Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

109 
fosfatların  əhəmiyyəti böyükdür. Hüceyrə membranında, hüceyrə 
şirəsinin tərkibində, nuklein tursularından - DNT və RNT-nin tər-
kibində fosforun iştirakı bitki orqanizminin ümumi nizamlama 
proseslərində xəstəliklərə qarşı davamlılığın artmasında mühüm rol 
oynayır. Bitkilərin fosforla kifayət qədər təmin olunması repro-
duktiv fazaya vaxtında və normal vəziyyətdə keçməsinə, məhsulun 
spesifik rəng, dad və ətrinin yerində olmasına kömək edir. Beləliklə
fosforun bitki orqanizmində fizioloji rolu böyükdür. O, zülal sinte-
zində, enerji mübadiləsində, genetik əlamət və xüsusiyyətlərin, nəsil 
əlamətlərinin saxlanması  və ötürülməsi prosesində, hüceyrə mem-
branının  əmələ  gəlməsi və möhkəmlənməsində, bitkilərin repro-
duktiv mərhələyə keçməsində, fotosintez və tənəffüs prosesində və 
onun yüksəlməsində bilavasitə iştirak edir. 
Turş reaksiyalı torpaqlarda fosfor duzlarının parçalanması pro-
sesi baş verir. Deqradasiyaya uğramış fosfor başqa maddələrlə birlə-
şir və  nəticədə bitki tərəfindən mənimsənilə bilməyən formalara 
çevrilir. Beləliklə, turş reaksiyalı torpaqlarda mənimsənilən fosfor 
tərkibli qeyri-üzvi birləşmələrin çatışmazlığına səbəb olur. 
Çoxillik bitkilərin fosfor tərkibli qida maddələrini özəkdə ehti-
yat şəklində toplaya bilmək xüsusiyyəti var. Yaşlı hüceyrələrdə top-
lanmış ehtiyat fosfor bitkiyə lazım olduqda parçalanır və istifadə 
olunur. Şitilliklər sürətlə inkişaf etdiyindən onlar fosfor ehtiyatı top-
laya bilmir. Daimi yerlərə köçürülərkən torpaqlarda fosfor çatış-
mazlığı olarsa, həmin ili özünü büruzə verir. Budaqlanma, boy və 
inkişaf zəifləyir, yarpaqların rəngi daha çox tündləşir, yarpaq sap-
lağının budaqlara birləşən hissəsi və cavan budaqlar qırmızımtıl 
rəng alır. Güclü fosfor çatışmazlığı zamanı yaşlı yarpaqlarda sa-
rımtıl-yaşıl və tünd-yaşıl ləkələr  əmələ  gəlir, budaqlar nazik olur, 
meyvə tumorcuqları az əmələ  gəlir. Belə bitkilərin soyuğa da-
vamlılığı azalır. Pomidor və digər badımcançiçəkli bitkilərdə fosfor 
qıtlığı yarpaq ayasının ortadan çökərək kənarlarının qalxması  və 
damarların kəskin çıxması ilə özünü büruzə verir. Yarpaqların öl-
çüləri kiçik olur, çiçək topalarının və onlarda çiçəklərin miqdarı 
azalır. Belə hallarda pomidor meyvələrində Təpə çürüməsi xəstəliyi 


110 
daha çox müşahidə edilir. Piqmentasiyanın düzgün getməməsi, sarı-
yaşıl rənglərin zolaqlar halında təzahürü torpaqda fosforun çatış-
madığını göstərir.  
Fosfor çatışmazlığını aradan qaldırmaq üçün torpağın turş 
reaksiyası neytrallaşdırılmalıdır. Bu məqsədlə öncə torpağın ümumi 
analizi aparılmalı, kalsium (Ca), maqnezium (Mg) və fosforun 
ümumi miqdarı  dəqiqləşdirilməlidir. Qələvi torpaq metalları olan 
Ca və Mg elementlərinin torpaqda miqdarının normal olması fos-
forun bitkilər tərəfindən normal mənimsənilməsinə yardım edir. 
Fosforun təbii formada bərpa edilməsi üçün torpağa xəzəl və bitki 
mənşəli çürüntülər verilməlidir. Superfosfat, Perespitat, Urojay və 
yaxud tərkibində  mənimsənilə bilən Fosfor olan digər gübrələrdən 
istifadə etməklə  xəstəliyi aradan qaldırmaq olar. Fosfor gübrələri 
torpağa şumlamadan qabaq torpaq altına verilir. Torpaqda fosforun 
miqdarı  həddindən artıq olduqda sink çatışmazlığı ilə  nəticələnir. 
Odur ki, torpaq analiz olunaraq tərkibindəki fosforun miqdarı  də-
qiqləşdirildikdən sonra uyğun norma seçilməlidir. Pomidor əkinlə-
rində fosfor çatışmazlığın aradan qaldırmaq üçün Bravo-P və ya 
tərkibində mənimsənilən fosforun üstünlük təşkil etdiyi başqa aqro-
kimyəvi preparatlardan yarpaqlara yemləmə çiləməsi və yaxud sub-
strata  əlavə yemləmə kimi verilməsi xəstəliyin aradan qaldırılma-
sında səmərəli olmuşdur. Stasionarda (Buzovna, Abşeron  şitilçilik 
təsərrüfatında) Bravo P tətbiq etməklə yaranmış xəstəliyə qarşı op-
timal tədbir hazırlanmışdır. Durinta sortuna aid şitillərin daimi yer-
lərinə köçürüldükdən sonra 7-8 nəsil yarpaq fazasında, 1-ci çiçək 
topasının yeni görünmə vaxtı  əsas zoğun təpə tumurcuğuna yaxın 
hissələrində müşahidə olunan bənövşəyi rəngin üstünlük təşkil et-
məsi və qismən yana əyilmə  xəstəliyin xarakterik əlaməti hesab 
edilir.  
Əhəmiyyətinə görə fosfor bitkinin başlıca qida elementi oldu-
ğundan onun çatışmazlığının aradan qaldırılması istehsalçılara sə-
mərə gətirir. Lakin vegetasiya dövründə bitkidə əlamətlər müşahidə 
edildikdə torpağın ənənəvi gübrələnməsi mümkün olmur. Bu zaman 
tələb olunan P yarpaqlara əlavə çiləmələrlə və ya damcılama meto-


111 
du ilə torpağa bilavasitə yuvalara verilməsi daha səmərəli sayıl-
malıdır. Odur ki, pomidorun istixana şəraitində fosfor çatışmazlığı-
nın aradan qaldırılması üçün Bravo-P qatı yarpaq gübrəsinin tətbiqi 
və onun P çatışmazlığına qarşı səmərəsi tərəfimizdən öyrənilmişdir. 
Qeydiyyat və hesablamalardan alınmış  nəticələr göstərdi ki, 
Bravo-P vegetasiya dövründə pomidorun fosfor çatışmazlığının ara-
dan qaldırılmasında müsbət nəticələr göstərmişdir. Belə ki, Bravo-
P-nin 0,25%-li məhlulu ilə yemləmə verilmiş pomidorlar üzərində P 
çatışmazlığının  əlamətləri tamamilə aradan qalxmış, nəzarətdə isə 
22-29%-lə yarpaqların qıvrılması və kal meyvələrin alabəzək zolaq-
lığı  müşahidə olunmuşdur. 
Bu zaman təcrübə altında olan bitkilərdə meyvə yetişkənliyi də 
normal olmuşdur. Bravo-P-nin 0,3%-li məhlulu ilə yemləmə varian-
tında isə texniki səmərə maksimum 82% olmuşdur.  
Beləliklə, Bravo-P qatı yarpaq gübrəsi pomidorun vegetasiya 
dövründə fosfor elementinin mənimsənilə bilən aktiv ionları ilə tə-
min olunmasında yemləmə kimi tətbiqi səmərəli olmuşdur (Şəkil 
57). 
 
Kalium çatışmazlığı 
 
Kalium (K) bitkinin xəstəliklərə davamlılığının artırılmasında 
başlıca elementlərdəndir. Məhsulun keyfiyyətinin yüksəldilməsində 
başlıca yeri kalium gübrəsi ilə yemləmə  təşkil edir. Bitkilər başqa 
kationlara nisbətən kaliumu daha çox mənimsəyir. Kalium çatış-
mazlığı olduqda bitkilərdə maddələr mübadiləsinin pozulması, 
membran potensialının azalması  nəticəsində qida maddələrinin 
hərəkəti zəifləyir. Nəticədə bitkilərin məhsuldarlığı azalır. Kalium 
gübrəsi Askorbin turşusunun (vitamin C) sintezini sürətləndirir, 
karbohidratların  əmələ  gəlməsini və onların reproduktiv orqanlara 
nəqlini gücləndirir. Kartof yumrularında nişastanın, üzüm salxım-
larında və meyvələrdə pektin maddələrinin, şəkər çuğundurunda sa-
xarozanın  əhəmiyyətli dərəcədə yüksəlməsini və  yığılmasını  tən-
zimləyir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə