133
53°C-də tamamilə məhv olur.
Bakterial xərçəng pomidor bitkisində soluxma əlaməti yaradır.
Nəticədə floema kanallarında tünd rəngli sahələr müşahidə olunur.
Gövdənin şaquli-çəpəki kəsilməsi zamanı yarpaq saplağının bitişən
yerində qaralmalar gözə çarpır. Xəstəliyin təsirindən soluxma hal-
ları pikirovkadan 2-4 yarpaq dövründən müşahidə olunmağa başla-
yır. Bəzən zəif inkişaf edən xəstəlik, bütün vegetasiya boyu müşa-
hidə edilmir, amma məhsuldarlıq dövründə bitkinin qidalanması və
aqrotexniki tədbirlər vaxtında yerinə yetirilmədikdə tez bir zamanda
bütün sahədə geniş yayıla bilir.
Yarpaqlarda xəstəliyin əlaməti daha güclü olur. Mürəkkəb yar-
pağın saplağından bir hissəsində olan yarpaqlar soluxur digər hissə
turqor vəziyyətini saxlayır. Soluxma əsasən aşağı yarus yarpaqların-
dan başlayır. Bitkinin bir tərəfindən aşağıdan başlayaraq bəzən 1 və
ya 2 yarpaq, bəzən də 3 yarpaq birtərəfli soluxur və quruyur. Xəstə-
liyin yayılması uzun müddət çəkir, bəzən bu hal 2 aya qədər davam
edir.
Floema qatında olan kanalların güclü yoluxması nəticəsində
xəstəliyin əlaməti gövdə və qabıqda da qonurlaşma ilə müşahidə
edilir. Daha sonra gövdədə qonurlaşmış uzununa qara xətlər dərinlə-
şir və çatlamış yaralara çevrilir. Gövdələrdə yaranmış əlamətlər
meyvələrə keçir və pomidorlar üzərində kiçik ölçülü mərkəzi qara
nöqtəli olan bozumtul-yaşıl rəngli ləkələrlə müşahidə olunur.
Sonrada bu ləkələr çoxalır, meyvənin birtərəfli inkişafı qeydə alınır.
Xəstəlik meyvələrdə çox geniş yayılmamışdır. Lakin sirayətlənmiş
meyvələri kəsdikdə sirayətlənmə zonasındakı toxumaların qonur və
qara rəngli olduğu müşahidə olunur.
Xəstəlik əsasən toxumlarla yayılır. Bunu nəzərə alaraq toxum-
lar sağlam meyvələrdən götürülməlidir. Patogen steril olmayan adi
torpaqda 15-20 gün yaşayır. Bitki qalıqlarında 2,5-3 il müddətinə
yaşama qabiliyyətini saxlayır. Odur ki, məhsul yığımından sonra
bitki qalıqları kökdən çıxarılmaqla tamamilə kənarlaşdırılmalı və
yandırılmalıdır. Heç bir halda bitki qalıqlarından çürüntü və ya
kompost hazırlamaq olmaz bu, xəstəliyin maksimum yayılmasına
134
səbəb olar. Bakterial xərçəng xəstəliyinə qarşı mübarizədə daxili
karantin tədbirlərinə ciddi əməl olunmalıdır. Davamlı sortların se-
çilməsi ona qarşı immuniteti yüksək olan sortlardan istifadə səmə-
rəli hesab olunur. Toxumluqla məşğul olanlar ilk əvvəl tam sağlam
meyvələri toxumluq üçün seçməlidir. Toxumlar sağlam meyvə-
lərdən alınmalıdır. Toxumları satın alan şəxslər toxumları səpinqa-
bağı dezinfeksiya etməlidir. Bu məqsədlə müxtəlif metod və vasitə-
lər var. Bəzi tədqiqatçılar 50-54°C temperaturda 40 dəqiqə müddə-
tində saxlamaqla toxumların sterilləşdirilməsini təklif edir. Lakin bu
metod təhlükəlidir. Belə ki, toxumların rüşeyminin ölməsi təhlükəsi
yaranır. Cüzi səhv bütün toxumları sıradan çıxara bilər. Toxumların
səpinqabağı KMnO
4
-ün 0,5%-li məhlulunda 2 saat müddətində
saxlanması və sonradan 3 dəfə adi suda yuyularaq təmizlənməsi,
10%-li xörək duzunda 40 dəqiqə saxlanması, Benlat funqisidinin
0,5%-li məhlulunda 2 saat ekspozisiya ilə saxlanması və sonradan
yuyulması tədbirləri səmərəli hesab edilir.
Toxumluq üçün saxlanmış pomidorların öz şirəsində 96 saat
ekspozisiyada qıcqırmaqla fermentasiyası toxumu təbii yolla infek-
siya mənbələrindən təmizləyir. Qıcqırmış şirədə toplanan sirkə tur-
şusu və süd turşularının bakterosidlik qabiliyyəti olduğundan toxu-
mun Cl.michigahensisdən təmizlənməsində metod kimi istifadə
edilir.
Toxumların səpinqabağı Qamair və Alrin-B biopreparatlarının
( Bacillus subtilis, şt. B-10, şt. M-22 ВИЗР) 1-2 qr/kq hesabı ilə iş-
lənməsi (işçi məhlulun sərfiyyatı 1-1,5 l/kq) patogenin toxumlardan
təmizlənməsinə səbəb olur. Tədbirdən sonra toxumlar qurudulur və
səpin üçün saxlanılır.
Biopreparatlardan Qamair (titr 10 KOE/q) 120 qr/ha normada
vegetasiya dövründə 500-2000 l/ha işçi məhlulu sərfiyyatı ilə hər 15
gündən bir çilənməsi, Fitobakteromitsin tərkibli Fitolarin-300 İT
(300000 EA/qr) 6-8 kq/ha 0,2%-li məhlulunun 3000-4000 litr/ha
işçi məhlulu sərfiyyatı hesabı ilə damlama suvarma metodu ilə kök
ətrafına verilməsi Bakterial xərçənglə mübarizədə səmərəlidir.
Əgər şitillər alınırsa, bu zaman onların köklərinin və substratın
135
təmizlənməsi məqsədi ilə Fitolavin-300 preparatının qeyd olunan
konsentrasiyada 2 dəfə 2 gün intervalla suvarma və çiləmə kimi
verilməsi səmərəlidir (Şəkil 73).
Bakterial soluxma Ralstonia solanacearum (Smith, Yabuuchi
et al.) müxtəlif sinonimlərlə ( Burkholderia Solanacearum Smith,
Pseudomonas solanacearum Smith) adlandırılmışdır. Proteobac-
teria şöbəsi, Beta Proteobacteria sinifi, Burkholderiales sırası,
Ralstoniaceae fəsiləsi, Ralstonia cinsinə mənsub olan qram-mənfi
bakteriyadır. Bakterial soluxma xəstəliyi karantin xəstəlik hesab
edilməsinə baxmayaraq, Azərbaycanda Xaçmaz rayonu, Abşeron
yarımadası ərazisində müşahidə olunur. Açıq və örtülü şəraitdə be-
cərilən pomidor əkinlərində yayılmışdır. Abşeron yarımadası ərazi-
sindən laboratoriyaya daxil olan xəstə materialların vaxtaşırı müa-
yinəsi zamanı xəstəliyin ilk əlaməti aşağı yarus yarpaqların qismən
aşağıya doğru qıvrılması ilə müşahidə olunur. 7-10 gün müddətində
pomidor kolu tamamilə soluxur. Soluxan kol öz yaşıl rəngini
itirmir.
Qram mənfi bakteriyalardır, jelatini parçalamır, nitratları re-
duksiya edir. Qida mühitində koloniyanın rəngi ağımtıldan qonur
rəngə qədər dəyişir. Nişastanı hidroliz edir. Dekstroza, laktoza,
saxaroza və qliserinlə heç bir qaz və ya turşu əmələ gətirmir.
Ölçüləri 0,5×1,5 mk olub, zəncir şəklində düzülürlər. Spor və
kapsul əmələ gətirmir. Kritik temperatur həddi 52°C-dir.
Abşeron bölgəsində örtülü sahədə müşahidələr göstərmişdir ki,
soluxmuş bitkinin kökboğazı buğumlanaraq qopur və bitkini
saxlaya bilmir. Kök boğazından başlayaraq eninə kəsilmiş gövdənin
təbii rəngini dəyişərək sarımtıl, sonradan isə açıq-qəhvəyiyə çalan
rəng aldığı müşahidə edilir. Bu rəng bəzi istixana sortlarında göv-
dənin üzərindən də müşahidə edilir. Gövdənin eninə kəsiyini
müşahidə etdikdə özəyin və su ötürücü toxumaların strukturunda
parçalanma və ekssudatlı seliyin yarandığını müşahidə etmək olar.
Belə gövdəni suya saldıqda açıq-sarımtıl və ya bozumtul rəngli
seliyin suya axdığı müşahidə edilir. Bu törədici bakteriyanın sahə
şəraitində xarici əlamətinə görə təyin edilməsinin sadə üsuludur.
Dostları ilə paylaş: |