Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə55/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   51   52   53   54   55   56   57   58   ...   71

Osman Türkayın poetik irsi 
 
 
184
məhrum olduqları, cəmiyyəti, mədəniyyəti tamamilə inkar etdikləri 
üçün boyunlarına götürdükləri vəzifəni daşıya bilmədilər. 
Türkay XX əsrin cərəyanları içərisində sürrealizmi yüksək də-
yərləndirir. Ədibə görə, bu cərəyan “cəmiyyətin formasını dəyişdir-
mək” məqsədi daşıyaraq, fərdin yaşamının əsaslarını kökdən yeni-
ləməyi qarşısına məqsəd qoymuşdur və bunun nəticəsində fövqəl-
real olan real olmuşdur. 1969-cu il isə sürrealist ideyaların gerçək-
ləşməsinin daha bir sübutudur. Artıq insan varlığının mahiyyəti də 
dəyişməkdədir: “o, sadəcə bu dünyaya deyil, bütün kainata məx-
susdur”. Nitşse: “Tanrı ölmüşdür”, - ifadəsini işlətmiş, ardınca bə-
şər övladı fövqəlinsanı, insan nüsxələrini yaratmışdır və bu, XX əs-
rin qorxulu həqiqətlərindən biridir. Təbii ki, bəşər tarixi boyunca in-
sanın “allahlaşması  və allahsızlaşması” özü ilə  bərabər bir çox 
problemlər gətirmişdir. 
Osman Türkayın “Dramaturgiyada sosialist realizmi” (“Tiyatro-
da Toplumsal Gerçekçilik”) məqaləsi sosialist realizmi haqqında 
olub, keçmiş Sovet İttifaqında hakim olan bu cərəyanın Qərbdən 
görünən tərəflərindən bəhs etməkdədir. Məqalədə, həmçinin moder-
nizm haqqında da geniş bilgi verilir, bu cərəyanın subyektivliliklə 
bağlı cəhətlərinə görə tənqidə məruz qalması açıqlanır. 
 
3.2.Ədəbi-nəzəri, estetik, fəlsəfi görüşləri 
 
Osman Türkay bir sıra nəzəri və fəlsəfi məqalələrində ədəbiyya-
tın, elm və  fəlsəfənin müxtəlif problemlərinə toxunmuşdur. Məsə-
lən, “Prometey və Orfey” (“Prometheus ve Orpheus”) adlı məqalə 
O.Türkayın qələmində elm və sənəti simvolizə edən iki mifik yunan 
qəhrəmanının təqdimatıdır. Prometeyin bəşəriyyət yolunda, Orfeyin 
isə şəxsi iztirabları ucbatından əzablar çəkməsi ilə bağlı qəmli mo-
tivlər üzərində qurulmuş mifoloji rəvayətləri verən Türkay müasir 
dövrdə insanlıq üçün onları iki mifik obraz kimi yox, iki rəmz kimi 
dəyərləndirir. Prometeyin göylərdən – Tanrılardan oğurlayıb insan-


Elmira Fikrətqızı 
 
185
lara bəxş etdiyi atəş elmdir ki, əsrlər boyu bəşəriyyət onun vasitəsi 
ilə tərəqqi etmiş və kosmos dövrünə qədəm qoymuşdur. O.Türkaya 
görə, müasir zaman orfeylərin yox, promoteylərin çağıdır. İndi in-
sanlar arasında yetişən promoteylər Göyə, Zevsin məkanına doğru 
can atmaqdadırlar. Yuri Qaqarin isə yeni zamanların ilk Promoteyi-
dir. İnsanın məkan mağaradan “ağıl mağara”ya

 doğru təkamülündə 
elmi-texniki tərəqqi mühüm rol oynamışdır.  
Ədəbiyyatın mövzusunun insan təcrübələri olduğunu yazan Tür-
kay ədəbi məhsul ətrafında üç qütbü fərqləndirir: 1) yazar 2) oxucu 
3) yazarla oxucu arasında vasitəçilik vəzifəsini daşıyan dil. Ədəbiy-
yatçıların qələmə almaq istədikləri şeylər beyinlərində yaranan təc-
rübələrdir. Lakin bunların hamısını dillə ifadə etmək mümkün ol-
madığı üçün yazarlar bəzən simvollara baş vururlar. Deməli,  ədə-
biyyat sərhədsiz olanı müəyyən anlamda sərhədli bir vasitə ilə an-
latma sənətidir. 
Türkay forma və məzmun məsələlərindən də yan keçməyərək bu 
barədəki mülahizələrini də  qələmə almışdır: “Anlatılan deneyleri 
simgeleyen içeriğe “diction”, ya da sözdizimi, içeriğin bütününe de 
biçim deriz. Biçim, birtakım dış uygulamalarda sözdizimi üzerine 
zorlanamaz, çünkü biçim, sözdiziminden doğar ve en sonunda ör-
gensel bütün durumunu alır.” (Türkay, 1993: 121) 
O, əsərin yazılışında beyinə semantik və fonetik baxımdan dilin 
təsirini aşağıdakı şəkildə açıqlayır: 
1) Semantik baxımdan:  
a) sintaksis yolu ilə mənanı vermək 
b) hər sözün və məfhumun simvolik dəyəri 
2) Fonetik baxımdan: 
a) ritm yolu ilə səs elementini qurmaq 
b) hər hecanın özəl səs keyfiyyəti  
Bunlardan əlavə, Türkay ədəbiyyat sahəsinə yaratma, xoşlanma 
və tənqid etmə güclərinin hakim olduğunu vurğulayır. 
                                                           

 İçində yaşadığımız mağara ağlımızdır - Robert Haget
 
 


Osman Türkayın poetik irsi 
 
 
186
 “Ədəbiyyatda sosial quruluş” (“Edebiyatta Toplumsal Yapı”) 
məqaləsi türk ədəbiyyatşünaslığında tənqidin işlənməmiş bir növü 
olan ədəbiyyatda sosioloji istiqamət haqqındadır. Türk ədəbiyyatşü-
naslığında bu sahədəki boşluğu – “İncə Məmməd”, “Məmləkətim-
dən insan mənzərələri” və s. kimi əsərlərin sosiologiya baxımından 
tədqiq olunmadığını qeyd edən Türkay məşhur italyan yazarı Um-
berto Ekoya istinadla tərifini verir: “Edebiyat toplumbilimi en sığ 
bir düzeyde, edebiyatın ölçeğidir.” (Türkay, 1993: 159) Ədəbi xa-
rakterlərin şərhi vasitəsilə cəmiyyətin ümumi qanunlarını meydana 
çıxarmağa yönələn bir ədəbiyyat sosiologiyasını yaratmışdır və 
onun  ən yaxşı nümayəndələri macar tənqidçisi Georq Lukaç və 
fransız yazarı Lüsyen Oddmandır. Məqalədə Türkay sonuncu müəl-
lifdən sitatlar gətirərək tənqiddə psixoanalizin də mövqeyini açıq-
layır: “Bu yöntemle (psixoanaliz - E.F.) her hangi bir yapıt tümüyle 
incelenemez. Ancak yapıtın yaratıcısı olan yazarın ruhsal durumuna 
bir geçenek açılabilir, buna da çoğu zaman güvenilmez. Aynı yön-
temsel nedenle, psikanalistler, ruhsal sayrılıkla estetik arasına bir 
sınır çizemedikleri gibi, bir delinin sayıklamasıyla, bir dehanın ya-
pıtını bir-birinden ayıramamaktadırlar”. (Türkay, 1993: 163) 
“İnsanlığa həsrət” (“İnsanlığın Özlemi”) adlı  məqalə XX əsrin 
bir sıra mövcud problemləri haqqında yazılmışdır. Bu əsr faciələrlə 
doludur, həm də bunlar şəxsi yox, bəşəri plandadır. Sosializm və 
kapitalizm cəmiyyətləri arasında gedən savaşlar sənət və düşüncə 
sahəsinə də öz təsirini göstərmişdir. Digər tərəfdən də, elmi-texniki 
inqilab bəşəriyyət qarşısında bir çox problemlər qoymuşdur. Belə 
olan halda sənətkarların da boynuna bir çox vəzifələr düşmüşdür: 
onlar başlıca olaraq insanları sülh və sevgiyə  səsləməlidirlər. Tür-
kay özünün də vətənində labirint düyününə düşmüş milli problem-
lərdən narahat olmaqda, silahlanmaya qarşı çıxmaqdadır. 
 “Sənətçi gələcəyi indidən yaradan şəxsdir” düşüncəsinə əsasla-
nan Türkay məqalədə BMT-nin 20-ci ildönümü münasibətilə  bəs-
tələnmiş mahnıda dünyanın Vergilidən başlayaraq bütün sülhsevər 
sənətkarlarının yaradıcılıqlarının ifadə olunduğunu və sülh yolunda 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə