659
(s). Ali‐Yasin dedikdə, Peyğəmbərimizin (s) Əhli‐Beyti (ə) nəzərdə
tutulur.
Alullah – Allahın ailəsi. Məhəmməd Peyğəmbərin (s) ailəsi, Əhli‐Beyti (ə)
nəzərdə tutulur.
Amac – hədəf
Amadə – hazır
Amil – bur. əməl edən
Aram – sakit
Arif – bilən, tanıyan
Asi – düşmən
Asib – zərər, ziyan
Asitan – eşik, qapının ağzı
Aşiyan – yuva
Aşura – məhərrəm ayının onuncu günü Kərbəlada İmam Hüseyn (ə)‐ın
öz yaxınları ilə şəhadətə yetişdiyi gün.
Aşüftəhal – halı pozğun, bikef
Avarəvətən – vətəndən ayrı düşən
Aya – sual ədatı (mı, mi, mu, mü)
Ayinə – ayna, güzgü
Azar – dərd, azar, əziyyət
Azimi‐meydan – meydana yola düşmə
Azimi‐üqba – vəfat etmə, əbədi dünyaya yola düşmə
B
Baba – ata; baba
Babi‐nicatü rəhmət – mərhəmət və qurtuluş qapısı. Peyğəmbər (s) və
Əhli‐Beyti (ə) nəzərdə tutulur. Burada sonuncu İmam Mehdi (ə.f)‐ə işarə
olunur
Babi‐rəhmət – rəhmət qapısı
Babi‐rəvaq – qübbə, tağ, bur. ziyarətgah
Babi‐risalət – Peyğəmbərin (s) qapısı
Babullah – Allahın qapısı
Babül‐həvayic – ehtiyacların qapısı. Həzrət Abbasın ləqəblərindən biri
Bad – külək, yel
Bak – qorxu
Baqi – qalan, daimi, qalıq
660
Baqiyi‐növhə – növhənin ardı
Balü pər – qanad
Baran – yağış
Bargah – hüzur
Barilahi – Allah‐təalaya müraciət
Bari‐qəm – qəm yükü
Barişi‐qəm – qəm yağışı
Bavər – inanmaq, inam
Beydəq – bayraq
Bəççeyi‐şir – şir balası
Bəçeşm – gözüm üstə
Bədbünyad – əsli‐kökü olmayan, nanəcib
Bədəxtər – bədbəxt
Bədxab – yuxusu pozulmuş
Bədhəva – havası pis
Bədru – pis sifətli
Bəhəmdüllah – Allaha həmd olsun
Bəhr – dəniz
Bəqa – əbədiyyət, daim var olmaq
Bəlakeş – bəla çəkən
Bənd – oynaq, bənd
Bəradər – qardaş
Bərhəm – dağınıq, pozğun
Bərg – yarpaq
Bərq – ildırım, şimşək
Bərqasa – ildırım kimi, sürətli
Bərqərar – yerləşmək, qərar tutmaq
Bərməla – aşkar, aydın
Bərrü biyaban – çöl, səhra
Bəsan – sanki
Bəsirət – gözüaçıqlıq
Bəsrə – İraqda şəhər
Bəstə – bağlı
Bəstər – yataq
Bəşir – xəbər gətirən
Bəşiri‐Həzləm – Bəşir ibn Həzləm. İmam Zeynəlabidin (ə)‐in
dostlarından idi. Əhli‐Beytin Mədinəyə dönüşündə İmam (ə) tərəfindən
661
Mədinəyə göndərilir ki, İmam Hüseyn (ə)‐ın şəhadətə yetməyini şəhər
əhlinə xəbər versin.
Bətha – Mədinə şəhərinin qədim adı
Bətul – pak, müqəddəs. Həzrət Fatimə (s.ə)‐nın ləqəbi
Bəzl – əsirgəmədən vermək
Bəzm – məclis
Bəzmi‐am – ümumi ziyafət
Bəzmi‐əza – matəm məclisi
Bəzmi‐ziyafət – ziyafət məclisi
Bibal – qanadsız
Bidad – ədalətsiz
Bidadxah – köməksiz
Bidar – oyaq
Bid`ət – dinə dəyişiklik gətirmək
Bixar – tikansız
Bihiss – hissiz
Biqərinə – yoldaşsız, dostsuz; tayı‐bərabəri olmayan
Bikəs – kimsəsiz
Bimar – xəstə
Binəva – yazıq, köməksiz
Binitq – dinməz, susmuş halda
Bint – qız
Binti‐İmam – İmamın qızı. Bur. Həzrət Zeynəb nəzərdə tutulur
Bipayan – sonsuz
Bipədər – atasız
Bipər – qanadsız
Bipərva – qorxusuz
Bisər – başsız
Bismillah – Allahın adı ilə
Bişərm – utanmaz
Bişümar – saysız‐hesabsız
Bittəmam – təmamilə, bütünlüklə
Biyar – dostsuz, köməksiz,
Biyavər – köməksiz
Bizar – təngə gəlmək
Biz`eyi‐Peyəmbər – Peyğəmbərin (s) bir parçası
Busə – öpüş
662
Busəgahi‐Əhmədi‐Siddiq – Məhəmməd Peyğəmbərin (s) öpdüyü yer.
Məşhur rəvayətə görə Peyğəmbərimiz (s) sevimli nəvəsi İmam Hüseyn
(ə)‐ın boynundan və boğazından öpərmiş və ağlayarmış.
Butə – bur. kol
Büğz – kin‐küdurət
Büka – ağlamaq
Bülbüli‐şeyda – dəlicəsinə vurulmuş bülbül
Bülənd – hündür, uca
Büləndəsas – yüksək məqam sahibi
Bürhan – dəlil, sübut
Bürran – kəsən, kəsici
Büruz – meydana çıxma, zühur etmə
Büt – büt, gözəl
Bütxanə – bütlərin saxlandığı yer
C
Cabəca – yerbəyer, yerli‐yerində
Cabiri‐Ənsar – Cabir ibn Abdullah əl‐Ənsari. Məhəmməd Peyğəmbərin
(s) səhabələrindən olmuşdur.
Camə – paltar
Cami‐bülur – büllur qədəh
Canfəşan – canını əsirgəməyən, canını fəda edən
Cannisar – canını qurban edən
Car, cari – axar, rəvan
Cayi‐xəlvət – xəlvət yer
Cayi‐ibadət – ibadət yeri
Cayiz – icazə verilmiş
Cayizə – mükafat
Ceyhun – Orta Asiyada çay
Ceyşi‐üdvan – düşmən qoşunu
Cəbbar – qüvvət, qüdrət, əzəmət sahibi olan Allah‐təala
Cəbərut – əzəmət, cəlal
Cəbrail, Cibril – Allah‐təalanın dərgahına yaxın olan dörd mələkdən biri,
Allah‐təala ilə Peyğəmbərlər arasında elçi
Cəbrən – məcburi
Cədd – baba
663
Cəddə – nənə
Cəfa – əziyyət, zülm
Cəfacu – zülmə düçar olan
Cəfagüstər – əzab verən, incidən
Cəfakar – zülm edən, incidən
Cə`fər – Cəfər bin Əqil bin Əbu Talib. İmam Hüseyn (ə)‐ın əmisi Əqilin
oğlu. Aşura günü Kərbəlada şəhid olmuşdu.
Cə`fər – Cəfər bin Əli bin Əbu Talib. Həzrət Əli (ə)‐ın oğlu, Həzrət
Əbbasın qardaşı.
Cə`fəriməzhəb – altıncı İmam Cəfər Sadiq (ə)‐ın qurduğu məzhəbin
davamçısı.
Cə`fəri‐Təyyar – uçan Cəfər. Cəfər ibn Əbu Talib. Həzrət Əli (ə)‐ın
qardaşı. Mutə savaşında müsəlmanların bayraqdarı olmuş və iki qolunu
itirməsinə baxmayaraq, bayrağı yerə salmamış, sona qədər döyüşmüşdü.
Buna görə Peyğəmbərimiz buyurub: “Allah‐təala ona iki qolunun
əvəzində iki qanad verəcək və o, bu qanadlarla behiştdə istədiyi yerə uça
biləcək”.
Cəhan – dünya
Cəhaz – cehiz
Cəhət – bur. səbəb
Cəhim – cəhənnəm
Cəlayi‐vətən – vətəndən uzaq düşmə
Cəng – müharibə, dava
Cərahət – yara
Cərcis – qəbri Beyləqanda olan Peyğəmbər
Cəzbeyi‐eşqi‐İlahi – İlahi eşqin cazibəsi
Cida – nizə
Cidal – döyüş
Cihad – Allah yolunda savaş
Cilveyi‐eşq – eşqin cilvəsi
Cinan – cənnətlər
Cövr – əziyyət
Cuya – axtarmaq
Cüda – ayrı, uzaq
Cüft – cüt
Cühəla – cahillər, nadanlar
Cünun – dəli
Dostları ilə paylaş: |