669
Əşk – göz yaşı
Əşkbar – göz yaşı axıdan
Əşqiya – canilər
Əşrar – şər adamlar
Ətfal – uşaqlar
Ətəş – susuzluq
Ətləs – atlaz parça
Ətubi ileyh – tövbə edirəm
Ətrfəşan – ətirsaçan
Ətləsi‐əhmər – qırmızı atlas
Ətşan – susuz
Əya – ey!
Əyərbənd – yəhər
Əyyub (ə) – Qurani‐Kərimdə adı çəkilən və İbrahim (ə) peyğəmbərin
nəslindən olan peyğəmbər. Klassik ədəbiyyatda adı səbir, iradə və
dözümlülük nümunəsi kimi çəkilir.
Ə`van – köməkçilər, yardımçılar
Ə`za – bədən üzvləri
Əzaxanə – yas saxlamaq üçün yer
Əzayi‐qəmfəza – qəm artıran matəm, yas
Ə`zəm – çox böyük
Əzm – məqsəd, məram
F
Fatehi‐Xeybər – Xeybəri fəth edən. Həzrət Əliyə (ə) işarədir
Fatimə (s.ə) – Peyğəmbərimizin (s) qızı Həzrət Fatimə (s.ə) Həzrət Əlinin
(ə) xanımı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası
Fatimeyi‐süğra – kiçik Fatimə. Xəstə olduğuna görə Mədinədə qalan və
Kərbəlayə getməyən İmam Hüseyn (ə)‐in qızı
Faş – sirrin üstünü açma
Fe`l – iş
Fədək – Mədinə yaxınlığında xurma bağı. Peyğəmbərimiz tərəfindən qızı
Həzrət Fatiməyə (s.ə) hədiyyə olaraq verilmiş bağ.
Fəğan – nalə, fəryad
Fələk – göy, asiman, kainat; tale, bəxt
Fərahəm – toplu, yığcam
670
Fərağət – istirahət
Fəraq – ayrılıq
Fəramuş – unutma
Fərar – qaçış
Fərd – bur. Tək beyt
Fərq – baş
Fərş – döşənəcək
Fəsahət – gözəl və aydın danışma qabiliyyəti
Fəsli‐büka – ağlamaq zamanı
Fəsih – gözəl və aydın danışan
Fəzli‐Rəbi – Fəzl ibn Rəbi. Abbasilər sarayında vəzir olmuşdur
Filfövr – cəld
Fil‐həqiqət – həqiqətən, doğrudan
Firaş – döşək, yataq
Firəng – qədimdə müsəlmanların Avropaya verdikləri ümumi ad
Firqə – dəstə, partiya
Firqət – ayrılıq
Firiştəliqa – mələk çöhrəli
Fir`on – qədim Misir hökmdarlarının adı
Fisq – əxlaqsızlıq, pozğunluq
Fişar – sıxmaq, təzyiq etmək
Fövt – əldən qaçırma
Fulad – polad
G
Gəbrü nəsara – atəşpərəst və xaçpərəstlər
Gərdi‐əcəl – əcəl tozu
Gərdişi‐çərxi‐fələk – zəmanənin gedişatı
Gəhvarə – beşik
Gilə – giley‐güzar
Giran – ağır
Giriftar – düçar olma
Giriban – yaxa
Giryan – ağlar
Giysu – saç
Göftar – danışıq
671
Guş – qulaq
Guşeyi‐viranə – viranənin künci
Gülab – gül suyu
Güli‐növbər – təzə açılmış gül
Gülpirəhən – bur. köynəyi qana bulaşmış
Gülzar – güllük, çiçəklik
Gülgunqəba – paltarı qızılgül rəngində olan
Gülgunkəfən – kəfəni gül (qan) rəngində olan
Gümrah – yolunu azmış
Güruhi‐bihəya – həyasızlar dəstəsi
Güruhi‐kinə – kin‐küdurət əhli
Güzar – yolu düşmə
H
Habil – ilk insan və ilk peyğəmbər olan Həzrət Adəm (ə)‐ın
oğlanlarından biri.
Hacər – İbrahim peyğəmbərin (ə) zövcəsi, İsmail (ə)‐ın anası
Hail – maneə, əngəl
Halə – bur. ətraf
Haris – Müslim ibn Əqilin uşaqlarının qatili
Haruni‐Rəşidi‐bihəya – Abbasi xəlifəsi Harun ər‐Rəşid nəzərdə tutulur
Haşimi – Məhəmməd Peyğəmbərin (s) qəbiləsindən, onun sülaləsindən
olan
Heydəri‐Kərrar – Həzrət İmam Əli (ə)‐ın ləqəblərindən biridir. Mənası,
təkrar‐təkrar düşmənə hücum edən aslan deməkdir.
Həbəş – Həbəşistan əhalisindən olan
Həbib ibn Məzahir – Kərbəlada şəhadətə yetişən Həbib ibn Məzahir
Kufənin Bəni Əsəd tayfasından idi. Məhəmməd Peyğəmbərin (s)
əshablarından olmuşdur. Hər üç savaşda – Siffin, Nəhrəvan və Cəməl
savaşlarında Həzrət Əli (ə)‐ın tərəfində mübarizə aparmışdır.
Həkimi‐haziq – mahir həkim
Həqir – qədir‐qiyməti bilinməyən, aşağı
Həqiranə – həqircəsinə
Hələta – Qurani‐Kərimin 76‐cı surəsi. Digər məşhur adları “İnsan” və
“Dəhr”dir. İmam Əli (ə) və Əhli‐Beyt (ə)‐ın şəninə nazil olmuşdur.
Həmağuş – qucaqlaşmaq
672
Həmayil – boyunbağı, həmayil
Həmdü səna – şükür etmə
Həmə – hamı
Həmra – qırmızı
Həmrah, həmrəh – yol yoldaşı
Həmta – bənzər, oxşar
Həmzəban – həmfikir
Həncər – boğaz
Hənut – meyidi kəfənə tutarkən vurulan xüsusi balzam
Hənuz – hələlik
Həras – qorxu
Hərasan – qorxa‐qorxa
Hərəm – arvad‐uşaq
Hərəmsəra – qadınlara məxsus olan yer
Hərfi‐bica – boş söz
Hərir – ipək parça
Hərmələ – Hərmələ ibn Kahil. İmam Hüseyn (ə)‐ın kiçik oğlu Əli
Əsğərin qatili
Həsən – On iki İmamın ikincisi, Peyğəmbərimizin (s) nəvəsi, Həzrət Əli
(ə) və Həzrət Fatimə (s.ə)‐ın oğlu, İmam Hüseyn (ə)‐ın qardaşı
Həşr – qiyamət günü
Hərzəvü hədyan – mənasız və boş danışma
Həvva – Həzrət Adəm (ə)‐ın zövcəsi
Həyati‐cavidan – əbədi həyat
Həyyü Qadir – həmişə diri, canlı və hər şeyə qadir olan qüdrət sahibi
Allah‐təala
Həyyü Qədim – həmişə diri, canlı və başlanğıcı olmayan qədimdən var
olan Allah‐təala
Hətki‐hörmət – hötmətsizlik göstərmək
Həzardəstan – bülbül
Həzar – min
Həzin(ə) – hüznlü, kədərli, qəmli
Həzl – zarafatla söylənilən söz
Hicab – pərdə, örtük; bur. utanmaq, xəcalət çəkmək
Hiclə – yeni evlənənlər üçün bəzənmiş xüsusi otaq
Hicr – ayrılıq
Hicran – ayrılıq
Dostları ilə paylaş: |