Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

133 
53°C-də tamamilə məhv olur.  
Bakterial xərçəng pomidor bitkisində soluxma əlaməti yaradır. 
Nəticədə floema kanallarında tünd rəngli sahələr müşahidə olunur. 
Gövdənin şaquli-çəpəki kəsilməsi zamanı yarpaq saplağının bitişən 
yerində qaralmalar gözə çarpır. Xəstəliyin təsirindən soluxma hal-
ları pikirovkadan 2-4 yarpaq dövründən müşahidə olunmağa başla-
yır. Bəzən zəif inkişaf edən xəstəlik, bütün vegetasiya boyu müşa-
hidə edilmir, amma məhsuldarlıq dövründə bitkinin qidalanması və 
aqrotexniki tədbirlər vaxtında yerinə yetirilmədikdə tez bir zamanda 
bütün sahədə geniş yayıla bilir.  
Yarpaqlarda xəstəliyin əlaməti daha güclü olur. Mürəkkəb yar-
pağın saplağından bir hissəsində olan yarpaqlar soluxur digər hissə 
turqor vəziyyətini saxlayır. Soluxma əsasən aşağı yarus yarpaqların-
dan başlayır. Bitkinin bir tərəfindən aşağıdan başlayaraq bəzən 1 və 
ya 2 yarpaq, bəzən də 3 yarpaq birtərəfli soluxur və quruyur. Xəstə-
liyin yayılması uzun müddət çəkir, bəzən bu hal 2 aya qədər davam 
edir.  
Floema qatında olan kanalların güclü yoluxması  nəticəsində 
xəstəliyin  əlaməti gövdə  və qabıqda da qonurlaşma ilə müşahidə 
edilir. Daha sonra gövdədə qonurlaşmış uzununa qara xətlər dərinlə-
şir və çatlamış yaralara çevrilir. Gövdələrdə yaranmış  əlamətlər 
meyvələrə keçir və pomidorlar üzərində kiçik ölçülü mərkəzi qara 
nöqtəli olan bozumtul-yaşıl rəngli ləkələrlə müşahidə olunur. 
Sonrada bu ləkələr çoxalır, meyvənin birtərəfli inkişafı qeydə alınır. 
Xəstəlik meyvələrdə çox geniş yayılmamışdır. Lakin sirayətlənmiş 
meyvələri kəsdikdə sirayətlənmə zonasındakı toxumaların qonur və 
qara rəngli olduğu müşahidə olunur.      
Xəstəlik əsasən toxumlarla yayılır. Bunu nəzərə alaraq toxum-
lar sağlam meyvələrdən götürülməlidir. Patogen steril olmayan adi 
torpaqda 15-20 gün yaşayır. Bitki qalıqlarında 2,5-3 il müddətinə 
yaşama qabiliyyətini saxlayır. Odur ki, məhsul yığımından sonra 
bitki qalıqları kökdən çıxarılmaqla tamamilə  kənarlaşdırılmalı  və 
yandırılmalıdır. Heç bir halda bitki qalıqlarından çürüntü və ya 
kompost hazırlamaq olmaz bu, xəstəliyin maksimum yayılmasına 


134 
səbəb olar. Bakterial xərçəng xəstəliyinə qarşı mübarizədə daxili 
karantin tədbirlərinə ciddi əməl olunmalıdır. Davamlı sortların se-
çilməsi ona qarşı immuniteti yüksək olan sortlardan istifadə səmə-
rəli hesab olunur. Toxumluqla məşğul olanlar ilk əvvəl tam sağlam 
meyvələri toxumluq üçün seçməlidir. Toxumlar sağlam meyvə-
lərdən alınmalıdır. Toxumları satın alan şəxslər toxumları səpinqa-
bağı dezinfeksiya etməlidir. Bu məqsədlə müxtəlif metod və vasitə-
lər var. Bəzi tədqiqatçılar 50-54°C temperaturda 40 dəqiqə müddə-
tində saxlamaqla toxumların sterilləşdirilməsini təklif edir. Lakin bu 
metod təhlükəlidir. Belə ki, toxumların rüşeyminin ölməsi təhlükəsi 
yaranır. Cüzi səhv bütün toxumları sıradan çıxara bilər. Toxumların 
səpinqabağı KMnO
4
-ün 0,5%-li məhlulunda 2 saat müddətində 
saxlanması  və sonradan 3 dəfə adi suda yuyularaq təmizlənməsi, 
10%-li xörək duzunda 40 dəqiqə saxlanması, Benlat funqisidinin 
0,5%-li məhlulunda 2 saat ekspozisiya ilə saxlanması  və sonradan 
yuyulması tədbirləri səmərəli hesab edilir.   
Toxumluq üçün saxlanmış pomidorların öz şirəsində 96 saat 
ekspozisiyada qıcqırmaqla fermentasiyası toxumu təbii yolla infek-
siya mənbələrindən təmizləyir. Qıcqırmış şirədə toplanan sirkə tur-
şusu və süd turşularının bakterosidlik qabiliyyəti olduğundan toxu-
mun  Cl.michigahensisdən  təmizlənməsində metod kimi istifadə 
edilir.  
Toxumların səpinqabağı Qamair və Alrin-B biopreparatlarının 
(Bacillus subtilis, şt. B-10, şt. M-22 ВИЗР) 1-2 qr/kq hesabı ilə iş-
lənməsi (işçi məhlulun sərfiyyatı 1-1,5 l/kq) patogenin toxumlardan 
təmizlənməsinə səbəb olur. Tədbirdən sonra toxumlar qurudulur və 
səpin üçün saxlanılır.                                                                                           
Biopreparatlardan Qamair (titr 10 KOE/q) 120 qr/ha normada 
vegetasiya dövründə 500-2000 l/ha işçi məhlulu sərfiyyatı ilə hər 15 
gündən bir çilənməsi, Fitobakteromitsin tərkibli Fitolarin-300 İT 
(300000 EA/qr) 6-8 kq/ha 0,2%-li məhlulunun 3000-4000 litr/ha 
işçi məhlulu sərfiyyatı hesabı ilə damlama suvarma metodu ilə kök 
ətrafına verilməsi Bakterial xərçənglə mübarizədə səmərəlidir.  
Əgər şitillər alınırsa, bu zaman onların köklərinin və substratın 


135 
təmizlənməsi məqsədi ilə Fitolavin-300 preparatının qeyd olunan 
konsentrasiyada 2 dəfə 2 gün intervalla suvarma və çiləmə kimi 
verilməsi səmərəlidir (Şəkil 73). 
Bakterial soluxma Ralstonia solanacearum (Smith, Yabuuchi 
et al.) müxtəlif sinonimlərlə  (Burkholderia Solanacearum Smith, 
Pseudomonas solanacearum Smith) adlandırılmışdır.  Proteobac-
teria  şöbəsi,  Beta Proteobacteria sinifi, Burkholderiales sırası, 
Ralstoniaceae  fəsiləsi, Ralstonia cinsinə  mənsub olan qram-mənfi 
bakteriyadır. Bakterial soluxma xəstəliyi karantin xəstəlik hesab 
edilməsinə baxmayaraq, Azərbaycanda Xaçmaz rayonu, Abşeron 
yarımadası ərazisində müşahidə olunur. Açıq və örtülü şəraitdə be-
cərilən pomidor əkinlərində yayılmışdır. Abşeron yarımadası ərazi-
sindən laboratoriyaya daxil olan xəstə materialların vaxtaşırı müa-
yinəsi zamanı xəstəliyin ilk əlaməti aşağı yarus yarpaqların qismən 
aşağıya doğru qıvrılması ilə müşahidə olunur. 7-10 gün müddətində 
pomidor kolu tamamilə soluxur. Soluxan kol öz yaşıl rəngini 
itirmir.  
Qram mənfi bakteriyalardır, jelatini parçalamır, nitratları re-
duksiya edir. Qida mühitində koloniyanın rəngi ağımtıldan qonur 
rəngə  qədər dəyişir. Nişastanı hidroliz edir. Dekstroza, laktoza, 
saxaroza və qliserinlə heç bir qaz və ya turşu  əmələ  gətirmir. 
Ölçüləri 0,5×1,5 mk olub, zəncir  şəklində düzülürlər. Spor və 
kapsul əmələ gətirmir. Kritik temperatur həddi 52°C-dir.  
Abşeron bölgəsində örtülü sahədə müşahidələr göstərmişdir ki, 
soluxmuş bitkinin kökboğazı buğumlanaraq qopur və bitkini 
saxlaya bilmir. Kök boğazından başlayaraq eninə kəsilmiş gövdənin 
təbii rəngini dəyişərək sarımtıl, sonradan isə açıq-qəhvəyiyə çalan 
rəng aldığı müşahidə edilir. Bu rəng bəzi istixana sortlarında göv-
dənin üzərindən də müşahidə edilir. Gövdənin eninə  kəsiyini 
müşahidə etdikdə özəyin və su ötürücü toxumaların strukturunda 
parçalanma və ekssudatlı seliyin yarandığını müşahidə etmək olar. 
Belə gövdəni suya saldıqda açıq-sarımtıl və ya bozumtul rəngli 
seliyin suya axdığı müşahidə edilir. Bu törədici bakteriyanın sahə 
şəraitində xarici əlamətinə görə təyin edilməsinin sadə üsuludur.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə