Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   35   36   37   38   39   40   41   42   ...   58

121 
mübadiləsində bilavasitə  iştirak edir, oksidləşmə-reduksiya reaksi-
yalarında nizamlayıcı rolu oynayır. Zülalların sintezində, karbohid-
ratların yarpaqlardan nəql edilməsində müstəsna əhəmiyyətə malik-
dir. Bor ölmüş orqanlarla birlikdə bitkidən kənarlaşır. Onun yaşlı 
yarpaqlardan nəqli qeydə alınmır. Odur ki, bitkilərin borla qidalan-
ması davamlı olmalıdır. Qumsal torpaqlarda humus az olduğundan 
burada bor elementinin qıtlığı çox müşahidə olunur. Şabalıdı, qara 
və podzol torpaqlarda bor normada olur. 
Qələvi reaksiyalı torpaqlardan bor tez yuyulduğu üçün burada 
bor çatışmazlığı daha qabarıq nəzərə çarpır. Qələvi torpaq metalları 
(Ca, Mg, Ba) tərəfindən Bor daha çox mənimsənilir. Odur ki, bu 
elementlərin üstünlük təşkil etdiyi gillicəli torpaqlarda bor çatışmaz-
lığı daha qabarıq görünür.  
Torpaqda bor çatmadıqda bitkilər mis, manqan, alimünium ele-
mentlərinin zəhərləyici-toksiki təsirini azaldır və mənimsənilə bilən 
formaya salır, bitki tərəfindən dəmirin və kalsiumun mənimsənilmə-
si çətinləşir. Bitkilərin müxtəlif göbələk və bakteriya mənşəli xəstə-
liklərə yoluxmasını gücləndirir. Bor bitkilərin təbii immunitetinin 
yüksəldilməsində, xəstəlik və  zərərvericilərə qarşı davamlılığının 
artırılmasına kömək edir. O, fitonsidlərin sintezində iştirak edir, bu  
antiseptik maddələr xəstəlik törədicilərinə öldürücü təsir göstərir. 
Bor elementinin manqan, sink və  dəmirlə birgə verilməsinin 
şəkər çuğundurunun Peronosporoz xəstəliyinə davamlılığının art-
ması Ukrayna alimləri tərəfindən 1956-cı ildə qeyd olunmuşdur. İlk 
dəfə mikroelementlərin bitkilərin xəstəliklərə qarşı davamlılığının 
artırılmasında istifadəsi 1913-cü ildə K.Spinks və F.Çirikov tərə-
findən məlumat verilmişdir.  
Bor elementinin bitkilərin xəstəliklərə qarşı davamlılığının artı-
rılmasında  əlavə yemləmə kimi istifadəsinin səmərəli olması üzrə 
çoxsaylı elmi tədqiqat işləri aparılmışdır. Keçən 100 il ərzində bo-
run bitkilərin fizioloji proseslərində aktiv iştirak etməsi, torpaq və 
yerüstü yemləmələrdə istifadəsinin boy və inkişafa, məhsuldarlığa 
müsbət təsiri çoxsaylı alimlər tərəfindən aparılmış  tədqiqatların 
nəticələri ilə təsdiq olunmuşdur. 


122 
Müasir dövrdə borun qida rejimində əhəmiyyəti xüsusilə seçi-
lir.  İstehsal olunan kompleks mikrogübrələrin tərkibində bor qa-
rışığı xüsusi yer tutur. Bu elementin mədəni əkinçilikdə istifadəsi bu 
gün bütün sahələrdə, o cümlədən taxıl, meyvə, kartof, şəkər çuğun-
duru, tərəvəz bitkiləri və texniki bitkilərin becərilməsi zamanı əlavə 
yemləmə gübrəsi kimi aqrofona daxil edilmişdir. Bitkilərdə bor ça-
tışmazlığının aradan qaldırılmasında Borat, Borit turşuları və onun 
duzlarından istifadə edilir.  
2010-2011-ci illərdə AzETBMİ-nin Abşeron Təcrübə Stansiya-
sında aparılmış  təcrübələr göstərmişdir ki, örtülü sahədə pomidor 
bitkisinin immunitetinin yüksəldilməsi məqsədi ilə Aqat-25 K pre-
paratının istifadəsi yüksək səmərəliliyi ilə seçilir. 3 indolil sirkə tur-
şusunun, alanin və qlutamin turşularının,  Bacillus subtilis antoqo-
nist bakteriyasının və kompleks mikroelement qarışığından ibarət 
olan preparatın tərkibində bor elementi də  iştirak edir. Mikroele-
mentlərin kompleks tətbiqi hazırda bitkilərin başlıca tələbatının bir 
əməliyyatla təmin edilməsinə yönəlmişdir. Hazırda inkişaf etmiş 
nanotexnologiyaların çiləmə prosesinə  tətbiqi bitkilərin fizioloji 
proseslərdə  tələb etdikləri elementlərlə  təminatının yerüstü orqan-
lara bilavasitə verilməsinə xidmət edir. Bu sırada bor aclığı ilə 
yanaşı digər makro və mikroelementlərlə bitkilərin  əlavə yemlən-
dirilməsi daha səmərəlidir. Makro və mikroelement qarışıqlarından 
Bravo-P, Bravo-K, Elfer-Kombi, Biototal, Sprinter və başqaları 
hazırda açıq və örtülü sahədə bor və digər başlıca elementlərin 
çatışmazlığına qarşı uğurla tətbiq olunur. 
Torpaqda, qida mühitində və bitkilərdə bor çatışmazlığını aradan 
qaldırmaq üçün bor turşusunu 0,1%-li məhlulu, Boro Plyus prepa-
ratının 0,1%-li məhlulu ilə bitkiləri vegetasiya dövründə çiləmək və 
yaxud 0,1-0,2 qr/kq hesabı ilə torpağa və ya substrata qarışdırmaqla 
tətbiq etmək səmərəli olmuşdur (Şəkil 63). 
 
 
 


123 
Sink çatışmazlığı 
 
Sink (Zn) çatışmadıqda, yarpaqlara yaşıllıq verən xlorofilin 
miqdarı azalır. Bunun nəticəsində yarpaqlarda rəngsizləşmə mey-
dana gəlir. Bitki karbohidratlarının sintezi geriləyir, bitki ümumi 
inkişafdan qalır. Bəzən yarpaqlar tamamilə  ağarır. Yuxarı yarus 
hissədə olan yarpaqlar qalmasına baxmayaraq aşağı yarus yarpaqları 
tez qocalır və tökülür.  
Sink bitkilərin zülal mübadiləsində  iştirak edən fermentlərin 
tərkibinə daxildir. Onun çatışmazlığında oksidləşmə-reduksiya pro-
sesində tarazlıq pozulur, karbohidratların mübadiləsi ləngiyir. Azo-
tun mənimsənilməsində aktiv iştirak edir. Sinklə qidalanma bitki-
lərin yaz və ilk yayda intensiv inkişaf dövründə daha yaxşı səmərə 
verir. Belə ki, bitkinin təpə tumurcuqlarının intensiv inkişafında 
azotun çatdırılmasına yardım edir. Vegetasiyanın sonunda və qış sü-
kunət dövründə sink bitki daxilində demək olar ki, yayılmır. Bu 
xüsusiyyəti nəzərə alaraq, tərkibində sink olan kompleks mikro-
elementlərdən ibarət kökdənkənar yemləmə gübrələri yazda zoğ-
ların inkişafa başladığı dövrdə çiləmə metodları ilə verilməlidir. 
Çiləyicilərin püskürtdüyü işçi məhlul yarpaq üzərinə düşərkən du-
man şəklində olarsa, bitki tərəfindən mənimsənilmə maksimuma ça-
tar. Havada olan su dənəciklərinin ölçüləri nə qədər kiçik olsa, işçi 
məhlulun tərkibində olan mikroelementlər və başqa maddələr bitki 
yarpaqları  tərəfindən bir o qədər tez və itkisiz mənimsənilər.  
Ağır torpaqlarda becərilən bitkilərdə sink çatışmazlığı daha çox 
müşahidə olunur, bitkilərin kök sisteminin inkişafı  çətinləşir. Hu-
musla az təmin olunmuş, gillicəli və qumsal torpaqlarda sink ele-
mentinin qıtlığı daha çox müşahidə edilir. P.A.Ark ağır sinkin bitki-
lərlə yanaşı yaşayan mikroorqanizmlərin də qida elementləri sıra-
sına daxil olduğunu və bitkilərlə  rəqabət apardığını öyrənmişdir . 
Belə ki, torpaqda yaşayan bakteriya və göbələklərin sinkə  tələbatı 
çox olduğundan, bitkilərdən qabaq torpaqda mənimsənilən  sinki 
daha çox qəbul edir. Bununla da sink bitkilərdə çatışmır. Bunun 
aradan qaldırılması üçün hər il yazda və ilkin yayda çoxillik bitki-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə