Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə49/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   45   46   47   48   49   50   51   52   ...   71

Elmira Fikrətqızı 
 
163
sergilemekle çoğu gerçek şiire erişmeği değil,  şiirin politikasını 
yapmayı yeğlemiştir.” (Toplumun Sesi, 1993: 29) 
Ədəbiyyatşünaslar Z.Yılmaz və R.Okumuşun vurğuladıqları ki-
mi, bu poeziyada məhz Türkayın önəmli xidmətləri olmuşdur: 
“Şiirlerinde soyut ve evrensel konuları  işleyen  şair, Kıbrıs Türk 
şiirinde ayrı bir akın başlatmıştır.” (Yılmaz, Okumuş, 1989: 16) 
1940-50-ci illərdə bu poeziyaya Nazif Süleyman Ebeoğlu, Ukriye 
Mine Balman, Emine Otan (Engin Gönül) kimi şairlərin başçılığı 
altında heca vəznində yazılmış romantik əhval-ruhiyyəli şeir hakim 
olmuşdur. Osman Türkay və Özker Yaşın isə  sərbəst  şerin inkişa-
fında xüsusi rol oynamışlar. Ümumiyyətlə, XX əsr Kıbrıs türk poe-
ziyası,  əsasən, sərbəst vəzndə birləşib milli və  bəşəri mövzularda 
ayrılan bu iki şairin yaradıcılığı  və onların təsir dairələri üzərində 
qurulmuşdur. Hətta bəzən onların son dərəcə oxşar misralarına da 
rast gəlmək mümkündür. Məsələn, Türkayın “Bürünüp rengine al-
tın kanının bayraklaş” (Türkay, 2002: 68) misrası ilə Ö.Yaşın’ın 
“Kıbrısda bayraq” adlı  mənzuməsindəki “Gölgene dökülen kanım 
bayraklaşır” (Başlangıcından, 9. cilt, 1997: 338) misrasını nümunə 
göstərə bilərik. 
 Osman  Türkayın başlatdığı ayrı bir istiqamət kosmos əsri  şeri 
idi. (Bu şeir elm, mifologiya, ekologiya, qloballaşma və s. ilə  sıx 
əlaqədar idi) Bu şeır “savaşlar dövrü” arxada qaldıqdan sonra bir 
çox kıbrıslı şairlərin hədsiz vətənpərvərlik mövzularından və Türki-
yə  ədəbiyyatının təqlidindən uzaqlaşaraq yaxınlaşmaq istədikləri 
dünyəvilik, bəşəriliklə bağlı idi. Bu həm də onun fərdi üslubu ilə se-
çilən ədəbi şəxsiyyət kimi XX əsr Kıbrıs türk poeziyasında özünə-
məxsusluğunun təsdiqi idi. 
Kıbrıslı şair-tədqiqatçı M.Qansuya görə, 1960-cı illərdə yazılan 
şeirlər milli başlığı altında düşünülə bilər. Kıbrıs türk toplumu bu 
dönəmdə  də özünü Anavətən Türkiyənin bir parçası olaraq qəbul 
edir. (İkinci Uluslararası KBTES (b), 1999: 101) Həmin mərhələdə 
ictimai-siyasi mövzuda şeirlər üstünlük təşkil edir. Yalnız 1974-cü 
il Barış Hərəkatından sonra Kıbrıs türk poeziyası yuxarıda sadaladı-


Osman Türkayın poetik irsi 
 
 
164
ğımız “ağdənizlilik, kıbrıslılıq” və s. kimi spesifik mövzularla tək-
rarsızlığını  təmin edərək ayrı-ayrı  şairlərin yaradıcılığında fərdi 
sima kəsb edə bilmişdi. Bu ədəbiyyatın müasir mərhələsində hansı-
sa ideyalar, mövzular ətrafında birləşən qruplardan daha çox fərqli 
yaradıcılıq keyfiyyətləri olan fərdlər diqqəti cəlb edir. Yalnız sülh 
ideyaları bu baxımdan istisna təşkil edərək, uzunmüddətli savaş-
lardan yorulan, dəfələrlə şəhidlər verən cəmiyyətin şairlərinin bədii 
düşüncələrində müharibəyə etiraz nidaları ilə meydana çıxır. Mətin 
Turan 1940-70-ci illər arasındakı 30 illik zaman kəsiyini Kıbrıs türk 
şerində özünü tapma (təsdiqetmə) və “məhsul yığma” dövrü kimi 
qələmə verir və bundan sonrakı  mərhələdə bu ada içərisində  hər 
şairin özünün “adacıqları” olduğunu yazır. Onun qeyd etdiyi digər 
cəhət isə həmin şairlərin bu mərhələdə qapalılıqdan çıxaraq dünya 
şerinin bir parçası olmaq üçün cəhdlər etmələridir. Beləliklə, Kıbrıs 
türk  ədəbiyyatı haqqında qeydlərdən belə bir nəticəyə  gələ bilərik 
ki, Türkay geniş  və  əhatəli yaradıcılıq yolu ilə  ədəbiyyata gəldiyi 
ilk zamanlardan, xüsusilə də birinci şeir kitabından başlayaraq, bir 
çox söz sənətkarlarından seçilmiş  və öz “poetik adasını” yarada 
bilmiş, eləcə də başqalarının yaradıcılıq yoluna işıq salmışdır. Nəşr 
olunmuş ilk kitabı ilə o, həm də digərlərinin daha sonralar çatmağa 
cəhd etdikləri dünya şerinin qapılarını açmış  və orada özünün 
əvəzedilməz yerini tutmuşdur. Ümumiyyətlə, onun beynəlxalq alə-
mə yayılan şöhrəti, təltifləri və kosmos əsri yaradıcılığının heyran-
ları təkcə Kıbrıs ədəbiyyatında yox, dünya miqyasında xidmətlərin-
dən xəbər verməkdədir. Aşağıdakı  sətirlər onun İsveçdəki  şöhrəti-
nin bariz bir örnəyidir: “Daha hayatta iken klasikleşen ünlü İsveç 
şairi Bo Setterlind... Osman Türkay`ın  İngiltere`de yayımlanan 
“Symphonies for the World” (“Dünya İçin Senfoniler”) ve İsveç`te 
yayımlanan “Havets Ljus” (“Denizin Aydınlığı”) adlı kitaplarını 
okuduktan sonra, Türk və  Kıbrıs Türk şiirine karşı derin bir ilgi 
duymaya başlamıştı. Türkay`ın sözkonusu eserlerinde su, şafak ve 
sonsuzluk temalarının işlenişine büyük bir hayranlık duyduğunu 
belirten İsveçli tanınmış şair, Türkay`a yazdığı mektuplarda: “Bun-


Elmira Fikrətqızı 
 
165
dan sonra yazacaklarım ancak senin şiirlerine birer nazire olacak-
tır”, - demişti. İsveçli şair Türkay`a nazire olarak bir kitabı doldura-
cak sayıda şiirler yazdı.” (Toplumun Sesi, 1993: 62)  
Türkay verdiyi müsahibələrindən birində bu barədə qeyd edir: 
“Dünya  şairleri arasında uzay çağı mistisizmine yönelmiş başka 
şairler var mı?”, biçimindeki sorunuza yanıtım “pek çok” olacaktır. 
Norveç`ten, İsveç`ten tutunuz da Balkan`larda Romanya`ya, Güney 
Doğu Asya’da Hindistan’a ve Uzak Doğu’da Güney Kore’ye kadar 
birçok ülkelerin genç şairlerinden kitaplar ve mektuplar alıyorum. 
Benden okumamı değerlendirmemi istiyorlar. Geçenlerde Yunanis-
tandan bir kitap, bir de mektup aldım. Benim “Symphonies for the 
World” adlı kitabımı okumuş o da “Symphonies for the Stars” 
(“Ulduzlar üçün simfoniyalar”- E.M.) adlı kitap bastırmış, bana de-
ğerlendirmemi ve kendini Nobel`e aday göstermemi yazıyor” (Yal-
çın, 1998: 58) 
Osman Türkaya yalnız xarici müəlliflər deyil, öz həmvətənləri 
də  şeirlər yazmışlar. Fərdi münasibətlərdən qaynaqlanan səbəblər-
dən ona iki qrup şeir həsr olunmuşdur: həcvlər və mədhlər. Özkər 
Yaşın “Bax bu dava adamına” (“Bak Şu Dava Adamına”) başlıqlı 
şerində açıq ad çəkməsə də, “Uzay şairi” epiteti ilə onu aşağılamağa 
çalışmışdır: 
 
... Çok üşütük, çok zavallı bir ademdi! 
Sabahtan akşama günün her saati 
Nobel Edebiyat ödülünü alacağını 
Hayal ederdi! O bir uyurgezerdi. 
 
Uzaya giderdi gece yatınca 
Ve yıldızlardaki Türkçe konuşan yaratıklarla 
Tanıştığını yazar ve söylerdi! 
En sonunda kendi kendine  
“Uzay Şairi” (!) diye bir ünvan verdi.  
 (Kıbrıs Türk Hiciv..., 2005: 218) 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə