Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə15/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   11   12   13   14   15   16   17   18   ...   243

26 

 

çünki qısaldılmış sözlər minimum vaxt ərzində maksimum məna ifadə edir. Qısaldılmış sözlər Almaniyada 



hələ müharibədən əvvəl, kapitalizmin gur inkişafı dövründə meydana çıxmağa başlamışdı. Yadınızdadırsa, 

Rusiyada qısaldılmış sözlər dünya müharibəsi dövründə yaranmağa başladı. Hərbi texnikada lakoniklik, 

vaxta qənaət zəruridir. Türk dilləri də qaçılmaz olaraq bu nümunəyə əməl edəcək” (1, s. 178). 

XX əsrin əvvəllərində ədəbi dillə bağlı olan fikirlərin mövcud olduğu bir zamanda Zifeldin də həmin 

məsələlərə, xüsusilə ərəb və fars sözlərinin dildə istifadəsinə münasibəti xüsusi diqqət çəkir. O, bu mənbədən 

olan sözlərin dildə işlənməsinə zəruri hallardan başqa razı deyil.“Mən bu sözlərin əleyhinəyəm. Hesab 

edirəm ki, bunlar dinin mirasından başqa bir şey deyil, odur ki, türk dilində yalnız dini anlayışları ifadə edən 

terminlərin saxlanmasını mümkün sayıram. Ərəb dilindən alınmış “Allah”, “şeytan”, “molla”, “axund”, 

“namaz”, “hacı”, fars dilindən alınmış “dərviş, “abdəst”, “aftaba” kimi sözləri dini anlayışlar üçün saxlamaq 

olar, lakin ümumi bir qayda əsasında - əcnəbi dillərdən terminləri yalnız ən zəruri hallarda, dilin özünün 

bütün imkanları istifadə edildikdə götürmək lazımdır” (s. 178). 

Fikrimizcə, Azərbaycan və Türkiyə türkcələri digər türk dilləri arasında əsas ağırlıq mərkəzi olduğu 

üçün qurultayda deyilən məsələlər, əsasən, bu dilləri əhatə edirdi. Bu, qurultadan sonrakı illərdə qurultayda 

irəli sürülən nəzəri konsepsiyaların məhz adı çəkilən dillərin hərtərəfli və müstəqil inkişafına təsiri ilə diqqət 

çəkir. Bunlardan fərqli olaraq digər türk dillərində isə bunun əksinə olan assimiliyasiyanın şahidi ouruq, 

məsələn: qazax, özbək və s. dillərdə olduğu kimi. Yəni qurultayda qoyulan bir sıra məsələlər Azərbaycan və 

Türkiyə türkcələri üçün bu gün də aktualdır. Fikrimizi əsaslandırmaq üçün yuxarıda terminologiya ilə bağlı 

irəli sürülən elmi prinsiplərin hazırda da bu dillərin inkişafındakı rolunu qeyd etmək və qurultayda 

terminologiya məsələləri ilə bağlı yekun qətnaməyə diqqət yetirmək, bizcə, kifayətdir.Qurultayda 

terminologiya ilə bağlı qəbul edilən qətnaməyə nəzər salaq: 

Türk dillərində elmi terminologiya sistemi haqqında qətnamə 

1. Qrupun digər üzvlərilə əlaqənin itirilməməsi üçün doğma türk dillərində terminologiya bərqərar 

edərkən, hər bir dilin müəyyən qrupa mənsub olması ilə hesablaşmaq. 

2. Terminologiyanın əsası kimi həmin dildə ən geniş yayılan və ona ən müvafiq olan sözlərin 

götürülməsi. 

3. Həmin qrupda müvafiq sözlər olmadığı halda, başqa türk qruplarından sözlər əxz etmək, qeyri-türk 

sözlərinə nisbətən, həmin sözlərə üstünlük vermək. 

4. Türk dillərində müvafiq sözlər olmadıqda, geniş kütlələrin mənimsədikləri ərəb-fars terminlərini 

saxlamalı, bir şərtlə ki, onlar türk qrammatika qaydalarına tabe edilsin. 

5. Türk dilləri üçün bundan sonra ərəb-fars sözlərinin iqtibası mümkünsüz sayılaraq, ərəbizmlərə və 

fars terminlərinə qayıdışdan birdəfəlik imtina edilsin və yeni terminlər seçimi zamanı ümumavropa yönünə 

üstünlük verilsin. 

6. Ümumavropa sözlərinin yalnız kökləri qəbul olunsun və onlar türk artikulyasiyasının təbiətinə 

uyğunlaşdırılsın. Qeyri-türk dillərindən artıq qəbul edilən, səslərin, yaxud hecaların yerinin və ya özlərinin 

müəyyən qədər dəyişməsilə artıq türk artikulyasiyasına uyğunlaşmış sözləri olduqları şəkildə saxlamalı. 

7. Bu köklərlə bağlı olan bütün sonrakı etimoloji təbəqələri türk dillərinin təbiətinə tabe etməli. 

8. Pedaqoji məqsədlərdən çıxış edərək, məktəb ədəbiyyatı üçün terminlər tərtibi zamanı, imkan 

daxilində, aşağıdakıları əsas tutmaq lazımdır: 

- I pillə məktəbləri üçün yerli respublika ləhcələrini; 

- II pillə məktəbləri üçün qrup terminlərini (əlavə terminləri); 

- ali məktəblər üçün ümumavropa terminlərini (əlavə terminləri). 

9. Geniş ketlələrin dili əsasında yaradılmış elmi dilin hüdudlarının müəyyənləşdirilməsi zaman 

terminləri elə sistemləşdirmək lazımdır ki, əhalinin yuxarı və aşağı təbəqələrinin dili kimi dillər yaranmasın. 

Söz yaradıcılığı qanunlarını nəzərə almaqla, hamı üçün anlaşıqlı olması məqsədilə yeni anlayışlar 

üçün iki türk söz kökündən ibarət mürəkkəb sözlər yaratmaq lazımdır. 

10. Bir çox mənaları olan sözləri, dəqiqləşdirmək məqsədilə, yalnız bir – həmin anlayışa ən yaxın 

ruhlu mənada işlətmək lazımdır. 

11. Terminlər tərtib edərkən anlaşıqlığı və kütlələr tərəfindən işlədilmələrini asanlaşdırmaq üçün süni 

olaraq qısaldılmış sözlərdən uzaq olmaq lazımdır (1, s. 363-364). 

Türkoloji qurultayla bağlı digər bir məsələni də qeyd edək ki, Türkoloji Qurultayda iştirak edənlərin 

əksəriyyəti 1937-1939-cu illərdə repressiya qurbanları olmuşdur (bu barədə ətraflı bax: 3). Bu, onu deməyə 

əsas verir ki, Türkoloji qurultayı keçirtməkdə mənfur sovet siyasətinin əsas məqsədi türk xalqlarının 

ziyalılarının və ya qeyri millətdən olan türkoloqların qaymaqlarını aşkar edib müəyyənləşdirmək, məhv 

etmək imiş.Bu məsələ ilə bağlı akad. T.Hacıyevin qurultayla bağlı qeyd etdiyi fikir daha maraqlıdır. 

“Qurultayın siyasi aksenti bu idi ki, türk xalqları bir-birinin içində ərisin, bu ərinti məhsulu udmaq Rusiya 



27 

 

üçün asanlaşsın. Əslində bir az sonra sovet dövləti saldığı dil birləşməsi söhbətindən peşman oldu. Dilləri 



əritməyin mümkün olmadığını görüb, başqa bir sol tədbirə əl atdı: türklər bir-birini oxuya bilməsinlər. Latın 

əlifbasının ilk illərindən türk xalqlarının bir-birini oxuması asan idi. Orfoqrafiya qaydalarını təkmilləşdirmə 

adına bir mənzərə yaratdılar ki, bu oxu asanlığı müşkülə döndü. Kiril əlifbasına keçəndən sonra həmin 

ayırma mexanizmi daha “operativ” işlədi: hər türk xalqı rus əlifbasında olmayan hərfləri bir-birindən 

xəbərsiz düzəltdi və bu fərq zaman-zaman orfoqrafik “müstəqilliklərlə” dərinləşdi” (3, s. 23). 

Nəhayət, deylənlərə əsaslanaraq Türkoloji qurultayda, xüsusilə Zifeldin terminologiya ilə bağlı məru-

zəsində qoyulan məsələlərin Azərbaycan və Türkiyə türkcəsinin terminologiyasının inkişafındakı rolunun bir 

sıra xüsusiyyətlərini göstərə və deyilən məsələlərin əksəriyyətinin bu gün də adı çəkilən dillərin terminologi-

yasında əsas bazaolduğunu qeyd edə bilərik. 

 

Ədəbiyyat 



1.

 1926-cı il I Bakı Türkoloji Qurultayı (Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər), Bakı: Çinar-çap,  2006, 

571 s. 

2.

 Babayev A.M. Türksoyun birlik səsi. Bakı: Təhsil, 2006, 364 s. 



3.

 Hacıyev T.İ. Birinci Türkoloji Qurultayda dil məsələləri. Bakı Universiteti Xəbərləri // Humanitar elmlər seriyası, № 2, 

2006, səh. 18-26 

 

 



RƏHİLƏ QULİYEVA 

Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Bakı Dövlət Universiteti 

 

I BAKI TÜRKOLOJİ QURULTAYINDA (1926) ORFOQRAFİYA MƏSƏLƏLƏRİ 



 

 

Açar sözlər: Türkoloji Qurultay, orfoqrafiya, prinsiplər, ədəbi dil, sinharmonizm, əcnəbi elementlər, 



əlifba məsələsi.  

                   

The orthographyc problems in I the Baku Turkic Congress (1926) 

 

İn this article is discussed about spelling, alphabet, literary language which is talking in Turkish Congress. 



Turkish languages’ phonetics, lexicology, phraseology, scientific achievement of grammar was founded in this 

convention. İn convention is also provided more information about the principles of spelling. 

Key words: Turkish congress, orthography, principles, literary language, the law of harmony, foreign elements, 

alphabet issues. 

 

Türk xalqlarının dillərinin, milli dəyərlərinin tədqiq edilib dünya xalqlarına çatdırılmasında, həmçinin 



türkdilli xalqların dil və ədəbiyyatlarının aktual problemlərinin həll edilməsində, tarix və etnoqrafiyasının 

inkişafında 1926-cı il I Bakı Türkoloji Qurultayının mühüm rolu olmuşdur. Qurultay xalqların elmi və 

mədəni inkişafında yeni bir mərhələnin əsasını qoydu. I Bakı Türkoloji Qurultayında türk dillərinin bir çox 

problemləri müzakirə olundu. Buraya - əlifba məsələsi; imla-orfoqrafiya problemi; terminlər məsələsi; 

tədris-metodika; ədəbi dil; türk dillərinin ədəbi dil tarixi problemləri daxildir. Türk dillərinin fonetika, 

leksikologiya, frazeologiya, onomastika, qrammatika, nitq mədəniyyəti sahəsində qazanılan elmi 

nailiyyətlərin bünövrəsi I Bakı Türkoloji Qurultayında qoyulmuşdur. Qurultayın müxtəlif coğrafi məkanlarda 

yaşayan türk millətlərinin birliyinə, yaxınlaşmasına əsas səbəb olmasından başqa, türk dillərinin 

öyrənilməsində, türk dilləri orfoqrafiyasının, terminologiyasının, ana dili və ədəbiyyatının tədrisinin 

inkişafında, digər dil ailələri ilə qohumluq əlaqələrinin öyrənilməsində böyük rolu olmuşdur. Həmçinin 

qurultayın qəbul etdiyi qətnamələr  bugünkü türkologiyanın inkişafında da öz əhəmiyyətini  itirməmişdir. 

I Bakı Türkoloji Qurultayında öz əksini tapan ümdə məsələlərdən biri də orfoqrafiya problemi 

olmuşdur. Qurultayın 1 Mart 1926-cı il tarixli altıncı iclasının gündəlik məsələsi belə adlanır: “Orfoqrafi-

yanın əsas prinsipləri və onların sosial əhəmiyyəti”. İclasa Dağıstandan gəlmiş türkoloq Cəlaleddin 

Korkmazov sədrlik etmişdi. İclasda L.V.Şerba, F.İ.Jirkov, Şakircan Rəhimi, Qalimcan İbrahimov, Fərhad 

Ağazadə, Axmed Baytursun, Nikolay Yakovlev və başqaları türk dillərinin orfoqrafiyası haqqında bir-

birindən maraqlı məruzələrlə çıxışlar etmişlər. 

İclasda ilk olaraq prof.  L.V.Şerba birinci yazı haqqında, ikinci yerdə isə orfoqrafiya, onun prinsipləri, 

sosial əhəmiyyəti haqqında geniş məruzə etmişdi.  O öz çıxışına çox səmimi və təvazökarcasına başlayaraq 

demişdi: “Güman etmirəm ki, bütün həyatını dil haqqında elmə, yazı haqqında düşüncələrə sərf edənlər üçün 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə