55
gəlir. İnsan yaşayır, çalışır, bu kiməsə pis görünür, kiməsə yaxşı. İnsan etdiyini yaxşı –
düzgün hesab edərək edir. İctimai əxlaqa qarşı pis hərəkət edilməməsi üçün mühitin
insanı onu pozmağa yönəltməməsi və əxlaqın icrasına güclü qanuni və ictimai nəzarət
olduqda insan onu aşkar pozmayacaq. Pis və yaxşı subyektiv fikirdir, bu mövqədən insan
xalis yaxşı və ya xalis pis hərəkət etmir. Elə bir metod yoxdur ki, insanın hərəkətini
obyektiv, bütün tarix üçün olçsün. Onun hərəkəti nə qədər yaxşıdırsa, o qədər pisdir və ya
əksinə. Az yaxşı olan, az da pisdir. Məhdudlaşdırıcı əks təsir zəyif olduqda, onun üçün
fərqi yoxdur- bu hərəkət pis, yaxud yaxşı adlandırılacaq, o zərurət hiss etdiyi işi edəcək.
Reallıqda nə pis, nə yaxşı hərəkət var. Pis və yaxşı hərəkətlər, insan fikrincə, əbədidir və
müəyyəndir, lakin hədlərini azaltmaq olar.
İnsan günahlarını yumaq üçün sitayiş etməlidirmi?
- Xeyr, günah sitayişlə yuyula bilməz. Günah əgər insana və onun əmlakına qarşı
edilibsə, həmin insanı razı sala bilən ödəmələr edilməli, xahişlər, üzrxahlıq edilməlidir,
ancaq həmin insan bağışlasa “günah yuyula” bilər. Əks halda günah hissi və nifrət hissi
insanı ağır cəzalandıracaqdır. Günah başqa insana qarşı edilən ümumi bəşəri əxlaq
mövqeyindən qeyri -düzgün hərəkətdir, başqa bütün qeyri - düzgün hərəkətlər (maddi
zərərə, zədələnməyə, nüfuzun aşağı düşməsinə, zəyifləməyə gətirən) səhv adlanır.
Sitayışlər insanın psixi sakitliyi üçün tapılmış bir üsuldur. .. Bunun üçün daha səmərəli,
qeyri - sitayiş metodları – meditasiya, özünü təlqin var. Lakin sitayış insanın günahını
hec cürə yuya bilməz, yeni günahları stimullaşdıra bilər. Dinlərin belə səhv məsləhəti
arsız insanlar yetişdirir. İnsanların məhz əxlaqa etinasız yanaşmalarının səbəbi məhz belə
məsləhətdir. Teist dinlər nə üçün belə səlahyyətsiz məsləhət verirlər? Bunun səbəbi odur
ki, onlar Allah anlayışını və bu məsələnin həllini bilmirlər, sitayiş vasitəsilə dindarlığı
qoruyub saxlayırlar. Daha qədim dinlərdə belə məsləhətlər yox idi. Günahlardan xilas
olmağın yeganə yolu onu etməmək, başqasının haqlarına hörmət etməkdir, səhvən
etdikdə isə həmin insana əvəzini ödəmək, boynuna almaq və bağışlanmasını xahiş
etməkdir. Bu yalnız vicdanlı insanın davranışıdır və ona sitayiş tələb olunmur. Vicdansız
isə dəfələrlə günah edəcək və yalandan sitayişlə özünü günahını yumuş hesab edəcəkdir.
Günahını reallıqda yumaq haqda düşünməyəcəkdir. Göründüyü kimi dinlərin sitayişlə
günahı yumaq üsulu məntiqsizdir və insan icması üçün zərərlidir və insanların daha çox
günah işlətməsini stimullaşdırır.
3.1 Dünyanin və hadisələrin sistem xassəsindən doğan qanunlar
Piramida modeli
Müxtəlif sistemlərin: kainatın, cisimlərin, ulduz sistemlərinin ,Yerin, hadisələrin sistem
quruluşu - pilləvari hissələrə bölünə bilməsi, hər hissənin avtonom bütövlüyə malik
olması və biri - birinə bağlı olması, onları müxtəlif cür təsəvvür və dərk etmə modelləri
kimi qəbul etməyə imkan verir. Məhz belə təsəvvür etmə, reallığı anlamağa çox kömək
edir. Belə bir paradiqma üçün piramida çox yaxşı yarayır. Piramida olaraq həm düzgün
piramida həm də kəsik piramida nəzərdə tutulur. Piramidanın bir xüsusiyyəti, tildən
oturacağa ketdikcə genişlənməsi və oturaçağa paralellər çəkildikdə ierarxik pillələrə
oxşaması bir çox qanunauyğunluqları əks etdirir.
Məsələn, bir neçə misalı qısa təsvir edək:
56
1. Sistem strukturu piramida ilə yaxşı təsəvvür oluna bilər. Təpə sistemdirsə, aşağı
ketdikcə onun elementləri yerləşir, hər pillədə hər element yenidən bölünür və alt
pillələrdə tərkib elementləri yerləşir.
2. Sosial statuslar-stratifikasiya : lap altda adi adamlar, yuxarı ketdikcə pillələrdə daha
qabiliyyətli, vəzifəli adamlar yer tutur, lap başda ən yüksək sosial statuslu kral -
rəhbər durur.
3. Temperamentlər də piramida şəklində quruluşa malikdir.
4. Ehtiyaclar ierarxiya piramidası.
5. Sosial inqilablar piramidası. Sosioloq Sorokinin nəzəriyyəsinə görə piramidada
insanlar yuxarıya doğru və horizontal hərəkətdədirlər.(BEKM 2002) Hər pilləyə
çıxan adamlar arasında bərəbərləşmə tendensiyası baş verir, heç kəs durduğu
səviyyədə qonşudan geri qalmaq istəmir. Pramida yolu çox uzandıqda, yəni yuxarıda
qabiliyyətsiz adamlar toplaşdıqda, hansı ki aşağıda duran daha qabiliyyətli adamlara
öz yuxarı layiq olduqları yerə keçməyə imkan vermirlər, onda sosial inqilablar baş
verir və yerlər dəyişir.
6. Atom nüvəsinin parçalanması piramida formasında artan zəncirlərin birləşməsi kimi
təsəvvür oluna bilər.
7. İstənilən materialın stukturunda piramida quruluşu görmək olar; əgər bir atomdan
(molekuldan) ətrafa baxsaq, digər atomların piramida qaydasında yerləşdiyini
müşahidə etmək olar.
8. Piramidanı şeylərin, hadisələrin quruluşu kimi qəbul etmək daha məqsədəuyğundur.
Xüsusilə, tetraedr formalı piramida ən sadə mümkün olan piramidadır və şeyləri
analiz etdikdə onların elementlərini və əlaqələrini təsvir etmək üçün səmərəlidir.
Bunun 4 təpəsi 4 üzü var, ən az tərəfi və təpəsi olan fəza (həcmi olan) fiqurdur.
Dünyanı kip yığılmış piramidalar kimi təsəvvür edin. Orada piramidalardan əmələ
gəlmiş müxtəlif fiqurlar- sistemlər görəcəksiniz.
Səbəbiyyət prinsipi.
Dünyada bütün varlıqların və hadisələrin bir - biri ilə bağlanması, insanlarda bir
qaydanın mövcud olduğu fikrini yaradır. Reallıqda da bunu görürlər.
Səbəbiyyət prinsipi belə ifadə olunur : hər şey səbəblə əmələ gəlir, səbəbsiz heç nə baş
vermir. Səbəb məhz konkret varlığın, obyektin baxılan vəziyyətindən əvvəl onun
mühitlə və digər sistemlə baş verən əlaqələridir. Belə əlaqələr obyektin
yenidənqurulmasına və keyfiyyətinin dəyişməsilə, yəni yaşaması ilə nəticələnir.
Yəni hər bir yeni vəziyyət səbəblərin nəticəsidir .
Orta vəziyyət qanunu səbəbiyyət prisipini əsaslandıran izahlardan biridir. İnsan
tarixində qədimdən məqsədəuyğunluq prinsipi də müəyyən edilmişdir.
Dünyada məqsədəuyğunluq prinsipini Aristotel aşkar etmişdir, bunu sonralar teist din
nəzəriyyələri qəbul etdi və bunu əsas götürərək dini təlimə dünyanı ağıllı müdrik
Ruhun yaratdığını və idarə etdiyi fikrini əlavə etdilər. Bu haqda Deism dini nəzəriyyəsi
xəbər verir. Burada deyilir: “Allah hər şeyi istədiyi – yəni özünün hesab etdiyi
məqsədəuyğun formada yaratmış və belə - məqsədəuyğun idarə edir”. Lakin bu mövqe
kökündən səhvdir. Aşağıdakı izahlar buna əsas verir.
1) Məqsədəuyğunluq kimi görsənən nümunələr, şeylər, təbiət qanunlarının nəticəsidir.