Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə10/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   6   7   8   9   10   11   12   13   ...   243

17 

 

məsələlər müzakirəyə çıxarılmış və bu yöndə mühüm qərarlar verilmişdir. “Geniş mənada türklərlə bağlı 



araşdırmaları, dar mənada isə türk dili ilə bağlı aparılan tədqiqatları özünün əsas mövzusuna çevirən 

türkologiyanın tarixində, əlbəttə, bir çox qurultay, konqres və toplantılar təşkil edilmişdir. Ancaq bunlardan 

heç biri 1926-cı il 26 fevral – 6 mart tarixlərində Azərbaycan SSR-nin paytaxtı Bakıda keçirilmiş I Türkoloji 

Qurultay qədər təsir gücünə malik, möhtəşəm və bütün türk xalqlarının, eyni zamanda qurultay 

iştirakçılarının da taleyini dəyişdirəcək səviyyədə və çərçivədə olmamışdır” (2). 

Dünya mədəniyyətinin, ümumən, bəşəri dəyərlərin formalaşmasında türk xalqlarının da payının az 

olmadığını sübuta yetirən qurultay dövrün tanınmış türkoloqlarını bir araya gətirməklə ictimaiyyətin böyük 

maraq obyektinə çevrildi. S.Ağamalıoğlunun açılış nitqində dediyi sözlər bu faktı bir daha təsdiqləyir: “Elm 

əməkçi kütlələrə azad edilmiş yeni bəşəriyyət yaratmaq üçün köhnə dünyanı bünövrəsinə qədər dağıtmaqda 

rəhbərlik edən üçüncü qüvvədir (kursiv bizimdir – M.Q.). Bu möhtəşəm işdə qurultay, şübhəsiz öz 

köməkliyini göstərəcək. Axı, Şərqin sərhədində yerləşən və böyük bir hissəsi hələ də yadelli qüvvələr və 

xurafat əsarətində olan çoxmilyonlu xalqın mədəni inkişafı üçün düzgün elmi bünövrə yaratmaq elə həmin 

Şərqi lərzəyə gətirmək deməkdir” (1, s. 18). 

Birinci iclasda təşkilati məsələlərə baxılmış, təbriklər söylənilmiş və rəyasət heyəti müəyyən 

edilmişdir. İlk təbrik sözü ilə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyov çıxış etmiş, sonra 

həmin komitənin nəzdindəki Ümumittifaq Elmi Şərqşünaslıq Assosiasiyasının sədri M.R.Pavloviç, 

Zaqafqaziya höküməti adından Mirzə Davud Hüseynov, Azərbaycan müəllimləri adından Məryəm 

Bayraməlibəyova təbrik nitqləri söyləmişlər. 

Əslində maraq doğuran məqam ondan ibarətdir ki, qurultay üçün niyə məhz Azərbaycan seçilmişdi və 

Sovetlər Birliyinin yenicə yarandığı bu illərdə belə bir təşəbbüs rəhbərliyə nə qazandıracaqdı? Əvvəla, 

Azərbaycan XX əsrin əvvəllərində türk coğrafiyasında böyük bir ziyalılar düşərgəsini xatırladırdı. Bu, elə bir 

düşərgə idi ki, burada milli hissləri, vətənpərvərliyi, maarifçiliyi təbliğ edən, bir sözlə, təpədən-dırnağa qədər 

türkçülük ruhuna bürünmüş görkəmli şairlər, yazıçılar, alimlər, müəllimlər var idi. S.Ağamalıoğlu da 

görkəmli türkoloq, prof. Bəkir Çobanzadəni Bakıya dəvət etməklə böyük bir təşəbbüs göstərmişdi. Təbii ki, 

Bakı mühiti də B.Çobanzadə üçün dar Krım mühitindən fərqli olaraq öz potensialını ortaya qoymaq və təşəb-

büslərini reallaşdırmaq baxımından geniş imkanlar yaradacaqdı. İmperiya rəhbərliyinin əsas məqsədi də bu 

idi: Sovetlər Birliyi  ideologiyası əleyhinə olan fikir sahiblərini bir araya gətirməklə onları aradan götürümək 

və qarşıdakı maneələri birdəfəlik yox etmək idi. Və bu məkirli niyyət sonradan başarıyla həyata keçirildi. 

Qurultayın keçirilməsində məkan olaraq seçilmiş Bakının strateji əhəmiyyətinə gəlincə isə bunu 

açılışdakı çıxışında Q.Musabəyov belə dəyərləndirir: “Yoldaşlar, təsadüfi deyil ki, Ümumittifaq Türkoloji 

Qurultayı Azərbaycanın paytaxtı Bakı şəhərini özünə iş yeri seçib. Şərqin giriş qapısı olan, mövqeyinə və 

son 5 il ərzində zəhmətkeşlərin əldə etdikləri nəhəng mədəni və iqtisadi nailiyyətlərə görə Azərbaycan əziz 

qonaqları, türkologiyanın elmi nümayəndələrini və bizə qardaş olan respublikaların nümayəndələrini qəbul 

etmək kimi yüksək şərəfə layiqdir” (1, s. 21). 

Qeyd edək ki, qurultayın 17 iclasında 38 məzurə  dinlənilmiş və bu istiqamətdə geniş müzakirələr 

aparılmışdır. Həmin məruzələrin 7-si türk xalqlarının tarixi, etnoqrafiyası və mədəniyyətinə, 3-ü 

ədəbiyyatına, 25-i dilçilik məsələlərinə, 3-cü isə türk dillərinin tədrisi problemlərinə həsr edilmişdir. 

I Türkoloji qurultayın gündəliyində əksini tapan məsələlər bu gün də türkologiyada aktual problemlər 

sırasında dayanır. Bu baxımdan qurultayda müzakirə olunan məsələlərdən bəzilərinin müasir türkologiya 

üçün aktual məzmun kəsb edən tərəflərini nəzərdən keçirək. 

1.  Türk xalqlarının tarixinin öyrənilməsinin hazırkı vəziyyəti. Türk xalqlarının tarixinin 

öyrənilməsinin hazırkı vəziyyəti ilə bağlı akad. V.V.Bartoldun çıxışı dinlənilmiş və onun məruzəsi əsasında 

qətnamə qəbul edilmişdir. Qətnamədə göstərilmişdir ki, türk xalqlarının yazılı abidələrinə ciddi şəkildə fikir 

vermək lazımdır. İlk növbədə mövcud qədim abidələrin qeydiyyatı həyata keçirilməlidir. Həmçinin ən böyük 

abidələr qoruq elan olunmalıdır. 

2. Türk xalqlarının etnoqrafiyasının öyrənilməsinin aktual istiqamətləri. Bu mövzuda S.İ.Rudenkonun, 

Yu.Messaroşun, Q.T.Çursinin məruzələri geniş müzakirələrə səbəb olmuşdur. Bu müzakirələrin nəticəsi 

olaraq qəbul olunmuş qətnamələr bu gün də böyük əhəmiyyət kəsb edir: a) türk xalqlarının tayfa tərkiblərinin 

dəqiq qeydiyyata alınmasının böyük əhəmiyyəti var; b) ayrı-ayrı türk respublikalarında və türk xalqlarının 

yaşadığı ərazilərdə ətraflı tayfa xəritəsinin yaradılması son dərəcə vacib işdir; c) türk xalqlarına aid olanları 

öyrənmək üçün mərkəzi mədəniyyət muzeyinin yaradılmasına ehtiyac vardır; d) bu mövzuda yeni tədqiqat 

işləri yerinə yetirilməlidir və s. 

3. Türk dillərinin digər dil ailələri ilə əlaqələri. I Türkoloji qurultayda B.Çobanzadənin, N.N.Poppe-

nin, A.Qenkonun məruzələri ilə qalxan bu məsələ geniş müzakirə obyekti olmuşdur. Qəbul olunmuş qətna-

mələr çağdaş türkologiyanın qarşısında duran ən vacib məsələlərdən sayıla bilər: a) ayrı-ayrı türk dillərini, 



18 

 

dialekt və şivələrini dərindən, hərtərəfli öyrənmək, toplanmış dil materiallarını çap etmək, ayrı-ayrı elmi 



qrammatikaların və lüğətlərin tərtib olunmasını təşkil etmək; b) müqayisəli-tarixi qrammatika kitablarının 

yazılmasına, müqayisəli etimoloji lüğətlərin hazırlanmasına, türk dillərinin və dialektlərinin təsnifi ilə əlaqəli 

işlərin görülməsinə diqqəti artırmaq lazımdır; c) türk dillərinin altay, fin-uqor dilləri və yafəs nəzəriyyəsi ilə 

əlaqəsi barədə araşdırmaları davam etdirmək bu gün türkologiyamız üçün daha geniş imkanlar açmışdır. 

4.  Türk dillərində orfoqrafiyanın ümumi-nəzəri əsasları. I Türkoloji qurultayda orfoqrafiya ilə bağlı 

çağdaş türkologiya üçün də aktual olan bir sıra qətnamələr qəbul edilmişdir: a) mədəni dillərdə düzgün 

yazmaq üçün dörd elmi prinsipdən istifadə olunur: fonetik, morfoloji, etimoloji, tarixi-ənənəvi prinsiplər;         

b) latın əlifbası orfoqrafiyanı tənzimləmək üçün daha əlverişli şərait yaradır. Hazırda türk xalqlarının hamısı 

latın qrafikalı əlifbadan istifadə etmir.  Deməli, türk xalqlarının hamısının latın qrafikalı əlifbaya keçməsi 

olduqca vacibdir. 

5.  Yeni türk əlifbasının yaradılmasının elmi-nəzəri əsaslarını hazırlamaq. I Türkoloji qurultayda bu 

mövzuda qəbul edilmiş qətnamələrin məzmunu belədir: a) latın qrafikalı əlifba texniki cəhətdən ərəb 

əlifbasından mükəmməldir. Türk xalqlarının hər biri latın qrafikalı əlifbanı həyata keçirmək işini 

fəallaşdırmalıdır; b) latın qrafikalı əlifbanın həyata keçirilməsi ilə bağlı görülmüş müsbət işlər sırasında 

Türkiyənin, Azərbaycanın təcrübəsindən istifadə etmək lazımdır. 

6.  Türk dillərində terminoloji sistemin formalaşdırılması məsələsi. Qurultayda A.R.Zifeldtinin, 

B.Çobanzadənin, H.Zeynallının X.O.Odabaşın A.B.Baytursunun bu mövzuda maraqlı məruzələri dinlənilmiş 

və bugünkü türkologiyamız üçün də vacib olan bir sıra qətnamələr qəbul edilmişdir: a) tez-tez təsadüf olunan 

və mənası aydın olan terminləri qəbul etmək lazımdır; b) türk dillərinin qrammatikasına tabe olmuş ərəb-fars 

mənşəli terminləri qəbul etmək lazımdır:  c) Avropa mənşəli terminlər türk dillərinin təbiətinə uyğun 

artikulyasiya edilməli və qəbul olunmalıdır; ç) tədris nöqteyi-nəzərindən ibtidai, orta və ali məktəblərdə 

terminojili leksika fərqli şəkildə müəyyən olunmalıdır; d) hər bir respublikada daimi terminologiya 

komissiyası yaradılmalıdır. 

7. Türk xalqlarında ədəbi dilin inkişafı. Qurultayda bu məsələ Türkiyədən gəlmiş görkəmli alim prof. 

M.Köprülüzadənin “Türk xalqlarının ədəbi dilinin inkişafı” adlı məruzəsinin müzakirəsi ilə qaldırılsa da, bu 

mövzuda prof. B.Çobanzadə hər iki elmi məruzəsində ümumtürk ədəbi dili probleminin həll olunmasına dair 

ciddi təkliflər səsləndirir. “Qlobal şəkildə ədəbi dilin inkişafı ümumi ədəbi dil müzakirəsindən əvvəl ədəbi 

dilin detallarında, ədəbi dilin normasını təşkil edən tərkib hissələrindən söhbət getdi” (3, s. 259). Bütün bu 

faktlar ərtafında aparılan gərgin müzakirələrdən sonra qurultay belə qərara gəlmişdir ki, ümumtürk ədəbi dili 

yaratmaq mümkündür. Və qeyd edək ki, hal-hazırda bu məsələ müasir dünya türkologiyasının aktual 

məsələlərindən biri sayılır. 

Beləliklə, I Bakı Türkoloji qurultayında müzakirə olunmuş məsələlər öz elmi çəkisi, problematikliyi, 

məzmunu, ümumən, aktuallığı ilə bu gün də türkologiyanın aparıcı mövzularıdır. Ötən 90 il ərzində 

aparılmış araşdırmalar, yazılmış cild-cild əsərlər qurultayda üzə çıxarılmış dərin elmi düşncələrin işığında 

meydana gəlmişdir. Və Azərbaycan xalqının dünya türkologiyasına bəxş etdiyi görkəmli simalar: 

Ə.Dəmirçizadə, M.Hüseynzadə, S.Cəfərov, Ə.Abdullayev, F.Zeynalov, Y.Seyidov, T.Hacıyev, N.Cəfərov… 

kimi tanınmış alimlər  bu yolda öz sələflərinin yolunu ləyaqətlə davam etdirmişlər. “Yaxın gələcəkdə bütün 

elm və sənət sahələri kimi türkologiya da, türklük də yeni problemlərlə, yeni şərtlərlə üzləşəcəkdir. Zamanın 

və insanlığın problemlərini həll edərkən türkologiyanın yaddaşında bir böyük elmi məclis öz vüsəti, faciəsi 

və ibrətli taleyi ilə həmişə yaşayacaq, ədəbi məktəb rolunu oynayaqcadır” (1, s. 13). 

 

Ədəbiyyat   



1.

 1926-cı il I Bakı Türkoloji qurultayı (stenoqram materialları, biblioqrafiya və foto-sənədlər). Bakı: “Çinar-Çap”, 

2006  

2.

 Akalın Ş.H. 1926 Birinci Bakü Türkoloji Kurultayının 90. Yılı Dolayısıyla / http://www.akalin.gen.tr). 



3.

 Azərbaycan dilçiliyi müntəxəbatı. I cild. Bakı: “Abıs Alarco”, 2013  

 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə