115
yüksək nəticələrlə özünü göstərir. Belə məhsulun satış qiyməti və
çeşidi daha yüksək, daşınmaya və saxlanmağa isə daha davamlı
olduğundan iqtisadi səmərəlilik digər variantlarla müqayisədə
yüksək olmuşdur.
Beləliklə, aparılmış ilkin tədqiqatlar Favor (10:10:40) prepara-
tının vegetasiya dövründə kalium çatışmazlığı qeyri-infeksion xəs-
təliyinin aradan qaldırılması üçün səmərəli olduğunu nəzərə alaraq
onun geniş təsərrüfat təcrübəsində istifadə edilməsi məqsədə müva-
fiqdir (Şəkil 58).
Kalsium çatışmazlığı
Kalsium (Ca) humusla az təmin olunmuş torpaqlarda daha çox
müşahidə edilir. Ca azot, karbohidratlar və su mübadiləsində yaxın-
dan iştirak edir. Başlıca xüsusiyyətlərindən biri üzvi turşuların
təsirini neytrallaşdıra bilməsidir. Maddələr mübadiləsinin nizam-
lanmasında əhəmiyyətli rolu ilə seçilir. Bitkinin inkişaf dövründə
daha çox tələb olunur. Ca-un bitkinin fizioloji proseslərində rolu
kaliumla üst-üstə düşür, lakin əks göstəriciləri də mövcuddur. Ca
ionlarının çox olması kaliumdan fərqli olaraq hüceyrənin su
itirməsinə səbəb olur, kolloidlərin hidrofillik qabiliyyətini azaldır.
Bitkinin fizioloji tarazılığı və hüceyrənin su balansı Ca və K-un
optimal səviyyədə olmasından asılıdır. Hüceyrə membranının ya-
ranması və qurulmasında, membran potensialının artmasında, müx-
təlif ionların hüceyrəyə daxil olmasında yaxından iştirak edir.
Ca-un meyvə və tərəvəz bitkilərində vaxtından qabaq qocalma-
nın qarşısının alınmasında əhəmiyyəti böyükdür. Ca nuklein turşu-
larının əmələ gəlməsində iştirak edir ki, bu fotosintez və enerji mü-
badiləsi ilə sıx əlaqədardır. O, bitkinin kök sisteminə başqa kation-
ların daxil olmasını, həmçinin onların miqdarının nizamlanmasını
təmin edir, hidrogen ionlarının zərərli təsirlərinin qarşısını alır. Po-
midor bitkisində Ca çatışmazlığında bitkilərin meristema toxumala-
rının inkişafı dayanır və təpə çürüməsi əlamətləri ilə müşayiət
olunur. Ca qıtlığı tərəvəz bitkilərində başlıca olaraq cavan yarpaq-
116
larda Xloroz əmələ gətirməklə nəticələnən açıq-sarı ləkələrlə müşa-
hidə olunur. Yaşlı yarpaqlar əksinə, tünd-yaşıl rəng alır və ölçüləri
böyüyür. Pomidor əkinlərində Təpə çürüməsi ilə nəticələnir. Bu
xəstəlik örtülü sahədə daha çox üstünlük təşkil edir.
Bəzən kalsiumun artıq olması bitkidə dəmirin (Fe) çatışmazlığı
və yarpaqların xlorozu (saralma) ilə nəticələnir. Abşeron bölgəsinin
quru subtropik iqliminin qumsal torpaqlarda yaratdığı xüsusiyyət-
lərdən biri də kalium çatışmazlığıdır. K qıtlığı nəticədə torpaqda
Ca-un miqdarının maneəsiz yüksəlməsinə səbəb olur (Şəkil 59).
Maqnezium çatışmazlığı
Maqnezium (Mg) qələvi torpaq metallarına aiddir. Bitkinin
normal inkişafında, bir çox fizioloji proseslərində və maddələr
mübadiləsində iştirak edir. Mg-un başlıca rolu xlorofilin əmələ
gəlməsində iştirak etməsidir. Bu elementin çatışmazlığından yarpaq
ayasında alabəzəklik, lətli hissənin saralması əlamətləri təzahür edir.
Bu zaman yarpaqlarda damarlar və onun ətrafı yaşıl rəngini itirmir.
Xəstəliyin əlamətləri ilkin olaraq yaşlı və aşağı yarus yarpaqlarında
müşahidə edilir. Mg çatışmazlığı çiçəkləmə, meyvə tutumu və
pomidorun yetişkənliyi dövründə daha çox müşahidə edilir.
Hüceyrənin qlafında pektin maddəsinin formalaşmasında Ca
2+
ionu
ilə yanaşı Mg
2+
ionu da iştirak edir. Pektinin həm hüceyrə qlafında,
həm də qida elementi kimi böyük əhəmiyyəti var. Bir sıra fizioloji
proseslərində mühüm rol oynayan fermentlərin aktivləşməsində
Mg yaxından iştirak edir. Bitkilərdə kimyəvi enerji mənbəyi rolu
oynayan fosfor üzvi və qeyri-üzvi maddələrinin toplanmasında və
ötürülməsində Mg
2+
və Ca
2+
ionlarının iştirakı əvəzolunmazdır. Bit-
kinin normal inkişafında və yaşamasında başlıca proseslər olan
fotosintez, tənəffüs, azot mübadiləsi və ehtiyat maddələrin toplan-
masında bilavasitə iştirak edir. Hüceyrədə ribosomların struktu-
runun nizamlanması prosesində iştirak edən fosforun nəqlini sürət-
ləndirir.
Abşeron bölgəsinin qumsal, humusla az təmin olunmuş torpaq-
117
larında Mg çatışmazlığı tez-tez müşahidə edilir. Örtülü sahədə po-
midorun əksər hissəsi qumsal və gillicəli torpaqlarda becərildiyin-
dən bu hal normal qidalanmanı pozur, yarpaqlarda alabəzəklik əmə-
lə gəlir, fotosintez zəifləyir. Fotosintezin getdiyi xlorofil az oldu-
ğundan üzvi maddə sintezi zəifləyir, tənəffüs çoxalır, beləliklə də,
bitkinin ümumi məhsuldarlığı aşağı düşür. Meyvələrdə quru mad-
dənin miqdarı azalır, ehtiyat qida maddələri azalır və bitki tez qoca-
lır. Mg çatmayan pomidor kollarında elastiklik zəifləyir, budaqlar
sərtləşir.
Müşahidələr zamanı qumsal torpaqlarda selləmə suvarma tət-
biq olunan zaman Mg çatışmazlığı əlamətləri daha tez və qabarıq
üzə çıxması qeydə alınmışdır. Belə ki, qumsal torpaqlar yuyulmağa
daha tez məruz qaldığından selləmə suvarmada yuyulma sürətlənir
və qida elementlərinin defisiti yaranır.
2011-ci ildə AzETBMİ-nin Abşeron Təcrübə Stansiyasında Mg
çatışmazlığının aradan qaldırılması üçün bir sıra aqrokimyəvi və
qeyri-üzvi maddələrin tətbiqi üzrə təcrübələr qoyulmuşdur.
Mg(NO
3
)
2
-Maqnezium nitrat maddəsinin tərkibində həm Mg
2+
,
həm də NO
3
nitrat ionu var. Torpağa verildikdə bitki üçün əhəmiy-
yətli olan nitrat ionu yerüstü hissənin qidalanma və inkişafında, Mg
isə çatmayan qələvi torpaq metalı kimi bitkiləridə fizioloji proses-
lərin aktivləşməsində iştirak edir. Bundan başqa, Mg çatışmazlı-
ğında MgSO
4
maqnezium sulfat və Mg(PO
4
)
3
Mg fosfat duzla-
rından da istifadə etmək olar. Suvarma suyunda S çox olan yerlərdə
MgSO
4
verilməsi məqsədəuyğun sayılmır.
Bəzən cavan bağlarda və tingliklərdə maqnezium fosfat duzu-
nun verilməsi daha məqsədəuyğundur. Belə ki, inkişafda olan bitki-
lərdə fosforun çatışmaması ona tələbatı artırır. Göstərilən qeyri-üzvi
maddələrdən istifadə etməklə Mg çatışmazlığının aradan qaldırılma-
sı məqsədi ilə 2011-ci ildə polietilen örtüklü damcı suvarma sistemi
olan örtülü sahədə becərilən pomidorun Franko sortuna aid bitkilər
üzərində təcrübələr aşağıdakı sxem üzrə qoyulmuşdur. 1-ci çiçək
topasında yaşıl meyvələrin əmələ gəlməsi vaxtı Mg(NO
3
)
2
-un məh-
lulu ilə yemləmə verilmişdir. Vegetasiyanın ilk meyvələr əmələ gə-
Dostları ilə paylaş: |