Osman Türkayın poetik irsi
170
Digər bir şairə qadın Nəriman Cahidin də şeirlərində müharibə
əleyhinə çağırışlar kifayət qədərdir:
Tüm silahları yok edin,
Mermi değil çiçek atsın namlular…
Çocuklar ölmesin açlıktan,
Yaşlılar ölmesin sevgisizlikten
Afrikada insanlar
Utanmasın teninin renginden.
Vurulup düşmesin toprağa
Hiçbir canlı.
(İkinci Uluslararası KBTES (b), 1999: 21)
Osman Türkay isə insan münasibətlərindəki laqeydliyi pisləyə-
rək Afrikada və ya digər bir qitədə baş verən milli-etnik çaxnaşma-
ların dolayısı ilə bütün dünyaya aid olduğunu yazır.
Sülh mövzuları çağdaş Kıbrıs türk ədəbiyyatında, xüsusilə Barış
Hərakatından sonrakı dövrdə geniş şəkildə işlənmişdir. “Uçun, quş-
lar, sülhə doğru” (“Uçun, Kuşlar, Barışa Doğru”), “Yaşasın dünya”
kitablarının müəllifi olan Altay Burağanın yaradıcılığında O.Türkay
poeziyası ilə səsləşmələri qabarıq şəkildə görmək mümkündür. O,
“Sülh Küləkləri” (“Barış rüzgarları”), “Uçun, quşlar, uçun”, “Sa-
vaşlar bitsin”, “Ümid əkirəm” (“Umut Ekiyorum”), “Sülh eşqinə”
(“Barış Aşkına”), “Bir ağ göyərçin” (“Bir Ak Güvercin”), “Bayra-
mınız mübarək olsun” (“Bayramınız Kutlu Olsun”), “Kaş ki ola bil-
səydim” (Keşke Olabilesydim), “Qardaşlıq” (“Kardeşlik”), “Bir
mühit arzulayıram” (“Bir Çevre Düşlüyorum”) və s. şeirləri ilə, hə-
qiqətən də, insanları sevgi və sülh ətrafında birləşməyə, nifrəti, kini
tarixə gömməyə çağırır:
Dursun ölüm sesleri, patlayan mermilerin,
Açsın türlü renkleri, tomurcuk çiçeklerin
Yağsın ekin yağmuru, bitimsiz sevgilerin
Elmira Fikrətqızı
171
Uçsun en güzelleri beyaz güvercinlerin.
(Burağan, 1997: 31)
İkinci kitabında isə Altay Burağan daha çox Yer kürəsinin eko-
loji tarazlığının pozulması problemlərinə, mavi-yaşıl dünyamızı
təhdid edən fəlakətlərə toxunmuşdur. O, Ətraf Mühitin Mühafizəsi
İdarəsində rəsmi vəzifədə işləməklə bərabər, poeziyasında da bir
kəndin, bir şəhərin, bir adanın timsalında dünyanın xilasına, üstün-
də yaşaya bilmək üçün onu yaşatmağa çalışır. Zənnimizcə, Türka-
yın “Dünyamızın portreti - 1990” poeması ilə bu kitab arasında
mövzu-ideya baxımından əlaqə vardır. O.Türkayın əsərdə toxun-
duğu sülh və müharibə mövzusunun əks-sədasına A.Burağanın ya-
radıcılığında rast gəlirik. “İnsanlıq”, “Günəş yağır” (“Güneş Yağı-
yor”), “Qara dərililər” (“Kara Derililer”), “Qara pişiklər” (“Kara
Kediler”) adlı şeirlərində A.Burağan Afrika qitəsində və dünyanın
digər bölgələrində yaşayan zəncilərin qara talelərindən söhbət açır:
Derileri rengiydeydi alın yazıları da
Bir kuru ekmeye
Bir tas temiz suya
Özlemliydiler.
(Burağan, 2000: 9)
“Uçan torpaqlar” şeri isə bu baxımdan daha ibrətamizdir. Külə-
yin Afrikadan qaldırıb ada səmalarından yerə endirdiyi susuz torpaq
həmin insanların acı taleyi barədə planetimizin bir başından digər
başına ötürülən təbii mesajdır:
Yoksul Afrikanın yoksul toprağı
Bir ince çarşaf gibi serilmiş
Bizim toprağımıza
Bir mesaj getirmiş
Yoksul kardeşlerimizden
Osman Türkayın poetik irsi
172
“Toprağımız uçtu, suyumuz bitti,
Biz öldük, siz yaşamaya çalışın
Toprağınıza sahip çıkın
Ağaç dikin, ormanları körüyün.
(Burağan, 2000: 13)
Altay Burağan da O.Türkay kimi müasir ekoloji tarazlığın po-
zulmasında insanları günahlandırır; əgər iqlim dəyişmələri gedirsə,
ağacları məhv eləməyimizin, su qıtlığı varsa, təbii su qaynaqlarımı-
zı yararsız hala salmağımızın nəticəsidir. Lakin ozon təbəqəsini
deşdikdən, əngin dənizləri zibilliyə, çölləri bataqlığa çevirdikdən
sonra da mənfur əməllərimizdən əl çəkmirik:
Şimdi hava kirli, gürültülü
Yeşil renk bitmiş, mavi renk gri olmuş
İçmeye su, yemeğe aş bulunmazken biz
Yine de,
Yırtarız dağları, deleriz gök yüzünü,
Satarız anasını,
Otun, böceğin, tümden doğanın.
(Burağan, 2000: 17)
“Çirklənmiş dünya” (“Kirlenmiş Dünya”) isə Türkayın “on il
əvvəl yardığı” xəstə dünyanın halının getdikcə pisləşib, hətta kos-
mosdan belə mavi-yaşıl görünmədiyi və öz çirkliliyi, gurultusu, zə-
hərli qazları ilə Kainat qonşularımızı da rahatsız etməsi haqqın-
dadır. Narahat şair qəlbi ətraf mühitin çirklənməsində müharibə-
lərin, təcrübədən keçirilən nüvə silahlarının da xüsusi mənfi rolunu
dəyərləndirir:
Bir savaş ortamında
Atomlar, nötronlar patlıyorsa,
Sinir gazları yükseliyorsa atmosfere,
Elmira Fikrətqızı
173
Nükleer denemeler uygulanıyorsa
Uygarlık beşiklerine,
En büyük çevre felaketi
Yaşanmıyor mu acaba?
(Burağan, 2000: 30)
Nəhayət, A.Burağan “Yaşasın dünya!” nidası ilə heç bir irqi,
milli fərq qoymadan mavi planetimizin qaralan təbiətinin içimizə
işləyib könlümüzü də gələcək əsrlərdə qaralara boyamaması üçün
sülh göyərçinləri uçurdub, əl-ələ verib Yer kürəsini və bəşər məx-
luqunu yaşatmağa çağırır. Beləliklə, kosmik məhəbbət duyğusu ilə
kainatı və onun hər bir elementini sevən və sevməyi təbliğ edən
Türkay yaradıcılığına A.Burağan da yüksək bəşəri dəyərləri ilə se-
çilən şeirlərində eyni hisslərlə cavab verir.
Tədqiqat mövzumuzdan kənar olsa da, Osman Türkay yaradıcı-
lığı ilə bağlı digər mühüm bir cəhəti qeyd etmək istərdik. O, Kıbrıs
türk dramaturgiyasının da formalaşmasında xidmətlər göstərmişdir.
Ən gözəl əsəri olaraq dəyərləndirdiyi “Ölümsüzlük Acısı” və ən bö-
yük əsəri hesab etdiyi “Piramida üçlüyü” (“Piramit Üçlüsü”)
27
dramları ilə o, ada ədəbiyyatına əvəzsiz örnəklər vermişdir. Nəzərə
alsaq ki, Kıbrıs türk ədəbiyyatı daha çox lirik növ üzərində inkişaf
etmişdir, onda həmin əsərlərin ədəbi əhəmiyyəti daha da artmış
olar. Yazıçı İ.Bozqurdun 1998-ci ildə “Kıbrıs türk nəsri və prob-
lemləri” (Kıbrıs Türk Yazını ve Sorunları) adlı məqaləsində verilən
məlumata görə, həmin vaxta qədər dramaturgiya sahəsində cəmi 34
kitab yazılmışdır. Zənnimizcə, kəmiyyət olduqca aşağıdır və üstəlik
bu əsərlərin heç də hamısı yüksək bədii keyfiyyətə malik deyildir.
Belə olan halda, Osman Türkayın dünya mifologiyasından qaynaq-
lanan iki dram əsərini ədəbi hadisə hesab etmək mümkündür.
27
Bu dram əsərinin daha geniş təhlili üçün bax: Elmira Məmmədova. Osman Tür-
kay’ın “Piramit Üçlüsü” piyesi (AMEA Z.M.Bünyadov adına
Şərqşünaslıq İnsti-
tutunun “Elmi Araşdırmalar” jurnalı, Bakı, 2006, 8-ci buraxılış (1-4), s. 177-182)
Dostları ilə paylaş: |