kitabxanaların rayonlaşdırılması kitabxana şəbəkəsinin səmərəli qurul-
ması üçün böyük əhəmiyyət kəsb edir. Bu təcrübə daha çox XX əsrin
60-70-ci illərində inkişaf edərək, 3 mərhələdə həyata keçirilmişdir: a)
şəhərin və şəhər əhalisinə kitabxana xidmətinin əvvəlcədən öyrənilməsi;
b) hər yaşayış rayonunda kitabxana xidməti rayonlarının təşkili və ki-
tabxananın yerləşdirilməsi üçün yerlərin müəyyən edilməsi; c) hər
rayonda kitabxanadan istifadəyə cəlb edilməsi üçün sakinlərin uçotunun
aparılması.
Şəhərin əvvəlcədən öyrənilməsi bütünlükdə onun xarakteristikasını
verməyə, kitabxanaların yerləşdirilməsinə təsir göstərən daha vacib
amilləri nəzərə almağa imkan verir. Lakin bununla kifayətlənmək ol-
maz. Belə ki, kitabxana şəbəkəsinin rasional ərazi təşkili üçün şəhərin
xəritəsi öyrənilərək ayrı-ayrı yaşayış rayonlarının xüsusiyyətləri aydın-
laşdırılır. Nəticədə şəhəri nisbətən xususi rayonlara ayıraraq, onların
hüdudlarında sonrakı kitabxana rayonlarını reallaşdırmaq mümkün olur.
Kitabxana rayonlarına şəhərin müasir vəziyyəti, eləcə də onun və
ayrı-ayrı rayonların inkişaf perspektivi nöqteyi- nəzərdən baxmaq
lazımdır. Şəhərin böyüməsi prosesində nəinki kitabxanaların sayı artır
və funksiyaları mürəkkəbləşir, həmçinin yerləşdirilməyə olan tələblər də
dəyişir. Əgər kitabxanalar o qədər də böyük olmayan şəhərdə rahat yer-
ləşmişdirsə, onun əhalisinin və ərazisinin artmasıyla kitabxanaların yer-
ləşdirilməsi də dəyişmiş olacaqdır. Əks halda yeni yaşayış rayonlarının
əhalisi getdikcə kütləvi kitabxanalardan uzaqlaşacaq və şəhər oxucu-
larına kitabxana xidməti pisləşəcəkdir. Hazırda yaşayış rayonları və ki-
tabxana şəbəkələrinin inkişafındakı uyğunsuzluq əslində vahid proses
olan yaşayış binalarının və kütləvi kitabxanaların yerləşdirilməsinin
müxtəlif təşkilatlar tərəfindən planlaşdırıldığına dəlalət edir.
Kitabxana işinin inkişaf dərəcəsini 10 min nəfərlik əhaliyə düşən
kitabxanaların say göstəricisi əks etdirir. Bütünlükdə belə təxmin etmək
olar ki, kitabxanaların sayı çox olduqca, əhalinin də (xüsusilə kənd ye-
rində) onların xidmətlərindən istifadə imkanları genişlənir. Lakin, digər
tərəfdən, bu kitab fondunun və maddi vəsaitlərin dağıdılmasına və
kitabdan qeyri-rasional istifadəyə gətirib çıxarır. Ona görə də kitabxana
şəbəkələrinin yerləşdirilməsinin, informasiya resurslarının bir yerə
toplanmasının optimal variantı tapılmalıdır ki, həm dövlət vəsaitinin
itkisinin minimuma endirilməsinə, həm də əhalinin kitabxana xidmə-
tindən istifadə zamanı yaranan vaxt itkisinin aradan qaldırılmasına nail
olmaq mümkün olsun. Bu, bir sıra amillərin, o cümlədən yerli şəraitin
xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, 10 minlik əhalinin kitabxa-
na təminatına ehtiyacı əhalinin yerləşdirilməsinin pisləşməsilə əlaqədar
olaraq artır. Əhalinin kitabxana ilə təminatı isə öz növbəsində tez-tez
dəyişmə meyllərinə malikdir: əhalinin yerləşdirilmə şəraiti pis olduqca,
az sayda əhali yaşayış yerləri üzrə stasionar kitabxanalarla təmin olunur-
lar. Məsələnin bu cür quruluşu nadir istifadə olunan və ya ümumiyyətlə
yeni olan göstəricilərin cəlb edilməsini tələb edir; rayon (şəhər) üçün
məntəqələr arasında olan məsafə; bir kitabxana tərəfindən xidmət edilən
ərazinin orta radiusu; yaşayış yeri üzrə kitabxana ilə təmin edilən əha-
linin xüsusi çəkisi kitabxana ilə təmin olunan məntəqələrin xüsusi çəkisi
və s. Deməli, əhalinin yerləşdirilməsi və onların kitabxanalarla təmin
edilməsi – bu iki amil kitabxanaların yerləşdirilməsində çox mühüm rol
oynayır.
Kitabxanaların şəhərdə yerləşdirilməsi də iki amillə müəyyən edi-
lir. Birinci, kitabxanaların şəhərin ərazisində yerləşdirilməsi; ikinci isə
“ev – iş” marşrutunun uyğunluğu ilə. Bu amillər əsasında kitabxanaların
yaxınlıqda yerləşdirilməsi tipologiyasını vermək olar:
1)
Əlverişli yerləşdirmə (dislokasiya): istər işdən, istərsə də ev-
dən yaxın kitabxanaya qədər olan məsafə minimaldır;
2) Kitabxanaların əlverişsiz, qeyri-münasib yerləşməsi: göstərilən
hər iki məsafə maksimaldır;
3) Yaxın kitabxanaların bir qədər əlverişli yerləşdirilməsi (evdən
məsafə - minimal; işdən isə maksimaldır);
4) Bir qədər qeyri- münasib yerləşdirmə (evdən məsafə- maksimal,
işdən isə - minimal).
Müasir kitabxana təcrübəsində bir qayda olaraq, məsafənin kitab-
xanalardan istifadənin intensivliyinə təsiri az nəzərə alınır. Bununla belə
göstərilən amil digər şəraitlərdə kitabxananın işinin əsas göstəricilərinə
çox güclü təsir göstərir. Məsələn, oxucuların sayına, kitab verilişinə və s.
Belə ki, əhalinin yaşayış və iş yerindən kitabxanaya qədər olan məsafə-
nin artmasıyla oxucuların sayı aşağı enir. Məsələn, məsafə 1 km olduq-
da oxucuların sayı tədricən aşağı düşürsə, məsafə 3 km-dən o yana ol-
duqda isə kütləvi kitabxana oxucularının miqdarı kəskin sürətdə azalır.
Kitabxanalardan istifadənin intensivliyinə kitabxanaların yaşayış
rayonları ilə nəinki piyada, həmçinin nəqliyyat əlaqələri, bundan əlavə
onların kitab fondlarının həcmi də təsir göstərir. Lakin bu göstəricilər,
amillər heç də həmişə nəzərə alınmır.
Qeyd etmək lazımdır ki, kitabxanaların sayı və onların yerləş-
dirilməsi kitabxana xidmətinin səviyyəsi haqqında tam təsəvvür əldə
etməyə kifayət etmir. Belə ki, aparılan tədqiqatlardan məlum olmuşdur
ki, kitab fondunun həcmi əhalinin kitabxanadan istifadəyə cəlb olunması
üçün ən vacib şərtlərdən biridir. Kitab fondunun hesabını kitabxananın
xidmət etdiyi və aid olduğu rayonun kateqoriyasından (şəhər, şəhər
inzibati rayonu, mikrorayon və s.) asılı olaraq fərqli aparmaq lazımdır.
Rayonun kateqoriyasından asılı olaraq isə kütləvi kitabxanaları 3 qrupa
bölmək olar: ümumşəhər, rayon və yerli təyinatlı kütləvi kitabxanalar.
Kütləvi kitabxanaların bu cür təsnifatı – xidmət olunan rayonun təyina-
tından və həcmindən asılı olaraq, əhalinin kitab təminatının fərqli nor-
malarının tətbiq etməklə kitab fondunun həcmini təyin etməyə imkan
verir. Əhalinin sayı azaldıqca kitab təminatı göstəricisi artmalıdır.
Fondların regionlarda yerləşdirilməsinin optimallaşdırılması məsələsi-
nin həlli - əhalini sayı, oxucuların miqdarı, kitab verilişinin və fondun
(Ə-O-V-F) həcmi arasındakı əlaqə formasının mütəmadi olaraq müəy-
yənləşdirilməsi şəklində mümkündür.
Kitabxanaların fəaliyyəti kadrların mövcudluğu, onların peşəkar
hazırlığı, təcrübəsiylə müəyyən edilir. Kitabxana kadrlarının bir-birinə
bağlı iki xarakteristika qrupu fərqləndirilir:1) regionların kitabxana
kadrları ilə (10 minlik əhaliyə) təminat səviyyəsi; 2) kadrların tərkibinin
kitabxana xidməti səviyyəsinə təsir dərəcəsi. Aparılan təhlil göstərdi ki,
ştatın həcmi birbaşa olaraq əhalinin kitabxana xidməti ilə təmin edilmə
dərəcəsinə, oxuculara xidmətin səviyyə və keyfiyyətinə təsir göstərmir.
Bir sıra hallarda az saylı kitabxanaçılara çoxlu oxucu düşür. Aparılan
tədqiqatlardan o da məlum olmuşdur ki, kadrların ixtisasartırmalarını
həyata keçirən metodiki mərkəzlərin yaxşı işlədikləri yerlərdə kitab-
xanaların iş göstəriciləri də yüksək olur.
Müasir iqtisadi münasibətlərlə əlaqədar, onu da qeyd etmək lazım-
dır ki, hal-hazırda kitabxanaların cəlbediciliyi və rahatlılığı da aktuallıq
kəsb edən məsələlərdəndir. Təcrübə göstərir ki, kitabxanaların reytinqi
onların texniki təchizatından, oxucuların informasiya tələbatlarının nə
dərəcədə dolğun və diqqətli ödənilməsindən və b. amillərdən çox asılı-
dır.
Kitabxanaların rasional yerləşdirilməsinin prinsip və amillərinin
təcrübi olaraq həyata keçirilməsi əhalinin nəinki şəhərdə, regionda,
Dostları ilə paylaş: |