Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

106 
məhsuldarlıq aşağı düşür, məhsulun əmtəəlik keyfiyyəti pisləşir. 
Pomidor bitkisi qida çatışmazlığına, mühitin reaksiyasına (pH) 
və  ətraf mühitin meteoroloji amillərinə çox həssasdır. Açıq və örtü-
lü sahədə geniş əkin sahələrində becərildiyindən bu faktorlar ətraflı 
öyrənilməli, torpaq, su və meteoroloji faktorlar ətraflı öyrənildikdən 
sonra pomidor istehsalı ilə məşğul olmaq olar. Torpağın makro və 
mikroelementlərlə təminatının və suvarma suyunun ion tərkibi ana-
liz edilərək dəqiq informasiya əldə olunması əhəmiyyətlidir.  
 
Humus çatışmazlığı 
 
Humus torpağın elə bir qatıdır ki, bu hissədə kök sistemi bitki 
üçün lazım olan qida maddələrini tapır. Humusun səviyyəsi bitkinin 
normal inkişafında başlıca  əhəmiyyətə malikdir. Əgər torpaq hu-
musla zəngindirsə, bitkilərin inkişafı  və  məhsuldarlığı yüksək sə-
viyyədə olacaq. Humusun tərkibi müxtəlif komponentlərdən iba-
rətdir. Başlıca hissəni spesifik və ya xüsusi humuslu üzvi maddələr 
təşkil edir. Bu sıraya daxil olan fulvoturşular, humin turşuları  və 
azad humin maddələrdir ki, humus təbəqəsinin tərkibinin 80-90%-ni 
təşkil edir. Bu maddələr sərbəst və birləşmələr halında mövcuddur. 
Humusun digər hissəsi sellüloza, liqnin, aminturşuları, saxaridlər və 
b. üzvi maddələr, parçalanmamış bitki və heyvan qalıqlarından 
ibarətdir. Bu hissə humusun 10-15%-ni təşkil edir.   
Torpağın humus qatında bitkilərin başlıca qida mənbəyi humin 
maddələrdir. Bunlar humin turşuları, fulvoturşular və onların duz-
ları, sərbəst huminlərdir. Fulvatların kalium, natrium, kalsium və 
maqnezium duzları suda həll olur və torpaqda turş reaksiya əmələ 
gətirir, mineral birləşmələri parçalayaraq podzollaşma yaradır. 
Humin turşuları azot tərkibli üzvi maddələrdir. Qələvi və qələvi tor-
paq metalları ilə birləşərək humat duzları  əmələ  gətirir. Yaranmış 
humat duzları bitkilər tərəfindən yaxşı mənimsənilir. Humin turşu-
larının miqdarının yüksək olması torpağın yüksək keyfiyyətinin 
başlıca göstəricisidir. Onlar torpağın mənimsənilməsini yüksəldir, 
torpaqda qida elementlərinin toplanmasını, su saxlamasını  təmin 
edir və hiqroskopikliyini artırır. Humusu az olan torpaqlarda meyvə, 


107 
tərəvəz, üzüm, taxıl və s. bitkilərin becərilməsi zamanı humin mad-
dələri ilə əlavə yemləmə tədbirləri aparılır. Qələvi və qələvi torpaq 
metallarının humin duzları ilə qumsal və gillicəli torpaqlarda əlavə 
yemləmənin aparılması  məhsulun keyfiyyətinin və  məhsuldarlığın 
yüksəlməsinə, dad və tamın yaxşılaşmasına səbəb olur. Bitkilərin 
zəif inkişafı zamanı vegetasiya dövründə humin maddələri ilə əlavə 
yemləmənin verilməsi ilə ümumi zəifliyi aradan qaldırmaq olar.  
 
Azot çatışmazlığı 
 
Bitkinin qida elementləri sırasında makroelementlər qrupuna 
(N, P, K) daxil olmaqla, mühüm həyatı proseslərdə: maddələr mü-
badiləsində, boy və inkişafın tənzimlənməsində bilavasitə  iştirak 
edir. Azot torpağın qida maddələrində çatmadıqda bitkilərin boy və 
inkişafı zəifləyir, yarpaqlar tədricən yaşıl rənglərini itirir və saralır. 
Cavan yarpaqlar belə hallarda normal ölçülərinə çata bilmir. Zoğ-
ların budaqlanması iti bucaqlı olması ilə seçilir. Yaşlı yarpaqlar 
vaxtından qabaq funksiyasını itirir və saralıb tökülür. 
Üzüm yarpaqlarında azot çatışmazlığı xloroz əlaməti ilə müşa-
hidə olunur. Yarpaqların rəngi sarımtıl-yaşıl və kiçik ölçülü olur, 
tez tökülür. Saplaq və yarpağın əsas damarları özünəməxsus qırmızı 
rəngi ilə diqqəti cəlb edir. Yarpağın damar ətrafı nisbətən yaşıl rəngi 
ilə seçilir.                                
Meyvə ağaclarında azot çatışmazlığı olduqda meyvələr həddən 
artıq kiçik və quru olur. Məhsuldarlıq kəskin aşağı düşür, meyvələr 
tez tökülür, daşınma və saxlanmaya davamsız olduğundan tez bir 
zamanda məhsulun əsas hissəsi xarab olur. Alma ağacında azot ça-
tışmadıqda yarpaqlar normal ölçülərə çatmır, yaşıl yarpaqlar vaxtın-
dan qabaq quruyur və tökülür.                                                                             
Azot çatışmazlığının başlıca səbəbləri torpağın vaxtlı-vaxtında 
alaqlardan təmizlənməməsi, cərgəaralarının dərin  şumlanmaması, 
selləmə suvarmadan istifadə, torpağın turşulaşması, torpağa üzvi və 
mineral gübrələrin verilməməsi, yemləmə vasitələrindən istifadə 
olunmamasıdır.            
İlkin yazda yeni əmələ gələn budaqların inkişafının tam olma-


108 
ması, yeni zoğlar üzərində çiçək tumurcuqlarının az əmələ gəlməsi 
də azot çatışmazlığından yaranır. Pomidor bitkisində azot çatışmaz-
lığı  aşağı  və orta yarus yarpaqlarının  əvvəlcə açıq-yaşıl, sonradan 
sarımtıl-yaşıl rəng alması, sonda saralaraq tez qocalması  və tökül-
məsi ilə müşahidə edilir.     
Bəzən, azotun həddindən çox olması  və ya birtərəfli olmaqla 
normadan artıq verilməsi də, bitkinin normal inkişafını  əngəlləyir. 
Torpağa yemləmə verilməzdən əvvəl onun tərkibi analiz olunmalı-
dır. Makro və mikroelementlərin miqdarı haqqında məlumat olduq-
dan sonra hansı miqdarda gübrə verilməsi təyin edilə bilər.                               
Azot çatışmazlığının aradan qaldırılması üçün torpağa çürümüş 
peyin verilməsi ilkin şərtlərdəndir. Peyin qış və ilkin yazda verdikdə 
daha yaxşı səmərə verir. Azot tərkibli Ammofos, Diammofos, Nitr-
ofoska, Ammonium-şorası, qarışıq gübrələrdən Urojay (30:30:30) 
preparatı 20:20:20 istifadə etməklə vegetasiya dövründə azot çatış-
mazlığı aradan qaldırıla bilər. Bitkilərdə azotun səviyyəsinin bərpa 
olunması üçün dəmir (Fe) və Molibden (Mo) elementlərinin səviy-
yəsi normal olmalıdır.         
Fe və Mo elementlərinin çatışmazlığı meyvə  ağaclarında azo-
tun həddindən artıq yığılmasına səbəb olur. Torpağın azotla yem-
ləndirilməsində su çatışmazlığı olarsa, meyvə  ağaclarının boy və 
inkişafında artım yox, əksinə inkişafın dayanması müşahidə edilir 
(Şəkil 56). 
 
Fosfor  çatışmazlığı 
 
 Fosfor (F) bitkinin fotosintez prosesində nüvə enerjisinin 
ötürülməsini aktivləşdirməkdə, maddələr mübadiləsinin yüksəldil-
məsində, qeyri-üzvi fosforun üzvi maddələrin tərkibinə keçərək 
enerji mənbəyi olan Adenazin-trifosfat (ATF) turşusunun əmələ gəl-
məsində mühüm əhəmiyyətə malikdir. ATF-nin hüceyrədə biosintez 
proseslərində, enerji mübadiləsində  və bitkinin normal inkişafında 
rolu əvəzolunmazdır. ATF və ADF (adenozindifosfat turşusu) qrupu 
maddələrin toplanması bitkinin kimyəvi enerjisinin (potensialının) 
artmasına səbəb olur. Bitkilərdə fosfor tərkibli maddələrdən asetil-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə