Microsoft Word Kitab-Rofat 2-M. doc



Yüklə 34,02 Mb.
Pdf görüntüsü
səhifə84/98
tarix08.07.2018
ölçüsü34,02 Mb.
#54537
1   ...   80   81   82   83   84   85   86   87   ...   98

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 
 
206
Təkcə 1985-1988-ci illərdə bu sahədə 30-a yaxın hüquqi sənəd – 
qərarlar, normativ aktlar və təlimatlar qəbul edildi. 1989-cu ilin yanvarında 
Moskvada gömrük müəssisələri  əməkdaşlarının ixtisasının artırılması  və 
yenidən hazırlanması İnstitutu fəaliyyətə başladı. 
Bakı gömrükxanasının şəxsi heyəti sovet gömrük nəzarəti qaydalarının 
təkmilləşdirilməsində  fəal iştirak edirdi. Bakının gömrük mütəxəssisləri 
“1981-1985-ci illərdə və 1990-cı ilə qədər olan dövrdə SSRİ-nin iqtisadi və 
sosial inkişafının  əsas istiqamətləri” layihəsinin 25 dekabr 1980-ci ildə 
keçirilən kollektiv müzakirəsində gömrük işinin daha səmərəli qurulması 
üçün bir neçə təkliflər irəli sürmüşdü. İrəli sürülən təkliflərdə həm gömrük 
tarifində və malların gömrük rəsmiləşdirilməsi qaydalarında müvafiq düzə-
lişlər aparılması, həm də  əməkdaşların xidməti fəaliyyəti və sosial vəziy-
yətində dəyişikliklər edilməsi nəzərdə tutulurdu: 
- qonaq vizası ilə Sovet ittifaqına gələn şəxslərin (həm sovet, həm də 
xarici vətəndaşların) gömrükxana tərəfindən saxlanılan əşyalarının mühafi-
zəsinə görə alınan rüsum 500 manatadək artırılsın; 
- xaricə üzən gəmilərin heyət üzvlərinin fərdi bəyannamə  tərtib 
etməsini ləğv edilməli, belə ki, bu qaya xaricə  səfər edən gəmilərə baxış 
keçirilməsi müddətini artırmaqla gömrük nəzarətçilərinin diqqətini  əsas 
axtarış  işindən yayındırır. Təklif olunur ki, gömrük bəyannaməsinin  əvə-
zinə, hər bir dənizçiyə digər nəqliyyat vasitələrində  tətbiq olunduğu kimi 
nağd valyutanın qeydiyyatı kitabçası açılsın; 
- Gömrük tarifində  bəzi gömrük rüsumlarının həcmində  dəyişikliklər 
edilməli idi, belə ki, 166-cı maddəyə görə 1 kq dənəvər kofeyə görə 2 manat 
50 qəpik, 167.4 maddəsində isə 1 kq üyüdülmüş kofeyə 1 manat rüsum 
tutulduğu halda, pərakəndə satış qiymətləri müvafiq olaraq 20 və 30 manat 
müəyyən olunmuşdu;  
- gömrük xidmətinin rəis heyətinə verilən xüsusi geyim formasının 
dəyərinin 50 faizinin əmək haqqından tutulması qaydası ləğv olunsun; 
- prokurorluq orqanlarında  əməkdaşların  əmək haqlarına fəxri adlara 
görə  əlavələr verilməsi haqqında  Əsasnamənin müddəaları gömrük əmək-
daşlarına da şamil edilsin [101, 4-5, 8-10; 206, 19-20].   
Neft məhsullarının topdansatışını  həyata keçirən Dövlət Yanacaq 
Komitəsi Gömrük idarəsinə İrana dizel yanacağı daşıyan tankerlərə gömrük 
baxışının gömrükxanadan 7 km məsafədə yerləşən 20 saylı körpüdə deyil, 
47 km məsafədə olan Abşeron limanına köçürülməsini təklif etmişdi. 
Hesablamaya görə, bu hər ay neftdaşıyan tankerlərə yüklənən ixrac neftinin 
iki dəfə artırılaraq 140 min tona çatdırılmasına imkan verərdi. Xəzər Dəniz 
Gəmiçiliyi limanda fəaliyyət göstərən və 10 əməkdaşdan ibarət yeni gömrük 
postu üçün müvafiq yer ayırmışdı. 
Respublikanın Bakıdan sonra ən böyük şəhərləri olan Gəncə  və 
Sumqayıtda gömrük məntəqələrinin açılması məqsədəuyğun sayılırdı. Çünki 


Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991) 
 
207
Gəncə  və Sumqayıt regionundan xaricə göndərilən yüklər Azərbaycanın 
gömrük xidməti nəzarət etmirdi. Gəncə  və  ətrafında yerləşən Yevlax, 
Mingəçevir və Bərdə şəhərlərində idxal-ixrac əməliyyatlarını həyata keçirən 
onlarla sənaye müəssisəsinin olması bu regionda gömrük xidmətinin 
təşkilini zəruri edirdi. Regionun aqrar-sənaye birlikləri və “Azərittifaq”ın 
tabeçiliyində olan müəssisələrində bir il ərzində xaricə göndərilməsi nəzərdə 
tutulan 130-140 mln. manat həcmində məhsul istehsal etmişdi. 1988-ci ildə 
Sumqayıtın sənaye müəssisələrində 30 mln. manat həcmində ixrac məh-
sulları istehsal olunmuşdu. Şəhərin sənaye müəssisələrinin gömrük nəzarəti 
zonasına daxil edilməsinə  və 4 əməkdaşdan (rəis, baş  nəzarətçi və 2 nəfər 
nəzarətçi) ibarət gömrük  postunun yaradılmasına ehtiyac var idi.   
1988-ci ilin iyulundan Azərbaycan Gömrük İdarəsinin  əməkdaşları  
“Koray Baytur” (Türkiyə) inşaat  şirkətinin ünvanına göndərilən tikinti 
texnikası  və materiallarına gömrük baxışını aparmaq üçün Mahaç-Qalaya 
(Dağıstan MSSR) ezam edilirdi. Bununla bərabər, gömrükçülər Dağıstanın 
müxtəlif nazirlik və  təşkilatlarının xaricə göndərdikləri yüklərin rəsmiləş-
dirilməsini həyata keçirirdi. Məsələn, təkcə 1988-ci ilin dekabrından 1989-
cu ilin aprel ayınadək Dağıstan Kooperativlər ittifaqının Polşanın müvafiq 
təşkilatı ilə birbaşa  əlaqələri çərçivəsində 9 rəsmiləşdirmə aparılmışdı.  
Ümumiyyətlə, Dağıstan MSSR-in 6 şəhərini təmsil edən 22 müəssisənin 
xarici dövlətlərlə illik aktiv ticarət dövriyyəsi 18 mln. manatdan çox idi. 
Azərbaycan tərəfi yeni yaradılacaq Mahaç-Qalada gömrük postu üçün 
inzibati binanın ayrılması və yerli sakinlərdən ibarət kadr ehtiyatının hazır-
lanması məsələlərini Dağıstan MSSR Nazirlər Soveti ilə razılaşdırmışdı.  
SSRİ Baş Gömrük idarəsinin 1988-ci il dekabrın 14-dən Ermənistana 
ünvanlanan bütün poçt bağlamalarının gömrük rüsumu tutulmadan buraxıl-
ması haqqında göstəriş verilmişdi. Azərbaycan gömrükçülərinin apardığı 
müşahidələrə görə, son 5 ay ərzində  aparılan gömrük baxışı zamanı beynəl-
xalq poçt vasitəsilə göndərilən bağlamaların zəlzələdən ziyan çəkən  şəhər-
lərə deyil İrəvana ünvanlanırdı. Bağlamalar gömrük baxışından keçirilərkən 
ilkin tələbat malları əvəzinə, əsasən bahalı tikiş və trikotaj məmulatları, gecə 
köynəkləri aşkar edilirdi. Bunu nəzərə alaraq, Ermənistana göndərilən poçt 
bağlamalarının rüsumsuz buraxılması qaydasının ləğv edilməsi tələb edi-
lirdi. 
Beləliklə, 1986-1990-cı illərdə sovet gömrük sisteminin təşkilati-
hüquqi cəhətdən inkişafı baş verdi. Bütün bunlarla bərabər, xarici ticarət 
üzərində dövlət inhisarının qaldırılması prinsipi elan edilsə  də, xarici tica-
rətin tənzimlənməsinin yeni mexanizmləri təsirsiz qaldı. Gömrük işi sahə-
sində aparılmalı olan islahatların qanunvericilik bazası  işlənilib hazırlan-
madı.  
Sovet gömrük sistemi öz mövcudluğunun son mərhələsində aşağıdakı 
inkişaf xüsusiyyətlərinə malik idi: 


Yüklə 34,02 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə