Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   2   3   4   5   6   7   8   9   10   ...   71

Osman Türkayın poetik irsi 
 
 
24
Kıbrısda məskunlaşan türklərin maddi, mənəvi mədəniyyət ör-
nəklərinin yerli mədəniyyət dəyərləri ilə çulğalaşmış  şəkildə inki-
şafı müşahidə olunur. Bu ərazi həmçinin qərinələr boyu formalaşan 
ortaq türk mədəniyyətinin, nəsillərdən-nəsillərə ötürülən folklor nü-
munələrinin qorunub saxlanıldığı bölgə kimi də  əhəmiyyət kəsb 
edir. Kıbrıs türklərinin tarixi ilə əlaqəli olan bu özəl keyfiyyət onla-
rın folklorunun spesifik cəhətlərini (mərhələ-mərhələ deyil, hazır 
bədii təfəkkür məhsulunu mənimsəməsi və s.) müəyyən edir. 
Kıbrıs türk folkloru manilər (bayatılar), tapmacalar, nağıllar, ata-
lar sözləri və s. janrları  əhatə edir. Kıbrıs türk maniləri rəngarəng 
mövzulara həsr olunmuşdur. Məsələn, aşağıdakı nümunə məhəbbət 
mövzusundadır, ayrılıq “notlarını” ifadə edir: 
 
Dağ ayrı, duman ayrı, 
Kaş ayrı, kaman ayrı. 
Bize mevlam mı yazdı, 
Gezelim ayrı-ayrı?  
(Maniler, 1996: 32) 
 
Tədqiqatçıların fikrincə, bu manilərin əksəriyyəti Anadolu mani-
lərinin variantı olsa da, onlar arasında yeni yaranan və sırf Kıbrısla 
bağlı olan, Kıbrıs türklərinin tarixini özündə əks etdirən nümunələr 
də vardır: 
 
Şubat ayı, mart ayı, 
Fark etmez bayan bayı. 
Dokuz mart altmış dörtte 
Rum vurdu Kasabayı. 
(Maniler, 1996: 88) 
 
Həmin manilərin bir qismi Azərbaycan bayatıları ilə də variant-
lılıq təşkil edir. Onların içərisində Azərbaycanla bağlı ərazilərin adı 
çəkilən örnəklər də vardır:  


Elmira Fikrətqızı 
 
25
  
Gidiyorum Tebrize, 
Misafir geldim size, 
Bana böyle yapmayın,  
Bir daha gelmem size.  
(Maniler, 1996: 46) 
 
Kıbrıs türk dastanlarına
7
 gəldikdə, bəzilərinin müəllifləri bilinsə 
də, bəzilərinin kim tərəfindən yazılması məlum deyildir. Müəlliflik 
məsələsi  ətrafında da müxtəlif fikirlər mövcuddur. Oğuz Yorğan-
cıoğluna görə, Kıbrısda  ən qədim dastan “Tərcüman”dır. Bundan 
başqa, “Kıbrıs”, “Həsən Bullilər”, “Dələduz işi” (“Dolandırıcı işi”), 
“Polis”, “Acgöz” (“Acgözlü”), “Doktor Behic”, “Xalid Ərəb və ya 
Gülsüm xanım”, “Adəmlə  Həvva”, “Yaş”, “Qaçaq Əli”, “Camal 
Mida” kimi dastanlar da vardır
8
.  İngilis müstəmləkəçiliyinə qarşı 
yazılan və  qəhrəmanlıq mövzusunda olan dastanların böyük qismi 
Mustafa Aynalıya (1873-1965) aid edilir. O, yazdığı dastanları, həm 
də el-el dolaşaraq tərənnüm etmişdir. Ondan başqa Aşıq Kenzi, Ha-
fiz Camal (Loğman Həkim),  Əhməd Babacanın adlarını da dastan 
müəllifləri sırasında çəkmək mümkündür
9

Kıbrıs türk yazılı ədəbiyyatı adada fəaliyyət göstərən şair və ya-
zıçıların yaradıcılığını  əks etdirir. Bu ədəbiyyatın mərhələlər üzrə 
                                                           
