Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə23/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   19   20   21   22   23   24   25   26   ...   243

41 

 

ANAR FƏRƏCOV 



Bakı Dövlət Universiteti  

 

SOSİAL VARİATİVLİYİN DİLDƏ VƏ NİTQDƏ TƏZAHÜRÜ  



 

Açar sözlər: variativlik, situasiya,  stratifikasiya, sosiolinqvistika, dil sistemi  

 

Display of social variability in language and speech  



 

The variability problem in language is connected with speech features of various social groups. In the article 

various directions and the reasons of occurrence of variability in language are in detail investigated. In this connection 

the author expresses itself relation to the judgements which have affirmed as linguistics. 

Key words: variability situation, stratification, sociolinguistics, language system 

  

Bu problem iki meyarın -stratifikasion və situativ meyarların mövcudluğu ilə səciyyələnir. Stratfika-



sion variativlik cəmiyyətin sosial strukturu ilə bilavasitə əlaqədardır. Dilin sosial diferensiallaşmasından 

danışarkən hər şeydən əvvəl məhz bu variativlik önə çəkilir. Rus dilçisi B.N.Qolovin dil sosiologiyasının 

predmetinin dar və geniş mənada başa düşülməsində dili və onun funksiyalarını sosial qrupların və ictimai 

dairələrin müstəvisində üzvləndirməyi, başqa sözlə deyilərsə, dilin və nitqin stratfikasion variativliyində 

nəzərdə tutur [bax:1,176-177]. Əgər stratifikasion variativlik müxtəlif sosial zümrə və sosial qrupların 

nümayəndələri arasında aşkara çıxan, müşahidə edilən dil və nitq fərqlərində öz ifadəsini tapırsa, situativ 

variativlik bu və ya digər dil vasitəsinin - ayrı-ayrı vahidlər və ya bütöv sistem və yarımsistemlərin - dil, 

dialekt, funksional sosial situasiyadan asılı olaraq istifadə edilməsində təzahür edir, yəni ki, burada informant 

tərəfindən istifadə edilən nitq ünsurləri sosial mühitlər dəyişdikcə dil situasiyası da dəyişir. Ə.Rəcəbli 

sosialinqvistik dəyişənlərə münasibəti belə ifadə edir:"Sosiolinqvistik dəyişənlərin təhlili göstərir ki, onlar iki 

kateqoriyaya ayrılır. Bu kateqoriyaları stratifikasion dəyişənlər və stratifikasion -situativ dəyişənlər adlandır-

maq olar. Stratifikasion dəyişənlər təkcə bir ölçüdə - cəmiyyətin sosial strukturunu inikas etdirən stratifi-

kasion ölçüdə mövcuddur. Onlar tədqiq edilən əhalinin müxtəlif sosial, sosial demoqrafik və ya peşə qrupla-

rının nümayəndələrinin variativ kəmiyyət və keyfiyyət göstəriciləri ilə səciyyələnir, lakin eyni zamanda 

sosial situasiyanın bu və ya digər komponentinin şəkildəyişməsi zamanı dəyişməz qalır. Halbuki digər dəyi-

şənlər eyni zamanda iki müstəvidə - stratifikasion  və situativ müstəvilərdə variativlik təzahür edir [1,181]. 

Dilin sosial diferensiallaşması ilə bağlı ilk dəfə əsaslı tədqiqatlar aparmış və elmi əsaslarla sübut edən 

Amerika dilçisi U.Labov sosiolinqvistikada yeni təhlillərin əsasını qoydu. Dilçi araşdırmalarını Nyu-York 

şəhərində yaşayan yerli əhalinin ingilis dili üzərində aparmışdır. Dilin və nitqin sosial variativliyinin ikili 

təbiəti geniş şəkildə U.Labovun Nyu-York şəhərində ingilis dilinin stratifikasiyasına (lay-lay şəklində 

olmasına ) həsr etdiyi "The Social stratification of English in New York City" adlı əsərində öz parlaq əksini 

tapmışdır. O, eksperimentlərini müxtəlif dinləmə cihazları ilə aparmış və bu da tədqiqatçıya imkan vermişdir 

ki, dilin təbii cildi üzrə araşdırma aparmaqla düzgün nəticələrə nail olsun. U.Labov araşdırmaları ilə nitqin 

diferensiallaşmasının "sosial" və "üslubi" adlandırdığı iki şəklinin "müntəzəm modeli"ni aşkara çıxarmışdır. 

O, müşahidələri nəticəsində müəyyən etmişdir ki, bir tərəfdən, kollektivin sosial strukturu ilə müəyyən əlaqə 

olduğu aşkar edilir, yəni  aşağı sosial təbəqəyə mənsub olan informantlar şəhərin, cəmiyyətin yüksək 

təbəqəsinə mənsub olan informantlara nisbətən eyni nitq kontekstlərində substandart – qeyri-ədəbi formaları 

geniş şəkildə işlədirlər. Digər tərəfdən, bütün informantlarda sərbəst məişət ünsiyyəti situasiyası ilə 

müqayisədə rəsmi – təntənəli nitq kontekstində standart formaların sayının gözə çarpacaq dərəcədə artdığı 

müşahidə edilir. U.Labovun "üslubi variativlik" adlandırdığı hadisə əslində sosial variativlikdir. Belə ki, 

söhbət müxtəlif sosial situasiyalarda (məsələn, ailə dairəsində, sərbəst söhbət və rəsmi şəxslə danışıq) ədəbi 

və qeyri-ədəbi formaların nisbətindən gedir [1,177]. U.Labovun tədqiqatında qarışıqlıq mövcuddur. O, eyni 

informantın müxtəlif situasiyalar üzrə nitqini araşdırır və dilin sosial variativliyini situasiyalar  üzrə 

dəyişdiyini göstərir. 

U. Labov ilk dəfə  "Dildaxili müxtəliflik qaydasını" da dilçiliyə gətirmiş və müxtəlif dil formaları 

olduğunu göstərmişdir. U. Labov tədqiqatlarından belə nəticəyə gəlir ki, standart olmayan dildən(sosiolekt) 

istifadə edənlərin uğurları onların istifadə etdiyi dillə bağlı deyil. İlk dəfə U.Labov dil varinatlarının olmasını 

toplumun yaşadığı ərazi, sosial durumu ilə bağlı olduğunu söyləmişdir. [8,195]. 

Dil variativliyi problemi U.Labovdan sonra dilçilər tərəfindən daha geniş şəkildə tədqiqata cəlb 

olundu. Dil variantlarının yaranma və çoxalma səbəbləri ilə bağlı müxtəlif mübahisəli fikirlər yarandı. 

İngilis dilçisi J. Milroy bildirir ki, dilçilər dilin daxilində müəyyən "qaydalar"ın olduğunu, lakin dil 

içindəki fərqliliklərin bunları pozduğunu düşünürlər. Müəyyən qaydaların olduğu dil standart dil (ədəbi dil), 




42 

 

qaydası pozulmuş olanlar isə yerli və sosial dialektlər başda olmaqla dilin standartdan kənar istifadə edilən 



variantlarıdır. Dil nəzəriyyəsi istər strukturu olan, istərsə də sonradan  strukuturu yaranan ideal bir dili və 

ideal informantı əsas saydığı üçün linqvistik baxımdan nə diaxronik, nə də sinxronik qaydalara sığışır. Dil 

nəzəriyyəsində ideal bir informantın dil haqqında sahib olduğu mücərrəd məlumatlar əsasdır. Bu məlumatlar 

gerçəkdən istifadə olunub olunmadığı, istifadə olunursa necə istifadəsi önəm daşımır. Dildə nə olur deyil, nə 

ola biləcək birincidir. Nəzəri dilçilikdə  bu məsələ ilə ilk növbədə sosiolinqvistika və dialektologiya 

məşğuldur. Dil haqqında prinsip etibarilə mövud olan məlumatlar dildən istfiadəyə görə informatın ərazisi, 

sosial sinfi, təhsili, maddi vəziyyəti və b. kimi sosial qrupların vəziyyətindən asılı olaraq gerçəkləşir. Bu 

fərqliliklər dildə variasiya yaradır. Hər dilin istər yazılı, istərsə də şifahi şəkildə mövcud olması, bunların sıx 

şəkildə əlaqəsi onun variantlarını yaradır. Bu səbəbdən dil müəyyən qaydalara malik olduğu idealizə edilmiş,  

variantlı olması isə normaldır [bax: 12]. J.Milroyun yanaşmasından aydın olur ki, dilin sosial variantları dil 

üçün heç bir təhlükə yaratmır, çünki dilin daxili qaydaları vardır. Dilçi fikirlərində yanlışlığa yol verir. Dilin 

tarixi inkişafını öyrəndikcə aydın olur ki, dilin bütün səviyyələrində qaydalar dəyişir. Bu bir səviyyə üzrə tez

digəri üzrə gec baş verə bilər, amma gerçək olan odur ki, bu proses davamlı gedir. Fikrimizcə, bunun 

yaranma səbəblərindən biri də sosial dil variantlarıdır. 

R.A. Hudson bütün dil vəziyyətlərini və fərqliliklərini dil variantları (varieties of language)  adlandırır 

və bu termini dil, dialekt, ağız, stil (style, register) anlayışlarını özündə cəmləşdiriək fərd, toplum, ərazi dil 

vəziyyətlərinin yerində istifadə etmişdir [9,22]. 

J. Holmes fərqli dil variantlarının olma səbəblərini dildən istifadə edənlər  üzrə iki formada göstərir. 

Kimin danışdığı ( ər-arvadın, müştərinin satıcı ilə, müdirin işçiləri ilə danışması), söhbətin olduğu yer ( evdə, 

iş yerində, məktəbdə danışma), dialoqun məqsədi və mövzusu fərqli dil variantlarını yaradır [10,9]. O bildirir 

ki, dildə variantlılıq təkcə sözlərdə yox, morfologiyada, söz yaradıcılığında və fonologiyada özünü göstərir. 

Göstərilən hər bir səviyyədə informant fərqli sosial qruplarda fərqli variantlardan istifadə edir. İnformant 

yaşadığı qrupa uyğun olaraq ən uyğun dil variantından istifadə edir [10,4]. J.Holmes dil variantını 

informantın məqsədinə əsasən yarandığını iddia edir və buna aid maraqlı bir fakt göstərir: Marqaret Valker 

hər gün günortadan sonra Kardiffdəki ofisindən ayrılarkən : iş yoldaşı "sağ ol, Marqaret" deyir və o da 

"Sağ ol, Mike" deye cavab verir. Katibəsi "Sağ olun, xanım Valker" deyərkən, o da "sağ ol, Jili" kimi 

cavab verir.Evə gələndə oğlu:"Salam, ana" deyə qarşılayarkən, anası: "şirinim, günün necə keçib?" deyə 

qızına sual verir.Marqaret yoldaşı tərəfindən: " Yenə gecikdin" cümləsi ilə qarşılanır.Axşam saatlarında 

gələn telefon zəngində Çiçək mağazasının müdiri: " Axşamınız xeyir, Xanım Billingtonlamı danışıram?"- 

deyə soruşarkən Marqaret: Xeyr, mən xanım Valkerəm, yoldaşımın adı David Billingtondur. Sizə necə 

kömək edə bilərəm?"- deyə cavabını verir. Sonda iş yoldaşı zəng edir: "Salam Meq, nece gedir?- deyə 

yoldaşının halını soruşur. [10,3]. Fikrimizcə, belə danışıq dilin üslubi imkanlarından məqsədli istifadəyə 

uyğun gəlir. Belə dil istifadəsi situativ xarakter daşıyır. Burada danışılan məkan, danışanın statusu, tanışlıq 

dərəcəsi və digər məsələlər mühüm rol oynayır. 

D.Hayms da dilin sosial variantları ilə bağlı maraqlı bir  tədqiqat  aparıb. Onun tədqiqatının əsas 

məqsədi leksikanın ümumi nüvəsinə daxil olan və sosial nişanlanmadan məhrum olan sözlərdə fərqlərin 

mövudluğu ilə bağlıdır. Müəllif eksperimental material kimi çox işlənən 1000 ingilis sözünü seçib ayırır. 

Sözlərin konnotasiyasını "semantik diferensiallaşma meyarına" (semantic differential instrument) görə 

aşkara çıxarır. Bu meyar aşağıdakı şkaldan təşkil olunur: güclü- zəif, rasional-emosional, pis- yaxşı və s. Bu 

şkalaya görə eksperimentə cəlb edilən hər bir adam 50 sözü dəyərləndirməli idi. İnformantların 

dəyərləndirilməsi kəmiyyət göstəricisinə çevrilir, sonra isə yuvarlaqlaşdırılmış kəmiyyət informantların 

statusu ilə uzlaşdırılırdı. Eksperimentin mənfi nəticəsi tədqiqatçının irəli sürdüyü belə bir işçi fərziyyəsi ilə 

tamamilə uyğun gəlir: cəmiyyətin üzvləri arasında kütləvi qarşılıqlı əlaqə müxtəlif sosial qruplara mənsub 

olan şəxslərdə vahidlərin konnotativ mənasında əhəmiyyətli fərqlərə yol verilmir. D.Haymsın fikrincə, dil və 

sosial qurumları arasındakı konfliktin həll edilməsinin əsas vasitəsi sinonimiyanın işlədilməsinin 

diferensiallaşmasıdır. [1,291]. D.Haymsın dildə sosial diferensiallaşmanı sinonimlər səviyyəsində məhdud-

laşdırması onun eksperimenti üçün doğru nəticə olsa da, bunu bütün dil üçün sosial diferensiallaşmaya səbəb 

göstərmək, fikrimizcə, doğru deyildir. 

Ümumxalq dili bütün dil variantları üzərində həmişə aparıcı təsirə malikdir. Müxtəlif sosial-

kommunikativ əlaqələri və dil variantlarını bir-birilə qarşlaşdırır. Bu cəhətdən yanaşdıqda belə sosial variant-

lar tam şəkildə ayrıla bilmir. Bu baxımdan F.M.Berezinin bildirir ki, ümumxalq dilinin diferensiasiyası, 

üzvlənməsi “müstəviləri” bir-birinin üzərində yerləşmir və real nitq prosesində bir-birindən ayrılmır. Onlar 

tez-tez bir-biri ilə qarşılaşır və əlaqələnir. Məsələn, dilin nitq fəaliyyətinə müxtəlif diferensial təsirlər 

(insanların sosial təbəqələri, insanların fəaliyyət tipləri, sözlə yaradılan əsərlərin janrları və onların 

müxtəlifliyi və s.) təsir göstərə bilər [6, 61]. 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə