İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
102
iştirakçılar məhkəmənin göstərişlərinə riayət etməlidirlər. İşlərin idarə olunmasında məqsəd işlərə
təxirəsalınmadan və ədalətli şəkildə baxılmasını təmin etməkdən, şahidlərin, qurbanların və
andlıların (münsiflər heyətinin) maraqlarına hörmətlə yanaşmaqdan və onlara işin gedişatı barədə
məlumat verməkdən ibarətdir.
İşlərin idarə olunması - məhkəmənin vəzifəsi.
(1) Məhkəmə işi aktiv şəkildə idarə etməklə ümumi məqsədə kömək etməlidir.
(2) İşin aktiv idarə olunmasına aşağıdakılar aiddir:
a) real məsələlərin
erkən müəyyənləşdirilməsi;
b) şahidlərin ehtiyaclarının erkən müəyyənləşdirilməsi;
c) xüsusilə də işin gedişatı üçün vaxt cədvəlini əvvəldən müəyyənləşdirməklə nəyin ediləcəyini,
kim tərəfdən ediləcəyini və nə
vaxt ediləcəyini yəqinləşdirmə;
d) işin gedişatına nəzarətetmə və təlimatlara riayətetmə;
e) mübahisəli olub-olmamasından asılı olmayaraq dəlillərin ən qısa müddətdə və ən aydın
şəkildə
təqdim edilməsini təminetmə;
f) ləngimələrə yol verilməməsinə çalışma, eyni imkanla işin mümkün qədər çox aspektini
nəzərdənkeçirmə və zəruri olmayan dinləmələrə yol verməmə;
g) işin gedişatında əməkdaşlıq etmək üçün iştirakçıları həvəsləndirmə;
h) texnologiyadan istifadə olunması.
(3) Məhkəmə mümkün qədər erkən vaxtda həmin işin tələblərinə uyğun olan hər hansı
bir təlimat
verməklə işi aktiv şəkildə idarə etməlidir.
Cinayət Prosesual Qaydalar (İngiltərə və Uels) 2014, 6 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmişdir
(S.I. 2014/1610).
Onlayn qaydalar: http://www.justice.gov.uk/courts/procedure-rules/criminal/rulesmenu
5.9 Məhkumetmə
İnsan alveri insan hüquqlarının ciddi pozuntusudur və AŞ Konvensiyasında tərəflərdən “effektiv,
uyğun və çəkindirici” sanksiyalar qəbul etmək tələb olunur.
173
Prokurorlar və hakimlər insan alveri
hallarının ağırlığını başa düşməli və insan alverçilərinə onların əməllərinin ağırlığını əks etdirən
cəzaların təyin olunmasını təmin etməlidirlər.Niderlandlı Məruzəçi əməlin xüsusiyyətlərinin və
ağırlığının məhkəmələr tərəfindən kifayət qədər başa düşülüb-düşülmədiyinə maraq göstərmişdir.
174
AŞ Konvensiyasının “Sanksiyalar və tədbirlər” başlıqlı 23-cü maddəsində deyilir:
“1. Hər bir Tərəf 18-21-ci maddələrə müvafiq olaraq cinayət kimi qəbul olunmuş əməllərin
səmərəli, mütənasib və islahedici sanksiyalarla cəzalandırılması üçün zəruri olan qanunvericilik
və digər tədbirləri həyata keçirməlidir. 18-ci maddəyə müvafiq olaraq cinayət kimi qəbul
olunmuş və fiziki şəxs tərəfindən törədilmiş əməllərə görə tətbiq olunan bu cür sanksiyalara
azadlıqdan məhrumetmə cəzası da daxil edilir və ekstradisiya ilə nəticələnə bilər”.
173
Cernov, A. İnsan alveri, prokurorlar və hakimlər.
red. Friesendorf, C. İnsan alveri əleyhinə strategiyalar:
təhlükəsizlik
sektorunun rolu, səh.350.
174
Cernov, A. İnsan alveri, prokurorlar və hakimlər.
modelləri red. Friesendorf, C. İnsan alveri əleyhinə
strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh.351.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
103
5.9.1 Uşaq alverinə görə məhkumetmə
2011/36/EU nömrəli Direktivin 4-cü maddəsində deyilir:
“2. Üzv-dövlətlər, 2-ci maddədə qeyd olunan əməl,
(a) xüsusilə müdafiəsiz vəziyyətdə olan, bu Direktivlə əlaqədar, ən azı insan alverinin qurbanı
olmuş uşaqları əhatə edən qurbana qarşı törədildiyi halda;
…
ona görə maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılmanı təmin
etmək üçün bütün zəruri tədbirləri görməlidirlər”.
5.10 Cinayət təqibi zamanı
qurbanların hüquqları
Araşdırmaya kömək etməyə və ya cinayət prosesində ifadə verməyə razılıq vermiş qurbanların
onlarla ədalətli, peşəkarcasına və ləyaqətlə və hörmətlə davranılmaq, məlumalandırılmaq və ya
müvafiq informasiyanı almaq, kompensasiya və zərərin ödənilməsi üçün müraciət etmək və
barələrində olan məlumatlarla şəxsi həyatın toxunulmazlığı və konfidensiallıq tələbinə riayət
edilməklə davranılmaq hüquqları vardır.
İnsan alveri qurbanlarının ehtiyacları və hüquqları cinayət prosesi boyu nəzərdən keçirilməlidir.
Prokurorlar və hakimlər insan alverinin qarşısının alınması və onunla mübarizə üzrə tədbirlərin, hətta
qurbanlar cinayət proseslərində şahid olmadıqları və ya kifayət qədər ifadə vermədikləri halda belə,
insan alveri qurbanlarının hüquqlarına və ləyaqətinə mənfi təsir göstərməməsini təmin etmək
öhdəliyini daşıyırlar.
5.10.1 Hüquqi məsləhətlərin verilməsi
“Cinayət araşdırmasında və proseslərində insan alveri qurbanlarının müdafiəsi” haqqında Aİ-nin
2011/36/EU nömrəli Direktivində deyilir:
“2. Üzv-dövlətlər insan alveri qurbanlarının, ləngiməyə yol verilmədən hüquqi məsləhətlərin
alınmasına və müvafiq ədalət mühakiməsi sistemində qurbanların oynadığı rola uyğun olaraq,
hüquqi təmsilçiliyə çıxış imkanını, o cümlədən kompensasiya tələb etmə məqsədilə buna malik
olmalarını təmin etməlidirlər. Hüquqi məsləhətlərin verilməsi və hüquqi təmsilçilik ödənişsiz
olmalıdır”.
5.10.2 Konfidensiallıq
Qurbanların cinayət araşdırmalarında və proseslərində konfidensiallıq və şəxsi həyatın toxunulmazlığı
hüququ vardır. Bura qurbanlar barədə onların adlarının ailələlərinə və dostlarına bildirilməməsini; və
hər hansı bir qurumdan hər hansı bir yazışmanın birbaşa olaraq onların müəyyənləşdirilməsinə səbəb
ola biləcək ünvana göndərilməməsini təmin etmək üçün tədbirlər aiddir.İnsan alveri qurbanları,
hüquqi baxımdan mümkün olduqda, cinayət proseslərində və kütləvi informasiya vasitələrinə verilən
məlumatlarda adları ilə göstərilmir. Həmçinin yenə də hüquqi məsələləri nəzərə almaqla, məhkəmə
proseslərində qurbanların dedikləri təkrarlanmamalıdır.