İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
126
yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş məsuliyyətə səbəb olur.
6.9. Hüquqi yardım
2009 – 2013-cü illər üçün Azərbaycanın Milli Fəaliyyət Planının
“insan alveri cinayətləri əleyhinə
təqibləri gücləndirmə
” adlı 6-cı fəslində «məhkəmə proseslərində qurbanların müdafiəsinə vəkilləri
cəlb etmək »lə bağlı müddəa daxil edilmişdir. Bundan əlavə, MFP-də Hökumətdən qurbanlara
göstərilən hüquqi yardımın effektiv, uzunmüddətli və davamlı olmasını təmin etmək tələb olunurdu.
207
İnsan alveri qurbanları üçün Milli İstiqamətləndirmə Mexanizmi Qaydalarının
“Qurbanların
hüquqlarının müdafiəsi” başlıqlı 3-cü maddəsində deyilir:
“3.1. Qurbanlar pulsuz hüquqi yardım almaq hüququna malikdirlər. Qurbanlar pulsuz hüquqi
yardım və bu yardımı göstərən təşkilatlar barədə xüsusi polis qurumu və qeyri-hökumət
təşkilatlarından məlumat alırlar”.
İnsan alveri qurbanına qurbanın qohumu və ya Vəkillər Assosiasiyasının üzvü ilə təmsil olunmaq
imkanını vermək üçün 2014-cü ilin oktyabr ayında Azərbaycanda qanuna düzəliş edilmişdir.
6.10 Azərbaycan Respublikasında prokurorların və hakimlərin rolu
İnsan alveri ilə bağlı işlər beş regional Ağır Cinayətlər Məhkəməsinin səlahiyyətinə aiddir. Regiondakı
prokurorlar insan alverinin törədildiyi şübhə edilən işlərlə rastlaşdıqda onları Baş Prokurorluğa
göndərməlidirlər və Baş Prokuroluq isə dərhal işlə bağlı bütün məlumatları Daxili İşlər Nazirliyinin
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə göndərir, o da öz növbəsində ilkin araşdırmaların aparılması
üçün Nazirliyin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə əlaqə saxlayır.Baş Prokuror
araşdırmalara nəzarət edir və iş məhkəməyə çatdıqda onunla məşğul olur.
208
Azərbaycan Respublikasının Prokurorluğu prosedurlara əsasən və qanunvericiliklə nəzərdə tutulmuş
hallarda qanunların icrasına və tətbiqinə nəzarət edir; qanunvericiliklə nəzərdə tutulmuş hallarda
cinayət işi başlayır və ibtidai araşdırma aparır; ibtidai araşdırmada prosessual rəhbərliyi həyata keçirir
və qanunlara riayət olunmasına nəzarət edir; məhkəmələrdə ittihamı müdafiə edir; məhkəmələrdə
protest verir; mülki və iqtisadi mübahisələrlə bağlı şikayətçi qismində iştirak edir; məhkəmə
qərarlarından apelyasiya şikayəti verə bilir.
Prokurorluq, həmçinin məhkəmələr tərəfindən təyin olunmuş cəzaların icrasına, araşdırma orqanları
tərəfindən qanunların icrasına, tətbiqinə və əməliyyat axtarış fəaliyyəti və qanunvericiliklə nəzərdə
tutulmuş hallarda qanunların icrasına və tətbiqinə nəzarət edir. Prokurorluğun üzərinə qanunda və
Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmayan vəzifələrin qoyulması
qəbuledilməzdir.
209
207
145 ATƏT
Ehtiyacların Qiymətləndirilməsinə dair Hesabat. Azərbaycan Respublikasında insan alveri əleyhinə
tədbirlər. 2010-cu il, səh. 22.
208
Azərbaycan Respublikasının Prokurorluğu, https://www.azerbaijans.com › Ana səhifə › HÖKUMƏT
ORQANLARI.
209
GRETA 2014-cü il
Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Konvensiyasının Azərbaycan
tərəfindən yerinə yetirilməsinə dair hesabat, səh.14.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
127
Məhkəmə prosesləri zamanı dövlət ittihamçısının hüquq və vəzifələri Azərbaycan Respublikasının
Cinayət Prosessual Məcəlləsinin 84-cü maddəsində təsbit olunmuşdur.
“Prokuror cinayət proseslərində tələb olunan sübutetmə standartına uyğun olaraq
təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamları əsaslandırmaq, yəni əsaslı şübhə olmadan
təqsirləndirilən şəxsin günahkar olduğunu müəyyənləşdirmək üçün araşdırmanın nəticələrinə
və toplanmış bütün dəlillərə əsaslanır.
Əgər cinayət prosesində digər tərəflər və / və ya iştirakçılar prokurora qarşı etiraz edirlərsə,
CPM-nin 322.1.14 və 322.1.15-ci maddələri tətbiq olunur. CPM-nin 112 və 109-cu maddələri
etiraz üçün səbəbləri müəyyən edir.
Prokuror məhkəmə prosesinin gedişatında subutetmə standartlarına uyğun olaraq, mövcud
dəlillərin bəzi ittihamları əsaslandırmadığını aşkar edərsə, təqsirləndirilən şəxsə qarşı bu
ittihamları geri götürə bilər”.
210
Məhkəmə proseslərində ədalət mühakiməsini həyata keçirərkən hakimlərin peşə vəzifələri və
öhdəlikləri, habelə onlar öz vəzifələrini yerinə yetirmədikdə onların məsuliyyəti Azərbaycan
Respublikasının Hakimlərin Etik Davranış Kodeksində təsbit olunmuşdur (HEDK). Kodeksin IV Fəslinə
əsasən, Məhkəmə-Hüquq Şurası hakimlərin işini tənzimləyən məhkəmə standartlarını
müəyyənləşdirən və onlara nəzarət edən və hakimlərin fəaliyyətinin tələb keyfiyyət standartlarına
uyğun olmasını təmin edən dövlət qurumudur.
Hakimlərin Etik Davranış Kodeksinin aşağıda sitat kimi gətirilən
I fəsli
məhkəmə işlərində ədalət
mühakiməsini həyata keçirərkən hakimlərin əsas vəzifələrini tənzimləyir
Maddə 1. Hakim bütün fəaliyyəti dövründə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında
onun məsuliyyətini təcəssüm etdirən hakim andına sadiq olmalı, səlahiyyətlərini həyata keçirərkən
və xidmətdən kənar fəaliyyətində bu anda uyğun davranış nümayiş etdirməlidir.
Maddə 2. Hakim bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına riayət etməli, «Məhkə-
mələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi
aktları rəhbər tutmalı, cəmiyyətdə məhkəmə hakimiyyətinə, habelə hakimlərin müstəqilliyinə və
qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir.
Maddə 3. Ədalət mühakiməsinin həyata keçirilməsi üzrə vəzifələrin icrası hakimin
fəaliyyətində üstün
əhəmiyyətə malikdir.
Maddə 4. Hakim ona həvalə olunmuş işlərə baxarkən, öz vəzifəsini ləyaqətlə icra etməli, fəaliyyə-
tində ədalətli, qərəzsiz və dəyanətli olmalıdır.
Maddə 5. Hakim hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, məhkəmə hakimiyyətinin nüfuzuna,
hakimin yüksək adına xələl gətirə, ədalət mühakiməsini həyata keçirərkən onun obyektivliyini və
müstəqilliyini şübhə altına ala bilən hər cür davranışdan çəkinməlidir.
ATƏT Bakı Ofisi,
Qanunun aliliyi və insan hüquqları bölməsi. Hakimlər üçün mühakiməyə dair əyani
vəsait: birinci instansiya cinayət məhkəmələri. səh.7.
210
ATƏT Bakı Ofisi – Qanunun aliliyi və insan hüquqları bölməsi. Hakimlər üçün mühakiməyə dair əyani vəsait:
birinci instansiya cinayət məhkəmələri. səh.8.