Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

139 
ğunu əks etdirir. Fitoftora pomidorun yarpaqlarını, saplaq və gövdə-
sini, çiçək topasını, meyvələri, bəzi hallarda kiçik yaşlarda kökətrafı 
gövdələri də sirayətləndirir. 
Yarpağın sirayətlənmiş hissələrində əvvəlcə qismən rəngsizləş-
mə müşahidə edilir və soluxur, sonradan bu hissələrdə qeyri-müəy-
yən ölçülü tünd-qonur və şabalıdı rəngdə ləkələr əmələ gəlir. Ləkə-
lər ilk olaraq əsasən yarpağın kənar hissələrində, bəzən ortalarda 
müşahidə edilir. Yarpaqlardan xəstəlik saplağa və əsas budağa yayı-
lır və burada qonur və ya şabalıdı xəttlər əmələ gəlir. Rütubətli ha-
valarda ləkələrin ətrafında və üzərində kifli ağ örtük müşahidə edilir 
ki, bu da göbələyin mitselləri, konididaşıyanları və konidilərdir.  
Polietilen örtüklü istixanalarda axşam və gündüz temperatur 
həddində  kəskin fərq olduqda xarici görkəminə görə sağlam görü-
nən aşağı yarus yarpaqlarının alt hissəsində  ağ örtüklər müşahidə 
edilir. Bu örtük Phytophthora infenstans göbələyinin növbəti gene-
rasiyasının inkişafının konidi mərhələsidir ki, bu konidilər müxtəlif 
yollarla (külək, su damcısı, mexaniki toxunma və s.)  yayılaraq 
bütün sahədə xəstəliyin yayılmasına səbəb olur. 
Xəstəliyin özünəməxsus  əlaməti meyvələrdə müşahidə edilir. 
Əvvəlcə qeyri-müəyyən ölçülərdə meyvənin müxtəlif hissələrinin 
rənglərində sarımtıl və qonur ləkələr müşahidə edilir. Bu əlamətlər 
konsentrik formalı batıq ləkələrlə müşahidə edilir. Ləkələr mey-
vənin içərisinə doğru və səthi boyu inkişaf edirlər. Xəstəlik meyvə-
lər üzərində inkişaf etdikcə toxumalarda yumşalma müşahidə edilir, 
son nəticədə meyvə tamamilə çürüyür.  
Fitoftora çiçəklərin kasa yarpaqlarının, çiçək yatağı və saplağı-
nın qaralması və quruması ilə nəticələnən əlamətlər verir.  Gövdə və 
budaqlar xəstəliklə güclü sirayətlənir.  Əlamətlər ilk əvvəl yarpaq 
saplağı ilə budağın birləşdiyi nahiyədə yağlı, tünd ləkələr şəklində 
meydana gəlir. Rütubətli havalarda bu ləkələr sürətlə inkişaf edərək 
10 sm-ə bəzən daha böyük ölçülərə malik olan sahəni tuturlar. Ca-
van budaqlar, sulu və inkişaf etmiş saplaqlar xəstəliklə daha çox si-
rayətlənirlər və havanın nisbi rütubəti aşağı düşdükdə və sirayətlən-
miş nahiyələr qonurlaşaraq soluxurlar və tökülürlər. 


140 
Fitoftora xəstəliyinin törədicisinin inkubasiya dövrü temperatur 
rejimindən asılı olaraq 18-72 saat davam edir. İlkin  əlamətlərin 
meydana gəlməsi ilə patogenin konidilərlə kütləvi yayılması dövrü 
başlayır. Yarpaqların aşağı  tərəfində yaranmış gümüşü örtük pato-
genin mitselləri və onlar üzərində yaranmış konidilərdir.  Yaranmış 
şəraitdə konidilər kütləvi halda havaya qalxır və kiçik su damcıları 
ilə yayılır. Polietilen örtüklü istixanalarda axşam temperaturlarının 
10-12ºC, gündüz vaxtlarda isə temperaturun yüksəlməsi, örtüyün 
altında damcıların yaranması və kiçik təsirdən (külək, mexaniki to-
xunma) bu damcıların bitkinin müxtəlif orqanları üzərinə, həmçinin 
torpağa düşməsi ilə xəstəliyin bir gecədə kütləvi surətdə yayılması 
ilə  nəticələnir. Konidilər yarpaqlara onların təbii yollarından-ağız-
cıqlarından daxil olur və inkişaf edən qaustoriyalarla hüceyrə arala-
rında yayılaraq qidalanır. Patogen  əsasən saplaq hissəsindən keçə-
rək pomidor meyvəsini sirayətləndirir. Aparılmış müşahidələrlə sü-
but edilmişdir ki, xəstəliyin ilkin inkişafı üçün optimal şərait olarsa, 
(14-20°C temperatur və 80-96% nisbi rütubət) 1000 m
2
 sahədə 1-2 
yarpaqda xəsətliyin  əlamətlərinin olması kifayətdir ki, bütün sahə 
70 saat ərzində xəstəliklə sirayətlənsin. 
Xəstəliyin bitki qalıqlarında, torpaqda, toxumda, kartof yumru-
larında və onların məişət tullantılarında qala bilməsini əsas götürə-
rək demək olar ki, açıq sahədə Fitoftoranın infeksiya mənbəyi həmi-
şə mövcuddur. Bu səbəbə görə açıq sahədə xəstəliyin törədicisinin 
hansı temperatur və rütubət rejimində inkişafını bilmək vacibdir. Bu 
onun qısa müddətli proqnozunun müəyyən edilməsində və ya mey-
dana gəlməsi ehtimalına əsasən, qarşılayıcı tədbirlərin vaxtının mü-
əyyənləşdirilməsində başlıca elementlərdəndir. Göbələk damcılı rü-
tubət şəraitində inkişaf edir. Zoosporlar 6-21ºC temperaturda inkişaf 
edirlər, lakin optimal temperatur həddi 12-20ºC-dir. 35ºC-də göbə-
lək inkişafını dayandırır. Havanın nəmliyi 75%-dən aşağı olduqda 
yarpaqlar üzərində konidilər əmələ gəlmir, yəni xəstəlik  inkişaf edə 
bilmir. 
Konidilər optimal temperatur (14-20ºC) və rütubət  şəraitində 
30 dəqiqə bitki ilə təmasda olduqda artıq sirayətlənmə baş verir. Si-


141 
rayətlənmə baş verəndən xəstəliyin əlamətinin bitki üzərində mey-
dana gəlməsinə qədər keçən vaxt inkubasiya dövrü adlanır. Bu dövr 
temperaturdan asılı olaraq 3-10 gün arasında dəyişir. Əgər 12ºC-də 
bu dövr 10 gün uzanırsa, 22ºC-də 3 gün davam edir. Axşam 
vaxtlarında havanın temperaturu 10ºC-dən yuxarı olmasının mini-
mum 2 gecə davam etməsi şehli havanın 4 saatdan artıq olması, bu 
iki günün birində havanın yağmurlu olması, maksimal temperatu-
runun 20-30ºC olması  şərtləri ödənilərsə, Fitoftora xəstəliyinin 
meydana gəlməsi labüddür. Meteoroloji factorların yuxarıda göstə-
rilən hədləri baş verərsə, 5-ci gündən etibarən 3 gün ərzində qarşı-
layıcı tədbirlər yerinə yetirilməlidir (Şəkil 76). 
 
Cənub fitoftorozu 
 
Törədicisi Phytophthora nicotianae Breda de Haan. 1998-ci il-
də Abşeron bölgəsində örtülü sahədə qeydə alınmışdır. Pomidor 
şitillərində kök və kökboğazını, rüşeym yarpaqlarının əsl yarpaqları 
və meyvələrini zədələyir. Şitillər daimi yerinə köçürüldükdən sonra 
təpə hissəyə yaxın əsas gövdənin tədricən rənginin bozumtul-qonur 
rəngə düşməsinə, sonradan bu nahiyənin turqoru itirərək nazilməsi-
nə, sonda budağın çürüməsinə səbəb olur. Çürümüş və ya soluxmuş 
hissədən bitkinin üst hissəsi əyilir və tamamilə məhv olur. Şitillik-
lərdə örtülü sahədə  şiddətlə yayılır və  məhsula güclü ziyan vurur. 
Mikroskopik analizlərlə patogenin sistematik analizi aparılmışdır. 
Möhkəm liflərlə əhatələnmiş, liflər müxtəlif qalınlıqda 10 m-ə qədər 
diametrdədir. Sporangilərin məməcikləri olub, dairəvi, ellipsvari və 
yumurta  şəkillidir. Ölçüləri 28-32 m×35-55 m-dir. Azərbaycanda 
açıq sahədə Lənkəran-Astara və Quba-Xaçmaz bölgələrində, örtülü 
sahədə isə bütün bölgələrdə yayılaraq güclü ziyan vurur. Əsasən, 
növbəsiz əkin sahələrində və yaxud kartof və digər badımcançiçək-
lilərdən sonra əkildikdə daha şiddətlə yayılır.  
Müşahidə aparılan Lənkəran-Astara və Xaçmaz rayonunda,  
açıq və örtülü sahələrdə  yayılmışdır. Azərbaycanda cənub fitoftora-
sı örtülü sahədə daha çox müşahidə edilir. Polietilen örtüklü, isidil-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə