Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə82/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   78   79   80   81   82   83   84   85   ...   98

Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
201
“Azərbaycan SSR-nin iqtisadi potensialının  İnformasiya bankının yara-
dılması haqqında” 1990-cı il 5 iyun tarixli 243 nömrəli qərarı ilə 1990-cı il 
sentyabrın 15-dək  İnformasiya bankının fəaliyyət göstərməsini nəzərdə 
tuturdu. Qəbul edilən qərara görə, respublikanın idxal və ixrac imkanlarına 
aid göstəricilər, qanunvericilik bazası  və ayrı-ayrı müəssisə  və  şirkətlərin 
xarici iqtisadi fəaliyyət haqqında zəruri məlumatlar toplanan fond yara-
dılmalı idi. 
 Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 19 iyun tarixli 260 
saylı  qərarı ilə  təsdiq edilən  Əsasnamədə qeyd olunurdu ki, komissiya öz 
fəaliyyətini Azərbaycan SSR Konstitusiyasına, ittifaqın digər qanun və 
hüquqi aktlarına və bu Əsasnaməyə görə qurur. Komissiyanın qarşısına 
aşağıdakı vəzifələr qoyulmuşdu: 
- Azərbaycan SSR-in xarici ölkələrlə xarici iqtisadi və elmi-texniki 
əlaqələrinin inkişaf proqramının işlənilib hazırlanması, idxal və ixrac mal-
larının strukturunun təkmilləşdirilməsi, valyuta ehtiyatından səmərəli isti-
fadə edilməsi; 
- xarici iqtisadi fəaliyyətin  əsaslı surətdə yaxşılaşdırılması  və 
səmərəliyinin artırılması üçün tədbirlərin həyata keçirilməsi, xarici ölkələrlə 
ticarət-iqtisadi, valyuta-maliyyə  və elmi-texniki əlaqələrin daha da təkmil-
ləşdirilməsi və yaxşılaşdırılması; 
- respublikanın ixrac potensialının genişləndirilməsi, malların keyfiy-
yəti və rəqabət qabiliyyətinin, valyuta daxil olmalarının artırılması; 
- qonşu dövlətlərlə - İran və Türkiyə ilə birbaşa  əlaqələrin, birgə 
istehsalatın və  sərhədyanı ticarətin inkişaf istiqamətlərinin, xarici ölkə 
şirkətləri və təşkilatları ilə birgə müəssisələrin yaradılması sahəsində təklif 
və tövsiyələrin işlənib hazırlanması; 
- respublikanın xarici iqtisadi fəaliyyətlə  məşğul olan nazirliklər, 
təşkilatlar, dövlət, kooperativ və digər ictimai birliklər tərəfindən mövcud 
qanunvericiliyə əməl edilməsinə nəzarət edilməsi; 
- xarici iqtisadi əlaqələrin idarə edilməsində valyuta daxilolmalarının 
artımına  istiqamətlənmiş iqtisadi metodların, o cümlədən təsərrüfat hesabı, 
müqavilə münasibətləri, dönər valyuta ilə özünümaliyyələşdirmənin geniş 
tətbiq edilməsi; 
- Azərbaycan SSR-in xarici iqtisadi öhdəliklərinin təmin edilməsi, 
respublika nazirlikləri və  təşkilatlarının xarici iqtisadi əlaqələr sahəsində 
qərarların yerinə yetirilməsi işinə nəzarət edilməsi; 
- xarici iqtisadi əlaqələr sahəsində dövlət intizamının hərtərəfli 
yüksəldilməsi; 
- Azərbaycan SSR-nin xaricdə keçirilən beynəlxalq sərgi, yarmarka, 
simpozium, elmi-texniki konfranslarda, həmçinin Azərbaycan SSR-də xarici 
təşkilat və  şirkətlərin iştirakı ilə keçirilən analoji tədbirlərdə  iştirakı 
məsələlərinə baxılması. 


Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
202
Əsasnamənin 4-cü maddəsində komissiya öz fəaliyyətində  aşağıdakı 
vəzifələri həll etməli idi:  
- Azərbaycan  ərazisində  fəaliyyət göstərən bütün xarici iqtisadi 
əlaqələr iştirakçılarının, o cümlədən təsərrüfathesablı Xarici turizm idarə-
sinin xarici ölkələrlə əməkdaşlığını əlaqələndirməli; 
- ticarət-iqtisadi, valyuta və qiymət siyasətinin həyata keçirilməsinə 
nəzarət etməli, dünya əmtəə bazarlarında konyukturanın öyrənilməsi və 
istifadəsinə nail olmalı; 
- Azərbaycan SSR-nin ticarət-iqtisadi, elmi-texniki və istehsal 
sahəsində  əməkdaşlıq məsələləri üzrə bağlanılacaq beynəlxalq müqavi-
lələrin hazırlanmasını koordinasiyası; 
 - xarici ölkələrlə kredit və hesablaşmanın vəziyyəti, kreditlərin təklif 
olunması  və verilməsi  şərtləri, həmçinin nazirlik və müəssisələrin valyuta 
fondlarından ayırmalardan düzgün istifadə edilməsi işinə  nəzarəti həyata 
keçirməli; 
- Nazirlər Sovetinin tapşırığı ilə respublika ərazisində birgə müəssi-
sələrin və xarici ticarət birliklərinin yaradılmasına, həmçinin Azərbaycan 
SSR təşkilatlarının digər ölkələrin  ərazisində müvafiq qaydalar əsasında 
təşkil edilən birgə  və qarışıq cəmiyyətlərdə  iştirakının məqsədəuyğunluğu 
və lisenziya haqqında rəy verməli; 
- xarici dövlətlərlə iqtisadi və elmi-texniki əməkdaşlığı həyata keçirən 
nazirlik və idarələrdə çalışan kadrların peşə hazırlığı və ixtisas səviyyəsinin 
artırılması üçün təkliflər hazırlamalı; 
Komissiya öz funksiyalarını  həyata keçirərkən nazirlik, idarə, müəs-
sisə, birlik və təşkilatların operativ fəaliyyətinə müdaxilə etməməli idi. 
Komissiyanın hüquqları aşağıdakılar idi:  
- malların idxal və ixracına aid illik planların həyata keçirilməsi 
gedişində nazirlik və idarələrin idxal-ixrac və valyuta-maliyyə əməliyyatları 
üzrə təkliflərini nəzərdən keçirir və tövsiyələrini verir. Zərurət yarandıqda, 
sözü gedən təkliflərlə Azərbaycan SSR Nazirlər Sovetinə müraciət edir; 
- zərurət olduqda, xarici iqtisadi əlaqələrin mühüm problemləri üzrə 
təkliflərin hazırlanması, həmçinin irimiqyaslı iqtisadi və elmi-texniki əmək-
daşlıq layihələrinin iqtisadi səmərəliliyi və  məqsədəuyğunluğunun təyin 
edilməsi, yeni ixrac yönümlü istehsalatın inkişafı  və avadanlıq alınması 
üçün mütəxəssislərdən ibarət müvəqqəti işçi qrupu yaradılır [214, 193-196]. 
Beləliklə, Azərbaycan SSR-in xarici iqtisadi-ticarət əlaqələri və ixrac 
potensialı sovet gömrük siyasətinin özünəməxsus xüsusiyyətlərinin təsiri ilə 
formalaşırdı. Xarici ticarət ciddi surətdə aparılan makro planlaşdırmanın 
əhatə dairəsində idi və respublikanın idxal-ixrac əməliyyatları ittifaq dövlə-
tinin mənafelərinə xidmət edirdi. Sovet dövlətinin iqtisadi siyasətində xarici 
ticarətin həcminin azaldılması və gələcəkdə ondan müəyyən mənada imtina 
etmək meylləri də üstünlük təşkil edirdi. 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə