Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə61/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
124
 
4.5.  Qurbanların  və  ya  ehtimal  olunan  qurbanların  başqa  polis  qurumuna,  yaxud  hüquq  - 
mühafizə orqanına təhvil verilməsi qadağandır. 
 
6.6.2. Azərbaycan Respublikasında uşaqlar üçün Milli İstiqamətləndirmə 
Mexanizmi 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  16-cı  maddəsi 
Azərbaycan Respublikasında istiqamətləndirmə mexanizmi üçün hüquqi əsası təmin edir. 19 noyabr 
2009-cu  il  tarixdə  Nazirlər  Kabinetinin  qərarı  ilə  qəbul  edilmiş  «İnsan  alverinin  qurbanı  olmuş 
uşaqların  sığınacaqda  yerləşdirilməsi  və  saxlanılması  Qaydaları»nda  nəzərdə  tutulur  ki,    yardım 
göstərilərkən, uşağın qanuni maraqlarına önəm verilməli və Azərbaycan qanunvericiliyinə və müvafiq 
beynəlxalq  müqavilələrə  uyğun  olaraq  uşaq  hüquqlarını  qorumaq  üçün  bütün  zəruri  tədbirlər 
görülməlidir.
 204
 
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun “İnsan alverinin qurbanı 
olmuş uşaqlara yardım göstərilməsi” başlıqlı 16-cı maddəsində deyilir: 
 “16.1  İnsan  alverinin  qurbanı  olmuş  uşağa  yardım  göstərilərkən,  onun  mənafeləri  üstün  tutulmalı, 
«Uşaq  hüquqları  haqqında»  Azərbaycan  Respublikasının  Qanununa,  «Uşaq  hüquqları  haqqında» 
BMT-nin  Konvensiyasına,  habelə  Azərbaycan  Respublikasının  digər  qanunlarına  və  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələrə uyğun olaraq uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün 
bütün tədbirlər görülməlidir”. 
16-cı maddədə uşağın müdafiəsi üçün məlumat vermə mexanizmləri, sığınacaqda yerləşdirmə üçün 
tədbirlər və uşaq alveri qurbanlarının sosial reabilitasiyası nəzərdə tutulur. 
 
6.7. Repatriasiya 
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun “İnsan alverinin qurbanı 
olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin repatriasiyası” başlıqlı 20-ci maddəsində deyilir: 
20.1.    Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxs  insan  alverindən  zərər  çəkmiş  şəxs  hesab 
olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxartma tətbiq edilmir. 
20.2.  Bu  qanunun  20.1-ci  maddəsində  göstərilən  müddət  başa  çatdıqda,  lakin  əcnəbi  və  ya 
vətəndaşlığı  olmayan  şəxs  insan  alveri  ilə  bağlı  cinayət  işləri  üzrə  cinayət  təqibi  orqanlarına 
yardım  göstərdikdə,  həmin  şəxs  barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 
inzibati qaydada çıxartma cinayət təqibi başa çatanadək tətbiq olunmur”. 
2013-cü  ilin  sentyabr  ayında  Nazirlər  Kabineti  qurban  kimi  tanınmış  insanlara  bir  il  müddətinə 
müvəqqəti  yaşayış  üçün  icazələrin  verilməsinə  (qurbanın  müraciəti  əsasında)  imkan  verən  insan 
alverinin  qurbanı  olmuş  əcnəbi  şəxslərin  repatriasiyasına  dair  insan  alveri  əleyhinə  qanunvericiliyə 
düəzlişləri təsdiq etmişdir (2.3-cü maddə)
 
.
205
 
                                                            
204
 GRETA  2014-cü  il  Avropa  Şurasının  İnsan  alverinə  qarşı  mübarizə  üzrə  Konvensiyasının  Azərbaycan 
tərəfindən yerinə yetirilməsinə dair hesabat, səh.34.   
205
 ABŞ-ın 2014-cü il üçün İnsan alverinə dair hesabatı.  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
125
 
Qanunvericilikdə deyilir: 
“İnsan  alverinin  qurbanı  hesab  edilmiş  hər  bir  əcnəbi  vətəndaşa  ölkədən  çıxarılma  tətbiq 
edilməyərək avtomatik şəkildə verilən bir il müddətində ölkədə qalma müddəti başa çatdıqda,  
qurban cinayət araşdırmasına / proseslərinə kömək etmək qərarını verərsə,  həmin şəxs cinayət 
prosesləri başa çatanadək cəza tətbiq edilmədən Azərbaycan Respublikasında qala bilər”.  
2014  –  2018-ci  illər  üçün  Milli  Fəaliyyət  Planı  “İnsan  alveri  qurbanlarının  reabilitasiyası  və 
reinteqrasiyası” başlıqlı 6-cı bənddəki tədbirlərdən biri kimi  aşağıdakıları müəyyən edir:  
 “6.1.  İnsan alveri qurbanlarının sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası onların normal həyat 
tərzinə qaytarılması məqsədi ilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardım 
göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün müvafiq 
tədbirlər görülməsi, həmin şəxslərin işlə və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə 
olunmasını nəzərdə tutur”. 
 
6.7.1 Uşaqların repatriasiyası 
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun “İnsan alverinin qurbanı 
olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin repatriasiyası” başlıqlı 20-ci maddəsində deyilir: 
 “20.3.  İnsan  alverinin  qurbanı  olan  uşaqlar  barəsində  Azərbaycan  Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmur. İnsan alverinin qurbanı olmuş 
uşaqların  öz  ölkələrinə,  yaxud  valideynlərinə  qaytarılmasına  yalnız  uşağın  yenidən  insan 
alverinin  qurbanı  olması  ehtimalı  istisna  edildikdə  yol  verilir.  İnsan  alverinin  qurbanı  olmuş 
uşaqların öz ölkələrinə, yaxud valideynlərinə qaytarılması məsələsi həll olunarkən 10 yaşından 
böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır”. 
Uşaqlar  yalnız  onların  ən  vacib  maraqlarına  uyğun  olduqda  və  yenidən  insan  alverinin  qurbanına 
çevrilmə  riski  olmadıqda  repatriasiya  olunmalıdır.  Uşaq  10  yaşdan  böyük  olduqda,  onun  rəyi 
soruşulmalı və bu, nəzərə alınmalıdır. Uşaq qurbanın repatriasiyasından əvvəl risk qiymətləndirilməsi 
aparılmalıdır. Bura yenidən insan alverinə məruz qalma riski, əməli törədənlər tərəfindən hədələr və 
yardımın mövcudluğu aiddir.
 206
 
 
6.8 Konfidensiallıq 
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində deyilir:  
“17.4.  İnsan  alveri  qurbanlarının  şəxsi  və  ailə  həyatının  sirri  olan  məlumatların  yayılması 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  məsuliyyətə  səbəb  olur.  İnsan 
alverindən  zərər  çəkmiş  şəxsin,  onun  yaxın  qohumlarının,  habelə  insan  alverinə  qarşı 
mübarizəyə  yardım  göstərən  şəxslərin  həyat  və  sağlamlığına  təhlükə  yarada  bilən  məlumat 
konfidensial hesab edilir və onun yayılması qadağandır. 
17.5.  İnsan  alverindən  zərər  çəkmiş  şəxs  haqqında  konfidensial  məlumatları  və  ya  onun 
barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, 
                                                            
206
 GRETA  2014-cü  il  Avropa  Şurasının  İnsan  alverinə  qarşı  mübarizə  üzrə  Konvensiyasının  Azərbaycan 
tərəfindən yerinə yetirilməsinə dair hesabat, səh.40.   


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə