Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə44/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   40   41   42   43   44   45   46   47   ...   71

Osman Türkayın poetik irsi 
 
 
146
2002: 38) / Günler bir kuru yaprak gibi düşünce ömrün dalından. 
(Türkay, 2002: 116) / İşte karşımdasın çiçekli bir dal gibi. (Türkay, 
2003: 137)  
Şeirlərindən birində şair uşağın ilandan çəkinməsini təşbih vasi-
təsilə  təsvir edərək, maraqlı  və canlı  səhnə yaratmağa müvəffəq 
olur. O, ilanın yuvasından çıxmasını qatarın tuneldən görünməsinə 
bənzədir: 
 
Ve bizi korkutmasın 
Tünelden tren çıkarcasına 
Yuvasından davetsiz çıkan 
Serseri kara yılan.  
(Türkay, 1990: 26) 
 
Şairin poeziyasında şərt qoyulmaqla verilən təşbihlərə də təsadüf 
edirik:  “İlahi sükunet ninniymiş meger”.  İlahi səssizliyi, rahatlığı 
laylaya bənzədən şair şərt bağlayıcısı “məgər”dən istifadə edir.  
Bundan başqa, müqayisə əlaməti və bənzətmə qoşması verilmə-
sə də, bənzətmə aydın olan yığcam təşbihlər də vardır:  
 
Din- bulutlarda yürümek  
Sıcaklığın tozdur, ya da buğu.  
(Türkay, 2002: 208) 
 
Mükəmməl və ya müstəqil təşbih isə, məlum olduğu kimi, bən-
zətmə qoşması iştirak etmədən yaranır. Bunun da örnəklərinə Tür-
kayın  şerində rast gəlirik:  “Ben sırrı çözülmez gece”. (Türkay, 
2002: 215) 
Bədii təsvir vasitəsi kimi metonimiya və ya addəyişməyə nümu-
nə olaraq “Bahar sayıklar Kıbrıs (Türkay, 2002: 146) / Gün doğar, 
kent uyanır... “ (Türkay, 2002: 29) və s. ifadələri göstərə bilərik. 
Şair insanların bahara olan həsrətini və yuxudan oyanmasını birbaşa 
onların dilindən yox, cansız əşyalar vasitəsilə ifadə edərək, addəyiş-


Elmira Fikrətqızı 
 
147
məyə nail olur. Digər bir nümunədə şair xoruz banından sonra “Dar 
sokaklar, basık evler gerinir, esner” (Türkay, 2002: 148) deyir və 
insanların yuxudan oyanmasının təsvirində addəyişmədən istifadə 
edir. 
Məlumdur ki, bədii təsvir vasitələrinin ən geniş yayılmış növlə-
rindən biri də epitetdir. Sözün həqiqi yox, məcazi mənada təyin 
edilməsinə  əsaslanan belə  məcaz növü Türkay yaradıcılığında da 
poetikliyə xidmət edir. Onun ilk dövr yaradıcılığında klassik Şərq 
poetikası üçün səciyyəvi olan müqəyyəd epitetlər (“zümrüt göz”, 
“ceylan bakışlı”, “fani ten” və s.) nəzərə çarpsa da, sonrakı  mər-
hələdə orijinal məcazi birləşmələrə  təsadüf edirik. Poeziyasının 
ikinci mərhələsində daha çox kosmosla bağlı maraqlı epitetlər diq-
qəti cəlb edir. Məsələn, “kosmik düşüncə”, “kosmik ana”, “kosmik 
üz”, “kosmik qış” və s. birləşmələrinin təyinləri yeniliyi ilə fərqlə-
nir: Şimdi açmış kollarını uzaysal ana (Türkay, 2002: 44) / Uzaysal 
bir kış (Türkay, 2003: 219) / Dur gitme / Anımsa bir kez yıldızlarla 
yüklü / Uzun geceleri, yeminleri, sevişmeyi  (Türkay, 2003: 244) / 
Kozmik ananın kelebek kanatlı çocuklarıyız! (Türkay, 1990: 245) / 
Işık tenli, kor saçlı gök kızları (Türkay, 1990: 109) / Kozmik bir yüz 
(Türkay, 1990: 314) / Ben de uzaysal bir düşünceye dalıp (Türkay, 
1990: 326) 
Bəzi epitetlərin isə ikinci tərəfi kosmik cisimlərlə bağlıdır və bə-
dii təyinlər həmin kosmik terminləri poetik şəkildə müəyyənləşdi-
rir:  
 
Uzay gemileri yol almada  
Evrende yetim kalmış 
Samanyolumuza. (Türkay, 1990: 340) 
Uydular döner sarhoş bir dünyanın yörüngesinde.  
(Türkay, 1990: 340) 
 
Bəzən eyni söz həm məcazi, həm də  həqiqi funksiyasında işlə-
nir. Məsələn, “Çorak bozkırlarda başıboş, özgür” (Türkay, 2002: 


Osman Türkayın poetik irsi 
 
 
148
116) dedikdə  şair sözün həqiqi mənasından istifadə edir. Lakin 
“Çorak ömrümde neden mavi sular çağlardı?” (Türkay, 2002: 76) 
cümləsində  həmin sözü məcazi anlamda işlədərək, ömrünü quru 
səhraya bənzədir. Buna bənzər başqa bir nümunədə “qara” sözü 
birincidə məcazi (tale), ikincidə isə həqiqi (rəng) mənada işlənir: 
 
Kara yazgısıyla boğuşmaktan başka  
Hiçbir seçeneği olmayan kara derili Afrikada.  
(Türkay, 1990: 321) 
 
Şairin poeziyasında “Kitabi-Dədə Qorqud” dastanından gələn 
epitetlər də nəzərə çarpmaqdadır: “Sen nerdesin, uzun gözlüm, sivri 
yanaklım?” misrası Dirsə xanın xanımına müraciətlə dediyi “sərv 
boylum, qara saçlım, çatma qaşlım, dar ağızlım, al yanaqlım” (Ki-
tabi-Dədə Qorqud, 2004: 11-12) ifadələrini yada salır.  
Şair bir neçə bədii təyini işlədərkən semantik simmetriyanı göz-
ləyir. Məsələn, xalq türkülərini yaxıb-yandıran günəşlə, melodiya-
ları Ayın işığı ilə, laylaları isə yarpaq pıçıltısı ilə təyin edir: 
 
 Eğer yakacaksa yaksın güneş yanığı türküler, 
 Ayışığı melodilerle yaprak hışırtısı ninniler. 
 (Türkay, 1990: 19) 
O həmçinin ağrı-acıların çoxluğunu tarlalarda yetişən məhsullar-
la müqayisə edir:  
 
Unutulsun tarla tarla yeşeren sızılarımız. 
 (Türkay, 1990: 26) 
 
Başqa bir epitetdə bahar fəslinin ruhunun naxışı olduğunu yazır: 
“Ruhumun toprağa nakşettiği mevsim de bahar”. (Türkay, 2002: 
76) 


Elmira Fikrətqızı 
 
149
Bunlardan əlavə, Türkay anafora, epifora, inversiya, bədii sual, 
bədii xitab və s. kimi poetik ifadə vasitələrindən də istifadə etmiş-
dir: 
Müəllifin işlətdiyi bədii suallar, adətən, fikri məna baxımından 
qüvvətləndirmək üçündür: 
 
Bütün zevklerimi okşıyan bir el 
Sonsuzluk hızıyla bu gidiş nereye?  
(Türkay, 2002: 37) 
 
Türkayın poeziyasında dialoq şəklində qurulan sual-cavablar da 
vardır.  Şifahi xalq ədəbiyyatından gələn “dedim-dedi” tipli bədii 
mükalimələrə  şairin “Lotusun içinə uçmaq” adlı “modern dasta-
n”ında təsadüf edirik: 
Dedim: Tanyerinin renklerinden mi kopup geldiniz? 
Süt mavisi sis gibi yoğun ama hafifsiniz… 
Yurdunuz neresi, mesleğiniz ne? 
Dedi: …Ben Sydney yolcusuyum 
Orada öğretmenim.  
(Türkay, 1990: 241) 
 
Bəzən  şair özü ilə  də mükaliməyə girir. Məsələn, “Şairin öz 
portreti” (“Aynada Gördüğüm Gibi – Ozanın Kendi Portresi”) şe-
rində həm portretinin müəyyən cizgilərini verir, həm də çəlimsiz və 
yorğun üzünü yeddi qitəyə ayrılmış dünyaya, qulaqlarını akustik ci-
haza, gözlərinin birini təbii mikroskopa, o birini isə radio-teleskopa 
bənzədir. Cismani və ruhi varlığının təsvirini verən şair öz kölgəsi-
güzgüdəki əksi ilə həmsöhbət olur: 
 
Dedim ki: “Biraz sağduyulu ol, anlayış göster 
Bırak beni dünyada, sen yine gir aynaya, yansıt beni 
Benim burada, senin oradadır, öyle kalacak yerin”. 
(Türkay, 1990: 315) 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə