Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə17/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   13   14   15   16   17   18   19   20   ...   243

29 

 

deyir ki, lakin türk dillərində alınma sözlər ahəng qanununa tabe olmaya bilər və tez-tez olmur da. Bu 



baxımdan, bəzi türk dilləri alınma sözləri özlərinə uyğun şəkildə dəyişir.  Burada iki sosial əsası 

fərqləndirmək lazımdır- bu sözləri xalq dili və ədəbi dil necə qavrayır və necə dəyişdirir.  Bu məqamda 

Y.Jirkovun məsələyə çox maraqlı bir münasibəti diqqəti cəlb edir: “Əgər siz azərbaycanca, hətta qəzet belə 

götürsəniz, görərsiniz ki, orada deyildiyi kimi yazılmayan sözlər var. Bu ona görə belədir ki, türk 

ədəbiyyatları heç vaxt xalq dilinə əsaslanmayıb, xalq kütlələrinə ünvanlanmayıb, yuxarı təbəqələrə, 

aristokratiyaya üz tutub” (1, s.157). Məruzəçi bir çox məsələlərə toxunur, göstərir ki, gələcəkdə türk 

orfoqrafiyasında islahat apararkən ərəb, fars sözlərinin üzərində düşünmək lazımdır, ərəb sözləri tələffüz 

edildiyi kimi yazılmır, hətta rus sözləri belə müxtəlif şəkildə yazılır. Məsələn; torq, tork (yumşaq və qalın k 

və  q). Məruzəçi təkid edir ki, türk xalqlarının hazırda mövcud olan böyük savadsızlığı şəraitində sabit, 

məqsədəuyğun prinsip lazımdırsa, həmin prinsip fonetik yazılış prinsipi ola bilər.  Türk dillərində 

orfoqrafiyanın olmaması ifrat dərəcəyə çatır. Bu, yeni latın əlifbasına keçid kimi məsələdə də hiss olunur. 

Orfoqrafiyanın qeyri-sabitliyi mətbuata, məsələn “Yeni yol”a da nüfuz edib, qəzetlərin əziyyət çəkdiyi də elə 

orfoqrafiyanın natamamlığıdır. Biz Y.Jirkovun bu fikri ilə razılaşmırıq.  Belə ki, Y.Jirkov  “türk xalqlarının 

savadsızlığını nəzərə çatdırır və türk dillərində orfoqrafiyanın olmamasını ifrat dərəcəyə çatdığını söyləyir” 

(1, s.157). Halbuki, Azərbaycan dili orfoqrafiyasının tarixinə nərəz yetirdikdə, hələ XVI-XIX əsrlərdən 

orfoqrafiya məsələlərinin Azərbaycanın görkəmli şair və mütəfəkkirlərinin  nəzər-diqqətini cəlb etdiyinin 

şahidi oluruq. XVI əsrdə dahi Füzuli yazırdı: 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim, 

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. 

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib

Əksərən əlfazi namərbutü nahəmvar olur. 

Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm, 

Novbahar olğac tikəndən bərgi-gül izhar olur. 

Y.Jirkov öz məruzəsində belə bir fikir irəli sürür ki, fars və ərəb dillərindən bütöv bir iqtibas sistemi 

inkişaf etmiş, bu iqtibasları öz ədəbi dillərinə daxil edən adamlar isə onları elə təkrarlamağa çalışmışlar ki, 

orijinalın dilinə oxşar olsun. Bu sözlərdən istifadə etməkdə məqsədləri isə onlardan yararlanmaqdan daha 

çox, gözə kül üfürmək idi. Belə bir tarixi səbəblə əlaqədar aşağıdakı hal yarandı: indiyədək də ərəb sözləri 

tələffüz edildiyi kimi yazılmır (1, s.157). Bizcə, bu da düzgün fikir deyil. Hələ XVIII əsrdə yaşamış 

M.P.Vaqif, M.V.Vidadi öz şeirlərini sadə, aydın, rəvan xalq dilində yazmışlar. XIX əsrin görkəmli 

sənətkarlarının əsərləri də dil və üslubunun yüksək səviyyəsi ilə fərqlənir.  Həmçinin qeyd etmək istəyirik ki, 

görkəmli mütəfəkkirlərimiz ərəb əlifbasının Azərbaycan orfoqrafiyasını həddindən artıq çətinləşdirməsindən, 

bu səbəbdən yazımızda sabit qayda-qanunun olmamasından öz əsərlərində bəhs edir və buna qarşı mübarizə 

aparırdılar. XIX əsrin böyük sənətkarı, mütəfəkkir alim M.F.Axundov öz  dövründə Azərbaycan yazısında 

sabitliyin olmadığını görüb, orfoqrafiyamızın qaydaya salınmasına böyük səy göstərmişdir. “M.F.Axundov 

xalqın savadlanmasını asanlaşdırmaq üçün dilimizdəki ərəb, fars sözlərini öz tələffüzümüzə uyğun yazmağı 

müvafiq bilirdi. Məs: adəm-adam, toxm-toxum,  övrət-arvad, qaidə-qayda şəklində yazmağı vacib hesab 

etmiş və bunu elmi surətdə əsaslandırmışdır” (5, s. 185). Beləliklə, hələ XIX əsrdə M.F.Axundov 

orfoqrafiyamızın fonetik prinsipinin təməlini qoymuşdur.  Onun orfoqrafiyaya dair bir çox maraqlı yazıları, 

fikirləri vardır (3, s. 4). 

XX əsrin əvvəllərində də, hələ I Bakı Türkoloji Qurultayına qədər Azərbaycanda orfoqrafiya məsələsi 

prinsipial məsələlərdən hesab edilmiş və bu sahədə bir çox işlər görülmüşdür. 1907-1908-ci illərdə yazılmış 

dərsliklərdə köhnə orfoqrafiya qaydalarına əməl edilməmiş, Azərbaycan dilinin öz xüsusiyyətləri nəzərə 

alınmışdır. 1911-ci ildə M.Mahmudbəyov “İmlamız” adlı kitabçasını yazmış və Azərbaycan dili 

orfoqrafiyası üçün prinsipləri aydınlaşdırmışdır. 1922-ci ildən tədricən latın qrafikasına keçidlə əlaqədar 

orfoqrafiya məsələsi gündəmdə oldu və fonetik, morfoloji, tarixi-ənənəvi prinsiplər əsasında Azərbaycan dili 

üçün vahid orfoqrafiya qaydaları tərtib olundu. 

Bu dediklərimizə rəğmən onu da vurğulamaq istəyirik ki, prof. Y.Jirkovun qurultaydakı çıxışı maraqlı 

idi, o, orfoqrafiya məsələsinin xalqın həyatında mühüm məsələ olduğunu söyləmiş və demişdir ki, 

“orfoqrafiyası bütün başqa xalqlardan az işlənmiş türklər üçün orfoqrafiya məsələlərini mən bu Qurultayın 

mərkəzi məsələlərindən sayıram. Fikrimcə, sizin qərarınız Türk orfoqrafiyasının gələcək taleyinə ciddi təsir 

göstərəcək. Qurultayda Tatarıstandan gəlmiş görkəmli alim Qalimcan İbrahimov sanballı məruzə ilə çıxış 

etdi. O, məruzəsində üç istiqaməti əsas götürdü. Birinci hissədə Orxon, köhnə ərəb əlifbalarının və köhnə 

orfoqrafiyaların təhlili və tənqidi öz əksini tapdı.  İkinci hissədə ərəb əlifbasındakı islahatlardan danışıldı.  

Üçüncü hissədə isə orfoqrafiya haqqında çox maraqlı təkliflər irəli sürdü: sinharmonizm, aqqlyütinativləşmə 

və s. kimi türk dillərinə xas olan xüsusiyyətlərin türk orfoqrafiyasında nəzərə alınmasından bəhs etdi və qeyd 



30 

 

etdi ki, orfoqrafiyanın sabitləşməsi türk xalqları arasında mövcud uyğunsuzluqların, ziddiyyətlərin aradan 



götürülməsinə xidmət edə bilər.  O, söylədi ki, biz elə bir ölçü götürməliyik ki, türk ədəbi dilləri orfoqrafiya 

qaydalarını öz aralarında razılaşdırsınlar. Qalimcan İbrahimov, eyni zamanda, orfoqrafiyanın dəqiqləş-

dirilməsi üçün təkcə fonetik prinsipi götürmək yox, əsasən, mofoloji prinsipi də nəzərə almağın vacib 

olduğunu göstərmişdir.  Məruzəçinin maraqlı məruzəsindən təfsilatı ilə danışmaq, əlbəttə, (bir məqalədə) 

imkan xaricindədir. Bundan sonra Usmanov yoldaş Rəhiminin çıxışını tərcümə edərək göstərir ki, tacik 

dilinin nüfuzunun təsiri altında özbək dilində sinharmonizm qanunu pozulur, bu da orfoqrafiyaya təsir edir. 

Qurultayda Azərbaycanın görkəmli mütəfəkkiri Fərhad Ağazadənin dərin məzmunlu çıxışı nümayən-

dələrin böyük marağına səbəb olmuşdur. Onun orfoqrafiyanın sabitləşməsi və inkişafı prinsipləri haqqında 

çox əhəmiyyətli fikirləri, təklifləri hamı tərəfindən yekdil şəkildə bəyənilmişdir. Məruzəçi göstərir ki, 

mədəni dillərdə qəbul olunmuş düzgün yazı qaydalarından türk dilləri üçün də münasibi fonetik prinsipdir, 

ərəb dili sözləri də türk yazısına tabe edilməlidir, türk dillərinin səmərəli yazı qaydalarını bərpa etmək üçün 

türk-tatar diyarlarının qrup şəklində lüğətlərini yaratmaq zəruridir ki, birləşdikləri zaman, bu lüğətlər bütün 

türk-tatar (Azərbaycan - R.Q) ləhcələrinin həm lüğət ehtiyatını, həm də fonetik orfoqrafiyasını əhatə edən 

ümumi lüğət olacaqdır. F.Ağazadənin bu sözləri bütün zal tərəfindən yüksək təntənə ilə alqışlanmışdır. 

Qurultayda Qazaxıstandan gəlmiş Axmet Baytursun Baytursunoviçin də çıxışı böyük rezonans 

doğurdu. O, çıxışına zala müraciətlə başlamışdı: “Yazı qaydalarından nə tələb olunur? Birincisi, tələb olunur 

ki, bu qaydalar dilin səslərini uğurla, dəqiq çatdırsın. İkincisi, onları öyrənmək asan olsun” (1, s.161). O, 

Şerbanın çıxışındakı rus sözlərinin tələffüz və yazı qaydalarındakı çatışmazlıqları rus əlifbasındakı 

nöqsanlarla əlaqələndirdi. O da fonetik qaydanı (prinsipi) ideal yazı qaydası adlandırdı və etimoloji 

prinsipdən istifadə edən rus dilini xaotik-qarmaqarışıq dil adlandırdı. 

İclasda sonuncu məruzəçi kimi professor Nikolay Feofanoviç Yakovlev çıxış etdi. O, orfoqrafiya ilə 

əlifbanın əlaqəsi məsələsinə toxundu. Eyni zamanda, Baytursunoviçin bəzi fikirlərini, rus əlifbası haqqında 

iradını bəyəndiyini qeyd etdi. Lakin rus dilini “xaotik dil” adlandırması fikrinə etiraz etdi: dilləri  “xaotik” və 

“harmonik” bölmək olmaz. Burada məsələ başqa yolla izah olunur. Mən deyərdim ki, “disfonetik” və 

“sinfonetik” dillər var. Bu məsələləri izah etdikdən sonra Yakovlev bütün çıxışlardakı fikirlərə yekun 

vuraraq orfoqrafiya prinsiplərinin müsbət və mənfi cəhətlərini açıqlamış, həm fonetik, həm də etimoloji 

prinsiplərə üstünlük verməyi tövsiyə etmişdir. 

Qurultayın yeddinci iclası orfoqrafiya məsələsi üzrə müzakirələrə həsr olunmuşdur. Müzakirələrdə 

Ömərov, Usmanov, Alparov, Əliyev və s. nümayəndələr çıxış edərək öz təkliflərini irəli sürdülər. Daha sonra 

məruzəçilərin yekun sözləri dinlənildi. Yeddinci iclasın sədri Cəlaləddin Qorxmazov məsələ ilə bağlı 

qətnamənin hazırlanması üçün komissiyanın yaradılmasını Umar Caşuyeviç Əliyevə həvalə edir və yekun 

olaraq Leninqrad Canlı Şərq Dilləri İnstitutunun professoru A.N.Samoyloviçə söz verir. Samoyloviç 

Qurultaya iki kitab təqdim edir: Bu kitablar 1. Akademik N.Y.Marrın “Yazının islahatları məsələsinə dair” 

əsəri, 2. Professor İnostrantsevin “Xunlar və Hunlar” əsəri idi. 

Nəhayət, “Türk dillərinin orfoqrafiyası haqqında” 9 bənddən ibarət qətnamə qəbul edilir və göstərilir 

ki, mədəni dillərdə düzgün yazmaq üçün dörd elmi prinsip olur: fonetik, etimoloji, morfoloji, tarixi. Bu 

prinsiplərdən türk dilləri üçün ən uyğun olanı başlıca olaraq fonetik prinsipdir, lakin digər prinsiplər də - 

etimoloji, morfoloji prinsiplər də türk dilləri ilə uyğunlaşdırılmalıdır. 

I Bakı Türkoloji Qurultayının bütün türk xalqlarının tarixində, onların dünya miqyasında 

tanınmasında, türk dillərinin bir çox problemlərinin həllində böyük əhəmiyyəti olmuşdur. Bu səbəbdəndir ki, 

mütəmadi olaraq Qurultayın yubileyləri bir çox ölkələrdə yüksək səviyyədə qeyd olunur. Bu tarixi hadisənin 

əhəmiyyətini prof. Buludxan Xəlilov gözəl ştrixlərlə qeyd edir: “Bütün türkologiya sahəsində əldə edilmiş 

nailiyyətlərin təməlini Birinci Beynəlxalq Türkoloji Qurultay qoymuşdur. Bu beynəlxalq tədbirdə qaldırılmış 

hər bir məsələ adi xarakter daşımamış, dərin məziyyət və məzmunu ilə geniş həcmli proqram rolunu 

oynamışdır. Qurultay ictimai-siyasi xadimlərin, türkoloqların, müəllimlərin, jurnalistlərin, bir sözlə, 

ziyalıların məşvərət məclisi olmuşdur. Qurultay türkün fikir və mülahizələrinə istək və arzularına, keçmişinə 

və gələcəyinə arxa duran beynəlxalq tədbir idi. 

... Bəlkə, elə bütün bunlara görədir ki, beynəlxalq tədbirdən daha qısa bir zaman keçdikdən sonra türk 

millətindən olan qurultay nümayəndələrinin əksəriyyətinə qarşı 1937-ci ilin dəhşətli repressiyası başlandı. 

Nəticədə sayılıb-seçilən ziyalılar, düşünən beyinlər amansız irtica və cəza tədbirlərinin qurbanı oldu” (4, s.3-

4) Lakin müəllifin bir fikrini də əlavə etmək istəyirik ki, bütün bunlara baxmayaraq, qurultay təfəkkürdə baş 

qaldıran milli özünüdərk hislərinin səfərbərliyi idi. Prof. Kamil Vəli Nərimanoğlu və dos. Əliheydər 

Ağakişiyev müəllifləri olduqları “1926-cı il I Bakı Türkoloji Qurultayı” adlı kitabda qurultayın müstəsna 

rolunu çox təsirli bir şəkildə səciyyələndirmişlər: “I Bakı Türkoloji Qurultayı türkologiya elmi tarixinin XX 

əsrdə yeni başlanğıcıdır. ...Çağdaş türkologiya elminin prelüdü olan I Türkoloji Qurultay türk ədəbi dili, 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə