E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
89
Əgər bunu Molla Nəsrəddinin məşhur “Molla və oğru”
lətifəsi ilə
müqayisə etsək, onların çox oxşar olduğunu görərik.
İndi isə Molla Nəsrəddinin “Ya eşşək ölər, ya da Teymur” adlı
daha bir məşhur lətifəsəni götürək. Lətifənin məzmununa görə Molla
böyük əməkhaqqı alaraq, beş il müddətində eşşəyə danışmaq öyrət-
məyə söz verir. Arvadının: Bu mümkündürmü?- sualına o belə cavab
verir: “Bu beş il müddətində ya eşşək ölər, ya da Teymur!” Pulu-
Puqidən: “Pulu-Puqi Məlik-Şahnazarın eşşəyinə savad öyrədir” ləti-
fəsinin süjeti Molla Nəsrəddinin lətifəsinin orijinalının tam təkrarıdır.
“Fərq” yalnız orasındadır ki, orijinaldan fərqli olaraq, “Pulu-Puqi bu
illər ərzində üçündən birinin öləcəyini deyir: ya eşşək, ya Məlik-
Şahnazar, ya da onun özü”. Təxminən belə bir mənimsəmə nümu-
nəsini Pulu-Puqidə “Axmaqların və dəlilərin siyahısı” lətifəsinin sü-
jetində görmək olar, mahiyyətcə o, Molla Nəsrəddinin “Axmaqların
siyahısı” lətifəsini təkrar edir.
Nəticədə aydın olur ki, Pulu-Puqi “Erməni folkloru” toplusunun
müəlliflərinin təqdim etdikləri
kimi məşhurluğuna görə yox, daha
çox kompilyasiya edilmiş süjetlərin oxşarlığına görə Molla Nəsrəd-
dinə yaxındır.
Baxın, həqiqətən də, şair V.Solouxin dediyi kimi, “lətifə danış-
maq”- yumoru kirayəyə götürməkdir”. Oxuculara xatırladaq ki, Azər-
baycan ədəbiyyatına onlarla məzəli və dərinmənalı lətifələr verən
Qarabağ kəndlərinin və şəhərlərinin bütöv bir siyahısını tərtib etmək
olar. Misal üçün, Abdal Qasım, şuşalı Abbasqulu və bir çoxları
“Qarabağın Nəsrəddinləri” olmuşlar.
Məhz Azərbaycan xalq lətifələri ermənilər arasında geniş yayıl-
mışdı. Burada Molla Nəsrəddin lətifələri ilə yanaşı, Bəhlul Danən-
dənin lətifələrini də görmək olardı. Bunların hamısı erməni arxivlə-
rində saxlanılır. Əlbəttə, daha tez-tez arxiv materiallarında, çap nəşr-
lərində və nəhayət, erməni klassiklərinin əsərlərində də Molla Nəs-
rəddinin adına rast gəlinir. Molla Nəsrəddin lətifələrini erməni folklo-
runun toplayıcılarında da tapmaq olar. Misal üçün, Sənəkərim Şalc-
yanın dəftərini göstərmək olar.
K A M R A N İ M A N O V
90
Əfsanəvi, hazırcavab, iti ağıllı, dəqiq və gözlənilməz
Molla Nəs-
rəddin həmişə ermənilərin dilindən düşməmiş və Azərbaycan dilini
yaxşı bilən ermənilər həmişə bu xalq müdrikliyi nümunələrini oriji-
nalda istifadə etmişlər.
X.Abovyan bu və buna bənzər lətifələri toplayıb öz “Gülməli və
qısa hekayələr” kitabında göstərirdi ki, yumor və məzhəkə qədimdən,
antik dövrlərdən çox böyük əhəmiyyət kəsb etmişdir (X.Abovyan,
seç. əsər. külliyyatı, c.
4). Ermənilər XIX əsrin üçüncü rübündən baş-
layaraq, ciddi-cəhdlə lətifələri və oxşar hekayələri erməni dilində
nəşr edir və yayırdılar. Misal üçün, İ.Qaqdanın erməni dilinə tərcü-
məsi əsasında 1858-ci ildə İzmirdə Dedeyan nəşriyyatı tərəfindən çap
olunmuş “Molla Nəsrəddin lətifələri”ni göstərmək olar. XIX əsrin
sonlarına doğru nəşrlərin sayı o qədər çox (1876, 1877, 1883-cü illə-
rin nəşrləri) olmuşdur ki, tərcümələr lətifələrin “erməniləşdirilmsi”nə
yönəldilmiş dəyişikliklər və işlənmələrlə müşayiət olunurdu. Hətta
xüsusi olaraq, üçcildlik “Lətifələr” kitabı nəşr olunmuşdu.
Onun so-
nuncu cildində dərc olunmuş material milli və xarici lətifələrə bölün-
müşdü. Xarici lətifələr adı altında Molla Nəsrəddin lətifələri başa
düşülürdü. Lətifələrin məşhurluq səviyyəsi elə dərəcədə idi ki, ermə-
ni tədqiqatçıları, hətta o cümlədən yüksək ruhani rütbəsi olanlar bu
işlə əsaslı surətdə məşğul olurdular. Misal üçün, arxiyepiskop Qabri-
yel Ayvazyan Polisdə nəşr etdirdiyi kitabın müqəddiməsində yazırdı
ki
, bizim [ermənilərin] xalqın arasında gülməli və yumoristik hekayə
bilənlər çoxdur. Bununla yanaşı, türk dilini yaxşı bilən və türklərlə
bir ərazidə yaşayan ermənilər tərəfindən tərcümə olunmuş nümunə-
lər geniş yayılmışdır (kursiv bizimdir). Daha
vacibi isə o idi ki, Molla
Nəsrəddin lətifələri Azərbaycan orijinalında erməni yazılı ədəbiyya-
tına da daxil olmuşdu. Xüsusi qeyd edirik: söhbət erməni lətifələrin-
dən yox, məhz Azərbaycan lətifələrindən gedir. Bu lətifələrdən hamı-
dan çox erməni ədəbiyyatının klassiki X.Abovyan istifadə etmişdir.
Onun həm “İstirahət vaxtı əyləncə” toplusunda, həm də “Naxaşaviç”
əlifbasında Molla Nəsrəddin lətifələrinin əksər kolleksiyası toplan-
mışdır.
E R M Ə N İ ( Y A D ) E L ( L İ ) N A Ğ I L L A R I
91
Abovyan “Molla Nəsrəddinin qazanı”, “Molla Nəsrəddinin na-
harı”, “Molla Nəsrəddinin eşşəyinin itməsi” və s. nəzm formasına
salmışdır və onlar bu günə qədər də xalq arasında çox məşhurdur
(X.Abovyan, Əsərlərinin tam külliyyatı, 1948, c. 1, 1950, c. 5). Əl-
bəttə, buraya lətifələr “Molla Nəsrəddindən deyil”, “kimdənsə” və s.
formada daxil edilmişdir. Belə lətifələrdən xarakterik bir misal: “Bir
nəfər savadlı adam qohumu gilə gəlir. O, qapını döyəndə, onun qo-
humu xidmətçiyə deyir: “Ona de ki, ev sahibi evdə yoxdur.” Qonaq
vəziyyəti başa düşür, heç nə demədən çıxıb gedir. Bir neçə gün ke-
çəndən sonra indi də qohumu onlara gəlir və ev sahibinin özü qapının
dalından cavab verir ki, o, evdə yoxdur.
Gələn adama elə gəlir ki,
onunla zarafat edirlər və o, yenidən qapını döyür. Yenə həmin cavabı
eşidəndə, o, təəccüblə soruşur: “Qulaq as, axı sənin özün deyirsən ki,
ev sahibi evdə yoxdur”. Onda ev sahibi ona cavab verir: “Mən sənin
xidmətçinə inandım, sən isə mənə inanmırsan”. Bu lətifəni Molla
Nəsrəddinin “Eşşəyə inanırsan, mənə isə yox” lətifəsi ilə müqayisə
etməyə ehtiyac yoxdur,” ona görə ki, mənimsəmə göz qabağındadır
və hələ Abovyanın özü də buna belə cavab verir: “ ... Molla Nəsrəd-
dinin müvafiq lətifəsi ilə tanış olanlar bunu bilərlər.”
Q.Ağayan da Molla Nəsrəddinin lətifələrini nəzmə çevirmişdir.
Onun Xoca Nəsrəddin haqqında verdiyi lətifələrin birində Xoca Nəs-
rəddin ətrafdakıları aldatmaq məqsədi ilə yalandan xəzinənin harada
olduğunu deyir. Sonra isə öz yalanına özü də inanaraq onu axtarmağa
başlayır (Q.Ağayan, əsər., c. 1).
Məşhur erməni nasiri P.Proşyan da lətifələrdən tez-tez kiçik
məsəllər kimi istifadə etmişdir. Təsvir
olunan mövzunun daha dərin-
dən qavranılması üçün o, "Molla Nəsrəddin lətifələrinin əsas tezislə-
rindən istifadə etməklə yumoristik formada verər, yaxud danışılan
fikir haqqında nəticəni Molla Nəsrəddin lətifəsindən məsəl şəklində
təqdim edərdi. Məsələn, “Bəli, kədərinizi bölüşürəm. Bədbəxtlik bizə
də, sənə də məlumdur. Qəlbindən daşı at. Elə olmasın, əgər bundan
Molla Nəsrəddindəki kimi küpədən yağ əvəzinə şor çıxmasın...”
(P.Proşyan, “Seç. əsər., c.2). Molla Nəsrəddin lətifəsindən götürül-
müş lətifənin, daha doğrusu, ifadənin mətndə istifadə edilməsi danışı-
K A M R A N İ M A N O V
92
lan hadisə haqqında tam təsəvvür yaratmağa imkan verir, ona görə ki,
oxuculardan
elə birini də tapmaq olmaz ki, o, bu lətifə ilə və ondan
çıxan “Səhv yağ küpəsindədir” məsəli ilə tanış olmasın.
Hörmətli oxucular! “Gəldim, gördüm...mənimsədim” tematik
sərlövhəsinin bir neçə paraqrafı boyunca Azərbaycan xalqına məxsus
əqli mülkiyyətin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi
barədə danışmışıq. Bu həm dastanlarımızın, rəvayətlərimizin və digər
epik əsərlərimizin intellektual oğurluğuna, həm bayatılarımızın, ata-
lar sözləri və məsəllərimizin ələ keçirilməsi cəhdlərinə, həm də nağıl-
larımızın, lətifələrimizin və folklor janrımızıın digər nümunələrinin
“erməniləşdirilməsi”nə aiddir
Bununla yanaşı, bəllidir ki, folklor ədəbiyyatı qidalandırır, milli
ədəbiyyat və yazılı yaradıcılığa aid edilənlərin hamısı nə qədər çox
şifahi xalq yaradıcılığına əsaslansa, o qədər zəngin olur.
Bir sözlə, milli folklor bütün dövrlərdə bədii ədəbiyyatın nəzm və
nəsr formalarının
motivləri, süjetləri və obrazları üçün tükənməz
mənbəsi, dil təsviri vasitələri və kompozisiya üsullarının zəngin xə-
zinəsi olmuşdur. Oxucuların da diqqət yetirdikləri kimi, erməni ədə-
biyyatı klassikləri erməni folklor yaradıcılığından daha çox Azər-
baycan folklor yaradıcılığına müraciət etmişlər. Onlar həm də yalnız
tək öz şəxsi yaradıcılıqlarını zənginləşdirməmişlər. X.Abovyan, Q.
Ağayan, P.Proşyan, Sundukyan Azərbaycan folklor orijinallarından
istifadə edərək, həm də öz xalqının yeni “erməniləşdirilmiş” folklor
nümunələrini yaratmışlar. Elə folklor daşıyıcıları, nağılçılar-erməni
aşıqları da bu cür hərəkət edirdilər. Azərbaycan dilində şeir qoşan və
onları Azərbaycan dilində oxuyan aşıqların ümumi sayı 400-dən artıq
idi. Əsərlərinin böyük hissəsini Azərbaycan dilində yaratmış Sayat
Novanın yaradıcılığından müəyyən hissəni çıxarsaq, onda erməni
xalq mahnılarının böyük əksəriyyətinin Azərbaycan mahnılarından
götürüldüyü üzə çıxar.
Bu da Azərbaycan (türk) dilinin XIX əsrdə Zaqafqaziyanın
ümumfolklor dilinə çevrilməsini təsdiq etməyə kifayətdir. Bunlar dil
əlaqələri və qarşılıqlı təsir tarixində nadir fakt idi.