Azərbaycan Milli Kitabxanası
67
əlavə etsək, müasir dillərin
tipoloji quruluşunun müəyyən
linqvo-tarixi proseslərin nəticəsi olması hipotezinin
əsaslılığı aydınlaşar. Deməli, dillərin, bəzən qeyd edildiyi
kimi (məs: T.S.Şaradzenidze
1
), öz inkişafının birinci
mərhələsində ibtidai təfəkkür dönəminə təsadüf etdikdən
sonra (əslində, müəllifin abstrakt «aşağı inkişaf mərhələsi»
termini altında konkret nəyi nəzərdə tutduğu bir qədər
qaranlıq qalır – A.H.), qəfil ikinci mərhələdə –
morfoloji
təsnifat baxımından delimitasiya edilmiş hazırkı sərhədlər
çərçivəsində bərqərar olması fikrini qəbul etmək çətindir.
Başqa sözlə, «əzəli iltisaqilik» və «əzəli flektivlik»
olmadığı kimi, bu quruluşlu dillərin tarixə, məhz, həmin
dövrdən məlum olması mülahizələri də şərtidir. Çünki yazı
materiallarının olmaması hələ skepsis üçün səbəb deyil.
Tarixi-tipoloji araşdırmaların problemlərini və qarşısında
duran məqsəd və vəzifələri dəyərləndirən Q.A.Klimovun da
haqlı olaraq qeyd etdiyi kimi, «metodiki cəhətdən işlənib
hazırlanmış tipoloji rekonstruksiya aparatının olmaması
tarixi-tipoloji araşdırmaların nəzərə çarpan
qüsurlarındandır»
2
və zənnimizcə, genealoji və morfoloji
təsnifat sahəsində aparılan
müştərək tədqiqatlar,
ümumilikdə, dil sisteminin inkişafının qeyri-diskret səciyyə
daşıması fikrini sübuta yetirməklə yanaşı, konkret dillərin
quruluşunun spontan şəkildə meydana gəlməsi ideyasının
qeyri-səhihliyini ortaya çıxarmağa qadirdir.
Sözügedən mövzu ilə bağlı dəyərləndirmələrimizi ye-
kunlaşdırarkən, tədqiqatımızın obyektini təşkil edən tipoloji
modifikasiyalar problemindən dolayı, xüsusi olaraq diq-
1
Шарадзенидзе Т.С. морфологическая классификация языков и основ-
ные вопросы исторической типологии / Лингвистическая типология и
восточные языки. Материалы совещания. М., 1965,стр.37.
2
Климов Г.А. О некоторых задачах историко-типологических исследо-
ваний / Вопросу языкознания, 1976, №5,стр.9.
Azərbaycan Milli Kitabxanası
68
qətimizi cəlb edən bir məqama da toxunmaq istərdik. Belə
ki,
nəinki tipoloji uyğunluqlar, hətta, bəzi hallarda tipoloji
anomaliyalar da, araşdırmaçıların bu və ya digər dillərin
qohumluğu barədə ehtimallar irəli sürməsinə rəvac verə
bilir. Konkret olaraq, onu söyləmək olar ki,
gürcü dilində
və ümumilikdə, kartvel dillərində ablaut səciyyəli faktların
yer almasından çıxış etmiş Q.İ.Maçavariani bu dillərin
hind-Avropa dil ailəsi ilə dərin genetik bağlılığının
olduğunu iddia etmiş və mülahizəsindən dolayı,
B.A.Serebrennikovun haqlı iradı ilə qarşılaşmışdır
1
.
Doğrudur, B.A.Serebrennikovun əks arqumentləri daha
çox dil əlaqələri ilə bağlı olsa da, öz növbəmizdə, onu da
əlavə etmək istərdik ki,
erkən iltisaqilik dönəmində, yəni
aqlütinativ strukturun tam bərqərar olmadığı mərhələdə, bu
tipoloji quruluşa malik bütün dillər üçün kökdaxili səs
əvəzlənmələri yetərincə xarakterliyi ilə seçilirdi. Məhz, bu
kimi proseslər spesifik «iltisaqilik ablautu»nun –
sinharmonik paralelliklərin meydana gəlməsinə və analoji
xarakterli səs əvəzlənmələrinin reallaşmasına səbəb
olmuşdur. Bu baxımdan, belə tipoloji sapma faktların hər
hansı bir iltisaqi dilin flektiv dillərlə qohumluğunun iddia
edilməsi üçün tutarlı arqument olduğunu söyləmək çətindir.
1
Серебренников Б.А. Вероятностные обоснования в компаративистике.
М., 1974,342-343.
Azərbaycan Milli Kitabxanası
69
II FƏSİL
TİPOLOJİ MODİFİKASİYALVAR – DİL TİPİ
SƏCİYYƏLƏNDİRMƏSİ ASPEKTİNDƏ
(problemin dil təkamülü və dil əlaqələri
müstəvisindəki təhlil təcrübəsi və məsələnin
psixolinqvistik aspektdə dəyərləndirilməsinə cəhd)
2.1. Dil strukturu fərqli tipoloji mexanizmlərin
dominant və resessiv səciyyəli elementlərinin
məcmusu kimi və ya qrammatik determinanta nədir?
Tədqiqatın ilk bölümlərində aparılan təhlillərdən dil
strukturunun özəyini təşkil edən aparıcı tipoloji təmayülün
düzgün və obyektiv təsbitinin
istənilən dilin adekvat
tipoloji xarakteristika əldə edə bilməsində müstəsna rol
oynadığı aydın şəkildə bəlli olmuşdur.Bu səbəbdən həmin
dəyərləndirmələrin bu və ya digər kriterilərə istinad edən
klassifikasiyaların formalaşmasında və onlardan bir
qisminin yararlılıq əmsalının müəyyənləşdirilməsində
aparıcı tipoloji təmayül faktorunun oynadığı həlledici rol
barədə
təkrar dəyərləndirmə aparılmasına ehtiyac
qalmadığından, konkret məsələnin – müxtəlif tədqiqatlarda
«dilin struktur «çertyoj»u, «determinanta»sı və ya
«dominant»ı qismində səciyyələndirilən
struktur-tipoloji
özülün nə anlama gəldiyini və nələri ehtiva etdiyini
müəyyənləşdirək.
Tədqiqatımızın əsas məqsədini aqlütinativ və flektiv
təmayüllərarası metamorfozların yaranma səbəbi, xarakteri
və dil strukturundakı çəkisinin müəyyənləşdirilməsi təşkil