29
Sovet kitabxanaşünaslığında əsas müvəffəqiyyətlərdən
biri də idarəetmə
problemlərinin tədqiq olunması,öyrənilməsi və tətbiq olunmasıdır. Həmçinin
idarəetmənin ayrı-ayrı sahələri, xüsusilə, kitabxana fondunun idarə olunması
kitabişləmə prosesinin idarə olunması,kataloqlaşdırmanın keyfiyyətli idarə
olunması və s. əhatəli şəkildə tədqiqata cəlb olunmuşdur. Bundan başqa
idarəetmə aspektlərinə həsr olunmuş tədqiqatlar oxucu fəaliyyətinin idarə
olunması kimi ayrıca tədqiq olunmuş və bu barədə bir sıra
sərəncamlar da
qəbul olunmuşdur.
İdarəetmənin ayrı-ayrı aspektlərinin tədqiq olunması idarəetmə probleminə
kompleks yanaşmağa imkan verir. Odur ki, kitabxanaların idarəetmə
fəaliyyətinin bütün aspektlərini müqayisəli təhlil etməklə kitabxana
proseslərinin yeniləşməsi vəzifələrinə uyğun olaraq yeni texnologiyaların
tətbiqini nəzərdə tutmalıdır.
Kitabxanaların idarəetmə problemlərini öyrənən zaman kitabxanaçı kadrların
hazırlıq səviyyəsi, onların ixtisasının artırılması mütləq nəzərə alınmalıdır.
İdarəetmə məsələlərinin öyrənilməsində idarəetmə kadrlarının hazırlığı ayrıca
nəzərdə tutulmur,lakin kitabxanaçılıq sahəsində ümumi biliklərin
öyrənilməsində həmçinin idarəetmə aspektləri də geniş şəkildə öyrədilməli və
nəzəri-praktiki cəhətdən izah edilməlidir. Kitabxanaların
idarə edilməsi
problemlərinin tədqiq olunması göstərir ki, tədqiqatçılar və metodistlər
idarəçilik fəaliyyətində ayrı-ayrı məsələlərlə yanaşı komleks maneələrlə də
rastlaşırlar. Mütəxəssislərin rastlaşdığı bu problem kitabxana resurslarından
istifadə olunması,xüsusilə maliyyə vəsaitlərinin,bank əməliyyatlarının, smeta
sənədlərinin mənimsənilməsi və öyrənilməsi rəhbər işçilər üçün çətinliklər
yaradır. Odur ki, kitabxana müdirləri və direkorları maliyyə işlərini, bank
əməliyyatlarını, onların hüquqi tənzimlənməsini öyrənməli və
bilməlidir.Kitabxanaların olduqları idarələr və nazirliklər müəssisə rəhbərləri
üçün vaxtaşırı xüsusi ixtisasartırma kursları təşkil etməlidirlər.
Çox təəssüf ki,
belə kurslar son illərdə təşkil edilmir, kitabxana işçiləri üçün təşkil olunan
kurslarda isə idarəetmənin normativ hüquqi və maliyyələşdirmə məsələləri ilə
bağlı problemlərə vaxt ayrılmır. Nəticədə plan, maliyyə və idarəetmə işində
çox ciddi qanun pozuntuları və çatışmazlıqlar ortaya çıxır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hələ SSRİ dövründə xalq
təsərrüfatının bir çox sahələrində əməyin elmi təşkili ilə məşğul olan bir sıra
bölmələr və srukturlar hazırda Respulikamızda demək olar ki, fəaliyyət
göstərmir,bu sahədə elmi konfranslar keçirilmir. Son illərdə aparılan elmi-
tədqiqat işlərindən idarəetmə məsələlərinə həsr
olunmuş problemlər tədqiqata
cəlb olunmur. Halbuki, kitabxanaların bugünkü fəaliyyəti mütəxəssis kadrların
idarəçilik səriştəsi və bacarığından asılıdır.Bu günün kitabxana mütəxəssisləri,
idarəçiliklə məşğul olan rəhbər kadrlar «Kitabxanaların idarə olunması»,
«Kitabxanaların sosial inkişafının planlaşdırılması», «Kitabxanalarda qabaqcıl
30
iş təcrübəsi» və s. öyrənilməsini ön plana çəkməli, kitabxana işçilərinin
peşəkarlıq keyfiyyətləri onlara verilən tələblər və idarəetmənin müsbət
cəhətləri və digər amillər bu günümüzün reallığıdır və tədqiqata cəlb
olunmalıdır.
Kitabxana işinin idarə edilməsində olduqca
vacib bir məsələ unudulur
ki,kitabxanaların qarşısında duran çox mühüm sosial bir vəzifə ayrı-ayrı
kitabxana işçiləri və kitabxanalar deyil, kitabxana kollektivləri tərəfindən həll
edilir, ona görə də kollektivin idarəetmədəki fəaliyyəti geniş tədqiq
olunmalıdır.
Görünür tədqiqatçılar və metodist kitabxana işçiləri ayrı-ayrı kollektivlərin
işindəki fərqli və ya müsbət cəhətləri lazımi qədər tədqiqata cəlb etməkdə
çətinlik çəkirlər və beləliklə, kitabxana kollektivlərinin spesifik cəhətlərini
öyrənə bilmirlər. Həmçinin belə bir
qənaətə gəlmək olar ki, kitabxana
kollektivlərində çalışan kitabxanaçıların peşə biliklərinin çatışmamasından
onlar kitabxanaların idarəetmə problemlərinin nəzəri cəhətdən əsaslandırılmış
təkliflərinin hazırlanmasında çətinlik çəkirlər. Ona görə də bir çox müəlliflər
öz tədqiqatlarında kitabxana kollektivlərindən deyil, ümumiyyətlə
kitabxanalardan bəhs edirlər.
Kitabxana kollektivinin işinə diqqətsizlik kitabxana kollektivlərinin sosial
inkişafının planlaşdırılmasının lazımi səviyyədə qiymətləndirilməməsinə
gətirib çıxarır. Açıq etiraf etmək lazımdır ki,ancaq iri universal kitabxanaların
bəziləri kollektivin sosial inkişaf planı əsasında öz fəaliyyətini qururlar.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, kitabxana
kollektivinin sosial
planlaşdırmanın bu cür metodu Respublikamızda eləcə də ondan kənarda
hələlik işlənilməmişdir.
Bundan başqa kitabxana kollektivlərində sosial-psixoloji mühitin tədqiq
edilməsinə lazımi diqqət verilmir. Kitabxana tədqiqatlarından məlumdur ki, on
mindən çox kitabxanası olan Azərbaycanda hələ də əksər kitabxana işçilərinin
ali peşə təhsili olanların faizi çox aşağıdır. Respublikamızda fəaliyyət göstərən
MKS-in işçilərinin təxminən 30-40 faizi, tək-tək hallarda 50
faizi yüksək
ixtisaslı mütəxəssislərdir, hətta Azərbaycanın kənd yerlərində bu faiz daha
aşağıdır. Bütün bunlar kitabxana fəaliyyətinə, kollektivdəki psixoloji mühitə,
oxuculara daha keyfiyyətli xidmət işinə olduqca mənfi təsir göstərir. Əgər
işçilərin böyük əksəriyyəti doğrudan da təsadüfi əməkdaşlardan ibarətdirsə,
kitabxanaçılıq peşəsini nəzəri və praktiki cəhətdən bilmirsə, əlbəttə,
burada
yüksək peşəkarlıqdan və keyfiyyətli xidmətdən danışmaq olmaz.
Bizə belə gəlir ki, kitabxana kollektivinin işini dərindən və diqqətlə
öyrənməyə o qədər də ehtiyac yoxdur ki, bir sıra xarakterik cəhətlər işçilər
arasında şəxsi münasibətlərin qurulması, bütövlükdə kollektivin fəaliyyətinə öz
təsirini və bütövlükdə kitabxanaların idarə edilməsinin ardıcıl inkişafına mənfi
təsir edir.