Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə60/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
122
 
qurbanlarını müəyyənləşdirmək məqsədilə sorğu zamanı görülməli tədbirlərin siyahısı və ehtimal 
edilən qurbanla müsahibə apararkən riayət edilməli metod da verilir.
 202
 
 
6.6. Azərbaycan Respublikasında qurbanlara yardım 
“2014 – 2018-ci illər üçün Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə haqqında MFP-
nin məqsədləri və həyata keçirilmə prinsipləri”ndən biri “2.1.5. insan alveri qurbanlarının müdafiəsi, 
hüquqlarının  bərpası  və  sosial  reabilitasiyasının  təmin  edilməsi”dir.  Bu,  “insan  alveri  qurbanlarını 
müdafiə etmək” məqsədini daşımış 2008 – 2013-cü illər üçün MFP-də də təsbit edilmişdir. 
İnsan  alveri  ilə  mübarizə  haqqında  Azərbaycan  Respublikasının  Qanununun  1.0.10-cu  maddəsi 
əməkçi miqrantları əhatə etmir. Onlar, insan alverinin qurbanı olduqları təqdirdə, beynəlxalq hüquqi 
sənədlərə əsasən, yalnız müdafiə və yardım almaq hüququna malikdirlər. 
 
6.6.1 Milli İstiqamətləndirmə Mexanizmi 
Azərbaycan  Respublikası  “İnsan  alveri  qurbanları  ilə  bağlı  Milli  İstiqamətləndirmə  Mexanizmi 
Qaydaları”nın  təsdiq  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  123  nömrəli 
11  avqust  2009-cu  qərarı  ilə,  Milli  Əlaqələndiricinin  nəzarəti  altında  həyata  keçirilməsi  üçün  MİM-i 
formal olaraq təsis etmişdir. Bu qərar “İnsan alverinə qarşı mübarizə üzrə 2009 – 2013-cü illər üçün 
Azərbaycan  Respublikasının  Milli  Fəaliyyət  Planı”na  uyğun  olaraq  hazırlanmış  qaydaları  müəyyən 
etmişdir  və  o,  insan  alveri  qurbanları  ilə  bağlı  milli  istiqamətləndirmə  mexanizminin  həyata 
keçirilməsi üçün qaydaları təyin edir.  
Ümumi müddəaların 1-ci bəndində deyilir: 
“1.2.  İnsan  alveri  qurbanları  ilə  bağlı  Milli  İstiqamətləndirmə  Mexanizminin  əsas  məqsədləri 
qurbanların  hüquqlarının  qorunmasını  və  onların  aidiyyəti  quruma  təhvil  verilməsini, 
təhlükəsizliyini,  repatriasiyasını,  sosial  reabilitasiyasını  təmin  edəcək  səmərəli  sistemin 
yaradılması və bu sahədə qaydaların formalaşdırılmasıdır. 
1.3.  İnsan  alveri  qurbanları  ilə  bağlı  Milli  İstiqamətləndirmə  Mexanizmi  aşağıdakı  prinsiplər 
rəhbər tutulmaqla həyata keçirilir: 
1.3.1. qurbanların hüquq və azadlıqlarının təmin edilməsi
1.3.2. qurbanlar haqqında məlumatların konfidensiallığının təmin edilməsi
1.3.3. müdafiə və sosial reabilitasiya  tədbirlərinin tətbiqində  qurbanların  bərabərliyinin təmin 
edilməsi; 
1.3.4.  qurbanların  ehtiyaclarına  uyğun  müdafiə və sosial reabilitasiya tədbirlərinin fərdiliyinin 
təmin edilməsi; 
1.3.5. dövlət orqanları və qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsi; 
                                                            
202
GRETA 2014-cü il Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Konvensiyasının Azərbaycan tərəfindən 
yerinə yetirilməsinə dair hesabat, səh.30.  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
123
 
1.3.6. regional və beynəlxalq əməkdaşlığın səmərəliliyinin təmin edilməsi”. 
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun IV Fəsli “İnsan alveri 
qurbanlarının sosial reabilitasiyası və müdafiəsi”ni  müəyyən edir. 2013-cü ildə tətbiq edilən 14-1-ci 
maddə insan alveri qurbanlarına “bərpa və fikirləşmə müddətindən” yararlanmaq imkanını verir.  
14-1-ci maddədə deyilir:  
“14-1.1.  İnsan  alverinin  qurbanına  öz  vəziyyətini  bərpa  etmək,  cinayətkarların  təsirindən 
yayınmaq  və  cinayət  təqibi  orqanları  ilə  əməkdaşlıq  etmək  barədə  düşünülmüş  qərar  qəbul 
etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilir. 
14-1.2.  Bərpa  və  fikirləşmə  müddətində  insan  alverinin  qurbanı  təhlükəsizlik  və  müdafiə 
ehtiyaclarının  təmin  edilməsi,  fiziki,  psixoloji  və  sosial  vəziyyətinin  bərpası  üçün  bu  Qanunun 
12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər. 
14-1.3. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanına Azərbaycan Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir. 
14-1.4.  Şəxsin  insan  alverinin  qurbanı  olmadığı  müəyyənləşdirildikdə,  bərpa  və  fikirləşmə 
müddəti verilmir, bu müddət başlandıqda isə dayandırılır.”. 
14-1-ci  maddədə  dəqiq  şəkildə  müəyyən  edilmir  ki,  “şəxsin  insan  alveri  qurbanı  olduğunu  güman 
etmək üçün məntiqli əsaslar mövcud olduqda”  bərpa və fikirləşmə müddəti verilməlidir. Azərbaycan 
qanununda  “insan  alveri  qurbanı”nın  anlayışına  “insan  alverinə  məruz  qaldığı  güman  edilən  şəxs” 
aiddir. Buna görə də, AŞ Konvensiyasına uyğun olmaq üçün Azərbaycan qanununun 14-1-ci maddəsi 
“insan alverinin qurbanı olduqlarını güman etmək üçün məntiqli əsasların mövcud olduğu” mümkün 
qurbanları əhatə edəcək şəkildə təfsir olunmalıdır”.
 203
 
İnsan  alveri  qurbanları  ilə  bağlı  Milli  İstiqamətləndirmə  Mexanizmi  Qaydalarının  “Qurbanların 
aidiyyəti  quruma  təhvil  verilməsi”  başlıqlı  4-cü  maddəsində  riayət  edilməli  aşağıdakı  prosedurlar 
nəzərdə tutulur: 
4.1.  Şəxsin  insan  alverindən  zərər  çəkməsi  ehtimal  olunduqda,  yaxud  insan  alveri  cinayətinin 
hazırlanması  və  ya  törədilməsi  digər  qurumlar  tərəfindən  aşkar  edildikdə,  qurbanların 
təhlükəsizliyinin  təmin  edilməsi,  onlara  peşəkar  yardımın  göstərilməsi,  insan  alverinə  qarşı 
mübarizə  sahəsində  məlumatların  vahid  mərkəzdə  cəmlənməsi  və  qorunması  məqsədi  ilə  bu 
barədə xüsusi polis qurumuna dərhal məlumat verilməlidir. 
4.2. İnsan alveri cinayətinin qurbanları və ehtimal olunan qurbanları müəyyən edildikdən sonra 
onların müraciətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilərək, 24 saatdan 
gec  olmayaraq,  şəxsin  xüsusi  polis  qurumuna  təhvil  verilməsi  üçün  təxirəsalınmaz  tədbirlər 
görülməklə, onun müvafiq sənədləri həmin quruma təqdim edilir və lazımi köməklik göstərilir. 
4.3.  İnsan  alveri  cinayəti  qurbanlarının  və  ehtimal  olunan  qurbanların  müəyyən  edilməsi  və 
xüsusi  polis  qurumuna  təhvil  verilməsi  prosesində  onların  hüquq  və  azadlıqları  pozulmamalı, 
şərəf və ləyaqətinə toxunan hərəkətlərə yol verilməməli, hər biri ilə nəzakətlə davranılmalıdır. 
4.4.  İnsan  alveri  cinayətinin  qurbanları,  ehtimal  olunan  qurbanlar  və  onlar  barədə  müvafiq 
sənədlər yalnız xüsusi polis qurumunun növbətçisinə təhvil verilir. 
                                                            
203
 GRETA  2014-cü  il  Avropa  Şurasının  İnsan  alverinə  qarşı  mübarizə  üzrə  Konvensiyasının  Azərbaycan 
tərəfindən yerinə yetirilməsinə dair hesabat, səh.36.   


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə