Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə16/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   12   13   14   15   16   17   18   19   ...   243

28 

 

tamamilə yeni bir şey deyəcəm. Lakin mən üzümü əməli fəaliyyətlə əlaqədar həyatları bu məsələ ilə sıx bağlı 



olan yoldaşlara tuturam. Məsələ ondadır ki, hətta elmi ədəbiyyatda, sizin çoxunuzun və ya ən azı 

bəzilərinizin də dərs aldığınız dərsliklərdə əlifba və orfoqrafiya məsələlərində çatışmazlıqlar var. Odur ki, 

icazə verin bu məsələ üzərində dayanaq” (1, s.152). Professor bundan sonra çıxışı boyu həmin 

çatışmazlıqları bir-bir göstərmiş və bunların həlli yollarını izah etmişdir. Şerba öz çıxışında birinci yazı-imla 

məsələsinə toxunmuş və belə bir sual qoymuşdur: real sözləri necə yazmalı və oxumalı. Məs; rus dilində 

voda yazılır, vada deyilir və ya koqo, çeqo yazılır, kovo, çevo deyilir. Bunun əlifba məsələsinə heç bir dəxli 

yoxdur. Burada müxtəlif orfoqrafiya üsul və prinsipləri ola bilər. Məruzəçi orfoqrafiya məsələlərini təfsilatı 

ilə izah edərək onun dörd prinsipi olduğunu göstərmişdir: 1.Fonetik prinsip; 2. Etimoloji prinsip; 3. Tarixi 

prinsip; 4. İdeoqrafik prinsip. L.V.Şerba daha sonra bu prinsipləri konkret nümunələrlə  izah etmişdir. O, 

fonetik prinsipin alman, italyan dillərində daha çox inkişaf etdiyini vurğulayır, rus və türk dillərində də 

sözlərin əksəriyyətinin bu prinsip əsasında yazıldığını söyləyir. Müəllif fonetik prinsipi bütün dillər üçün 

məqbul hesab edir və bu prinsipin üstün cəhətlərindən biri kimi göstərir ki, alman dilinin 80 faizini bu dili 

bilmədən oxumaq mümkündür. Fonetik prinsipə görə sözlərin deyilişi və yazılışı arasında fərq olmadığı üçün 

oxumaq və yazmaq işi asanlaşır. Şerba  fonetik prinsipin müsbət xüsusiyyətlərini açıqlamaqla bərabər çatış-

mayan cəhətlərini də göstərir və bu qənaətə gəlir ki, əgər dilin sözlərini orfoqrafik cəhətdən fonetik prinsipə 

tabe etdirsək, buraya bütövlükdə bütün dialekt və şivələrin təsiri olacaq və orfoqrafik qaydalar pozulacaqdır. 

L.V.Şerba göstərir ki, orfoqrafiyanın ikinci prinsipi etimoloji və ya söz yaradıcılığı prinsipidir. Bu 

prinsipə görə sözlər qohumluğa – kök, şəkilçi, önqoşma, son şəkilçilərin qohumluğuna müvafiq şəkildə 

yazılır. Etimoloji prinsip bütün dillərə məxsus xarakterik prinsipdir. Məsələn, yuxarıda voda sözünü nümunə 

gətirdik. Etimologiyaya görə voda sözünün “vodnıy” forması vardır. Ona görə də vada desək d, voda yazırıq, 

çünki sözün etimologiyası belədir. 

Orfoqrafiyada tarixi prinsip o deməkdir ki, sözü müasir dildə fərqli işlətsək də, tarixən necə yazılıbsa, 

yəni əcdadlarımız yazdıqları kimi yazırıq. Məsələn, kovo, çevo dediyimiz halda nə üçün belə yazmırıq? 

Çünki əcdadlarımız koqo, çeqo formasında yazmışlar. Şerba öz çıxışında fransız, ingilis, alman dillərindən 

nümunələr gətirərək fikrini aydınlaşdırmışdır. 

Dördüncü prinsipi ideoqrafik prinsip adlandırmış və nümunələrlə sübut etmişdir ki, orfoqrafiyada 

müəyyən işarələrin qoyulması, yazılması hansısa bir mənanın əks olunması deməkdir. Məsələn, noçь 

sözündə yumşaqlıq işarəsinin (miyakqiy znak) yazılması tələffüzü normalaşdırır. İdeoqrafik prinsipin 

mahiyyəti ondan ibarətdir ki, işarələr səslərdən yan keçərək, bilavasitə məna ilə assosiasiya edilir. 

Y.V.Şerba məruzəsində orfoqrafik prinsipləri aydınlaşdırdıqdan  sonra bu prinsiplərin sosial 

önəmindən danışmışdır. Məruzəçi bu prinsiplərin sosial əhəmiyyətini çox gözəl açıqlamış və demişdir ki, 

orfoqrafiya prinsiplərinin sosial əhəmiyyətindən ona görə danışıram ki, mahiyyətcə dil sosial hadisədir, 

insanlar arasında təmasa (ünsiyyətə-R.Q.) xidmət edir, qrupları birləşdirir, yazı isə... bəlkə də dildən daha 

çox sosialdır. Odur ki, fonetik prinsip ən sadə, demokratik prinsipdir, əlifbanı öyrən, danışdığın kimi yaz. 

Lakin burada bir “amma”  var. “Danışdığın kimi yaz” prinsipinə əsaslansaq, hərə dediyi kimi yazar. Ona 

görə də əhəmiyyətli prinsip olsa da, sözlərin hamsını bu prinsipə uyğun yazmaq olmaz. 

Etimoloji prinsipin sosial əhəmiyyəti ondan ibarətdir ki, əcdadlarımıza ehtiramı ifadə edirik. 

Orfoqrafiyada tarixi prinsip aydın şəkildə keçmişlə əlaqə əhəmiyyətinə malikdir. İdeoqrafik prinsip düzgün 

tələffüzə xidmət edir. Məruzəçi türk xalqları üçün ən düzgünü fonetik və etimoloji prinsiplərin kombinə 

edilməsini məsləhət görür. Həmçinin fonetik prinsipə həddindən artıq alüdə olmamağı tövsiyə edir. 

Bundan sonra türk və tatar dillərində məruzələr dinlənilir. Y.V.Şerba orfoqrafiyanın prinsiplərini və bu 

prinsiplərin sosial əhəmiyyətini çox geniş şəkildə açıqlasa da, türk dillərindən nümunələr göstərmirdi. Bəhs 

etdiyi orfoqrafiya və orfoepiya məsələlərinə aid nümunələri rus, alman və fransız dillərindən gətirirdi. Bu 

baxımdan, Y.Jirkovun məruzəsi daha çox maraq doğurur.  Y.Jirkov çıxışına məhz bu cəhəti vurğulamaqla 

başladı və məruzəsində yalnız türk xalqlarının orfoqrafiyasının çatışmazlıqlarını açıqladı, onların səbəblərini 

və həlli yollarını göstərdi. O, məruzəsində ilk olaraq qeyd etdi ki, “professor Şerba, əlbəttə, orfoqrafiyanın 

türk dillərinin əlahiddə xüsusiyyətlərini təşkil edən bəzi məsələlərinə toxuna bilməzdi. Bu sahədəki bəzi 

ağrılı nöqtələr mənə bəllidir. Məncə, ən ağrılı nöqtə türk dilinə daxil olan külli miqdarda ərəb sözlərinin 

düzgün yazılışı məsələsidir.  Tutalım, biz bütün türk sözlərini sadə, dəqiq və asan ifadə etməyə imkan verən 

çox yaxşı yazı sistemləri, son dərəcə mükəmməl əlifba qəbul etdik. Bununla biz hələ bütövlükdə türk 

orfoqrafiyasının bütün məsələlərini həll etmiş olmuruq, çünki iqtibas edilmiş ərəb elementləri və türk dilinə 

nüfuz edən çoxlu digər əcnəbi  elementlər də qalmaqdadır”. (2, s.156) Y.Jirkov bu çətinlikdən qurtarmağın 

yolunu çox düzgün olaraq göstərir və qeyd edir ki, sinharmonizm (ahəng qanunu-R.Q.) sayəsində nizamlı, 

düzgün türk orfoqrafiyasını bərqərar etmək son dərəcə asan olacaq: əlifbada kifayət qədər işarənin olması bu 

məsələni lazımi adıcıllıqla həll etməyə imkan verər.  Məruzəçi burada vacib bir məsələni də nəzərə çatdırır 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə