__________
Milli kitabxana__________
195
konqresin necə qərar çıxartması İngiltərə ilə Yaponiya arasındakı
qarşılıqlı münasibətlərin xarakterindən asılı olacaqdır.
İngiltərə-Yaponiya sazişi Britaniya imperiyasının öz
daxilində də narazılıq doğurmağa başladı. 1921-ci ilin iyulunda
Kanada və Cənubi Afrika ittifaqının nümayəndələri bildirdilər ki,
onlar İngiltərənin dominionları kimi belə hesab edirlər ki, ABŞ-la
yaxşı münasibətlər yaratmaq və onu qorumaq İngiltərə-ABŞ
münasibətlərinin əsasını təşkil etməlidir. Yaponiya ilə saziş isə
bu münasibətləri pozur, korlayır. İmperiya konfransında çıxış
edən Kanada baş naziri Meyson təklif etdi ki, İngiltərə-Yaponiya
sazişinin əvəzində dörd dövlət sazişi – ABŞ, Böyük Britaniya,
Yaponiya, Fransa müqaviləsi bağlansın. İki digər dominionların –
Avstaliya və Yeni Zelandiyanın nümayəndələri belə təklif etdilər
ki, ingilis-yapon sazişində yeniləşmə getsin. Yaponiyaya hücum
əleyhinə təminat
verilsin, həmçinin bir sıra dəyişikliklər edilsin
ki, onlar amerikanları razı salsın.
İmperiya konfransı nəticədə bu məsələni həll etmək üçün
xüsusi konfrans çağırmaq və burada ABŞ-ın da iştirakını təmin
etmək haqqında qərar qəbul etdi.
Bütövlükdə götürsək, İngiltərənin özü də Yaponiya ilə
sazişin yeniləşməsinin əleyhinə idi. Çünki Birinci dünya
müharibəsi dövründə Yaponiyanın mövqeyinin Çində möhkəm-
lənməsi İngiltərənin maraqlarına ciddi zərbə vurmuşdu.
İmperialist dövlətlərinin, xüsusilə İngiltərənin Avropada
başlanmış müharibəyə başlarının qarışmasından istifadə edən
Yaponiya 1914-1918-ci illərdə Çində nüfuzunu möhkəmlətməyə
xüsusi diqqət yetirdi. Bu dövrdə Çinə kapital qoyuluşunun
həcmini artıraraq bu sahədə İngiltərə ilə yaxınlaşmaq həddinə
çatdı. Bu Çinlə bağlı məsələlərə baxan
təşkilat olan və Londonda
fəaliyyət göstərən “Çin assosasiyası”nı da narahat etməyə başladı.
Yapon kapitalının sürətlə İngilis kapitalını sıxışdırdığını görən bu
assosasiya hansı ki, iri İngiltərə sənayeçiləri, qabaqcıl ticarət
nümayəndələrini birləşdirirdi, 1921-ci ilin iyulun 22-də İngiltərə
xarici işlər nazirinə xüsusi məktubla müraciət etdi. Məktubda
göstərilirdi ki, 1902-ci il ingilis-yapon sazişi hazırki dövrdə
İngiltərənin xarici siyasət kursuna və siyasi maraqlarına uyğun
__________
Milli kitabxana__________
196
gəlmir. Xüsusilə Yaponiyanın son dövrlərdə yeritdiyi siyasət
İngiltərənin maraqları əleyhinədir. Ona görə də biz xahiş edirik
ki, bu saziş ləğv edilsin və İngiltərənin mənafeyinə uyğun olan
dörd dövlət sazişi ilə əvəz edilsin.
Yaponiyanın Çində və Sakit okeanda sahib olduğu
ərazilər, həmçinin iqtisadi gücünün artması ABŞ-ın rəhbər
dairələrini, xüsusilə inhisarçı dairələri narahat edirdi. Doğrudan
da, Paris sülh konfransı nəticəsində Çinin Şandun əyalətinin
(müharibəyə qədər Şandun əyaləti Almaniyanın
təsir dairəsində
idi. Birinci dünya müharibəsi başlayarkən Yaponiya Almaniyadan
tələb etdi ki, Şandun əyaləti ona verilsin. Lakin Almaniya bu
tələbi rədd etdi. Belə olduqda, Yaponiya Antantanın tərəfində
1914-cü il avqustun 23-də müharibəyə girdi.) həmçinin Sakit
oeandakı Marşall, Karolina, Mariya adalarının Yaponiyaya
verilməsi onun nüfuzunu xeyli gücləndirmişdi. Birinci dünya
müharibəsi nəticəsində ABŞ-dan sonra ən çox qazanan dövlət
Yaponiya idi. ABŞ isə bununla barışmaq istəmirdi. Hələ
müharibənin sonuna yaxın Yaponiyanın Çindəki nüfuzunu ABŞ
sarsıtmağa və zəiflətməyə çalışmağa başladı. Bu məqsədlə 1918-
ci ilin iyununda ABŞ beynəlxalq bank
konsersiumu təşkil etmək
layihəsini irəli sürdü ki, bu layihəyə əsasən Çinə kredit
verilməsinin bütün növlərini bu qrup inhisara almalı idi.
Danışıqlar iki ilə qədər davam etdi. Yaponiya formal olaraq ona
maraq göstərsə də, heç bir fəallıq nümayiş etdirmədi.
Şandun əyalətinin Yaponiyaya verilməsi Çində böyük
həyacana səbəb oldu. 1919-cu il may ayının 4-də Çində bununla
əlaqədar kütləvi hərakat başladı. Çində baş verən hərəkat bir daha
sübut etdi ki, imperialist dövlətlər artıq bu ölkə ilə istədiklər kimi
rəftar edə bilməzlər. Bu ölkə ilə münasibətlərdə dəyişiklik etmək
çox vacibdir. Həmçinin bu hərəkatdan sonra Çin hökuməti də
konsersiumun təklifini qəbul edə bilmədi və bundan ehtiyat etdi.
ABŞ planının müvəffəqiyyətsizliyə uğramasının digər səbəbi isə
Yaponiyanın rəhbər dairələrinin buna müqavimət göstərməsi idi.
Çünki bu layihəyə dəstək vermək Çinin açarını ABŞ-a vermək
demək idi.
__________
Milli kitabxana__________
197
Müharibədən sonra dünyanın
maliyyə mərkəzi də ABŞ
oldu. Məhz bunun nəticəsi idi ki, amerikan burjuaziyası üçün
Uzaq Şərq bazarlarının əhəmiyyəti daha da artırdı. 1920-ci ildə
Panama kanalının açılması ABŞ-ın Uzaq Şərqlə dəniz yolunu
qısaltmış oldu. Uzaq Şərq, xüsusilə Çin uğrunda mübarizə ABŞ
xarici siyasətində əsas yer tutdu.
İstər ABŞ-da, istərsə də Yaponiyada irticaçı dairələr yenidən bu
iki dövlət arasında toqquşmalar baş verəcəyini söyləməyə
başladılar. ABŞ donanmasının əsas qüvvələri Atlantik okeandan
Sakit okeana gətirildi.
Çin
və Uzaq Şərq uğrunda mübarizədə Yaponiyanın
vəziyyəti ABŞ-la müqayisədə daha əlverişli idi. ABŞ-da bunu
yaxşı başa düşürdülər. Yaponiyanın hərbi dəniz qüvvələri Tayvan
və Rüküdə idi, dayaq məntəqəsi isə Saxalin, Kuril, Mariana,
Karolin, Marşall adaları idi.
Bu da imkan verirdi ki, manevr etsin
və dənizdən olacaq hər hansı bir hücumdan özünü müdafiə etsin.
Sakit okeandan uzaq bir məsafədə yerləşən ABŞ üçün yenidən
Yaponiya ilə müharibə aparmaq çətin idi. Konqres ancaq 1921-ci
ildə qərar qəbul etdi ki, Filippin və Quam adalarında silahlanmanı
gücləndirmək üçün hazırlıq işləri aparılsın.
Sovet
Uzaq
Şərqinə münasibətdə də Yaponiya ilə ABŞ
arasındakı münasibətlər kəskinləşdi. Amerika imperialistləri
əvvəlki kimi yenə də Sovet Rusiyasını tanımaq və onunla
münasibət yaratmaq əleyhinə idilər. 1920-ci il seçkilərində
demokratların məğlubiyyətindən sonra prezident seçilmiş
respublikaçılar partiyasından olan Hardinq antisovet kursu davam
etdirməklə bərabər, onu daha da dərinləşdirdi. Yaponiyanın Uzaq
Şərq Respublikası üzərində tam hökmranlığa nail olmaq cəhdi,
Sovet Uzaq Şərqində möhkəmlənmək
istəyi ABŞ hakim
dairələrində böyük narahatçıılığa səbəb oldu. ABŞ hökuməti
yapon işğalçılarının Uzaq Şərqdə Sovet hökumətinə qarşı
təcavüzünü bəyənsə də, Yaponiyanın daha çox əl-qol açmasını
istəmirdi.
1921-ci
ilin
mayında Uzaq Şərq respublikası hökuməti
razılaşdı ki, Saxalinin Cənubundakı neft yataqlarını ABŞ-ın
Sinkler neft kompaniyasına təqdim etsin və onlar Saxalinin şərq
__________
Milli kitabxana__________
198
sahilində iki liman tiksinlər. Dövlət departamenti bunun üçün
lazımi tədbirlər həyata keçirdi.
1921-ci ilin avqustunda Dayrend (Dallində) Uzaq Şərq
Respublikası nümayəndələrinin konfransında tələb edildi ki,
Yaponiya öz qoşunlarını təcili surətdə Uzaq Şərqdən köçürsün və
heç bir şərt irəli sürmədən Sovet Rusiyasının nümayəndələri
konfransda iştirak etsinlər. Lakin yapon tərəfi bu təklifi qəbul
etmədi. Yaponiya Uzaq Şərq respublikasına təzyiqi artırdı.
Yaponiya konfransa “17 tələb”
təklifini irəli sürmüşdü ki, onun
mahiyyəti faktiki olaraq Uzaq Şərq respublikasını Yaponiyanın
müstəmləkəsinə çevirmək idi.
Yapon
imperialistləri çalışırdılar ki, rusların Vladivastok
rayonunda və Koreya sərhədlərindəki qalaları ləğv edilsin. Uzaq
Şərq respublikası dəniz donanması yaratmaqdan imtina etməli idi.
Yaponiyanın iş adamlarının Uzaq Şərq respublikasının ərazisində
yerli vətəndaşlarla bərabər hüquqda ticarət və sənətkarlıqla
məşğul olmaq azadlığı təmin edilməli idi. Uzaq Şərq respublikası
təminat verməli idi ki, öz ərazisinə “kommunist rejimi”nin ayaq
basmasına imkan verməyəcəkdir. Həmçinin o, Saxalinin şimal
hissəsini Yaponiyaya icarəyə verməli idi.
Uzaq
Şərq respublikasının nümayəndələri bu təklifləri
rədd etməklə bərabər yaponlarla danışıqları da davam etdirdilər.
Çünki onlar imkan vermədilər ki, yaponlar onları konfransın işini
pozmaqda ittiham etsinlər.
1921-ci ilin oktyabrında Yaponiya tərəfindən silahlandırılan
ağqvardiyaçılar Uzaq Şərq respublikasına hücuma keçdilər.
Lakin Uzaq Şərq respublikasının ordusu onlara ciddi müqavimət
göstərdi. Asiyada başlanan milli azadlıq hərəkatı Yaponiya və
ABŞ-a imkan vermədi ki, onlar Sovet Rusiyasını məhv etsinlər.
Əksinə, Uzaq Şərqdə və Çində başlanan milli-azadlıq hərəkatı
onların bu ərazini müstəmləkəyə çevirmək planını pozdu. Lakin
bütün bunlara baxmayaraq bu və ya digər dərəcədə Yaponiya bu
regionda müdaxiləçilik siyasətini davam etdirirdi.
Bu isə
Yaponiya-ABŞ münasibətlərinə öz təsirini göstərməyə bilməzdi.
Göstərdiyimiz səbəblər Amerika diplomatiyasına konfrans
çağırmaq təşəbbüsünü də irəli sürməyə imkan verirdi. Konfrans