Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə19/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   15   16   17   18   19   20   21   22   ...   243

33 

 

bir dilin dialektləri və şivələridir.“Başqa dil ailələri ilə müqayisədə türk dilinin dialekt və şivələri o qədər 



yaxındır ki, hətta slavyan və german qrupları arasında belə yaxınlıq yoxdur".  

Onun şəxsi müşahidələrinə görə, təkcə ədəbi dil səviyyəsində deyil, iqtisadi və başqa amillər 

nəticəsində bəzi coğrafıyalarda danışıq dili və dialektlərin yaxınlaşması prosesi gedir. Deməli Bakıda 

keçirilən birinciTürkoloji qurultayın yekun ümumi nəticəsi olaraq, yuxarıda qeyd etdiklərimizi də nəzərə 

alsaq deyə bilərik ki; türklər üçün ümumi ədəbi dil yaratmaq mümkündür. Əvvəldən türk ləhcələri arasında 

danışıq dilləri səviyyəsində anlaşma olub, indiki iqtisadi, siyasi, mədəni əlaqələrin, nəqliyyat və başqa 

kommunikativ vasitələrin artdığı, məktəb-təhsil şəbəkəsinin əvvəlki dövrlərlə müqayisədə daha da 

çevikləşdiyi bir zamanda ümumi dil ideyasını həyata keçirmək olar. Həqiqətən bu gün türklər arasmda ortaq 

bir ünsiyyət dili yaratmaq olar, bunun üçün elə də ciddi maneələr yoxdur. Sadəcə, görüləsi və yerinə 

yetirilməli olan işlər çoxdur. Əvvəllər buna həm “obyektiv”, həm də “subyektiv” maneələr var idisə, bu gün 

deyərdim ki, tək problem subyektiv maneələrdir ki, bunun da çıxış yolu özümüzdədir. 

Türk xalqları arasında ortaq ünsiyyət vasitəsinin yaradılmasına zaman lazımdır. Lakin bu məsələni 

zamanın axarına etibar etmək də məqbul çıxış yolu kimi nəzərdən keçirilə bilməz.  

İstənilən halda türklər üçün ədəbi dildən danışanda, təbii olaraq ilk ağla gələn mövzu da məhz tarixən 

var olan böyük bir millətin bugünkü gündə danışa biləcəyi bir ortaq dilyaradılması məsələsidir. Çünki,ortaq 

ünsiyyət dili məsələsi hər zaman öz aktuallığı ilə əhəmiyyət kəsb etmişdir. 

 

Ədəbiyyat  



1.

 Babayev A, “Bəkir Çobanzadənin yeni Azərbaycan əlifbası və orfoqrafıyası uğrunda mübarizəsi”, Bakı-1998, 

2.

 Bakıda keçirilən Türkdilli xalqların Birinci Türkoloji Qurultayının Stenoqram hesabatı, 26 fevral-5 mart 1926, 



3.

 Tofıq Hacıyev, “Türklər üçün ortaq ünsiyyət dili”, “Təhsil yayınları”, Bakı 2013 

4.

 Самойлович  Ф. Новый турецкий алфавит: /Письмо из Азербайджана/ //Новый Восток. –М., 1924, № 5 



5.

 Чобанзаде Б. Тюркологический съезд: /Резюме доклада прочитанного на заседании Тюркологической секции 

Общества/ // Изв.Об-ва обследования и изучения Азербайджана. 1925, № 1 

 

 



ŞƏLALƏ ƏLİYEVA  

Bakı Dövlət Universiteti  

 

I BAKI TÜRKOLOJİ QURULTAYINDA ƏRƏB ƏLİFBASINDAN LATIN  



ƏLİFBASINA KEÇİD MƏSƏLƏSİ 

 

Açar sözlər: I Türkoloji qurultay, Azərbaycan dili, əlifba məsələləri, ərəb qrafikası, latın qrafikası 



 

Question on transition from the Arabian on the Latin alphabet on  

the 1st Turkology Congress 

 

National democrats even in existence of the Azerbaijan Democratic Republic suggested passing from the 



Arabian to the Latin alphabet. In connection with transition to the Latin alphabet, the Azerbaijan Republic, at the same 

time, aspired to go on a uniform way with Turkish Republic. And not casually that the Azerbaijani nationalists wishing 

in due time to replace the Arabian alphabet by Latin letters, during Soviet time have refused the itself idea. In actually 

the nationalists were excited with not so much transition to the Latin graphic, how many a confluence of extreme 

measures under cover of transition to the Latin alphabet, dissociation of the nations, and further – transformation into 

the tool for transition to Cyrillics. 

Key words: 1st Turkological Congress, the Azerbaijani language, alphabet questions, the Arabian way of 

writing, the Latin way of writing 

 

19-cu əsrin ortalarından M.F.Axundovla başlayan və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 



sonra yeni vüsət alan yeni əlifba ideyası, 1926-cı il fevralın 26-dan martın 6-a qədər davam edən Birinci 

Beynəlxalq Türkoloji qurultayda müzakirə edilərək, qurultayın 4 mart tarixli 13-cü iclasında səsverməyə 

qoyuldu. Bu tarixi səsvermə nəticəsində 101 nəfər latın əlifbası tərəfdarlarının təklifinə, 7 nəfər ərəb əlifbası 

tərəfdarlarının təklifinə səs verdi, 9 nəfər isə bitərəf qaldı və beləliklə də, latın əlifbasının bütün Türk-tatar 

respublikalarında tətbiq edilməsi yolunda çox ciddi bir qərar qəbul edildi: "Yeni türk (latın) əlifbasının ərəb 

əlifbası və islah olunmuş ərəb əlifbası üzərində üstünlüyünü və texniki asanlığını, eləcə də ərəb əlifbası ilə 

müqayisədə yeni əlifbanın mədəni-tarixi və tərəqqi baxımından böyük əhəmiyyətini nəzərə alaraq, qurultay 

yeni əlifbanı qəbul edir və onun həyata keçirilmə yollarını hər bir türk-tatar respublikasının öz öhdəsinə 

buraxır". Qurultay, bu məsələdə çox uğurlu işlər görmüş Azərbaycanın təcrübəsindən istifadə etməyi də türk-



34 

 

tatar və başqa xalqlara tövsiyə etmişdi.  Bu qurultaydan sonra, təxminən, 1 il ərzində, demək olar ki, türk-



tatar xalqlarının yaşadıqları bütün ərazilərdə yeni əlifbanın həyata keçirilməsi üçün yerli əlifba komitələri 

yaradılmışdı. Fərhad Ağazadə və latin əlifbasina keçid Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin 

yaranması  Qurultay başa çatdıqdan bir gün sonra, Səməd Ağamalıoğlunun təşəbbüsü ilə, qurultayda latın 

əlifbası lehinə səs vermiş türk-tatar xalqları nümayəndələrinin ayrıca bir xüsusi iclası keçirildi və yeni 

əlifbanın ümumittifaq miqyasda həyata keçirilməsi prosesinə təkan vermək və bunu tənzimləmək məqsədilə, 

bir mərkəzi təşkilatın yaradılması vacibliyi haqqında fikir meydana çıxdı. Belə bir təşkilatın yaradılmasına 

qədər bu funksiyanı, bu sahədə ilk addım atmış və xeyli təcrübəsi olan AYTƏK-in həyata keçirməsi 

planlaşdırıldı. Lakin tezliklə bu məsələ ilə köməkçi bir iş kimi yox, xüsusi bir iş kimi məşğul olacaq təşkilata 

ehtiyac bütün ciddiliyi ilə duyulmağa başladı.  1927-ci il fevralın 13-də Moskvada SSRİ MİK-nin sessiyası 

keçirilirdi. Sessiyada SSRİ ərazisində yaşayan türk-tatar xalqlarının nü-mayəndələrinin də iştirak etdiyindən 

istifadə edən Səməd Ağamalıoğlu, onların iştirakı ilə ayrıca bir toplantı keçirir və yeni əlifba hərəkatının 

Ümumittifaq miqyasda həyata keçirilməsi prosesini tənzimləmək məqsədilə xüsusi bir təşkilat yaratmağı 

təklif edir. S.Ağamalıoğlunun bu təklifi müsbət qarşılanır və elə oradaca bu işlə məşğul olmaq üçün onun 

sədrliyi ilə 7 nəfərdən ibarət xüsusi komissiya yaradılır. Komissiya türk-tatar xalqlarına yaşadıqları yerlərdən 

öz xüsusi namizədlərini irəli sürmələri barədə müraciət edir. Təxminən 2 ay müddətində namizədlərin 

siyahısı toplanır və 39 nəfərdən ibarət komitə heyəti müəyyənləşdirilir. Nəhayət, SSRİ MİK-nin 11 may 

1927-ci il tarixli sərəncamı ilə yeni əlifba hərəkatının Ümumittifaq miqyasda həyata keçirilməsini tən-

zimləmək məqsədilə Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsi (ÜMYTƏK) yaradıldı və Səməd 

Ağamalıoğlu bu komitənin sədri seçildi. Komitənin əsas nümayəndəliyi Moskvada yerləşsə də, sonralar 

1928-ci ilin may ayının 1- dən etibarən komitə Bakıya köçürüldü. 

I Türkoloji qurultayda türk xalqlarının tarixini öyrənməklə bağlı qəbul olunmuş qətnamədə 

monoqrafik tədqiqatları gücləndirməyin lazımlı olduğu da nəzərə alınmışdır. Çağdaş türkologiyamızın 

qarşısında da monoqrafik tədqiqatlara xüsusi diqqət yetirmək kimi vacib tələblər durur. Hər bir xalq öz 

tarixini, tarixi, mədəni irsini bilməlidir və buna borcludur. Hazırda bütün dünyada insan təfəkkürü inkişaf 

edir, elmin, texnikanın tərəqqisi baş verir. Ancaq bu qloballaşmada xalqlar öz  milli irsini qoruyub 

saxlamalıdır.  

Bütün türkdilli ölkələrdə ümumi türk tarixinin, mədəniyyətinin tədrisi həyata keçirilməlidir. Bunun 

üçün hər şeydən əvvəl, türk xalqlarının tarixi yazılmalıdır. Bu iş ayrı-ayrı tarixçilərin fərdi fəaliyyət dairəsinə 

çevrilməməlidir. Əksinə, tanınmış tarixçilərin birgə fəaliyyəti ilə, koordinasiya olunmaları ilə, koordinasiya 

şurasının nəzarəti ilə həyata keçirilməlidir. Fakt ondan ibarətdir ki, türk xalqlarının tarixini öyrənən 

tarixçilərin koordinasiyası yoxdur. Bu isə ümumi məqsədin, amalın nədən ibarət olması işinə böyük əngəl 

törədir. I Türkoloji qurultayda B.Çobanzadənin “Türk ləhcələrinin yaxın qohumluğu”, N.N.Poppenin “Türk 

dillərinin altay dilləri ilə qohumluq əlaqələrinin tarixi və müasir vəziyyəti”, A.Qenkonun “Türk dillərinin 

yafəs dilləri ilə əlaqələri” məruzələri geniş müzakirə obyekti olmuşdur. Qəbul olunmuş qətnamələr çağdaş 

türkologiyamızın qarşısında duran ən vacib məsələlərdən hesab oluna bilər. (1. s 36) 

 I Türkoloji qurultayda orfoqrafiya ilə bağlı L.V.Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və onların 

ictimai mahiyyəti”, L.İ.Jirkovun, Q.İbrahimovun, Ş.Raximinin, A.B.Baytursunun məruzələri dinlənilmişdir. 

Məruzələrin müzakirəsindən sonra qəbul olunmuş çağdaş türkologiyamız üçün də aktual olan bəzi 

qətnamələrə diqqət yetirək  

a) mədəni dillərdə düzgün yazmaq üçün dörd elmi prinsipdən istifadə olunur: fonetik, morfoloji

etimoloji, tarixi-ənənəvi prinsiplər. 

b) latın əlifbası orfoqrafiyanı tənzimləmək üçün daha əlverişli şərait yaradır. Hazırda türk xalqlarının 

hamısı latın qrafikalı əlifbadan istifadə etmir. Deməli, türk xalqlarının hamısının latın qrafikalı əlifbaya 

keçməsi olduqca vacibdir. Ona görə ki, səmərəli surətdə düzgün yazmaq üçün, vahid fonetik transkripsiyaları 

təşkil etmək üçün latın əlifbası mühüm rol oynayır. 

 

I Türkoloji qurultayda bu mövzuda N.Tyuryakulovun, U.Aliyevin, B.Berdiyevin məruzələri 



dinlənilmiş və qətnamə qəbul olunmuşdur: 

a) latın qrafikalı əlifba texniki cəhətdən ərəb əlifbasından mükəmməldir. Türk xalqlarının hər biri latın 

qrafikalı əlifbanı həyata keçirmək işini fəallaşdırmalıdır. Açığı deyək ki, bu istiqamətdə Türkiyəni və 

Azərbaycanı çıxmaqla yerdə qalan türk respublikaları və muxtar qurumları latın əlifbasının mütərəqqi 

mahiyyətinə nüfuz edə bilməmişlər. Halbuki ortaq əlifbanın yaradılması ilə bağlı düşünməli, daşınmalı və 

ortaq fikrə gəlinməlidir. Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də, digər türkcələr də bir kökə bağlıdır. 

Amma eyni kökdən olan bu dillərin də sabitləşmiş fərqli özəllikləri vardır. Günün tələbi, zamanın istəyidir 

ki, bu dillər bir-birinə daha yaxın olsun, daha artıq ortaqlaşsın. Elə olsun ki, aralarındakı ən uzaq məsafələrə 

baxmayaraq, bu dildə danışanların hər biri digər qardaşının dilində çap olunmuş qəzeti, kitabı oxuyarkən 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə