İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
96
• ”Risk altında olan” şahidlər üçün dinləmədən əvvəl, onun gedişatında və ondan sonra müdafiə
tədbirləri;
• İfadə verərkən şahidin təhlükəsizliyini təmin etmək üçün məhkəmə prosedurları;
• Gizli şahid müdafiə proqramı.
UNTOC-un 24-cü və 25-ci maddələrinə əsasən, iştirakçı dövlətlər, öz imkanları daxilində, cinayətin
qurbanlarının və şahidlərinin effektiv müdafiəsini, habelə onlara yardımı təmin etmək üçün müvafiq
tədbirlər görməlidirlər. Belə tədbirlərə, digərləri ilə yanaşı, cinayət prosesində ifadə verən şəxslərin
fiziki toxunulmazlığını onların həyatlarına qarşı təhlükələrdən və qorxudulma hallarından qorumaq
üçün prosedurların müəyyənləşdirilməsi də aiddir. Şahidlər təhlükələrdən, qorxudulma, korrupsiya
hallarından və ya bədən xəsarətlərindən müdafiə edilməlidir və dövlətlər bununla bağlı beynəlxalq
əməkdaşlığı gücləndirmək vəzifəsini daşıyırlar.
www.unodc.org/unodc/en/organized-crime/witness-protection.html
Avropa Komissiyası, prioritet məsələ kimi, cinayətin qurbanlarına dəstək göstərmişdir və onların
ehtiyaclarını təmin etmək üçün addımlar atmaqdadır. O, deyir ki, bizim ədliyyə sistemlərimizin
keyfiyyətinin ən böyük sınaqlarından biri bizim qurbanlarla nə qədər yaxşı rəftar etməyimizdir.
Müvafiq rəftar bizim cəmiyyətlərimizin hər bir qurbanla həmrəyliyinin nümayiş etdirilməsi və belə
rəftarın vacib məqam olduğunun etiraf edilməsidir.
2012/29/EU nömrəli Direktiv cinayətin qurbanlarının hüquqları, onlara dəstək və onların müdafiəsi
üzrə minimum standartları müəyyənləşdirir və o, 15 noyabr 2012-ci il tarixdə qüvvəyə minmişdir.
Direktiv, cinayət proseslərində informasiyaya, dəstəyə, müdafiəyə çıxış hüquqları və əsas prosedur
hüquqlar üzrə müəyyənləşdirilmiş minimum standartları özündə əks etdirir və orada qurbanlar üçün
daha konkret və geniş hüquqlar və üzv-dövlətlər üçün daha aydın vəzifələr toplanır. Aşağıdakılar da
daxil olmaqla yeni hüquqlar və vəzifələr də vardır:
“Bütün qurbanların müdafiəsi gücləndirilir – qurbanların və onların ailə üzvlərinin
toxunulmazlığına hörmətlə yanaşılmalı və əməli törədən şəxslə təmasa yol verilməməlidir
(bütün yeni məhkəmə binalarının ayrıca gözləmə otaqları olmalıdır)”.
“Xüsusi müdafiə ehtiyaclarını müəyyənləşdirmək üçün qurbanların fərdi qiymətləndirilməsi” başlıqlı
22-ci maddədə deyilir:
“1. Üzv-dövlətlər, xüsusilə əlavə və təkrar qurbana çevrilmə, qorxudulma və qisas hallarına
qarşı müdafiəsiz olduqlarına görə, qurbanların xüsusi ehtiyaclarını müəyyənləşdirmək və
onların cinayət proseslərinin gedişatında 23-cü və 24-cü maddələrdə nəzərdə xüsusi
tədbirlərdən yararlana bilib-bilməyəcəklərini və hansı həcmdə yararlana biləcəklərini
müəyyənləşdirmək üçün, milli prosedurlara uyğun olaraq, onlara vaxtında və fərdi yardımın
göstərilməsini təmin etməlidirlər.
2. Xüsusilə də fərdi qiymətləndirmədə aşağıdakılar nəzərə alınmalıdır:
(a) qurbanın şəxsi xüsusiyyətləri;
(b) cinayətin növü və ya xüsusiyyətləri;
(c) cinayətin törədilmə şəraiti.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
97
3. Fərdi qiymətləndirmə aparılarkən, cinayətin ağırlığı üzündən əhəmiyyətli dərəcədə zərərə
məruz qalmış qurbanlara; xüsusilə, şəxsi xüsusiyyətlərlə bağlı ola bilən meyllilik və ayrı-seçkilik
məqsədilə törədilən cinayətdən əziyyət çəkmiş qurbanlara; cinayəti törətmiş şəxslə münasibət
və ya ondan asılılığın onları xüsusilə müdafiəsiz vəziyyətdə qoyan qurbanlara ayrıca diqqət
yetirilməlidir. Bununla bağlı terrorçuluğun, mütəşəkkil cinayətkarlığın, insan alverinin, gender
zəminində zorakılığın, sıx münasibətlərdə zorakılığın, cinsi zorakılığın, istismarın və ya nifaq
zəminində törədilən cinayətin qurbanlarına və əlil qurbanlara lazımi diqqət yetirilməlidir”.
Cinayət prosesinin müxtəlif mərhələlərində aşağıdakı müdafiə tədbirləri nəzərdən keçirilməlidir.
Qurbanların davamlı şəkildə müdafiə olunmasını və onların məhkəmə proseslərində ifadə verməklə
bağlı potensial risklər barədə məlumatlandırılmasını təmin etmək prokurorların və hakimlərin
vəzifəsidir.
Məhkəməyə qədər
Qurban araşdırmada və sonra məhkəmə prosesində iştirak etməyə razılıq verdikdən sonra, onların
təhlükəsizliyini və ifadə verməklə bağlı bəzi qorxuların necə effektiv şəkildə aradan qaldırılmasını
nəzərdən keçirmək vacibdir. Müdafiəsi təmin edilməklə nəzarət altında olan və ya Milli
İstiqamətləndirmə Mexanizminə (MİM) əsasən “təhlükəsiz məkanda” sığınacaq verilmiş qurbanlar
digər müdafiə tədbirlərinə də ehtiyac duya bilərlər. Bura, hüquq-mühafizə orqanı ilə qoşulmuş
birbaşa telefon əlaqəsi və ya həyəcan düyməsi aid edilə bilər.
Məhkəmə qarşısına çıxmazdan əvvəl, qurbanın ifadə vermək seçimlərinə diqqət yetirilməlidir. Bəzi
dövlətlərdə, həmin dövlətlərin vətəndaşı olmayan qurbanlara öz dövlətlərinə qayıtmağa icazə
verilmişdir. Onlar ya video vasitəsilə ifadə verirlər, ya da hüquq-mühafizə orqanının əməkdaşı
qurbanın yaşadığı ölkəyə gedir və orada könüllü əsaslarla onun ifadəsini alır və ya bu, qarşılıqlı
hüquqi yardım üçün müraciət etməklə həyata keçirilir.
Əlavə ifadəvermə seçimlərinə məhkəmə tərəfindən şahidin ifadəsi kimi qəbul edilə bilən videoyazı
şəklində müsahibə verən qurbanlar da daxildir. Məhkəmə prosesində ifadə verən insan alveri
qurbanları məhkəmədən əvvəl oraya gələ bilərlər. Bu, qurbana məhkəmə günü nəyin gözlənildiyni
bilmələri üçün məhkəməni görmək imkanını verəcəkdir. Məhkəmədən qabaq və məhkəmə
proseslərində qurbanlara QHT-lər də dəstək göstərə bilərlər.
Məhkəmə
İnsan alveri qurbanlarına onların necə ifadə vermələri ilə bağlı bir neçə seçim verilə bilər. Bunlara
məhkəmədə qoruyucu qat (şüşə, örtük) arxasından ifadə vermək də aiddir. Müttəhimi görmə və ya
müttəhimin onu görməsinə yol verməmək üçün öz vətənlərinə qayıtmış qurbanlar həmin dövlətdən
videoəlaqə vasitəsilə ifadə verə bilərlər.
Mümkün olduqda, insan alveri qurbanlarına ayrıca gözləmə otağı verilməli və o, məhkəmədə
müttəhimin ailəsindən kənarda əyləşməlidir. Əgər ayrıca yer olmadıqda, məhkəmə qurbanın
təhlükəsizliyini qorumaq üçün başqa tədbirlər görməlidir.
Qabaqcıl təcrübə Birləşmiş Krallıq – Xüsusi tədbirlər
“Xüsusi tədbirlər” müdafiəsiz və ya qorxudulmuş vəziyyətdə olan şahidlərə məhkəmədə ifadə
verməyə kömək etmək və ifadəvermə ilə bağlı gərginliyi müəyyən qədər aradan qaldırmağa kömək