Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə26/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   22   23   24   25   26   27   28   29   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
76
faktları tipoloji imlikasiyalarda da müşahidə edilir. Belə ki, 
«əğər ……onda…» implikativ əlaqə münasibətlərinə görə, 
aqlütinativ dillərdə yer alan bəzi struktur özəlliklər (və ya 
implikasiyalar) tipoloji anomaliyalara yol aça bilən 
paradoksal vəziyyət  əmələ  gətirirlər. Məsələn, təfsilatlara 
girmədən yuxarıda qeyd olunan implikativ əlaqənin davamı 
kimi meydana gələn  şəkilçi pleonazmının fuziyon birikmə 
törəmələrini qeyd edə bilərik
1
.  
Göründüyü kimi, implikasiyalar aparıcı tipoloji təmayü-
lün bir növ tərkib hissəsini təşkil etməklə dominantın 
təbiətindən irəli gələn spesifik özəlliklərlə  tənzimlənir. 
Maraqlıdır ki, burada implikasiyaların müəyyən mənada 
(əgər belə demək mümkünsə) ambivalent mahiyyət kəsb 
etməsi faktı ortaya çıxır. Belə ki, «dominant və  impi-
likasiyalar anlayışları, bir növ, kodlaşdıran və nəzarət edən 
(kodiruöhie i kontroliruöhie svoystva) xüsusiyyətlər 
anlayışına uyğun gəlir»
2
 – fikrini (kursiv bizimdir – A.H.) 
«implikasiya» anlayışının daha öncə  səsləndirdiyimiz 
tanımlaması ilə (kursiv bizimdir – A.H.) ilə 
qarşılaşdırsaq(«implikasiyalar  «fəaliyyəti başlıca (aparıcı) 
xüsusiyyətlərlə (oxu: «tipoloji determinanta ilə» –  A.H.) 
tənzimlənən (və ya onlar tərəfindən bəlirləşən – AH.) 
xarakteristikalardır»)
3
,bu iki əks yanaşmanın kökü 
aşkarlanar. Söhbət implikasiyaların həm tipoloji dominant 
tərəfindən tənzimlənməsindən, həm də digər tərəfdən, 
                                                 
1
Бу  щагда  даща  ятрафлы  бах:
 
Благова  Г.Ф.  Тюркский  аффиксальный 
плеоназм в сравнительно – историческом и ареально - лингвистическом 
освещении. // Вопросы языкознания»  1968, №6; Жялилов Ф.А. Азярбай-
жан  дили  морфонолоэийасындан  очеркляр.  Б., 1985; Мирзялийева  М.  Тцрк 
дилляриндя флексийа // Тядгигляр, 1999, № 3, с.165-172. 
2
  Панфилов.К.  Основы  контенсивной  типологии http://www.erlang.com. 
ru/euskara/?linguistics-contensive
 
3
 Панфилов К.Стадиальная типологическая классификация языков: опыт 
построения  
http://www.erlang.com.ru/euskara/?linguistics-stadial 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
77
onların (implikasiyaların) dil strukturunda realizasiya 
qazanmış ifadə vasitələrinin özlərinin  dominanta 
uyğunluğuna nəzarət etməsindən gedir. 
Göründüyü kimi, kontensiv tipologiya universal olma-
sından dolayı, müəyyən mənada, neytrallıq sərgiləməli olan  
implikasiyaların hər hansı bir tipoloji mexanizmin 
dominantlığı  şəraitində, dil sistemini qeyri-dominant 
elementlərin (kontensiv tipologiyaya görə,  frekven-
talilərin
1
) kütləviləşməsindən qoruyur. 
Əslində, sırf məntiqi nöqteyi-nəzərdən, bu üçlü bölgü-
nün yetərincə dəqiq sistematizasiya yanaşması olması faktı 
danılmaz görünür. Belə ki, bir növ stiril tipoloji dominant 
«nüvəsi» və  həmin «nüvə»nin təbiətinə «tabe olan» 
universal vasitələr (implikasiyalar) fərqləndirməsi  
birincinin konkret təmayül çərçivəsində aranmasından 
dolayı,ikincilərin isə bütün tipoloji quruluşlu dillərdə bu və 
ya digər nisbətdə  təmsil olunması  səbəbi ilə tamamilə 
anlaşılandır. 
Lakin bu zaman  universal olan ifadə vasitələrinin tipo-
loji dominant tərkibindən kənar (hətta, onunla birgə  və 
yanaşı olsa da belə) dəyərləndirilməsi «tipoloji dominant 
nədir və o, hansı  qeyri-universal, yəni digər tipoloji 
quruluşlu dillər üçün xarakterik olmayan məhdud sayda 
özəllikləri ehtiva edir?» – məntiqi sualı ortaya çıxır. Və bu 
sualın kontensiv tipologiya çərçivəsində birmənalı  
cavablandırılması bir qədər çətin olur. Real dil materialı 
müxtəlif implikasiyalar kombinasiyası  şəklində ortaya 
                                                 
1
  «Доминант» (латын.д.  dominans  «щаким  олан»  демякдир)  истилащынын 
антономи  олараг  «ресессив»  термини  нязярдян  кечирился  дя,контенсив 
типолоэийада»  фреквентали  истилащына  цстцнлцк  верилмишдир.  Ону  да  гейд 
едяк  ки,дилчиликдя  фреквентали  термини  квази-универсалиляр  (near-universals; 
quasi-universals; statistic universals http://www.multitran.ru ) гисминдя 
нязярдян кечирилир.  


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
78
çıxan dominant və ya determinanta ilə tipoloji sapma (və ya 
frekventali) hallarının qarşılaşdırmasının daha konkret və 
adekvat olduğunu düşünməyə əsas verir. 
Göründüyü kimi,kontensiv tipologiya müstəvisində 
araşdırılan «dil dominantı» anlayışı yetərincə spesifikliyi 
ilə seçilir. Və problemə bu yanaşma  şəkli araşdırılan 
obyektin ənənəvi hesab edilən tipoloji dəyərləndirmələrdəki 
«aparıcı  təmayül»  şəkli modelindən kifayət qədər fərqli 
özəlliklər sərgiləyir. 
2.1.3.   Determinanta istilahının tanımladığı dil hadisə-
sinin mahiyyətini dəyərləndirmədən öncə,bir qədər 
haşiyəyə  çıxıb onu qeyd etmək istərdik ki,  «determinant» 
və  ya «determinanta», «determinasiya» (latın dilində 
determino  «təyin edirəm» deməkdir) «təyinləndirici 
başlanğıc;digər hadisə  və ya mövcudata bilavasitə  səbəb – 
nəticə xarakterli təsir edən hər hansı bir hadisə  və 
mövcudatdır»
1
. Mümkün ki, rus dilçilik terminogiyasında 
cümlənin ikinci dərəcəli üzlərindən birinin adı (təyinin) ilə 
dublet sinonimlik qazanmış «determinant» istilahı ilə
2
 
qarışıqlığa yol verilməməsi və istilah yaradıcılığı üçün ən 
arzu edilməz vəziyyətlərdən biri olan çoxmənalılıq 
durumunun yaşanmaması  məqsədi ilə, bu yeni tipoloji 
istilahı dilçilik elminə qazandırmış G.P.Melnikov eyni 
semantik kökdən  şaxələnmiş digər  şəkli variantın 
istifadəsinə üstünlük vermişdir. 
Dil strukturunda müxtəlif mexanizmlərin yer almasına 
rəğmən, həmin vasitələrin konkret bir dil tipi çərçi-
vəsindəki realizasiyasının «fərqli özünəməxsusluqların 
ümumi mənbə»yindən şaxələnməsi fikrinin müxtəlif termin 
və ifadələrlə V.Humboldt, E.Sepir, A.A.Reformatski 
                                                 
1
 Детерминация, детерминантаhttp://www.humanities.edu.ru/db/msg/45254 
2
  Детерминант.  Архив  Петербугской    русистики.  Энциклопедические 
материалы. http://www.ruthenia.ru/apr/dict/determ.htm 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə