İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
100
Uşaq qurbanların toxunulmazlığı başlıca əhəmiyyətli məsələ kimi qorunmalıdır. Onlar ifadə verərkən,
dövlət onların öz ifadələrini təhlükəsiz şəkildə vermələrini təmin etməli və qurbanların çox vaxt
məhkəmə zalında üzləşdikləri təkrar travma alma ehtimalını azaltmaq üçün səylər göstərməlidir.
Hüquq-mühafizə orqanları, prokurorlar və hakimlər uşaqlara uyğun təcrübələri, o cümlədən uşaqlar
üçün nəzərdə tutulmuş müsahibələri, uyğunlaşıdrılmış məhkəmə mühitlərini, uşağın yaşına və
yetkinlik dərəcəsinə uyğun olan vaxta planlaşdırılmış dinləmələr və uşağın yalnız zərurət olduqda
məhkəməyə getməsi üçün çağırış sistemini tətbiq etməlidirlər.
171
"Cinayət proseslərində ən yaxşı dəlilləri əldə etməyə nailolma: qurbanlarla və şahidlərlə
müsahibələrin aparılması üzrə təlimat”
Uşaqlar müdafiəsiz vəziyyətdə olan şahiddirlər və onların ifadələri videoçəkiliş vasitəsilə də alına
bilər.
videoyazı şəklində müsahibə (müdafiəsiz və qorxudulmuş vəziyyətdə olan şahidlər üçün
mövcuddur): şahidin əsas dindirilmədə alınmış ifadəsi kimi məhkəmə tərəfindən qəbul edilə
bilən məkəməyə qədər müdafiəsiz və ya qorxudulmuş vəziyyətdə olan şahidlə videoyazısı olan
müsahibə. Kral (Dövlət) Məhkəməsində cinsi zəmində törədilən cinayətlərə görə mühakimələrdə
yaşlı şikayətçilərlə videoyazısı olan müsahibə, ədalət mühakiməsinin maraqlarına zidd olmadıqda
və şikayətçinin ifadəsinin keyfiyyətini artırdıqda, müraciət əsasında avtomatik olaraq məqbul
hesab
ediləcəkdir;
Ədliyyə Nazirliyi (Birləşmiş Krallıq) 2011
Cinayət proseslərində ən yaxşı dəlilləri əldə etməyə nail olma:
qurbanlarla və şahidlərlə müsahibələrin aparılması üzrə təlimat və xüsusi tədbirlərdən yararlanma
üzrə təlimat.
5.7 Şahidlərin müdafiəsi
İnsan alverinə adətən beynəlxalq mütəşəkkil cinayətkar şəbəkələr tərəfindən nəzarət olunur və buna
görə də, insan alveri qurbanlarının və insan alveri qurbanları ilə qarşılıqlı əlaqədə olmaqla xidmət
göstərən heyətin məruz qaldıqları mümkün risk dərəcəsinin böyük olduğu etiraf edilməlidir. Risk
dərəcəsini artırmadan belə vəziyyətlərin idarə olunmasında əsas məqam hər bir işdə mövcud olan
təhlükəsizlik riskini diqqətli şəkildə qiymətləndirmək və əsas ən qabaqcıl təcrübə hesab edilən
təhlükəsizlik prosedurlarına daima riayət etməkdir.
172
Şahidlərin müdafiəsi cinayət araşdırmasında və proseslərində iştirak edərək özünü bu iştirak
nəticəsində ciddi şəxsi zərər riski altında hesab edən qurbanlar üçün müdafiə tədbirlərini təminetmə
vasitəsidir. Şahidlərin müdafiəsi, ümumiyyətlə, mühüm dəlillər verən qurbanlara və onlara qarşı
böyük təhlükənin olduğu şəxslərə yönəldilir.
Şahid Müdafiə Proqramları
2005-ci ildə Rumıniyada SECI Regional Mərkəzinin (indi SELEC Cənub-Şərqi Avropa Hüquq-
Mühafizə Mərkəzi) mənzil-qərargahı vasitəsilə ünvanlanan ümumilikdə 851 müraciətin 28
faizi insan alveri və tənzimlənməyən miqrasiya ilə bağlı olmuşdur. SECI Mərkəzi unikal şahid
171
UNICEF 2006
İnsan alverinin uşaq qurbanlarının müdafiəsi üzrə tövsiyələr, səh.32
172
BMqT 2007
İnsan alveri qurbanlarına birbaşa yardım haqqında əyani vəsait, səh.3
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
101
müdafiə proqramına malikdir. 2004 – 2005-ci illərdə tək Moldovadan on səkkiz insan alveri
qurbanına proqram vasitəsilə yardım göstərilmişdir və onlar ifadə vermək üçün
Makedoniya, Serbiya və Monteneqroya getmişlər.
Məhkəmələrin keçirildiyi ölkələrə səfər zamanı qurbanların bütün gün ərzində xüsusi
müdafiəsi təmin edilmişdir.
Arsokova, C. və Canssens, S. 2009
İnsan alveri və polis: qabaqcıl və zəif təcrübələr. red.
Friesendorf, C. İnsan alveri əleyhinə strategiyalar:
təhlükəsizlik sektorunun rolu, səh.193.
Məhkəmə proseslərinin açıq keçirilməsi İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6(1)-ci
maddəsində təsbi
t
edilmiş əsas prinsipdir (ədalətli məhkəmə araşdırması hüququ). Bu prinsip bəzən
uğurlu təqiblər üçün bir maneə də ola bilər və qurbanlar onların şəxsiyyətinin cinayətkara, onun əlbir
olduğu şəxslərə və ya ümumiyyətlə, əhaliyə bəlli olacağı təqdirdə, özlərinin və ya dostlarının və
ailələrinin ciddi zərər riski altında olacağından çəkinirlər.
5.8 İşlərin idarə olunması
İşlərin idarə olunması ilkin ittihamın irəli sürülməsindən yekunlaşmaya qədər işlərin ən effektiv və
səmərəli şəkildə necə idarə oluna bilinəcəyinə dair istiqamətləndirməni təmin edən bir çərçivədir.
Burada prosedurlara və ittihamın irəli sürülməsinə görə cavabdehlik daşıyanların rolları və
öhdəlikləri, müdafiə tərəfinin vəzifələri və məhkəmədən gözləntilər təfsilatlı şəkildə verilir.
Ümumiyyətlə proses cinayətin törədilməsi barədə hüquq-mühafizə orqanına məlumat daxil olduğu
andan başlayır. Bundan sonra həqiqətən nəyin baş verdiyini və kimin iştirak etdiyini
müəyyənləşdirmək üçün dəlillər toplanır və onları təsdiq etmək üçün şahidlərdən ifadə alınır.
İşlərin idarə olunması məhkəmə sistemi və məhkəməyə çıxış vasitəsilə işlərin səmərəli şəkildə
aparılmasını təmin edən xüsusi proseslərdən və ya strukturlardan ibarətdir. İşlərin effektiv şəkildə
idarə olunması bir çox problemlərin həllinə kömək edə bilər.
İşlərin idarə olunması üzrə qabaqcıl sistemin mühüm ünsürləri:
Hüquq-mühafizə orqanları və qurbanlara xidmət göstərən qurumlar və işləri əlaqələndirmə
mexanizmləri kimi digər ixtisaslaşdırılmış xidmətlər arasında əməkdaşlıq;
Bütün müvafiq iştirakçılarla birgə işlənib hazırlanmalı olan təhlükəsizlik tədbirləri;
Vahid
prosedurlar və siyasətlər;
Xüsusi təqvimlər;
Cinayət proseslərində
iştirak edən polis, prokurorlar, vəkillər və digər iştirakçılar arasında izah
edilməli olan xüsusi son tarixlər
və ciddi vaxt cədvəlləri;
Heyətin təlimi;
İnsan alveri və miqrant qaçaqmalçılığı ilə bağlı işlərdə iştirak etmək ehtimalı olan hüquq-
mühafizə heyəti üçün xüsusi təlim;
Gender məsələlərinə həssaslıqla yanaşma;
Uşaqların xüsusi ehtiyaclarının nəzərə alınması.
UNODC 2014 Mərkəzi Asiyanın hüquq-mühafizə heyətləri üçün insan alveri və miqrant
qaçaqmalçılığı ilə bağlı hallara dair standart fəaliyyət prosedurlarına dair əyani vəsait. səh. 83
Bütün işlərə ədalətli şəkildə baxılmasını və məhkəmə qarşısına çıxanların hüquqlarının və
təminatlarının qəbul edilməsini və onlara hörmətlə yanaşılmasını təmin etmək üçün prokurorlar və
hakimlər işlərin idarə olunmasını həyata keçirməlidirlər. Hakimlər işlərin aktiv şəkildə idarə olunması
üçün qaydaları müəyyənləşdirmək vəzifəsini daşıyırlar və prokurorlar və məhkəmə qarşısında digər