7
 Türkiyə  ədəbiyyatşünaslığında “dastan” deyildikdə,  əsasən, divan şairlərinin 
əruzla yazdıqları mənzumələr nəzərdə tutulur. 
8
  Kıbrıs və Azərbaycan  ədəbiyyatında dastan janrının təşəkkülü, xüsusilə  Aşıq 
Kenzi və Qasım bəy Zakirin həyat və yaradıcılıq yollarının müqayisəli təhlili haq-
qında geniş məlumat üçün bax: Səadət Şıxıyeva “XIX. Yüzyıl Azerbaycan ve Kıb-
rıs Türk Edebiyatlarının Müşterekleri Üzerine” (Kuzey Kıbrıs Türk Cumhuriye-
ti’nin 25. kuruluş  yılı, Türk Mukavemet Teşkilatı’nın 50. kuruluş  yılı ve Kıbrıs 
Türk Kültür Derneği’nin kuruluşunun 60. yılı nedeniyle Uluslararası Kıbrıs Sem-
pozyumu/ Ankara, 21-23 Kasım)  
9
 Kıbrıs Türk dastanları ilə geniş məlumat üçün bax: Fevzioğlu B., Atun S. Kıbrıs 
Türk Halk Edebiyatında Destanlar ve Ağıtlar Üzerine Bilgiler, Belgeler, Araştır-
malar, (1. cilt. Gazimagusa: SAMTAY Yayınları: 3, Ankara: Ürün Ltd Şti, 2001), 
(2. cilt. Gazimagusa: SAMTAY Yayınları: 6, Ankara: Birlik Matbaacılık, 2002), 
(3. cilt. Gazimagusa: SAMTAY Yayınları: 7, Ankara: Başkent Matbaacılık 2003) 


Osman Türkayın poetik irsi 
 
 
26
inkişafının müəyyənləşdirilməsində  tədqiqatçılar arasında fikir 
müxtəlifliyi mövcuddur. Məsələn, “Kıbrıs türk şeri”ndə  aşağıdakı 
bölgü verilmişdir: 
1.1571-1930-cu illərin ədəbiyyatı 
2.1930-1960-cı illərin ədəbiyyatı 
3.1960-1974-cü illərin ədəbiyyatı 
4.1974-cü ildən bu günə qədər olan ədəbiyyat (Yılmaz, Okumuş, 
1992: 5) 
Əlbəttə ki, bu cür dövrləşdirmə şərti xarakter daşıyır və bu bölgü 
Kıbrıs türklərinin həyatında əhəmiyyətli rol oynayan ictimai-siyasi 
hadisələr  əsas alınmaqla aparılmışdır. Burada ədəbiyyatda gedən 
forma və məzmun dəyişiklikləri nəzərə alınmamışdır.  
Şair-tədqiqatçı M.Qansuya görə, Kıbrıs türk ədəbiyyatı türklərin 
adaya yerləşməsindən 1940-cı ilə qədərki və 1940-cı ildən günümü-
zə  qədərki mərhələ üzrə iki yerə ayrılır. (Birinci Uluslararası 
KBTES
a
, 1998: 869) 
Tədqiqatçı alim Gülgün Sərdar isə  Kıbrıs türk ədəbiyyatının 
inkişafını altı mərhələ üzrə təsnif edir: 
I mərhələ (1571-1878) – Kıbrısın Osmanlı İmperiyasına aid ol-
duğu mərhələ; 
II mərhələ (1878-1923) – Adanın müvəqqəti olaraq ingilislərə 
verildiyi mərhələ; 
III mərhələ (1923-1955) – İngilis müstəmləkə idarəsinin ilk mər-
hələsi; 
IV mərhələ (1955-1964) – İngilis müstəmləkə idarəsinin ikinci 
mərhələsi; 
V mərhələ (1964-1974) – Erenköy çarpışmalarından 20 İyul Ba-
rış Hərəkatına qədər olan dövr
VI mərhələ – 1974-cü ildən günümüzə  qədərki və davam et-
məkdə olan mərhələ (Serdar, 1992: 552) 
Sonuncu təsnifatda ədəbiyyatdakı keyfiyyət dəyişmələrindən da-
ha çox, xronoloji ardıcıllıq əsas götürülmüşdür.  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə