Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə12/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   8   9   10   11   12   13   14   15   ...   243

21 

 

I Türkoloji qurultaydan sonra altayşünaslıq sahəsində xeyli mükəmməl tədqiqatlar meydana çıxmışdır. 



Altay dilləri ideyası tarixi inkişafı boyu fərziyyədən-nəzəriyyəyə, sonda yeni elm sahəsinə çevrilib. 

Araşdırmalar artdıqca Altay dillərinin qohumluğunu iddia edən alimlərin sırası da genişlənməkdədir. İndi 

altayşünas alimlər 2 qrupa bölünüb: 1) genetik qohumluğun tərəfdarları; 2) tipoloji uyğunluğa əsaslananlar.  

Birinci istiqamət Q.Ramstedtin tədqiqatlarında öz əksini tapmışdır. Q.Ramstedtin mövqeyi 

B.Y.Vladimirsov, E.D.Polivanov, N.A.Baskakov və s. alimlər tərəfindən müdafiə olunur. Bu alimlərin 

fikrincə, türk, monqol və tunqus-mancur xalqları vahid Altay xalqından törəmişlər. Praaltay dilinin 

parçalanmasından sonra bu dillər müstəqil inkişaf yoluna qədəm qoymuşdur.  

Altayşünaslıqda ikinci istiqamət – Altay dillərinin tipoloji oxşarlığı barədə V.Kotviç, L.Liqeti, 

G.Klouson, Q.D.Sanjeyev, A.M.Şerbak, B.Serebrennikov, Q.Dörfer və b. araşdırmalarında irəli sürülür. 

Onların nəzəriyyələrinin əsas mahiyyəti ondan ibarətdir ki, bizim e.ə. Çinin şimalında yaşamış türk, monqol, 

tunqus-mancur tayfaları tipoloji cəhətdən oxşar dildə müxtəlif şəkildə danışmışlar. İnkişafın sonrakı 

prosesində bu tayfalar qruplara ayrılmış, onların dilləri yeni substratların təsiri ilə spesifik xüsusiyyətlər kəsb 

etmişdir. V.Kotviçə görə, etnik qrupların müxtəlif dilləri arasında yaranmış sıx əlaqə nəticəsində monqol və 

tunqus-mancur dillərində türk alınmaları əmələ gəlmiş və ya həmin dillər türk dillərinə təsir göstərmişdir.  

Bütün bunlara baxmayaraq, V.Kotviç belə güman edir ki, qədim dövrdə bu üç dil qrupu vahid dildən 

törəyib, sonralar müxtəlif substratların təsiri ilə ayrılaraq türk, monqol və tunqus-mancur dilləri kimi 

formalaşmışdır. Göründüyü kimi, istər genetik, istərsə də tipoloji qohumluq nəzəriyyələrinin tərəfdarları 

Altay dillərinin ümumiliyini qəbul etsələr də, bunu müxtəlif baxımdan izah edirlər.  

 

Ədəbiyyat 



1.

 1926-cı il I Bakı Türkoloji Qurultay (Ruscadan tərcümə, ön söz və şərhlərin müəllifləri: K.V.Nərimanoğlu, 

Ə.Ağakişiyev), Bakı, 2006. 

 

PƏRVİN EYVAZOV 



Bakı Dövlət Universiteti 

  

I BAKI TÜRKOLOJİ QURULTAYINDA BƏKİR ÇOBANZADƏ TÜRK DİLLƏRİNİN  



LEKSİK QURULUŞU HAQQINDA 

(ümumtürk ədəbi dili kontekstində)  

 

Türk ədəbi dili məsələsi qayət mühüm bir məsələdir və türk-tatar 



xalqlarının mədəniyyət, elm və fənn sahəsində  iləriləyə bilmələri üçün 

mümkün olduğu qədər sürətlə bu ədəbi dili də əldə etmələri lazımdır.  

Bəkir Çobanzadə

 

 



Açar sözlər: B.Çobanzadə, Türkoloji qurultay, leksik quruluş, ortaq türk dili 

 

Bekir Chobanzadeh about the lexical structure of the Turkic languages on the I Baku Turkological 



Congress (1926) (on thecontext of the common Turkic language) 

 

B. Chobanzadeh, one of the main  and leading organizers of I Turkological Congress that was  held in Baku, in 



1926, was  also  one of two delegates presented two  articles: “Close relationship of the Turkic languages” (the third 

meeting); “About the  system of scientific  terminology” (the eighth meeting).   B.Chobanzadeh's first article is about 

Mahmud Kashgarli. It was for the first time in turkology, as determination of closeness of the Turkic languages is very 

significant for solution of the problem of “the common Turkic language”. 

Key words: B.Chobanzadeh, Turkological Congress, the common Turkic language, the lexical structure 

 

Görkəmli türkoloq professor Bəkir Çobanzadə ümumtürk ədəbi dili ilə bağlı araşdırmalarını iki 



istiqamətdə aparmışdır: Birincisi, elmi fəaliyyəti boyunca yazdığı əsərlərində; İkincisi isə I Bakı Türkoloji 

Qurultayındakı fəaliyyətində.  

1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayın əsas təşkilatçılarından biri və aparıcı gücü olmuş 

Bəkir Çobanzadə qurultaya iki məruzə ilə qatılmış iki nümayəndədən biri idi (digəri Türkiyədən gəlmiş elm 

adamı prof. Mehmet Fuad Köprülü idi): “Türk dillərinin yaxın qohumluğu” (üçüncü iclas), “Elmi 

terminologiyanın sistemi haqqında” (səkkizinci iclas). 

Bəkir Çobanzadə bu məruzələrində ümumtürk ədəbi dili məsələsinə iki prizmadan yanaşır:   

 türk dillərinin lüğət tərkibinin ümumi mənzərəsini əks etdirməklə;  




22 

 

 məsələnin həllinə gedən yolda türk dillərinin vahid terminoloji sisteminin yaradılmasını təklif 



etməklə.     

“Türk dillərinin yaxın qohumluğu” adlı birinci məruzəsində dilçi alim türk dillərinin lüğət tərkibinə 

diqqət yetirməklə ortaq söz və ifadələrin müəyyənləşməsinin zəruri olduğunu qeyd edir. Bu mənada, müəllif 

ilk olaraq qədim yazılı abidələrə və tarixi əhəmiyyət daşıyan qaynaqlara əsaslanır. Məruzədə türkcə 

leksikanın tarixi inkişafından danışarkən “Divanü-lüğət-it türk” əsərinə istinad edən Bəkir Çobanzadə 

türkologiyada ilk dəfə Mahmud Kaşğarlıdan bəhs edir. Çünki ortaq türk dili probleminin həll edilməsində 

türk dilləri arasındakı anlaşmanın nə qədər yaxın olduğunun müəyyənləşdirilməsi olduqca əhəmiyyətlidir. 

Bu səbəbdən o, Mahmud Kaşğarlının “Divanü-lüğət-it türk” əsərinə əsaslanaraq, o dövrdən müasir 

zamanımıza qədər, türk dilləri arasında anlaşma yaxınlığının olmasından, bu yaxınlığın tarixi şərtlərindən və 

əsas prinsiplərindən bəhs etmişdir. 

B.Çobanzadə bu yaxınlığı məruzəsinin başlanğıcında birinci növbədə türk sözünün işlənmə arealı və 

semantik miqyası ilə izah edir: “Müxtəlif dövlərə məxsus olan bir sıra əsərlərə: “Kutadqu-bilik”, “Divani-

hikmət”, “Divanü-lüğət-it türk” və başqalarına dərindən fikir versək, görərik ki, onlar müxtəlif ləhcələrdə 

yazılıb, müəlliflər bunları “türk”, əsərləri və özlərini də “türk” adlandırıblar” (1, s. 101). Tədqiqatçının bu 

məqama toxunması heç də təsadüfi xarakter daşımır: çünki hansı türk soyundan olursa-olsun və ya hansı türk 

ləhcəsində yazırsa-yazsın, bu müəlliflərin leksikonunda türk sözü var və bu, türkcələrarası ünsiyyətin ana 

faktoru olaraq göz önündə tutulur.  

Bəkir Çobanzadə M.Kaşğarlının “Divan”ına istinadən verdiyi “Türk ləhcələrində leksikanın 

bünövrəsi vahiddir. Orada fərqlər yoxdur. Əgər varsa da, yalnız müxtəlif hərflərdə (səslərdə) və 

onların dəyişməsindədir” fikri ilə açıq şəkildə bildirir ki, ümumtürk ədəbi dilinin yaradılması üçün 

əlimizdəki bu fakt sözügedən ideyanın reallaşması yönündə ən önəmli amildir. Bu mənada, B.Çobanzadə 

M.Kaşğarlının müxtəlif türkcələrdən müqayisəli şəkildə təqdim etdiyi nümunələr ətrafında müzakirələr 

aparır. Və o, özündə olduqca düzgün bir qənaət hasil edərək yazır: “M.Kaşğarlının əsərindən görürük ki, bu 

günün canlı türk-tatar ləhcələri hələ XI əsrə qədər bərqərar olmuşlar. Bu ləhcələrdə ən çox bəzi səs 

xüsusiyyətləri nəzərə çarpır və bu gün də onları şimal və cənub ləhcələrində fərqləndirici əlamət kimi tapa 

bilirik” (1, s. 105).   

Tarixən türklərin dil əlaqələri və bənzərliyi haqqında M.Kaşğarlıya istinadən danışan B.Çobanzadə 

müasir anlaşma ilə də bağlı maraqlı danışıq faktlarına toxunmuşdur. O, əslən krımlı olduğu üçün Krım 

türkcəsində diqqət çəkən danışıq təzahürləri ilə rastlaşmışdır. Krım türkcəsi üzərində apardığı müşahidələr 

onda belə bir qənaət yaratmışdır ki, əhalisi türklərdən ibarət müxtəlif kəndlərdə, hətta ayrı-ayrı ailələrdə dil 

və ləhcə bütövlüyünə rast gəlmək olmur. Onların nitqində həm şimal və cənub, həm də şərq və qərb 

türkcələrinin xüsusiyyətləri özünü göstərir. Buna görə də Krım türkü həm başqırd ləhcəsini, həm özbək, həm 

Qazan, həm Anadolu ləhcələrini başa düşür: “İstənilən türk diyarının, məsələn, Orta Asiya, Krım, Qafqaz, 

Volqaboyunun xəritəsini götürsək və kənd, dağ və çay adlarını izləsək, görərik ki, bu adlar həm şərq, həm də 

qərb türk, hətta monqol dil və ləhcələrinə xasdır. Kiçik bir diyarı – Krımı götürək. Dilçilik baxımından, bu 

diyarın tarixi göstərir ki, o həm şərq, həm də qərb ləhcələri qrupundan çox şeylər əxz etmişdir” (1, s. 105).   

B.Çobanzadə öz müşahidələri ilə ortaya çıxarmışdır ki, Orta Asiyada da eyni vəziyyətdir. Orada da 

qazaxların, özbəklərin, türkmənlərin və başqalarının dillərində ləhcə qarışmaları özünü açıq şəkildə göstərir. 

Bu da oradan qaynaqlanır ki, tarixən həm şimal, həm cənub, həm şərq, həm qərb türkcələri bir imperiyanın 

daxilində işlənmişdir. “Təbii ki, eyni dövlətin diyarları arasında sıx iqtisadi-ticarət əlaqələri olmuşdur və de-

məli, türkcələr özləri bir-birləri ilə gündəlik və tarixi ünsiyyətdə olmuşlar. Bu islamaqədərki tarixdə də olub, 

islam dövründə də, məsələn, monqol fəthləri, Səlcuqlar, Osmanlı imperiyası, Teymurilər zamanlarında da bu 

proses həmişə getmişdir. Türklərin islamlaşması ilə bu ünsiyyət xüsusilə yenidən genişlənmişdir” (4, s. 99).    

Deməli, dilçi alim türklərin bir-birlərini anlaması üçün türk dillərinin lüğət tərkibində iki mühüm 

vasitəni önə çəkir. Birincisi, türkcələrdə eynilə və ya müəyyən fonetik fərqlərlə işlənilən sözlərdir ki, bunlar 

ümumtürk ədəbi dili ideyasının reallaşması üçün əsas leksik bazadır. Digəri isə B.Çobanzadənin 

qurultaydakı ikinci - “Elmi terminologiyanın sistemi haqqında” adlı məruzəsində deyildiyi kimi, türkcələr 

arasındakı anlaşmanın digər səbəblərindən biri ərəb-fars leksik mənimsəmələridir. Minlərlə yox, on minlərlə 

belə müştərək sözlər, əlbəttə, anlaşma üçün böyük materialdır. Bunun nəticəsində  müxtəlif coğrafiyaların 

türkləri, bir-birindən uzaqda yaşayan insanlar bir-birlərini başa düşürlər. Və belə çıxır ki, bir ədəbi dil, bir 

ədəbi ləhcə bütün türk xalqlarına xidmət göstərə bilər. Akademik T.Hacıyevin dediyi kimi, “bu, 

əsaslandırılmış elmi qənaətdir, güclü məntiqə arxalanır, heç bir şübhəyə yer qalmır” (4, s. 100).       

Ümumtürk ədəbi dili məsələsində xüsusi bir Bəkir Çobanzadə mexanizmi var ki, müəllif “Elmi 

terminologiyanın sistemi haqqında” adlı ikinci məruzəsində onun mahiyyətini geniş şəkildə açıqlamışdır. Bu 

mexanizm ondan ibarətdir ki, ümumtürk ədəbi dili məsələsinin həllinə gedən yolda bütün türk xalqları üçün 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə