127
xumluqda sərtləşmə, lətli hissədə isə tündləşmiş, bərkimiş toxuma-
lar olduğundan, məhsulun keyfiyyəti pisləşir və tez xarab olur.
Adətən, yonca yerində və yonca əkinlərinə yaxın ərazilərdə olan
pomidor əkinlərində daha çox ziyan vurur (Şəkil 66).
Ləkəli mozaika.Törədicisi Cucumber mosaic virusdur
(CMV). Təsnifata görə 4-cü müsbət ss RNT qrupu viruslarının
Unassigned sırasının, Bromoviridae fəsiləsinin, Cucumovirus cin-
sinin nümayəndəsidir.
Xəstəliyi bir neçə virus ştammı törətdiyindən hər ştamm özü-
nün spesifik əlamətləri ilə ortaya çıxır. Xiyar bitkisində ilk dəfə aş-
kar edildiyindən bu viruslar sahib bitkinin adı ilə adlandırılır. Buna
baxmayaraq, CMV müxtəlif mutant ştammlar yaradaraq yoluxdur-
duğu bitkilərin növ tərkibini artırmaqda davam edir. Bu günə qədər
800-dən artıq bitkini sirayətləndirməsi qeydə alınmışdır. Ştammlar-
dan asılı olaraq pomidor bitkisi üzərində yarpaq qıvrılması, mozai-
kası, sapşəkillilik, yarpaqların qırışması, kənarlarının yuxarı doğru
qatlanması, budaq və saplaqlarda qonur ştrixlə müşahidə olunan
mozaika əlamətləri yaradır (Şəkil 67).
İkiqat strik. Törədicisi Tomato mosaic virus (TomMV) və
Potato virus X (PVX) eyni zamanda sirayətlənməsinin nəticəsidir.
Xəstəliyin aqressivliyi bu virusların mutant yaradaraq yayılma area-
lını genişləndirə biləcəyini istisna etmir. İkiqat strik zamanı yarpaq-
larda kiçik tündləşmiş ləkələr müşahidə olunur.
Bu ləkələr getdikcə böyüyür. Saplaq və budaqlarda, çiçək topa-
larında və çiçək yataqlarında tünd rəngli xəttlər meydana gəlir. Son-
radan bu xəttlər böyüyür və dərinləşir. Yarpaq aşağıya doğru bükü-
lür, meyvələrdə dərinləşmiş qonur ləkələr çoxalaraq müxtəlif for-
malı deformasiyalar yaradır. Formasını itirmiş meyvələrdə bərkimə
və lətli hissənin süngərləşməsi müşahidə edilir. Xəstəlik, əsasən,
PYV-in aralıq keçiriciləri və mexaiki yolla yayılır. İşçilərin əmək
alətləri, kiçik toxunuş, müxtəlif zərərvericilərin (sovka, gəmiricilər,
ilbizlər və s.) zədələnməsindən asanlıqla bir bitkidən digərinə keçir.
Ən çox bicvurma, yarpaq qoparılması, ucvurma kimi əməliyyatlar
zamanı yayılır (Şəkil 68).
128
Ziyilli mozaika. Törədicisi Tütünün mozaika virusu Tobacco
Etch. Virus-dur (TEV). 4-cü müsbət ss RNT qrupunun Potyviridae
fəsiləsinin Potyvirus cinsinə aiddir. Tütün üzərində müxtəlif moza-
ikalarla müşayiət olunan və pomidoru da sirayətləndirən TEV, yar-
paqların deformasiyası, ziyilli olması və qıvrılması ilə ortaya çıxır.
TEV müxtəlif cücülərlə ( Myzus persicae, Aphis gossypii) yayılır.
Başlıca olaraq keçiricisi mənənələr olduğu üçün müxtəlif növ
alaq otlarını da yoluxdurur. Mexaniki yolla da keçə bilir. Yarpaqla-
rın tükcüklərinin qırılması, bicvurma, yarpaqların qoparılmasından
əmələ gələn mexaniki zədə yerlərindən bitkiyə daxil olur (Şəkil 69).
Adi mozaika.Törədicisi Tomato mosaic virusdur (ToMV).
4-cü, müsbət ss RNT qrupunun Tobamovirus cinsinə aiddir.
Başlıca xarakterik əlaməti yarpaqlarda ziyilli açıq-yaşıl rənglə-
rin damarlararası parenximdə görünməsidir. Yarpaqlarda damarlı
hissələrdə isə tünd-yaşıl rənglə özünü göstərir. Yarpaqlar kənarlar-
dan yuxarıya doğru qıvrılaraq çalov şəkli alır. Örtülü sahədə xəstəli-
yin yayılmasında mexaniki işlər bicvurma, yarpaqların qoparılması
iplərə çəkilmə zamanı mexaniki zədələnmələrdən virus dərhal bitki-
yə keçir. Pomidor virusu əvvəlki əkindən torpaqda qalmış köklərdə
yaşaya bilir və növbəti əkində şitilin kökü ilə təmasda bitkiyə keçir.
Pomidor bitkisinin açıq sahədə ToMV xəstəliyi ilə yoluxması daha
şiddətli olur. Belə ki, isti, quru havalarda bitki inkişafdan qalır, bu-
daqlar və yarpaqlar elastikliyini tamamilə itirərək sərtləşir və qac
olur. Məhsuldarlıq kəskin azalır. Çiçəklərin əksəriyyəti tökülür,
meyvələr şirəsiz olur, ölçüləri və çəkisi azalır, lətli hissə bərkiyir,
eninə kəsiyində qabığa yaxın lətli hissədə qabıqla paralel və lətli
arakəsmələrdə bərkimiş ağımtıl-boz zolaqlar görünür. Kal meyvələr
bitki üzərində çox qalır (20-28 gün) gec yetişir və dadsız olur. Belə
məhsul əmtəəlik hesab edilə bilməz. Daha şiddətli yayılmada pomi-
dor meyvələri eybəcərləşir, toxumluqlarda qonurlaşma müşahidə
edilir. Bu da virusların toxumu sirayətləndirməsini və onunla yayıl-
dığını göstərir. Odur ki, toxumluq seçilərkən xəstəliklərdən və
zərərvericilərdən izolyasiya edilməlidir və sağlam olmalıdır. Buna
baxmayaraq virus mənşəli xəstəliklərin zəif yoluxmada əlamətləri
129
nəzərə çarpmadığı üçün sahədə xəstəlik varsa, bu sahədə toxumluq
saxlanması məsləhət görülmür.
Xəstəliyin yayılma yolları müxtəlifdir. Toxumlarla, sorucu cü-
cülərlə, bicvurma, yarpaqların qoparılması və iş alətləri ilə daha çox
yayıla bilir. Bir sözlə çalışmalı ki, ToMV pomidor əkilən sahəyə hər
hansı yolla gəlməsin. Onun qarşısının alınması çox çətinlik yaradır
və məhsuldarlığı 45-50%, bəzən şiddətli yayıldığı illərdə 90%-ə qə-
dər azaldır. Əgər əvvəlki illərdə ToMV örtülü və ya açıq sahədə
olubsa, orada pomidor bitkisinin əkilməsi məsləhət görülmür. Əgər
məcburiyyətdirsə, o zaman torpaq və ya substrat tamamilə termiki
(60-110°C) dezinfeksiya edilməli və tam etibarlı mənbədən əldə et-
məlidir. Toxumlar səpinqabağı mütləq dezinfeksiya edilməlidir. Bu
məqsədlə 1,5-1%-li KMnO-nun məhlulunda 30-60 dəqiqə saxlan-
dıqdan sonra steril su ilə yuyulmalı və 2-3 gün sonra səpilməlidir.
Yaxşı olar ki, toxumlar steril substratlarda və kassetlərdə səpil-
sin. Şitil becərilən yer tamamilə ayrılmalı və buraya kənardan cücü-
lərin, müxtəlif heyvanların və kənar şəxslərin girməsinə yol vermək
olmaz. Şitillərə və məhsuldar sahəyə qulluq edən şəxslər xüsusi ge-
yimlərlə, mühafizə vasitələri ilə, sterilizatorlarla təchiz edildikdən
sonra işə başlamalıdır. İstixanalarda havalandırma pəncərələri kiçik
ölçülü torlarla bağlanmalıdır ki, çöldən müxtəlif cücülər və aralıq
keçirici sayılan orqanizmlər daxil olmasın. Alaq otlarının da aralıq
keçirici olduğunu nəzərə alsaq, suvarma suyunun mənbəyinə, zibil-
lənmə səviyyəsinə və qeyd olunan aralıq keçiricilərlə bilavasitə tə-
masının qarşısı alınmalıdır. Bu məqsədlə suvarma suyunun daxil
olduğu borulara xüsusi filtrlər quraşdırılmalı, su hər növ kənar his-
sələrdən təmizlənməli və sahəyə gəlməsinin qarşısı alınmalıdır
(Şəkil 70).
Mikoplazma mənşəli Stolbur xəstəliyi. Törədicisi Candi-
datus Phytoplasma solani
Abşeronun polietilen örtüklü isidilən və isidilməyən sahələrin-
də becərilən pomidorun Durinta F1, Flinta F1, Caba F1, Eniqma F1
hibridləri üzərində qış-yaz əkinlərində müşahidə edilmişdir. Xəstəli-
yin aralıq keçiricisi istixana ağqanadlısı və bostan mənənəsidir ( Ap-
Dostları ilə paylaş: |