bizim ünvanımıza söylənilən ittihamlar 
absurddur. Özü də söhbət bizim tariximiz olan alban qəbirlərindən 
gedir. Bu tarixdir və biz çalışırıq ki, əslində albanlara aid olan, lakin 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə