Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə11/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   7   8   9   10   11   12   13   14   ...   243

19 

 

MƏHƏRRƏM МƏMMƏDLİ 



Filologiya üzrə elmlər doktoru, professor 

Bakı Dövlət Universiteti 

 

I TÜRKOLOJİ QURULTAYINDA ALTAY DİLLƏRİ MƏSƏLƏSİ 



 

Açar sözlər: Ural-Altay, genetik, tipoloji, türk, monqol, tunqus-mancur 

 

Issues of Altay languages in the 1st Turkological Congress 



The article deals with the theoretical problem of Ural-Manchurian languages after the 1st 

Turkological Congress. 

Key words: Ural-Altay, genetic, typological, Turkic, Mongolian, Tungus-Manchurian 

 

Türk dillərinin mənşəyi, dünya dilləri arasında mövqeyi ilə bağlı yaranmış «Ural-Altay» və «Altay 



dilləri» nəzəriyyələri meydana çıxdığı dövrdən indiyə qədər türkologiyanın başlıca problemləri sırasında 

qalmaqdadır. XX yüzilliyin əvvəlrərinə qədər bu istiqamətdə tədqiqatlar geniş vüsət aldığından Birinci 

Türkoloji Qurultayda da bu problem müzakirə obyektinə çevrilmişdir. Qurultayda tanınmış türkoloqlar 

A.Qenko, N.Poppe və B.Çobanzadənin məruzələri türk dillərinin bir-biri və monqol, tunqus-mancur, fin-

uqor, yafəs dilləri ilə qohumluq əlaqələrinə həsr olunmuşdur. 

Altayşünas alim N.Poppenin «Altay dillərinin qarşılıqlı qohumluğu haqqında məsələnin müasir 

mövqeyi və tarixi» adı məruzəsində Ural-Altay nəzəriyyəsinin yaranması, tarixi inkişafı və XX yüzilliyin 

əvvəllərindəki tədqiq səviyyəsi və problemin inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. «Ural-Altay» və 

«Altay dilləri» nəzəriyyələrinə çoxlarının şübhə ilə yanaşdığı və ya fərziyyə hesab etdikləri bir dövrdə bu 

problemin qurultayın gündəliyinə salınması, altayşünas alim N.Poppenin bu mövzuda ətraflı məruzə etməsi 

və buna dair qətnamənin qəbul olunması tədqiqatçılarda Altay dillərinin qohumluğuna inamı artırmış, 

problemin yeni metodlarla tədqiqinə təkan vermişdir.  

Altay dillərinin müqayisəli öyrənilməsində iki əsas dövr fərqləndirilir. Birincisi, Ural-Altay dövrüdür 

ki, bu dövr ərzində Altay dilləri ayrı-ayrı qruplar şəklində deyil, vahid böyük dil ailəsinin üzvləri olmuşdur. 

Ural-Altay dillərinin qohumluğu ideyası XVIII əsrdə İ.F.Stravlenberq tərəfindən qoyulub. Onun məşhur 

«Avropa və Asiyanın şimal-şərq hissəsi» adlı əsəri çap olunandan sonra bu nəzəriyyənin tədqiq dairəsi 

genişləndirilmişdir. İ.T.Stralenberq ümumi tatar dili adı altında xalqların dillərini birləşdirərək 6 qrupda 

onların ilk təsnifatını vermişdir: 

1) uyğurlar qrupu – burada fin-uqor, barabin və hun xalqları nəzərdə tutulur;  

2) türk-tatar qrupu;  

3) samodi qrupu. 

4) monqol və mancurlar qrupu;  

5) tunquslar qrupu;  

6) Qara və Xəzər dənizləri arasında yaşayan tayfalar qrupu.  

N.Poppenin qənaətinə görə, İ.Stralenberqin təsnifatı sonrakılarla uyğunlaşmır, çünki təsnifatında elə 

xalqları birləşdirib ki, onlar müxtəlif qruplara aid edilməlidir. Doğrudan da, sonrakı tədqiqatlar nəticəsində, 

ümumi xüsusiyyətlərinə görə, fin-uqor samodi xalqları ilə, uyğurlar türk xalqları ilə, mancurlar tunqus 

xalqları ilə bir qrupda birləşdirilmişdir.  

İ.Stralenberqdən 100 il sonra Danimarka alimi R.Rask tərəfindən Ural-Altay dillərinin qohumluğu 

məsələsi yenidən qaldırıldı. O, bu dilləri «skif dilləri» adlandırır və onların sırasına Qrenlandiya, Amerikanın 

şimal hissəsi, Asiya və Avropa xalqlarının dillərini, İspaniyanın və Qalliyanın Hind-Avropa xalqlarının 

dillərini daxil edir.  

R.Raskın «skif dilləri» nəzəriyyəsi ilə M.Müllerin «Turan dilləri» nəzəriyyəsi üçt-üçtə düşür, lakin 

problemin qoyuluşuna görə bir-birindən fərqlənir. M.Müllerə görə Ural-Altay dilləri qrupuna siyam, Tibet, 

Cənubi Hind və Malay Arxipelağı dilləri aiddir. M.Müllerin özünə də bu dillərin bir-biri ilə qohumluq 

əlaqəsi zəif görünür və nəticədə «turan dilləri ailəsi» termininə ehtiyatla yanaşır, «turan dilləri qrupu» 

terminini uyğun sayır. Buna görə də turanizm çox məşhurlaşmamış və özünə çox az tərəfdar tapmışdır.  

N.Poppe «skif və turan dilləri» nəzəriyyələrinin əhəmiyyətini qeyd etsə də, nöqsanlarını da göstərir. 

Nöqsanların olması obyektiv səbəblərlə əlaqələndirilir və bu dillərin tarixinin, eləcə də dil xüsusiyyətlərinin 

monqol dili istisna olmaqla, tam öyrənilməməsi ilə izah edir.  

Alman alimi V.Şott və onun müasiri fin alimi M.Kastren Ural-Altay nəzəriyyəsinin qülləsi hesab 

olunur. Bütün ömrünü Ural-Altay dillərinin tədqiqinə həsr edən M.Kastrenin tədqiqatı bu dillərin 

qohumluğunu iddia edən sələflərinin və müasirlərinin əsərlərindən fərqlənir. O, tədqiqatını xalq şivələrinin 



20 

 

materialları əsasında aparmışdır. M.Kastrenin fikrinə görə, Hind-Avropa dilləri ilə müqayisədə Ural-Altay 



dilləri arasındakı oxşarlıq zəifdir. Lakin fin, samodi və türk dilləri arasındakı uyğunluqlar müqayisə oluna 

bilər. M.Kastren Ural-Altay dillərinin tərkibini fin, samodi, türk, monqol, tunqus dillərini daxil edərək, 

müqayisəli tədqiqatını fin-uqor və samodi dillərinin qohumluğu məsələsinin həlli ilə yekunlaşdırır.  

Ural-Altay dil ailəsinə yapon dilinin daxil edilməsinə münasibət müxtəlifdir. Bu baxımdan N.Poppe 

M.Kastrenin fikrinə üstünlük verərək, yapon dilinin bu dil ailəsinə daxil edilməsini əsassız sayır, uzun illər 

araşdırmaların M.Kastrenin verdiyi tərkib üzərində aparıldığını xüsusi vurğulayır.  

Ural-Altay müqayisəli dilçiliyin inkişafında V.Şottun tədqiqatlarının böyük əhəmiyyəti vardır. O, 

Ural-Altay dillərinin lüğət tərkibindəki və morfoloji quruluşundakı uyğun xüsusiyyətləri aşkara çıxarmışdır. 

V.Şott fin-uqor dillərini qohumluq əlaqələrinə görə, fin və yaxud «çud» ailəsinə mənsub etmiş, «tatar» adı 

altında birləşmiş türk, monqol və tunqus dillərini onlara qarşı qoyur. Türkoloqların əksəriyyətinin fikrincə, 

V.Şott və M.Kastren dövründə Ural-Altay qrupu iki yarımqrupa bölünür. Tədqiqatçılar bir tərəfdən türk, 

monqol və tunqus dillərini, digər tərəfdən isə fin-uqor və samodi dillərinin qarşılıqlı münasibətlərini 

aydınlaşdırmağa çalışmışlar. N.Vinkler və bəzi tədqiqatçılar tunqus dillərini fin-uqor və samodi dilləri ilə 

əlaqələndirir və mancur dilini bu dillər ilə yapon dili arasında keçid hesab edərək, Ural-Altay dillərini-

samodi, fin-uqor, tunqus, yapon və türk-monqol qruplarına ayırırlar. Bu cür mülahizələr yarandığı dövrdə 

alimlər tərəfindən tənqidə məruz qalmış və N.Poppe də məruzəsində bunun əleyhinə çıxış edərək, tunqus 

dillərinin türk və monqol dillərinə yaxın olmasını əsaslandırmışdır. Müasir dövrdə aparılan araşdırmalar 

N.Poppenin fikirlərinin doğruluğunu təsdiqləyir.  

Bundan sonra Ural-Altay dilçiliyi tarixində ikinci dövr – Altay dövrü başlanır. Bu dövrdə türk, 

monqol, tunqus-mancur dillərinin qohumluğu ilə bağlı «Altayşünaslıq» nəzəriyyəsi meydana çıxır. 

Altayşünaslığın ilkin mərhələsində türk dillərinə və dialektlərinə aid kifayət qədər material toplanır, lakin 

monqol və tunqus danışıq dilləri zəif öyrənildiyindən, bu dillərin qohumluğu haqqında qəti fikir söyləmək 

qeyri-mümkün olmuşdur. Buna görə də, N.Poppe məruzəsində ilk altayşünas alimlərin fəaliyyətini qeyri-kafi 

qiymətləndirir. Məruzədə Altay dillərinin əlaqələrinə dair tədqiqatların üç istiqamətdə aparılması tövsiyə 

olunur: 1) türk-monqol əlaqələri; 2) monqol-tunqus əlaqələri; 3) türk-tunqus əlaqələri.  

Türk-monqol qohumluq münasibətlərinin müəyyənləşdirilməsində monqol dilinin ləhcələrinin 

öyrənilməsinin mühüm əhəmiyyəti vardır. Bu ləhcələrin tədqiqində Q.Ramstedtin rolu xüsusi qeyd 

edilməlidir. Q.Ramstedtin müvəffəqiyyətlərindən biri də monqol və türk dilləri arasında rotasizm və 

lambadizm hadisələrini düzgün işıqlandırmasıdır. Altay müqayisəli dilçiliyində monqol dilinin türk dilinə, 

çuvaş dilinin hər iki dilə münasibəti müxtəlif şəkildə izah olunur. Y.Nemet türk, monqol və çuvaş dillərinin 

tarixində 4 əsas mərhələ qeyd etmişdir: 1) ibtidai qohumluq dövrü; 2) çuvaş-monqol dillərinin qarşılıqlı təsir 

dövrü; 3) tatar-monqol dillərinin qarşılıqlı təsir dövrü; 4) monqol dilindən alınmış sözlərin yakut dilində 

işlənməsi dövrü.  

Monqol və çuvaş dillərindəki «r» və «l» səslərinin türk dillərindəki «z» və «ş» səslərinə uyğunluğu 

Y.Nemetin fikrincə, bu dillərin birgə inkişafının nəticəsidir. Alim güman edir ki, monqol və türk dillərinin 

vəhdəti dövrünün ardınca, monqol-çuvaş dillərinin vəhdəti dövrü başlanır. Bir sıra türkoloqlar kimi, N.Poppe 

də bu fikrə etiraz edərək bildirir ki, çuvaş dilinin fonetikası və morfologiyası türk dilləri kimi inkişaf yolu 

keçmişdir. 

Buna görə də monqol-türk-çuvaş dillərinin vəhdəti dövrünün ardınca monqol-çuvaş deyil, türk-çuvaş 

dillərinin vəhdəti meydana çıxmışdır. Digər tərəfdən monqol və çuvaş dilləri arasında elə bir yaxınlıq tapmaq 

olmaz ki, bunun əsasında bu dillərin birgə inkişafını təsdiq etmək mümkün olsun. Sonda N.Poppe 

Q.Ramstedtin fikrinə üstünlük verərək, türk və çuvaş dillərinin ulu dilin iki şivəsi – r, l şivəsi və z, ş şivəsi 

kimi tanındığı qənaətinə gəlir.  

Altay dilləri arasında tunqus dillərinin mövqeyi mübahisəlidir. Bəzi alimlər tunqus dillərini türk və 

monqol dilləri ilə qohum hesab etsə də, bəziləri bunu inkar edirlər. Monqol dili ilə müqayisədə türk və 

tunqus dilləri arasındakı fərqlənmələrin üstünlüyü alimlərdə bu dilin Altay dilləri ilə qohumluğunda şübhələr 

yaradır. Bu fərqlər tunqus dillərinin Altay dil ümumiliyindən ayrılan ilk dil olması ilə izah oluna bilər ki, 

tədqiqatçılar bu ayrılmanı e.ə. V-IV minilliyə aid edirlər.  

Uzun əsrlər boyu tunqus dilləri müstəqil şəkildə inkişaf etmiş, müxtəlif dillərin təsirinə məruz qalmış-

dır. Bu baxımdan dillərin müasir səviyyəsində fərqlərin çoxalmasını təbii qəbul etmək lazımdır. N.Poppenin 

məruzəsində belə bir mühakimə də yürüdülür ki, tunqus dili türk dilindən daha çox monqol dilinə yaxındır. 

Monqol və tunqus dillərinin bəzi fonetik uyğunluqları bu fikri söyləməyə əsas verir. İkinci mühüm əlamət ki-

mi tunqus dili monqol dilinə nisbətən qədim hesab edilir. Sonda belə bir nəticə çıxarılır ki, tunqus dili türk və 

monqol dilləri ilə qohumdur və onlarla birlikdə bir ulu dilə mənsubdur. Məruzənin sonunda altayşünaslığın 

nailiyyətləri qarşıda duran vəzifələri, xüsusilə tunqusşünaslığın gələcək problemləri şərh olunur.  



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə