Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə18/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   14   15   16   17   18   19   20   21   ...   243

31 

 

əlifba, termin, orfoqrafiya məsələlərində, eləcə də tarix, ədəbiyyat istiqamətlərində çox önəmli və ibrət dolu 



bir başlanğıc kimi tarixləşmişdir. 

Nəhayət, 1926-cı il I Türkoloji Qurultay məzmunca kədərli, hüzünlü bir tarix, insanlıq dramıdır. ...Bu 

anlamda I Bakı Türkoloji qurultayı faciə-roman, mahiyyətcə ağrılı-acılı rekviemdir” (2, s.5) 

Fikrimizi qəmli notlarla bitiməmək üçün bir daha qeyd etmək istəyirik ki, respublikamızın eks 

prezidenti H.Əliyev və Azərbaycan Respublikası prezidenti İlham Əliyev I Bakı Türkoloji Qurultayının 

mühüm əhəmiyyətindən dönə-dönə bəhs etmiş və Qurultayın yubileylərinin mütəmadi keçirilməsi haqqında 

sərəncamlar imzalamışlar. 

 

Ədəbiyyat 



1.

 1926-cı il I Bakı Türkoloji Qurultayı. Bakı, 2006. 

2.

 1926-cı il I Bakı Türkoloji Qurultayı/ Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər / (tərtib edənlər: 



K.V.Nərimanoğlu, Ə.Ağakişiyev). Bakı: Çinar-Çap, 2006. 

3.

 Axundov M.F.  Əsərləri III cild. Bakı: Azərbaycan EA nəşriyyatı, 1961. 



4.

 Xəlilov B. Birinci Beynəlxalq Türkoloji Qurultay. Bakı: Elm, 1999. 

5.

 Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı: Elm,1985. 



 

 

 



TƏRANƏ XƏLİLOVA 

Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Azərbaycan Dövlət İqtisad Universiteti  

 

GÖRKƏMLİ TƏDQİQATÇILAR ORTAQ TÜRK ƏDƏBİ DİLİ HAQQINDA 



(I Bakı Türkoloji Qurultayında səslənən məruzələr əsasında)  

 

Açar sözlər: Türkoloji qurultay, türk dilləri, türkologiya 



 

The specified scientists about Turkish language 

(About the reports that discussed in the first Turkish conference) 

 

The first Turkish conference assembled the main and special step of the Turkish population. This conference is 



important for dealing with the problems of many Turkish nations and making their ambitions real. The program of the 

first Turkish conference and the importance of discussed items are the main ideas of this conference. For that reason 

we are going to discuss the problems of literary language for Turkish nations which are very actual today. 

Key words: Turkish conference, Turkish language, Turkology 

 

I Türkoloji qurultayın proqramı, orada müzakirə olunan məsələlərin  aktuallığı hazırda da türkologiya 



elminin qarşısında duran vacib məsələlərdəndir. Bu mənada qurultayda müzakirə olunan mühüm 

məsələlərdən bəzilərinin çağdaş türkologiyamız üçün də aktual olduğunu nəzərə alaraq, onları bir daha  

araşdırmaq məqsədəuyğun olardı. 

Türklər üçün ədəbi dil məsələsinə professor Mehmet Fuat Köprülüzadənin “Türk xalqlarında ədəbi 

dilin inkişafı” adlı məruzəsində toxunulur. 

Adından da göründüyü kimi, məruzədə söhbət türk ədəbi dilinin keçmişindən, tarixin hansı 

dərinliyində bu ədəbi dilin fəaliyyətə başlamasından, bu dildə ədəbi-bədii və elmi əsərlərin yaradılmasından 

gedir. F.Köprülüzadə qədim və yüksək mədəni tərəqqi faktı kimi türk xalqlarlının mükəmməl ədəbi dil sahibi 

olmalarından söhbət açır, hələ islama qədər türk dilinin bir sıra ləhcələrə ayrılmış olduğundan 

danışaraq,islamdan əvvəlki tarixdə türklərin müxtəlif əlifbalardan istifadə etmələri haqqında məlumat verir. 

Və bu əlifbalardan birini-Orxon əlifbasını məhz türklərin özünün yaratdığını vurğulayır: “Əlifba yaratmaq 

mədəniyyət faktıdır və əlifba yaratmaq ədəbi dilin var olması deməkdir”. 

F.Köprülüzadə hesab edir ki, bu əlifbanı işlədən ləhcələrdən bəziləri ədəbi dillər sayıla bilərdi.Əslində, 

burada şərt qoymağa –“sayıla bilərdi” deməyə ehtiyac yoxdur.Çünki əlifba ədəbi dilin yazı ehtiyacını 

ödəmək üçün yaradılır və bilavasitə ədəbi dilin tələbi ilə gerçəkləşir.Yəni yazısı olan hər bir dil və ya ləhcə 

ədəbi nitq təşkilatı deməkdir.İllərlə apardığıtədqiqatın nəticəsi olaraq, F.Köprülüzadə türk dilində Sasanilər 

dövrünə (V əsr) gedib çıxan əsərlərin olduğunu söyləyir.Dünya mədəniyyətinə hələ XIX əsrdən məlumdur 

ki, məhz Orxon-Yenisey abidələrinıin kamil dili timsalında VIII əsrdə türkün mükəmməl ədəbi dili 

olmuşdur.Bu, kifayət qədər inkişaf etmiş ədəbi dildir. Bu, Altaydan Dunaya qədər uzanan möhtəşəm 

imperiyanın dövlət dilidir.Şübhəsiz, bu ucsuz-bucaqsız coğrafıyada az-çox özünəməxsus məhəlli əlamətlər 




32 

 

qazanmış müxtəlif ləhcələr də olmalıydı. Bu nəhəng türk imperiyasının qövmləri, əşirətləri olmaq etibarilə 



yerli türklərin yerli ədəbi ləhcələri də imperiya ədəbi-dövlət dilinin tərkib hissələridir və təbii ki, yerli ədəbi 

təzahürlərdə əsas leksik, qrammatik norma imperiya-dövlət ədəbi dilinindir. 

F.Köprülüzadə məruzəsində xüsusi vurğulamır ki, bu gün türklər üçün vahid ədəbi dil yaratmaq 

lazımdır. Ancaq məruzəsinin adı məzmununu elan edir: “Türk xalqlarında ədəbi dilin inkişafı” deyilir, “Türk 

xalqlarında ədəbi dillərin inkişafı” deyilmir. Deməli, hər türk xalqı xüsusi ədəbi dil işlətmir, bütün xalqlara 

bir ədəbi dil xidmət göstərir.  

Türklər üçün ümumi ədəbi dil mübahisəsində vahid ədəbi dil tərəfdarlarının əsas söykənəcəklərindən 

biri bugünkü türklərin bir-birini anlaması faktı idi. B.Çobanzadənin məruzəsində bu məsələ canlı faktlarla 

özünəməxsus şəkildə cavablanmışdı, onun məruzəsində çox ibrətli məqamlar vardı. Tarixən müxtəlif 

qütblərdən-şimaldan və cənubdan, şərqdən və qərbdən olan türklər bir-biri ilə o qədər yaxınlaşırlar ki, bir-

birlərinə qarışırlar;bəzən də coğrafi cəhətdən çox-çox uzaqlara düşürlər, ancaq öz yeni qonşuları ilə anlaşma 

üçün qarşılıqlı şivə-ləhcə mübadilələri edirlər, bir qrupdan olan dillər kimi görünürlər.Beləliklə, bu 

yaxınlaşmaların izləri uzaqlaşmalar zamanı itmir və buna görə də aralarında anlaşma faktoru qüvvədə 

qalır.“İstənilən türk diyarının, məsələn, Orta Asiya, Krım, Qafqaz və ya Volqaboyu xəritəsini götürsək, 

oradakı kənd, dağ və çay adlarına diqqət yetirsək görərik ki, bu adlar həm şərq, həm də qərb türk 

ləhcələrində və hətta monqollarda var. Lap kiçik bir əyaləti, məsələn, Krımı götürək, buranın tarixi, dilçilik 

baxımından, göstərir ki, krımlılar həm şərq, həm də qərb türkcələri qrupundan çox şeylər mənimsəyiblər. 

Buyurun, belə kiçik bir diyarda siz elə kənd, ərazi adları eşidə bilərsiniz ki, onları həm şərq, həm də qərb, 

həm şimal, həm də cənub türklərinin ləhcələrinə aid etmək olar.Biz Krım yarımadasında əhalisinin sayı on 

beş mini ötməyən kiçik bir rayonun dilini tədqiq etdik... Müəyyənləşdirdik ki, bu rayonun dili Krımın başqa 

rayonlarının dilindən bir qədər fərqlənir və biz burada müxtəlif ləhcələrin təririni və qalıqlarını gördük”. 

Türklərin tarixən yaxınlığı haqqında M.Kaşğariyə əsaslanıb danışan B.Çobanzadə müasir anlaşma ilə 

bağlı maraqlı danışıq faktlarına istinad edib.Əslən krımlı olan B.Çobanzadə Krım ləhcəsində maraqlı danışıq 

təzahürləri ilə qarşılaşır. Krım ləhcəsi üzərində apardığı müşahidələr göstərir ki, əhalisi türklərdən ibarət 

müxtəlif kəndlərdə, hətta ayrı-ayrı ailələrdə dil və ləhcə bütövlüyünə rast gəlmək olmur. Onların nitqində 

həm şimal və cənub, həm şərq və qərb türk ləhcələrinin xüsusiyyətləri özünü göstərir.Buna görə də Krım 

türkü həm başqırd ləhcəsini, həm özbək, həm Kazan, həm Anadolu ləhcələrini başa düşür.B.Çobanzadənin 

tədqiqatları aşkar etmişdir ki, Orta Asiyada da eyni vəziyyətdir.Orada da qazaxların, özbəklərin, 

türkmənlərin və başqalarının dillərində ləhcə qarışıqları geniş yayılmışdır.Bu da ordan qaynaqlanır ki, 

tarixən həm şimal, həm cənub, həm şərq, həm qərb türkcələri özləri bir-birləri ilə gündəlik və tarixi 

ünsiyyətdə olmuşlar. 

Başqa bir müəllif – M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsərininAzərbaycan türkcəsinə 

tərcüməçilərindən biri Xalid Səid Xocayev isə məsələyə belə yanaşırdı: "Türklər arasında belə bir dil 

yaratmaq mümkündürmü? (burada daha çox ərazi baxımı nəzərdə tutulur.)  

Bəli, hansı yolla olursa-olsun, türklər üçün vahid bir ədəbi dil yaradılsın, türklərin hamısı bir-birilə 

rahat ünsiyyət saxlaya bilsinlər. Bundan gözəl, xoş nə ola bilər ki! Tarixən var olan böyük bir xalqın, ulusun 

milli dəyərlərinin ən aparıcı qolu olan dili bugün heç də ürəkaçan vəziyyətdə deyil. Həqiqətən ortaq ünsiyyət 

dili ilə bağlı böyük türk mütəfəkkirləri bu yolda çox çalışmışdılar, lakin təəssüf hissi ilə də olsa qeyd 

etməliyik ki, buna nail ola bilməmişdilər. Bu ideyanın müəllifləri və mücahidləri türklüyün böyük ideoloqları 

idi: İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ziya Göyalp və onların müxtəlif türk məmləkətlərindəki 

yetirmələri.  

Qazax jurnalist Türyakulov belə maraqlısöz demişdi ki, Azərbaycan, Anadolu və türkmən dillərinin 

birləşməsi mümkündür, ancaq Özbəkistanı ora qatmaq nəzəri iddiadır. Maraqldır ki, özbək türkcəsi ilə 

onların o dövrdə gözlənilən tezlikdə birləşməsini əməli hadisə, real iş saymır,sadəcə bu işin uzun bir proses 

olacağını deyir. “Mümkün deyil” demir, “nəzəri iddiadır” deyir. 

Yəni bu, “prinsipcə mümkündür” deməkdir. "Nəzəri iddiadır" o deməkdir ki, nəzəri cəhətdən 

mümkündür. Beləliklə, natiq təklif edir ki, oğuz ləhcələri üçün bir, qıpçaq ləhcələri üçün bir, karluqlar üçün 

də bir başqa ədəbi dil yaratmaq olar. Bu iddianın da arxasında duran məntiq odur ki, uzaq gələcəkdə bu üç 

türkcə də ortaq məxrəcə gələ bilər. Türyakulovun fıkri elmi əsasa söykənir:yaxın qohum dillər bir-birini asan 

anlayar, çünki bunların arasında ümumi cəhətlər daha çoxdur. Oğuzlar bir-birini, qıpçaqlar bir-birini, 

karluqlar bir-birini sərbəst başa düşürlərsə, danışıq dilləri yaxındırsa, təbii ki, həmin bazada ümumi ədəbi dil 

qurmaq da olar. 

A.N.Samoyloviç belə bir fıkir irəli sürmüşdür ki, ümumi türkədəbi dili məsələsinə pessimist 

yanaşılmamalıdır. A.N.Samoyloviçinfikrincə, çuvaşça və yakutcanı çıxmaqla qalanları ayrı- ayrı dillər yox, 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə