33
bir dilin dialektləri və şivələridir.“Başqa dil ailələri ilə müqayisədə türk dilinin dialekt və şivələri o qədər
yaxındır ki, hətta slavyan və german qrupları arasında belə yaxınlıq yoxdur".
Onun şəxsi müşahidələrinə görə, təkcə ədəbi dil səviyyəsində deyil, iqtisadi və başqa amillər
nəticəsində bəzi coğrafıyalarda danışıq dili və dialektlərin yaxınlaşması prosesi gedir. Deməli Bakıda
keçirilən birinciTürkoloji qurultayın yekun ümumi nəticəsi olaraq, yuxarıda qeyd etdiklərimizi də nəzərə
alsaq deyə bilərik ki; türklər üçün ümumi ədəbi dil yaratmaq mümkündür. Əvvəldən türk ləhcələri arasında
danışıq dilləri səviyyəsində anlaşma olub, indiki iqtisadi, siyasi, mədəni əlaqələrin, nəqliyyat və başqa
kommunikativ vasitələrin artdığı, məktəb-təhsil şəbəkəsinin əvvəlki dövrlərlə müqayisədə daha da
çevikləşdiyi bir zamanda ümumi dil ideyasını həyata keçirmək olar. Həqiqətən bu gün türklər arasmda ortaq
bir ünsiyyət dili yaratmaq olar, bunun üçün elə də ciddi maneələr yoxdur. Sadəcə, görüləsi və yerinə
yetirilməli olan işlər çoxdur. Əvvəllər buna həm “obyektiv”, həm də “subyektiv” maneələr var idisə, bu gün
deyərdim ki, tək problem subyektiv maneələrdir ki, bunun da çıxış yolu özümüzdədir.
Türk xalqları arasında ortaq ünsiyyət vasitəsinin yaradılmasına zaman lazımdır. Lakin bu məsələni
zamanın axarına etibar etmək də məqbul çıxış yolu kimi nəzərdən keçirilə bilməz.
İstənilən halda türklər üçün ədəbi dildən danışanda, təbii olaraq ilk ağla gələn mövzu da məhz tarixən
var olan böyük bir millətin bugünkü gündə danışa biləcəyi bir ortaq dilyaradılması məsələsidir. Çünki,ortaq
ünsiyyət dili məsələsi hər zaman öz aktuallığı ilə əhəmiyyət kəsb etmişdir.
Ədəbiyyat
1.
Babayev A, “Bəkir Çobanzadənin yeni Azərbaycan əlifbası və orfoqrafıyası uğrunda mübarizəsi”, Bakı-1998,
2.
Bakıda keçirilən Türkdilli xalqların Birinci Türkoloji Qurultayının Stenoqram hesabatı, 26 fevral-5 mart 1926,
3.
Tofıq Hacıyev, “Türklər üçün ortaq ünsiyyət dili”, “Təhsil yayınları”, Bakı 2013
4.
Самойлович Ф. Новый турецкий алфавит: /Письмо из Азербайджана/ //Новый Восток. –М., 1924, № 5
5.
Чобанзаде Б. Тюркологический съезд: /Резюме доклада прочитанного на заседании Тюркологической секции
Общества/ // Изв.Об-ва обследования и изучения Азербайджана. 1925, № 1
ŞƏLALƏ ƏLİYEVA
Bakı Dövlət Universiteti
I BAKI TÜRKOLOJİ QURULTAYINDA ƏRƏB ƏLİFBASINDAN LATIN
ƏLİFBASINA KEÇİD MƏSƏLƏSİ
Açar sözlər: I Türkoloji qurultay, Azərbaycan dili, əlifba məsələləri, ərəb qrafikası, latın qrafikası
Question on transition from the Arabian on the Latin alphabet on
the 1st Turkology Congress
National democrats even in existence of the Azerbaijan Democratic Republic suggested passing from the
Arabian to the Latin alphabet. In connection with transition to the Latin alphabet, the Azerbaijan Republic, at the same
time, aspired to go on a uniform way with Turkish Republic. And not casually that the Azerbaijani nationalists wishing
in due time to replace the Arabian alphabet by Latin letters, during Soviet time have refused the itself idea. In actually
the nationalists were excited with not so much transition to the Latin graphic, how many a confluence of extreme
measures under cover of transition to the Latin alphabet, dissociation of the nations, and further – transformation into
the tool for transition to Cyrillics.
Key words: 1st Turkological Congress, the Azerbaijani language, alphabet questions, the Arabian way of
writing, the Latin way of writing
19-cu əsrin ortalarından M.F.Axundovla başlayan və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan
sonra yeni vüsət alan yeni əlifba ideyası, 1926-cı il fevralın 26-dan martın 6-a qədər davam edən Birinci
Beynəlxalq Türkoloji qurultayda müzakirə edilərək, qurultayın 4 mart tarixli 13-cü iclasında səsverməyə
qoyuldu. Bu tarixi səsvermə nəticəsində 101 nəfər latın əlifbası tərəfdarlarının təklifinə, 7 nəfər ərəb əlifbası
tərəfdarlarının təklifinə səs verdi, 9 nəfər isə bitərəf qaldı və beləliklə də, latın əlifbasının bütün Türk-tatar
respublikalarında tətbiq edilməsi yolunda çox ciddi bir qərar qəbul edildi: "Yeni türk (latın) əlifbasının ərəb
əlifbası və islah olunmuş ərəb əlifbası üzərində üstünlüyünü və texniki asanlığını, eləcə də ərəb əlifbası ilə
müqayisədə yeni əlifbanın mədəni-tarixi və tərəqqi baxımından böyük əhəmiyyətini nəzərə alaraq, qurultay
yeni əlifbanı qəbul edir və onun həyata keçirilmə yollarını hər bir türk-tatar respublikasının öz öhdəsinə
buraxır". Qurultay, bu məsələdə çox uğurlu işlər görmüş Azərbaycanın təcrübəsindən istifadə etməyi də türk-
34
tatar və başqa xalqlara tövsiyə etmişdi. Bu qurultaydan sonra, təxminən, 1 il ərzində, demək olar ki, türk-
tatar xalqlarının yaşadıqları bütün ərazilərdə yeni əlifbanın həyata keçirilməsi üçün yerli əlifba komitələri
yaradılmışdı. Fərhad Ağazadə və latin əlifbasina keçid Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin
yaranması Qurultay başa çatdıqdan bir gün sonra, Səməd Ağamalıoğlunun təşəbbüsü ilə, qurultayda latın
əlifbası lehinə səs vermiş türk-tatar xalqları nümayəndələrinin ayrıca bir xüsusi iclası keçirildi və yeni
əlifbanın ümumittifaq miqyasda həyata keçirilməsi prosesinə təkan vermək və bunu tənzimləmək məqsədilə,
bir mərkəzi təşkilatın yaradılması vacibliyi haqqında fikir meydana çıxdı. Belə bir təşkilatın yaradılmasına
qədər bu funksiyanı, bu sahədə ilk addım atmış və xeyli təcrübəsi olan AYTƏK-in həyata keçirməsi
planlaşdırıldı. Lakin tezliklə bu məsələ ilə köməkçi bir iş kimi yox, xüsusi bir iş kimi məşğul olacaq təşkilata
ehtiyac bütün ciddiliyi ilə duyulmağa başladı. 1927-ci il fevralın 13-də Moskvada SSRİ MİK-nin sessiyası
keçirilirdi. Sessiyada SSRİ ərazisində yaşayan türk-tatar xalqlarının nü-mayəndələrinin də iştirak etdiyindən
istifadə edən Səməd Ağamalıoğlu, onların iştirakı ilə ayrıca bir toplantı keçirir və yeni əlifba hərəkatının
Ümumittifaq miqyasda həyata keçirilməsi prosesini tənzimləmək məqsədilə xüsusi bir təşkilat yaratmağı
təklif edir. S.Ağamalıoğlunun bu təklifi müsbət qarşılanır və elə oradaca bu işlə məşğul olmaq üçün onun
sədrliyi ilə 7 nəfərdən ibarət xüsusi komissiya yaradılır. Komissiya türk-tatar xalqlarına yaşadıqları yerlərdən
öz xüsusi namizədlərini irəli sürmələri barədə müraciət edir. Təxminən 2 ay müddətində namizədlərin
siyahısı toplanır və 39 nəfərdən ibarət komitə heyəti müəyyənləşdirilir. Nəhayət, SSRİ MİK-nin 11 may
1927-ci il tarixli sərəncamı ilə yeni əlifba hərəkatının Ümumittifaq miqyasda həyata keçirilməsini tən-
zimləmək məqsədilə Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsi (ÜMYTƏK) yaradıldı və Səməd
Ağamalıoğlu bu komitənin sədri seçildi. Komitənin əsas nümayəndəliyi Moskvada yerləşsə də, sonralar
1928-ci ilin may ayının 1- dən etibarən komitə Bakıya köçürüldü.
I Türkoloji qurultayda türk xalqlarının tarixini öyrənməklə bağlı qəbul olunmuş qətnamədə
monoqrafik tədqiqatları gücləndirməyin lazımlı olduğu da nəzərə alınmışdır. Çağdaş türkologiyamızın
qarşısında da monoqrafik tədqiqatlara xüsusi diqqət yetirmək kimi vacib tələblər durur. Hər bir xalq öz
tarixini, tarixi, mədəni irsini bilməlidir və buna borcludur. Hazırda bütün dünyada insan təfəkkürü inkişaf
edir, elmin, texnikanın tərəqqisi baş verir. Ancaq bu qloballaşmada xalqlar öz milli irsini qoruyub
saxlamalıdır.
Bütün türkdilli ölkələrdə ümumi türk tarixinin, mədəniyyətinin tədrisi həyata keçirilməlidir. Bunun
üçün hər şeydən əvvəl, türk xalqlarının tarixi yazılmalıdır. Bu iş ayrı-ayrı tarixçilərin fərdi fəaliyyət dairəsinə
çevrilməməlidir. Əksinə, tanınmış tarixçilərin birgə fəaliyyəti ilə, koordinasiya olunmaları ilə, koordinasiya
şurasının nəzarəti ilə həyata keçirilməlidir. Fakt ondan ibarətdir ki, türk xalqlarının tarixini öyrənən
tarixçilərin koordinasiyası yoxdur. Bu isə ümumi məqsədin, amalın nədən ibarət olması işinə böyük əngəl
törədir. I Türkoloji qurultayda B.Çobanzadənin “Türk ləhcələrinin yaxın qohumluğu”, N.N.Poppenin “Türk
dillərinin altay dilləri ilə qohumluq əlaqələrinin tarixi və müasir vəziyyəti”, A.Qenkonun “Türk dillərinin
yafəs dilləri ilə əlaqələri” məruzələri geniş müzakirə obyekti olmuşdur. Qəbul olunmuş qətnamələr çağdaş
türkologiyamızın qarşısında duran ən vacib məsələlərdən hesab oluna bilər. (1. s 36)
I Türkoloji qurultayda orfoqrafiya ilə bağlı L.V.Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və onların
ictimai mahiyyəti”, L.İ.Jirkovun, Q.İbrahimovun, Ş.Raximinin, A.B.Baytursunun məruzələri dinlənilmişdir.
Məruzələrin müzakirəsindən sonra qəbul olunmuş çağdaş türkologiyamız üçün də aktual olan bəzi
qətnamələrə diqqət yetirək
a) mədəni dillərdə düzgün yazmaq üçün dörd elmi prinsipdən istifadə olunur: fonetik, morfoloji,
etimoloji, tarixi-ənənəvi prinsiplər.
b) latın əlifbası orfoqrafiyanı tənzimləmək üçün daha əlverişli şərait yaradır. Hazırda türk xalqlarının
hamısı latın qrafikalı əlifbadan istifadə etmir. Deməli, türk xalqlarının hamısının latın qrafikalı əlifbaya
keçməsi olduqca vacibdir. Ona görə ki, səmərəli surətdə düzgün yazmaq üçün, vahid fonetik transkripsiyaları
təşkil etmək üçün latın əlifbası mühüm rol oynayır.
I Türkoloji qurultayda bu mövzuda N.Tyuryakulovun, U.Aliyevin, B.Berdiyevin məruzələri
dinlənilmiş və qətnamə qəbul olunmuşdur:
a) latın qrafikalı əlifba texniki cəhətdən ərəb əlifbasından mükəmməldir. Türk xalqlarının hər biri latın
qrafikalı əlifbanı həyata keçirmək işini fəallaşdırmalıdır. Açığı deyək ki, bu istiqamətdə Türkiyəni və
Azərbaycanı çıxmaqla yerdə qalan türk respublikaları və muxtar qurumları latın əlifbasının mütərəqqi
mahiyyətinə nüfuz edə bilməmişlər. Halbuki ortaq əlifbanın yaradılması ilə bağlı düşünməli, daşınmalı və
ortaq fikrə gəlinməlidir. Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də, digər türkcələr də bir kökə bağlıdır.
Amma eyni kökdən olan bu dillərin də sabitləşmiş fərqli özəllikləri vardır. Günün tələbi, zamanın istəyidir
ki, bu dillər bir-birinə daha yaxın olsun, daha artıq ortaqlaşsın. Elə olsun ki, aralarındakı ən uzaq məsafələrə
baxmayaraq, bu dildə danışanların hər biri digər qardaşının dilində çap olunmuş qəzeti, kitabı oxuyarkən