Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə25/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   21   22   23   24   25   26   27   28   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
73
anlayış  dominasiyaları tipologiyası»
1
 bu istilahın dil 
sistemininin ayrı-ayrı yaruslarını  əhatə edən aparıcı 
özəllikləri işarə etmək üçün istifadəsinin əsasını qoyduğunu 
söyləmək olar. 
Kontensiv tipologiyanın inkişafı ilə ortaya çıxan ob-
yektiv tənqidi münasibət sayəsində, «dominant» termininin 
bu kontekstdəki məna yükünün nisbətən konkretləşməsi 
mümkün oldu.
2
 
Lakin kontensiv tipologiyanın ideya altyapısının 
fərqliliyindən dolayı,buradakı «struktur dominant» anlayışı 
ilə  məlum «qrammatik determinanta» anlayışı arasında 
bərabərllik işarəsini qoymaq olmaz. Belə ki, sözügedən 
tipoloji təlimdə 
«dominant»; «implikasiyalar» və 
«frekventalilər» anlayışları  fərqləndirilirdi ki, (kursiv 
bizimdir – A.H.)
3
 bu da digər (irəlidə izləyəcəyimiz) tipolo-
ji araşdırma platformlarında təqdim olunan və  «aparıcı 
tipoloji təmayül» (və ya «determinnanta») və «sapmalar» 
qarşılaşdırması 
əsasında mövcud olan antinomik 
dəyərləndirmələrdən  əsaslı  şəkildə  fərqlənən triadanın 
meydana gəlməsi anlamına gəlirdi. 
Bu üçlü bölgünün tipoloji səciyyələndirmə zamanı daha 
dəqiq xarakteristikanın aşkara çıxarılması məramı ilə ortaya 
atılmasına baxmayaraq, onun arzu edilən hədəfi  əldə 
etdiyini düşünmürük. Belə ki, çoxrakurslu təsnifatlarda 
olduğu kimi (biz, araşdırmanın ilk bölümlərində bu 
qəbildən təsnifatların dəyərləndirməsini apardığımızdan, 
                                                 
1
 
Панфилов К. Основы контенсивной типологии 
 http://www.erlang.com.ru/euskara/?linguistics-contensive  
2
 
бах: Панфилов
 К. 
Основы контенсивной типологии
 
 http://www.erlang.com.ru/euskara/?linguistics-contensive

Панфилов 
К.Стадиальная типологическая классификация языков: опыт построения 
http://www.erlang.com.ru/euskara/?linguistics-stadial
 
3
  Панфилов
 К. 
Основы контенсивной типологии
 
 http://www.erlang.com.ru/euskara/?linguistics-contensive 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
74
təkrarən məsələnin təfsilatlarına varmayacağıq), 
çarpazlaşan kriterilər dəqiq səciyyələndirmənin 
aparılmasına yardımçı olsalar da, universal səciyyə daşıyan 
tipoloji klassifikasiyaların meydana gəlməsinə bir o qədər 
də xidmət etmirlər. 
2.1.2. Hər hansı bir istilahın və ya yeni elmi müddəanın 
qəbul edilib-edilməyəcəyi ilə bağlı obyektiv dəyərləndirmə 
aparmanın  ən doğru yolunun təklif olunan həmin 
yeniliklərin qəbul edilmiş (yəni,  ənənəvi)  anlayışlar 
fonunda müqayisəli təhlilindən keçdiyini nəzərə alaraq, 
kontensiv tipologiya zəminindəki «dominant», 
«implikasiya» və «frekventali» istilahlarının işarələdiyi 
məfhumların mahiyyətinə aydınlıq gətirməyə çalışaq.  
«Dominant» istilahının qəbul edilmişin sərhədlərini 
aşan və ya daha dəqiq olsaq, sərhədlərini daraldan yeni 
təfsirini anlamaq üçün məntiqdən mənimsənilmiş «implika-
siya» istilahının tətbiqat sahəsini müəyyənləşdirmək 
lazımdır. Belə ki, «əgər…onda…» prinsipinə yaxın olan 
binar mahiyyətli  məntiq  əlaqəsi»ni ehtiva edən  «implika-
siya»
1
 anlayışı linqvistik tipologiya termini olaraq, ənənəvi 
aparıcı tipoloji təmayül qavramının yetərincə  əsaslı 
redaktəsi sayəsində meydana gəlmişdir.Klimov-Panfilov 
tipologiyasına  əsasən,implikasiyalar bu və ya digər dilin 
«morfonoloji və qrammatik mahiyyət kəsb edən universal 
xüsusiyyətləri», «fəaliyyəti başlıca (aparıcı) xüsusiyyətlərlə 
(oxu: «tipoloji determinanta ilə» – A.H.) tənzimlənən (və ya 
onlar tərəfindən bəlirləşən – A.H.) xarakteristikalar», özü 
də dominantdan «asılı xarakteristikalar»dır.
2
  
                                                 
1
 Импликация http://ru.wikipedia.org  
2
  Климов  Г.А.  Принципы  контенсивной  типологии.  М., 1983.;Климов 
Г.А.  Вопросы  контенсивно-типологического  описания  языков  мира. /  
Принципы  описания  языков  мира.  М., 1976, стр. 122-146.; Панфилов 
К.Основы контенсивной типологии 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
75
Məsələn, bu və ya digər dildə iltisaqi dil mexanizminin 
nəşət tapmasını mümkün edən  əsas faktorlardan biri olan 
şəkilçi monosemiyası affiksal şəbəkənin meydana 
çıxmasını qaçınılmaz edir. Başqa sözlə,bu zaman 
«əgər…(aparıcı  təmayül aqlütinasiyadırsa)  onda… (birdən 
artıq 
şəkilçi sıralanması mümkündür)» qarşılıqlı 
şərtlənməsi ortaya çıxır. 
İmplikasiya istilahının məntiq elmindən, daha dəqiq 
desək, sonrakı mərhələdə linqvistik universalilər nəzəriyyə-
sindən  əxz edilməsinin nə  dərəcədə  uğurlu istilah seçimi 
olması  məsələsinə bir qədər sonra,ümumilikdə kontensiv 
tipologiyadakı  triadik (üçlü) bölgünün təhlili məcrasında 
münasibət bildirəcəyik. Bu məqamda  kontensiv tipologiya 
dəyərləndirməsindən bir qədər haşiyəyə  çıxıb onu da qeyd 
edək ki,əgər məntiqdən «idxal» edilmiş bu anlayışın və ya 
daha dəqiq olsaq, hadisənin  (məntiqi) inkişaf ardıcıllığına 
diqqət yetirsək,burada eynən ilkin (məntiqi) anlayışda bir 
çox hallarda yer ala bilən proseslər silsiləsini izləyə bilərik. 
Belə ki,  bəzi implikasiyalar məlum asılılıq «zəncir»indən 
çıxıb (yenə  də  məntiq terminlərindən yararlansaq) 
«implikativ paradokslara»a yol açır.  
İmplikasiyaların təbiətindən törəyən və ilk olaraq
K.İ.Lyuis tərəfindən qeydə alınan bu paradokslar («əğər 
……onda…») şərti əlaqələndirməsinin və məntiqi ardıcıllı-
ğının (qəbul olunmuş) adi qavrayışı (yorumu) ilə  zəif 
bağlılıq nümayüş etdirən,lakin klassik məntiq çərçivəsində 
sübuta yetirilə bilən ziddiyətlərdir.
1
 
Maraqlıdır  ki, təxminən analoji səpkili paradoks 
                                                                                                         
http://www.erlang.com.ru/euskara/? linguistics-contensive ; 
Панфилов  К.Стадиальная  типологическая  классификация  языков:  опыт 
построения
http://www.erlang.com.ru/euskara/?linguistics-stadial 
1
 Парадоксы Импликации / Словарь логики.  http://mirslovarei.com 
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə